Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

 

48

 



      Tənqidi metodun xarakterinin üç əsas müəyyənləşdiricisi vardır: dövrün və tənqidçinin 

fəlsəfi-ideoloci mövqeyi (bəzən bunlar ziddiyyətdə də ola bilirlər...); bəşər mədəniyyəti tarixinin 

əsrlərcə hazırlayıb yaratdığı ümumestetik meyarlar və konkret bir dövrün bədii sistemi. Tənqid 

və onun metodu bu ümumi kontekstdə (tarixi və müasir mədəniyyət) öz mövqeyini qərarlaşdırır. 

Təsadüfi deyil ki, hər hansı bir konkret dövrün tənqid metodo-logiyasının öz ideoloci 

platforması, əsaslandığı fəlsəfi-estetik konsepsiyası olmuşdur. Bundan əlavə, müasir 

dövrümüzdə elmi metodologiyada baş ve-rən yeniləşmənin tənqidin metoduna da bilavasitə dəxli 

vardır. "Ümumelmi, inteqrativ proseslərin" getdiyi bir şəraitdə, tənqid digər elmlərlə 

həmrəyliyini daha da möhkəmləndirir. V.S.Çernyak yazır: "Metodologiyaların müxtəlif 

növlərinin qarşılıqlı əlaqələnmə hərəkəti - təkcə dialektikanın prinsip və qanunlarının 

spesifikləşməsi prosesi deyil, o, eyni zamanda, ümumelmi metodologiya anlayışlarının 

universallaşması prosesidir". Belə bir proses həm tənqidin universallaşmış ümumelmi 

metodlardan da istifadə etməsinə imkan verir, həm də onun öz metodoloci sistemini daha 

fundamental şəkildə təşəkkül etdirməsinə kömək eləyir. Belə bir istiqamətdə tənqidin özündə də 

metodoloci monizm həyatiləşir - tənqidi metod əhatəli xarakter kəsb edə bilir və bütöv bədii 

sistemə vahid tənqidi münasibət göstərməyə, incəsənətin daxili inkişaf xüsusiyyətlərini - onun 

qabaqcıl və mühafizəkar cəhətlərini, ideoloci-estetik rolunu, bədii prosesi və ümumiyyətlə, 

incəsənətin morfoloci dina-mizmini, bu günün sənət axtarışlarını tənqidi aspektdə öyrənməyə 

qadir olur. Bax, bu mənada tənqidi nə məhz nəzəriyyədən yaranan fikir, nə də məhz nəzəriyyənin 

yaradılmasına qədərki fikir hesab etmək olar. Tənqid klassikası həm kamil estetik nəzəriyyəni 

yaradan, həm də belə bir bünövrə üzərində təşəkkül tapıb daha da inkişaf edən, qüdrətlənən 

tənqiddir...  

 

Qaynaq: http://xariciedebiyyat.azeriblog.com/2007/09/25/rahid-ulusel-edebi-kulturoloji-material 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 


 

49

Umberto Eko 



 

"Postmodernizm, istehza, əyləncəvilik." 

 

 

 



Çevirən:  İlahə Ucaruh (müəllif redaktəsi ilə) 

 

 



1965-ci ildən bu günə qədər iki fikir, ideya aydınlaşır. Onlardan biri budur ki, süjet , digər 

süjetləri sitat gətirmək adıyla təzədən dirilə bilər, ikincisi isə -- bu sitat gətirmədə konformizm 

(uyğunlaşma qabiliyyəti- İ.U.) sitat gətirilən, süjetlərdən daha az olacağı fikridir.  

1972-ci ildə “Bompyaninin illik salnaməsi”ndən (1) biri “Süjetin revanşı” adlandırılmışdır. Bu 

revanşın əksər hissəsi Ponson dü Terraylın (2) və Ejen Syunun (3) və eləcə də A.Dyumanın ən 

yaxşı səhifələrinə (minimal istehza ilə) ironik, eyni zamanda da heyrətləndirici, yenidən dərkinə 

həsr edilmişdir.  

Həm non-konformist, həm də kifayət qədər problemli və heç bir şeyə baxmayaraq maraqlı, 

əyləncəli bir romanı özümüz üçün təsəvvür etmək mümkündürmü? 

Bu mürəkkəb qatqını (qarışığı və nəinki süjeti, həm də əyləncəliyi təzədən kəşf etmək vəzifəsi

postmodernizmin Amerikalı nəzəriyyəçilərinin qarşısında durmaqdadır.  

Təəsüflər olsun ki, “postmodernizm” hər cür vəziyyətə yararlı olan bir termindir. Mənə elə gəlir 

ki, indiki zamanda hansısa bir  şeyi tərifləmək istəyəndə bu sözə müraciət olunur. Bir də ki, bunu 

qətiyyətlə uzaq keçmişə, qədim zamanlara itələyirlər. İlk əvvəl bu termin yalnız XX əsrin ikin 

yarısının yazarları və rəssamlarına tətbiq edilirdi; sonra yavaş-yavaş XX əsrin əvvələrinə də 

keçdi; sonra daha da dərinə getdi; dayanacaq nöqtə görünmür, və tezliklə postmodernizm 

kateqoriyası Homeri də öz daxilinə alacaq. 

Bunu deməliyəm ki, şəxsən özüm bu fikirdəyəm ki, postmodernizm təsbit edilmiş xronoloji 

hadisə yox, bir ruhani haldır, təsviri iradəylə bir yanaşmadır. Bu mənada hər bir dövrün öz 

xüsusi manyerizmi olduğu kimi, hər dövrün xüsusi postmodernizmi də var. Postmodernizm, 

sadəcə metatarixi kateqoriya kimi manyerizmin yeni adı olub-olmamasını özüm də hələ həll 

etməmişəm. Ola bilsin ki, F.Niçşenin (4) “Vaxtsız düşüncələr”ində ətraflı təsvir etdiyi böhranın 

astanasına hər dövr öz zamanında yaxınlaşır. 

Keçmiş basır, sıxır, şantajlayır. Tarixi avanqard (indi avanqardı bir tarixi kateqoriya kimi də 

götürürəm) keçmişdən yaxa qurtarmaq istəyir. Futuristlərin “Rədd olsun ay işığı!” şüarı hər bir 

avanqardın tipik proqramıdır: “ ay işığı”nı digər uyğun ismlə əvəz etmək lazımdır. Avanqard 

keçmişi dağıdır,  deformasiya edir. Pablo Pikassonun “Avinyon xanımları” (1907) avanqarda xas 

olan tipik hərəkətdir. Avanqard dayanmır: obrazı dağıdır, ləğv edir, abstraksiyaya, eybəcərliyə, 

təmiz kətana, kətanda yırtığa, yandırılmış kətana çatır; memarlıqda minimalizm tələbələri bağça 

hasarına, qutu evə, parallelepipedə dətirib gətirib çıxardır; ədəbiyyatda - diskursun son həddə 

qədər dağıdılmasına - Berrouzun kollajlarına (5) və daha uzağa – lallığa, ağ səhifəyə aparır. 

Musiqidə həmin bu tələbələr atonallıqdan- səsküyə , sonda isə - mütləq süküta gedib çıxır. Bu 

mənada Keycin ilk dönəmləri modernistikdir. Sənətçi, “ 4 dəqiqəyə 33 saniyə” əsərinin 

bəstəkarı, ifaçısı və müəllifi, bu vaxt ərzindı musiqiçi alətə toxunmadan oturur. (6) Lakin son 

hədd yaranır ki, bu zaman avanqard (modernizm) yaratdığı ağılagəlməz məntnlərini (yəni 

konseptual incəsənəti) təsvir edən bir metadil ilə hara gedəcəyini artıq bilmir. Postmodernizm 

modernizmin cavabıdır: keçmişi məhv etmək mümkün deyilsə, (çünki onun məhvi lallığa aparır), 

onda onu təzədən dərk etmək gərəkdir: ironik, sadəlövhlüksüz. Postmodernist mövqeyi mənə çox 

savadlı qadına aşiq olan insanın vəziyyətini xatırladır. o anlayır ki, “səni dəlicəsinə sevirəm” 

sözlərini deyə bilməməyinin səbəbi bunu anlamağındadır ki, o qadın anlayır ( qadın isə kişinin 

anladığını anlayır) ki, belə ifadələr Lianaya (7) məxsusdur. Lakin çıxış yolu var. O, “Liananın 

sözü olmasın, səni dəlicəsinə sevirəm”,-- deməlidir. Bu halda o adam süni sadəlikdən qaçıb 

birbaşa göstərir ki, onun sadə danışmaq imkanı yoxdur; və buna baxmayaraq, qadına çatdırılası 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə