Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə6/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   121

Yalnız sən bilirsən nə hesabım var.

Yaxşımn, yamanın açan sənsən,

Yaxşılıq səndəndir, yamanlıq məndən. 

Bağışla bir suçum varsa, ey allah, 

Məndəndir yamanlıq, məndəndir günah.

Nə ki ilk naxışın sərgüzəşti var 

Səndəndir, son söz də sənə qayıdar.

Kəsərli ayəni öyrətmək səndən,

Şeytanın gözünü tikməksə məndən

10

.

Adın mehribanlıq etsə bir qədər,

Mənimlə oynaya bilərmi divlər?

11

 

Yararım söz açmaq səninlə məndən.



"Sən" demək, sonra da söyləmək ki, "mən". 

Ya qayğı içində, ya sakit, aram,

Nə cür yaratdınsa, o cür yaşaram.

Ey tanrı, ümidim bunadır ancaq,

Bu köhnə dəzgahdan düşərsəm uzaq,

12

 

Elə ki, pozular tərkibim mənim,



Dəyişər qurduğun tərtibim mənim.

Əsdikcə tozumu dağıdar yellər,

Pak olan canımı görməz bir nəfər,

Halımı arayıb, edəndə heyrət,

Vanma yox deyə, edərkən töhmət,

Sən yoxdan əlinə ver elə açar,

Bilsin ki, bu yatan ölməmiş, yaşar.

Sənin varlığına bu gücsüz əlil 

Göstərmiş nə qədər tutarlı dəlil.

Ölürsəm, bunu sən hamıya bildir:

"Bədəni yatmışsa, cam diridir".

Elə bir mətanət qızışdır məndə,

Şad ürəklə gəlim sənə gələndə.

Mənimlə qapıya qədərdir dostlar,

Məzara girdimmi, düşməndir onlar.

Tərk edər məni bu gözüm, qulağım, 

Bədəndən aynlar əlim, ayağım.

Ey tann, mənimlə yalnız sən varsan,

Əliboş qaytarma məni qapından.

21


Qapında üzümü sürtərəm yerə,

Bir tacla əvəz ver bu səcdələrə.

Bu başı qapından əsirgəmədim,

Sən ona qılınc yox, tac ver, ey rəbbim. 

Əzəldən verdiyin hökmlər sönməz, 

Yazdığın silinməz, qələmin dönməz. 

Hökmündə hazıram canla-başla mən, 

Təsəlli tapıram yalvarışla mən.

Sən dedin: dar gündə köməkçi mənəm, 

Hər dilək istəsən, qəbul edənəm,

Sənsən acizlərə hər zaman pənah,

Mən də bir acizəm, kömək ol, allah. 

Tək sənin işindir bəndəpərvərlik, 

Mənim vəzifəmdir etmək bəndəlik. 

Qırdı varlığımı, əzdi bu fələk,

Bütün şənliyimi sovurdu külək.

Tək sənsən qurtaran bu sınıqlıqdan, 

Qırsan da yenə sən verirsən dərman. 

Zülmətin qəlbindən üzümə yol aç, 

Fəzilət ayından yoluma nur saç.

Məni yol kəsəndən sən özün qurtar,

Elə et, üstümə gülməsin əğyar.

Əvvəl şükrə çatdır, soma dövlətə,

Əvvəl səbrə çatdır, soma zillətə. 

Səbrimi tükədən bəlaları sən 

Uzaq et, ey tann, sən ki adilsən.

Məni hər bəlaya etsən mübtəla,

Əvvəlcə səbr ver, sonradan bəla. 

Qırsan da, səlamət qoysan da, ancaq 

Tələbin bir ovuc tozdur, ya torpaq. 

Çürüyüb toz kimi dağılsa bədən,

Yenə əl çəkmərəm bəndəliyimdən. 

Düşsəm hər bucağa səni anaram,

Səni mən hər yerdə tann sanaram. 

Bütün varlıqlann heçlikdir sonu,

Tək sənə biçilmiş varlığın donu.

Kim səni, arasa əlində açar,

22


Əli boşa çıxar, dolanar naçar.

Kim sənə gözünlə baxarsa əgər 

Ömrü vərəq kimi yellərə verər.

Səni tapmaq olur səninlə ancaq, 

Boşdur hər qapıda yüyən parlatmaq. 

Mənzili göz tanır buraya qədər, 

Buradan keçdikdə taparsan xətər. 

Vanmı, yoxumu tapşırdım sənə, 

Hesabım aydındır o xəlq edənə.

MİNACAT

Kimsəm yox, ey bizə böyüklük verən, 

Pənahım da sənsən, köməyim də sən. 

Çıl-çılpaq gəlmişəm, ey pərvərdigar, 

Hər şeyim sənindir, mənim nəyim var? 

Sən verdin mənə bir işıqlı çıraq,

Onu hər küləkdən özün et İraq. 

Əkməyə sən verdin sağlam bir qüvvət, 

Mənə əkdiyimdən ayır bir qismət. 

Təpələr ucadır, sellər çağlayan, 

Çevirmə yüyəni bəxtin yolundan.

Məni bu sellərdən sən elə qurtar, 

Körpünü qırmasın bu daşqın çaylar. 

Gəlmişəm qapma, üzümdür qara, 

Bağışla, ey tann, yaxma odlara.

Üzümü ağ elə sən, ey yaradan,

Ümidsiz qaytarma uca qapından. 

Torpaqdan yoğurub yaratdın məni, 

Təmiz, natəmizdən etdin bədəni. 

Tiynətcə yaxşıyam, yamanamsa mən, 

Bu nəqşi sən mənə vurdun əzəldən.

Biz aciz bəndəyik, sənsən yaradan, 

Sənin qüvvətinlə yaşayır insan. 

Yaranmış hər bir şey baxıb görənə 

Yaradandan verir xəbəri yenə.

23


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə