Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Özümdə görsəydim qüvvət və dayaq



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə11/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   121

Özümdə görsəydim qüvvət və dayaq, 

Tapardım sevimli, sakit bir bucaq. 

Yemdən rahət bir ömür sürərdim, 

Dünyam şadlığa girov verərdim. 

Yetişdi başa bu gənclik günləri. 

Məşriqdən ağardı daha dan yeri

47

. 

Dincəlmək fikriylə nə tədbir töküm, 

Azalsın bir qədər zəhmətim, yüküm? 

Başına tac ilə kim vursa bəzək.

Əmgəyi ağ deyil, müşk olsun gərək

48

. 

Yeddi göy pərgan etmədən cövlan, 

Ömrümün xəttim parçalamadan 

Vursun barmaqlarım mizrabıma dəm, 

Öz varlıq səsimi saxlayım möhkəm. 

Hər incə sözə bir füsun bağlayım, 

öoyduğum əsərə bir gün ağlayım. 

Keçərsə körpüdən bu gilan atım, 

inanma Gilana bir də qayıdım

49

.

Bu yerdə mən kimi yatanlar çoxdur, 

Onlan xatirə salan ki, yoxdur.

Təzə kəklik, yad et məni ürəkdən 

Məzarım yamndan ötüb keçərkən, 

Üstümdə görərsən göyərmiş otlar,

Baş daşım uçulmuş, çökmüşdür məzar, 

öəbrimin tozunu sovurmuş yellər, 

Dostlardan anan yox məni bir nəfər, 

öəbrim şüşəsinə əl qoyan zaman 

O pak gövhərimi heç olmasa an

50

. 

Uzaqdan sən mənə göz yaşı töksən, 

Mən sənə parlaq nur saçaram göydən. 

Duadan bir dilək istəsən əgər,

Mən amin deyərəm, qəbulə keçər. 

Salam ver, hörmətlə məndən salam al, 

Gəl qəbrim üstünə, edim istiqbal.

Hər zaman diriyəm sənin kimi mən, 

Mən cana gələrəm sən cana gəlsən.

Bu yerdə sanma yar-yoldaşsız məni,

38


Məni görməsən də, görürəm səni.

Bu ölənlər ilə, gəl, danış ban,

Unutma, yada sal bu yatanlan.

Qəbrimə gələrkən qədəhi doldur. 

Nizami yatdığı yerə qədəh vur.

Ey uğurlu Xızır, sanma ki, mənim 

Bu meydən içilən meydir məqsədim.

O meydə özümü unudum dedim, 

Özümü unudub məclis bəzədim.

Mey dalğınlıqdandır, səbuh xumardan, 

Mənə pak şərabı və d etmiş yazdan.

O böyük tannya aydındır bu iş, 

Ömrümdə dilimə şərab dəyməmiş.

Bu dilim, dodağım görmüş isə cam, 

Olsun Nizamiyə hər halal-haram.

ÖZ NƏFSİNƏ ÖYÜD VƏ NƏSİHƏT

Ey saqi, yuxumu başımdan uçur,

Aşiqəm, camı saf mey ilə doldur.

Bir mey ki, suyu saf, axan gümüşdür,

Onu hər dörd məzhəb halal görmüşdür

51

.

Ey könül, böyüklük almadan ələ 

Böyüklər yerində oturma hələ.

Dünyada böyüklük tapmaq istəsən,

Al ələ qələmi, yaz böyüklərdən.

Dindirən olmasa danışma hədər,

Kəsəri yavaş vur, sınmasın gövhər. 

Sormadan kim sözə başlasa, bişəkk, 

Sözünü küləyə sovurmuş, demək. 

Gözsüzə yaramaz göstərmək çıraq, 

Görməyən bir gözə nə piltə, nə yağ? 

Söyləmək o zaman verər mənfəət 

Aləmə səs sala, qazana şöhrət.

39


Sözünə almasan layiqli cavab,

Dəyərli sözləri eləmə xarab.

Boş söz söyləməkdən saxla özünü, 

Ağzına qıfıl vur, yandır sözünü.

Sən ki zövq alırsan yemək, yatmaqdan, 

Nə deyim sənə, ey qulaqsız insan.

Bu gözəl sənətim məlumun deyil,

Nə də ki, qapımda vurulan təbil.

Ən ağır qiymətli matahlarım var, 

istəyən olmasa, etməm aşikar, 

inciyə sədəftək göz yummuş alan,

Bu kasad bazara çıxarmı satan.

Belə bir dəyərli gövhərlə, dostlar,

Bir gövhər sevənə ehtiyacım var. 

Müəllimim mənə açan sirləri 

istərəm danışım, dinləsin biri.

Ondakı almazla qazım mədəni,

Canına bağlayım can gövhərim.

Belə alver geniş dünyada çox var,

Biri inci alar, o biri satar.

O hansı könüldür kədər almasın?

O hansı kəmənddir qarşılanmasın? 

Xəzinə üstündə yatmışdır ilan, 

Gözətçilik deyil məqsədi, inan. 

Xurmanın ağacı olmazsa uca,

Uşaqlar çox ziyan verər ağaca.

Yolu gözətçiylə olar qorumaq,

Odsa gül içində saxlanar ancaq. 

Tinətim olduqca yumşaqdır, bundan 

Tarlama hər yandan yetişər ziyan.

Sərt təbiətilə başqa adamlar 

Özünü əyridən, oğrudan şaxlar.

Uşağı yolundan qaçırmaq üçün 

Üzü zənci kimi qaraltmaq neçin?

Hansı bir səfərə görsəm hazırlıq,

Xoş təbiətimi alaram azıq.

Bəzənmiş ruhun bu təbiətimlə,

40


Mən belə yaşadım, ölərəm belə.

Hər kəsi mədhlə etdim sərəfraz, 

indi də özümdən söyləyim bir az.

Nə qədər şair var, söz var, şer var, 

Dünyada onlardan mənəm yadigar. 

Mənimlə canlandı, söz tapdı qüvvət, 

Yenə də mənimlə edər qiyamət.

Mən söz gülşəninin sərv ağacıyam, 

Sərv ağacı kimi xidmətdə varam. 

Həsudun əlçatmaz fələyi mənəm, 

Başçıyam hamıya, ayaq öpənəm.

Kim mənə kin etsə düşmən olaraq, 

Bərcistək oxum var, atmaram ancaq

52

. 

Zöhrətək çəkiyə qoyaram dirhəm

53

. 

Bəxşişə nə çəki, seltək tökərəm. 

Dərdliyə gülmərəm şimşək kimi mən, 

Canıma od düşər öz şimşəyimdən. 

Tikana gül kimi saçaram ətir,

Hər yara ney kimi məni inlədir. 

Ürəyim odmudur, nədir ki, yamr, 

Tikanı yedikcə hey alovlanır.

Mənəm dərya kimi hər eybi yuyan, 

Deyiləm güzgütək göstərən nöqsan.

Elə mal verərəm istəyən şəxsə, 

Zəhmətə düşməyim geri verərsə. 

Arpam göstərsəm buğda verərəm, 

Arpam buğdatək satan deyiləm. 

Günəşəm, ön, arxam birdir, fərqi yox, 

Azdır aldatmağım, işığımsa çox. 

Kimsənin dalınca demərəm yaman, 

Utanım üz-üzə gəldiyim zaman. 

Yamanlar sözünü almaram dilə, 

Peşiman edərəm mükafat ilə.

Düşmənə kinli söz demərəm, inan.

O sözlə özümə olaram düşman.

Pisdən yaxşılıqla qorunmaq mümkün. 

Dünyada yaxşılıq hər şeyə üstün.

41


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə