Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə1/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
  1   2   3   4   5   6   7   8   9   ...   202
جامع

 

 

 



 

Əhli Sünnə Vəl Cəmaat 

Sələfi Salihin 

Əqidəsi 

 

 



 

 

 



 

 

 

 

 

SƏHİH 



DUA VƏ ZİKİRLƏR 

KİTABI 

 

 



 

 

 



 

 

Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə 



Dövlət Komitəsinin 32 Sentyabr 2011-cu İl Tarixli İcazəsi 

Əsasında Çap Edilmişdir №DK-717/  َQ 

 

Təhqiq: Muhəmməd Nəsirəddin əl-Albani 



Toplayan və Tərcümə Edən: K.Hüseyn 

Kitabın Bütün Haqları Qorunur 

 

 



 

 



 

Səhih Dua Və Zikirlər Kitabı

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ميحرلا نمحرلا الله مسب



R

R

Ə

Ə

H

H

İ

İ

M

M

L

L

İ

İ

 

 

V

V

Ə

Ə

 

 

M

M

Ə

Ə

R

R

H

H

Ə

Ə

M

M

Ə

Ə

T

T

L

L

İ

İ

 

 

O

O

L

L

A

A

N

N

 

 

A

A

L

L

L

L

A

A

H

H

I

I

N

N

 

 

A

A

D

D

I

I

 

 

İ

İ

L

L

Ə

Ə

 

 

Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən 

sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) 

salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, 

çünki Sən, doğurdan da, bəxşiş verənsən! (Ali İmran 8). 

Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma! 

Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! 

Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! 

Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. 

Kafirlərə qələbə çalmaqda bizə kömək et! (əl-Bəqərə 286). 

Allahım! Bütün əməllərimin saleh əməl olmasını və bunları heç  

kimsə üçün deyil, sadəcə Sənin rizan üçün olmasını diləyirəm. 

Allahım! Bu kitabı yazan, tərcümə edən, oxuyan, dinləyən,  

yayan və bu kitabın üzərində əziyyəti olan  

hər bir kəs üçün xeyirli et! Amin! 



 

 

 


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 



 

 


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 



 

ÖN SÖZ 

 

Xutbətul-Hacə 

Həmd  ancaq  Allahadır,  Ona  həmd  edir,  Ondan  yardım  və  məğfirət 

diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah 

kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç 

kəs  onu  hidayətə  yönəldə  bilməz.  Mən  şəhadət  edirəm  ki,  Allahdan  başqa 

ibadətə layiq haqq İlah (məbud) yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət 

edirəm ki, Muhəmməd Onun qulu və Elçisidir. 



“Ey  iman  gətirənlər!  Allahdan  lazımınca  qorxun.  Yalnız  müsəlman 

olduğunuz halda ölün”(Ali-İmran 102). 

“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da zövcəsini 

(Həvvanı)  yaradan  və  onlardan  da  bir  çox  kişi  və  qadınlar  törədən 

Rəbbinizdən  qorxun.  (Adı  ilə)  bir-birinizdən  (cürbəcür  şeylər)  istədiyiniz 

Allahdan,  həmçinin  qohumluq  əlaqələrini  kəsməkdən  qorxun.  Şübhəsiz  ki, 

Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1). 

“Ey  iman  gətirənlər!  Allahdan  qorxun  və  doğru  söz  söyləyin!  (Əgər  belə 

etsəniz)  Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı  bağışlayar.  Hər  kəs 

Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”. (əl-

Əhzab 70-71).

1

 

Şübhəsiz  ki,  sözlərin  ən  doğrusu  Allahın  kəlamı,  yolların  ən  xeyirlisi 

Muhəmmədin    yoludur.  Əməllərin  ən  pisi  sonradan  uydurulanlardır. 

Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl  bidətdir,  hər  bir  bidət  isə 

zəlalətdir. Hər bir zəlalət isə oddadır.

2

 



“Ey  Rəbbim!  Köksümü açıb  genişlət,  işimi  yüngülləşdir,  dilimdəki düyünü 

aç ki, sözümü yaxşı anlasınlar!” (Taha 25-28). 

Möhtərəm  müsəlman  bacı  və  qardaşlarımız!  İlk  öncə  hamınızı  Allahın 

salamı  ilə  salamlayıram.  Allahın  Kitabına  və  Allah  Elçisinin    yoluna  tabe 

olaraq  bu  əməli  “Bismilləh”  ilə  başlayıram.  Çünki,  Allah  Rəsulu    də  öz 

məktublarını  "Bismilləh"  ilə  başlamış  və  buyurmuşdur:  "Hər  mühüm  bir  işə 

"Bismilləh" ilə başlanılmazsa, o işin sonu kəsikdir"

3



                                                



1

 Xutbətul-Hacə adı ilə məşhur olan bu duanı cümə və s. xütbələrdə Peyğəmbər  oxumuşdu. Səhabələrinə 

də  bunu  əmr  etmiş  və  özü  də  onları  öyrətmişdir.  Hədisin  ilk  hissəsini  bizə  Əhməd  1/  392,  293,  432,  Əbu 

Davud 2188, Tirmizi 1105, İbn Macə 1892 və başqaları rəvayət etmişlər.  

2

 Hədisin Ikinci Hissəsini: Muslim "Şərhu Nəvəvi" 6/153-156, Əhməd 3/319, 371, Nəsəi 3/188, 189 və digərləri 



rəvayət  etmişlər.  Hədis  alimi  Muhəmməd  Nəsirəddin  əl-Albani  hədisin  bütün  rəvayətlərini  bir  yerə 

toplayaraq “Xutbətul-Hacə” adlı bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Hədis Şeyx əl-Albani 

tərəfindən səhih hesab olunur.  

3

 Əbu Davud, əl-Albani “Zəif”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə