Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 25,5 Kb.
Pdf görüntüsü
tarix24.12.2017
ölçüsü25,5 Kb.
#17949


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 

 

 

RƏYLƏR 

 

 

ERMƏNİ SAXTAKARLIĞININ İFŞASI 

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü  

Nailə Vəlixanlının Rusiya EA Şərqşünaslıq İnstitutunun  

 “

Vostok” jurnalında dərc edilmiş rəyi haqqında 



 

Azərbaycan  tarixçisinin  yerli  mətbuatda,  elmi  jurnallarda  sanballı 

məqalələrlə  çıxış  etməsi,  müxtəlif  problemlər  haqqında  qonşu  respublikanın 

tədqiqatçıları ilə elmi po-lemikaya girməsi, yalan və saxta mülahizələri tənqid, 

bir  sıra  hallarda  isə  təkzib  etməsi  son  onilliklərdə  tez-tez  qarşılaşdığımız 

mənzərədir. Milli maraqların qorunması üçün vətəndaş mövqeyinin aydın ifadə 

edilməsi, tarixi keçmişimizə sahib çıxılması, bədxah niyyətlərini ifşa olunması 

sahəsində atılan addımları təbii qəbul etməyimiz də bununla bağlıdır. 

Eyni  zamanda,  öz  haqlı  mövqeyimizi  daha  geniş  auditoriyaya,  dünya 

ictimaiyyətinə çatdırmaq, Vətən tarixinin müxtəlif məsələləri haqqında gerçək-

likləri,  obyektiv  həqiqətləri  təhrif  edilmədən  xarici  mətbuat  səhifələrinə  çı-

xarmaq, beynəlxalq miqyasda nüfuzlu sayılan elmi jurnallarında dərc etdirmək 

hələ də çox mühüm bir vəzifə kimi qarşımızda durmadadır. Həm də bu zaman 

müxtəlif  maneələri  dəf  etmək,  çoxsaylı  erməni  havadarlarının  müqavimətini 

qırmaq,  ikili  standartlarla  düşünməyə  adət  etmiş  jurnal  sahiblərini  insaflı 

hərəkət etməyə inandırmaq kimi bir çox çətinliklərə sinə gərmək lazım gəlir ki, 

bu da böyük hünər, az-az rastlaşdığımız qürurverici bir haldır. 

Bu baxımdan, akademik Nailə Vəlixanlının Rusiya Elmlər Akademiyası 

Şərq-şünaslıq  İnstitutunun  “Vostok”  adlı  elmi  jurnalının  2013-cü  ildə  6-cı 

sayında  çap  olunmuş  “A.K.  Şaqinyanın  “Naxçıvan  Ərəb  xilafəti  tərkibində” 

məqaləsi haqqında düşüncələr” adlı böyük həcmli rəyi (səh. 205-215) diqqətə-

layiq 


hadisədir. Rəydə öncə jurnalın oxucularına erməni müəllifinin daha əv-

vəlki “əsərlərində” istifadə etdiyi metod – ayrı-ayrı müəlliflərin (onların içində 

erməni,  rus  və  azərbaycanlı  tədqiqatçılar  vardır)  müxtəlif  zamanlarda  çap 

etdirdikləri  əsərlərdən  götürüb,  azacıq  dəyişikliklərlə  özününkü  kimi  təqdim 

etdiyi plagiat faktlar haqqında  bilgi  verilmişdir.  Ziya Bünyadov,  A.Novoselt-

sev, Y.Manandyan, A.Ter-

Gevondyan kimi tanınmış tədqiqatçıların monoqra-

fiyalarından köçürdüyü faktları vicdan rahatlığı ilə öz qələminin məhsulu kimi 

 

198 



çap  etdirən  A.Şaqinyanın  bu  cür  tanıdılmasından  sonra,  Nailə  xanım  onun 

Naxçıvanın  Ərəb Xilafəti dövründə  hansı  inzibati  bölgənin tərkibində olması 

haqqında mülahizələrinə aydınlıq gətirmişdir. 

Orta  yüzilliklərdə  yaşamış  ərəb  müəlliflərinin  Azərbaycan,  ümumiy-

yətlə  Qafqaz  haqqında  yazdıqları  əsərləri  50  ildən  artıq  müddət  ərzində 

dərindən  araşdırmış  tədqiqatçı  kimi  postsovet  məkanında  yetərincə  tanınan 

Nailə  xanım  erməni  müəllifinin  məqaləsində  istinad  etdiyi  bütün  mənbələri, 

əsaslandığı hər bir faktı səriştə ilə, yüksək peşəkarlıqla təhlil etmişdir. Həm də 

bütün  məqamlarda  son  dərəcə  korrekt  davranmış,  elmi  etikanı  gözləməklə 

A.Şaqinyanın  Naxçıvanı  Ermənistan  şəhəri  kimi  təqdim  etməsinin  tarixi 

gerçəkliyi  əks  etdirmədiyini,  əsaslandığı  mənbələrdəki  ziddiyyətli  məqamlar-

dan yararlanmasının doğru olmadığını sübut etmişdir.  

Məqalədə  erməni  müəllifinin  Ərəb  xilafəti  dövründə  Naxçıvanı 

Albaniya-

Arran  şəhəri deyil,  Azərbaycan (indiki  Cənubi  Azərbaycan – Q.Ə.) 

şəhəri kimi təqdim etməsi və onu Urmiya gölündən qərbdə yerləşdirməsi, Araz 

çayından  şimaldakı  Naxçıvan  şəhərinin  isə  Ermənistana  aid  olması  iddiası 

mötəbər  mənbələrdəki konkret faktlarla təkzib edilmişdir. XIII əsrdə yaşamış 

ərəb müəllifi Yaqut əl-Həməvinin Nəşavə-Nakcuvan-Naxçıvan şəhəri haqqında 

bəhs  edərkən:  “Naxçıvan  Azərbaycanda  böyük  şəhərdir.  Bəziləri  isə  deyirlər 

ki, Arrandadır. O, Ərməniyyə ilə sərhəddədir” – fikrinə aydınlıq gətirilmişdir. 

Nailə  xanım  ərəb  müəllifi  İbn  əl-Fəqihin  Azərbaycan  vilayətinin  Bərdədən 

Zəncana  qədər  ərazini  əhatə  etməsi,  Əl-Yaqubinin  Bərdəni  Yuxarı  Azərbay-

canın  son  məntəqəsi  kimi  təqdim  etməsi,  İbn  Hövqəlin  öz  xəritəsində  Xəzər 

dənizi sahili  boyunca Dərbənddən Gilana qədər ərazini  Azərbaycan adlandır-

ması,  digər  xəritəsində  isə  Ərməniyyə  vilayətini  Hilat  (Van)  gölü  ilə  Araz 

çayının yuxarı axarı boyunda yerləşdirməsi faktlarına diqqəti yönəltmişdir. 

Burada bir məsələni də qeyd etmək lazımdır ki, görkəmli Azərbaycan 

tarixçisi, akademik Ziya Bünyadov da Arazüstü Naxçıvanın ərəb ağalığı döv-

ründə  Ermənistana  aid  olmadığını  çox  dəqiq  ifadə  etmişdir.  O,  VII  əsrin 

sonunda erməni knyazlarının  üsyanını yatırmaq üçün gələn ərəb sərkərdəsinin 

onları  Naxçıvana  gətirib  kilsədə  yandırması  haqqında  fakta  münasibətini 

bildirərkən, söhbətin hansı Naxçıvandan getdiyini aydınlaşdırmışdır. Görkəmli 

alim bu məsələdə 1912-1913-cü illərdə akademik İ.Orbelinin Qars vilayətinin 

Kağızman  mahalının  bir  neçə  yaşayış  məntəqəsində, o cümlədən Naxçıvanda 

apardığı  tədqiqatlara,  aşkar  etdiyi  epiqrafik  yazılara  istinad  edərək  buradakı 

qədim və divar daşları yanmış kilsənin olması, kilsənin VII əsrdə inşa edilməsi 

faktlarına  diqqəti  yönəltmişdir.  Eyni  zamanda  Arazüstü  Naxçıvanda  aparılan 

arxeoloji  qazıntılarda  heç  bir  kilsə  və  digər  xristian  tikilisinin  aşkar  edilmə-

diyini də xüsusi qeyd etmişdir.  

Nailə  Vəlixanlı  Ərəb  xilafətinin  zəiflədiyi,  Cənibi  Qafqazda  müstəqil 

dövlətlərin yarandığı zamanda da Naxçıvanın Azərbaycan dövlətləri tərkibində 

inzibati  bölgə  mərkəzi,  Eldənizlər  sülaləsinin  hakimiyyəti  dövründə  isə 

dövlətin paytaxtı olması, eləcə də daha öncə – Sasani ağalığı dövründə bütün 

 

199 



Cənubi  Qafqazı  əhatə  edən  Adurbadaqan  (Azərbaycan)  kustunun  tərkibində 

olması haqqında da müxtəlif xarakterli mənbələrdən əxz etdiyi dəlil-sübutları 

oxucuların nəzərinə çatdırmışdır. 

Bir  nümunə  ilə  fikrimizi  yekunlaşdırmaq  istəyirik.  A.Şaqinyan  XIII 

əsrdə  yaşamış erməni  müəllifi Stepannos Orbelyana  istinad edib I-II əsrlərdə 

Naxçıvanın  Sünik  vilayətinin  mərkəzi  olması  haqqında  mülahizəsinə  cavab 

olaraq, Nailə xanım erkən orta yüzilliklər dövrü Cənubi Qafqaz tarixinə xüsusi 

monoqrafiya  həsr  etmiş  və  ermənipərəst  mövqeyini  hər  fürsətdə  nəzərə 

çarpdıran  Rusiya  EA  müxbir  üzvü  A.  Novoseltsevin  belə  bir  önəmli  fikrini 

diqqətə  çatdırmışdır  ki,  erməni  etnosunun  Sünik  vilayətinə  və  Albaniyanın 

digər bölgələrinə nüfuz etməsi yalnız VI əsrdən etibarən başlanmışdır. 

Rəylə  tanışlıq  göstərir  ki,  Nailə  xanım  məqsədinə  tam  nail  olmuş, 

tariximizlə  bağlı  növbəti  erməni  saxtakarlığını  ifşa  etmişdir.  Və  inanırıq  ki, 

Naxçıvanın bütün dövrlərdə Azərbaycan ərazisi olduğuna “Vostok” jurnalının 

obyektiv bilgi almaq istəyən oxucularını da inandıra bilmişdir. 

 

Qabil Əliyev 



Tarix üzrə elmlər doktoru, professor 

 

 

 



200 

Yüklə 25,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə