Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Altında şimşəktək şığıyan Büraq



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə8/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   121

Altında şimşəktək şığıyan Büraq, 

Günəşə qərq olmuş yəhərlə yaraq. 

Ərəb səmasında bir Süheyl çapdı, 

Yəmən gönü ondan yeni rəng tapdı

26

. 

Dırnağı inciydi, quyruğu ipək, 

ipəyin üstündə oynar incitək.

Göbəyi müşk, ceyran deyildi, bişəkk, 

Bir düzüm inciydi ceyran dişitək. 

Yüyəni xəyalə gələndən yumşaq, 

Yürüşü oxdan da kəskin və qıvraq. 

Ən kəskin, ən mətin xəyal şəhpəri 

Ondan yetmiş addım qalırdı geri. 

Aləmlər aşmaqda bir fıriştəsən, 

Aləmlər çəkirsən öz arxanda sən. 

Gecə otlağından, sərxoş olaraq 

Ay kimi gəlmişdi əldə şəbçıraq

27

.

Elə bir sür ətli addımlar atar; 

Hərəkət edincə mənzilə çatar.

Ən kəskin nəzərlə uçar yan-yana, 

Nəzəri alırdı ayaq ahına.

Məhəmməd peyğəmbər atı çapırdı,

O səyyar dənizdən toz qoparırdı

28

. 

Özü yol biləndi, aü yeriyən,

Bu ata, o şaha olsun yüz əhsən. 

Evindən qapıya qalxdığı zaman 

Əlindən təzə don geydi asiman. 

Onunla qaranlıq göy oldu gülzar, 

Ondan nur alırdı sönük ulduzlar. 

Pak olan bu təmiz pərdədə gərək 

Vücuddan cismani tozlan silmək. 

Çatdı hər dənizə yeddi ülkərdə, 

Yeddi yol yuyundu o dənizlərdə

29

. 

Cismindən verdi hər ulduza maya, 

Yuxu beşiyim buraxdı aya.

Ütarid ulduza verdi qələmi,

Əlinə qələmi alarmı ümmi?

30

 

Cismani şəhvəti Nahidə verdi,



28


Şükr üçün kükəni Xurşidə verdi. 

Mərrixə buraxdı qəzəb və acıq,

Acıq burda getməz irəli artıq. 

Müştəri ulduza kibri buraxdı,

Üzüyə ən parlaq yeni qaş taxdı. 

Ünsürü Keyvana tərəf ataraq,

Özüylə pak gövhər götürdü ancaq. 

Hər mənzil başında bəxşiş verərək 

Qaldı varlığından yalmz bir ürək. 

Nəbilər hörmətlə baş əydi ona,

Əl çəkdi yəhərin saf quncuğuna.

At sürdü yollardan, dağlardan keçdi. 

Bir sıra təpəni bir anda biçdi. 

Yamnda qasiddi Xızr ilə Musa, 

Atımn önündə gedirdi isa.

Bir nəfəs alınca, kirpik vurunca, 

Yaxud bir göz açıb dərhal yumunca 

Göyün günbədini aşdı arada,

Yerləri, göyləri qoydu arxada.

Elə bir sür ətlə parlatdı yüyən, 

Ətrafdan olmadı tozunu görən.

Onun bu yürüşdə atdığı oxdan 

Fələk neçə ox da geriydi çoxdan.

O uzaq göylərdə nurani adı 

Ruhani kəslərə nur bağışladı. 

Cığırsız bir yola, artıq yol saldı,

Həm ah yoruldu, həm yükü qaldı.

O yolda qol-qanad tökdü Cəbrail, 

Qorxudan durmayıb qaçdı israfil. 

Rəfrəfdən keçərək bir neçə fərsəng 

Gördü o pərdədə müxtəlif ahəng. 

Sidrədən ərşin pak səqfinə qədər 

ismətdən bir kilim döşədi dilbər.

Ərş divangahım sürətlə keçdi,

Dərcin də yolunu bir anda biçdi

31

. 

Çatdı son nöqtəyə cəhət diyarı,

Bitdi o nöqtədə dövran pərgan.

29


Yer oğlu göylərdə hey at oynatdı, 

Yerləri, göyləri arxaya atdı.

Mücərrəd dolanmaq çatdı bir yerə, 

Cismani varlığı itdi bilmərrə.

Yoxluq yollarında edərkən cövlan 

Büsbütün aynldı öz varlığından.

Ruhani dairə gərdişlərində 

Başıyla ayağı düşdü bir bəndə.

Çatdı alü, üstü olmayan yerə,

Çünki altı, üstü bilməz dairə.

Siyasət pərdəsi aüldı birdən,

Hücrə təmizləndi biganələrdən.

O yerdə ki, idrak tapmayır məkan, 

Salam Məhəmməddən, qəbul tanrıdan 

Ağızdan çıxmayan səsi eşitdi, 

Görünməz simam ziyarət etdi

32

.

Elə pak göründü o sahibcəlal,

Nə cəhət nəzərə çarpdı, nə xəyal. 

Vücudu nərgiztək bir gözə döndü,

Bir kirpik qırpımdan tanrıya çöndü. 

Yoxsa bu bağdakı sırf nərgiz olan 

Gözünə bir sürmə çəkmiş "mazağ"dan. 

Keçdi bir dost kimi süfrə səmtinə,

Yedi, pay ayırdı öz ümmətinə.

Ürəyi allahın nuriylə doldu,

Bir yetim, bax, necə padişah oldu. 

Dünyaya qayıtdı çöhrəsi parlaq,

Hər elmə, hikmətə vaqif olaraq.

O yolu tez getdi, tez döndü yenə,

Bu sür ət heç kəsin sığmaz fikrinə. 

Şimşəktək şığıdı eylə sür ətlə,

Dönərkən yatağı istiydi hələ.

O gecə adi bir gecə deyildi,

O bir gecəydimi, yaxud bir ildi?

Bəs bizim ruhumuz məgər bir anda 

Dolaşa bilmirmi bu asimanda? 

Ruhumuzdan zərif olan bu insan

30


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə