Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Mən sənə ağlımla salıram nəzər



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə7/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   121

Mən sənə ağlımla salıram nəzər, 

Yolunu görməmək olarmı məgər.

Hər bir yaranmışın sənsən mənası,

O ancaq məxluqdur, sənsən ustası.

Ağıl nəzərindən keçən hər surət 

Deyilmi nəqqaşı göstərən höccət? 

Arada məsafə olduqca uzaq,

Səni tək səninlə mümkündür tapmaq. 

Yerlərdə, göylərdə qoyulan əsas 

Ağıl ölçüsündən kənara çıxmaz. 

Bələdçi olmağa cəhd edər xəyal, 

Əndazədən kənar yol tapmaz hər hal. 

Yaramaz pay ədən kənara çıxmaq, 

Hədsizin sonuna qoyulmaz ayaq. 

Kainat hüdudu başa yetincə,

O səmtə yol tapmaz aciz düşüncə. 

Düşüncə bu qədər yol tapar ancaq,

Sən başqa bir şeysən, hüduddan uzaq. 

Ey tannm, umuram, öz hikmətinlə 

işıq yol açarsan məsləhətinlə.

Qarşıma elə bir yol çıxar, bunlan 

Mən nicat tapım ki, razı qalasan. 

Başqa bir çarəm yox, təsliməm ancaq, 

Qəzadan olurmu boyun qaçırmaq? 

Etdiyim duadan yazaram bir xətt, 

Üstündə möhrünü qoysun Məhəmməd. 

Həm də dörd xəlifə şəhadətiylə, 

Yüzlərcə eşq olsun dördünə belə. 

Qanlım qurtaran xətt sənəd kimi, 

Qolumda qalar bir bazubənd kimi. 

Başlarkən qılınctək kəsən məhkəmən, 

Məhşərlə qiyamət qarşı gəlirkən,

Hər kəsin boynunda nameyi-əmal,

Mən də bu naməni çıxarram dərhal, 

Göstərrəm, insafla hökm verənsən, 

Bununla hökm ver, çün hakim sənsən. 

Ümidim sənədir, ey ulu tanrı,

24


Qapından ümidsiz qaytarma ban.

Aümı həddimdən uzaq salmışam, 

Yolunda mən yan yolda qalmışam. 

Taxtımı qapında düşür, yaradan,

Məni azdırma öz doğru yolundan. 

Səndən yol göstərmək, məndən aramaq, 

Mən cana gəlmişəm, sən can ver ancaq. 

Sevdiyin ayinlə, ey pərvərdigar,

Sən mənsiz bəzədin mənə bir bazar.

Bu zinət naxşım salma rövnəqdən,

Mənə öz xəznəndən bir pay ayır sən.

Bu zəif varlıqdan nədir istəyin?

Elə bil əvvəldən yoxmuş bu miskin.

Sən əziz tutmusan, yandırma məni, 

Nəzərin məndəykən qovma bəndəm.

Sən verdin mənə bu uca rütbəm,

Sən də bu zindandan gəl qurtar məni, 

indi ki vermişsən böyüklük, ad-san, 

Kömək ol mənə, ey adil yaradan.

Hər kimin başına qoydunsa külah, 

Salma toz-torpağa, əziz tut, allah. 

Qapımn sirdaşı olan bir qəlbi 

Qoyma hər qapıda dilənsin, rəbbi.

Sən mənim işimi alma nəzərə, 

işimə əncam çək ədlinə görə.

Nizami bu uca dərgahda ancaq 

Ulu Mustafam şəfi tutacaq.

25


SONUNCU PEYĞƏMBƏRİN TƏRİFİ

Seçilmiş elçidir ulu tanndan,

Möhkəm hökmləri xalqa çatdıran, 

Qiymətli tacıdır azadələrin,

Ən dəyərlisidir bütün bəşərin. 

Əzəldən əbədə bütün yaranmış, 

Məhəmməd adından almışdır naxış. 

Əqlin qanadına tək odur çıraq, 

Varlığa işığı o verir ancaq.

Zamindir qaraya, ağa bu rəhbər

13

, 

Şəfaət edəndir qopunca məhşər. 

Kölgəli ağaclar din saçan bağda 

Budağı göydədir, kökü torpaqda. 

Ziyarətgahıdır peyğəmbərlərin, 

Nemət verəmdir bütün bəşərin.

Bu yanar çırağa vermədən işıq 

Dünyada bir işıq yox idi artıq.

Xalım qaraldır Əbbasilərin,

Gözünə nur saçır şəmmasilərin

14

. 

Dodağı isadan daha möcüzkar

15

, 

Zülmətin suyutək geyinmiş paltar

16

. 

Göy - ona dünyada dörd tağı quran, 

Yer - ona fələkdə beş növbət vuran

17

. 

Odur öz ağlına eləyən təkyə,

Ayı barmağıyla bölən ikiyə

18

.

Ona bac verəndir bütün Rum və Rey, 

Xərac göndərəndir Kəsra ilə Key. 

Yağdıran buluddur o səmapeykər, 

Bir əlində qılınc, birində gövhər. 

Gövhərlə dünyaya vurmuşdur bəzək, 

Qılıncı din üçün çağırmış kömək. 

Padşahlar qılıncı çəkdiyi zaman 

Baş bədəndən düşər, tac isə başdan. 

Bu isə əzməyə verərsə qərar,

Qılıncı çəkmədən tökülər başlar.

Hər iki dünyadan bir don tikərək,

26


Onlardan düzəltmiş yeganə bəzək. 

O donu geyərkən pak vücuduna, 

Bir qanş az gəldi uca boyuna

19

. 

Tann xəlq etdiyi qamətə gərək 

Vumlsun tannmn qurduğu bəzək. 

Bağlı qapıların odur açan,

Onun adı aşmış hər bir hasan. 

Dəvətə genişlik o vermiş yenə, 

Daşlar da şahiddir möcüzəsinə

20

. 

Ə1İ boş, bu dərviş geyimli soltan 

Qulamlıq alandır, şahlığı satan.

O gecə meraca at səyirdərək 

Fələyin donuna vurdu min bəzək. 

Gecə - meracımn çətrindən sayə, 

Göy - o nərdivandan kiçik bir payə.

PEYĞƏMBƏRİN MERACI

Göy gecə məclisi qızışdırmışdı, 

işıqdan gecənin gözü qamaşdı

21

.

O yeddi fələyə o yeddi ülkər 

Çin ipəklərinə düzmüş dün, gövhər

22

. 

Cənnət keşikçisi huri, pərilər 

Hər köşkə vurmuşdu yaraşıq, zivər. 

Bu taxün soltanı olan Məhəmməd, 

Keçən elçilərdən odur vəliəhd. 

Müşkünü saçaraq "Beytiəqsayə" 

Məkkədən ucaldı ərşi-əlayə.

Cismini qurtardı dünya bəndindən, 

Etdi ərş əhlinin qəlbində məskən. 

Yetmiş yollu yurddan köçünü vurdu, 

Çadın yeddinci fələkdə qurdu

23

. 

Doqquz hücrəsini bir an buraxdı, 

Göyün doqquzuncu tağına qalxdı

24

. 

Yeddinci əflakə çapdığı zaman 

Dişan aüldı dördkünc daxmadan

25

.

27


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə