Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

 

44

filologiyanın müstəqilləşməsi nəticəsində onların özünün də budaqlanması zamanından başladı. 



Artıq bu mərhələdə tənqid, ümumfəlsəfi fikrin tərkib hissəsi kimi yox, xeyli dərəcədə spesifik-

ləşmiş ümumestetik fikrin tərkib hissəsi kimi özünü təzahür etdirir. Tənqid bu mərhələdə öz 

tədqiqat obyektinə - ədəbiyyata və incəsənətin digər növ-lərinə daha uzaqdan - fəlsəfədən deyil, 

bir qədər yaxından - estetikadan "baxır". Və bu mərhələnin tənqidçi tipi, estetik-tənqidçidir (şərti 

deyimdə). Fikrimizcə, tənqidin elmi sistemdəki tarixi inkişaf prosesinin ən ümumi hərəkət 

istiqaməti XIX əsrin I yarısınadək - Belinski tənqidi dövrünədək, demək olar ki, belə olmuşdur. 

 

      ...XIX əsrin I yarısından etibarən tənqid öz inkişafının yeni mərhə-ləsinə qədəm qoydu. 



Sözün müasir mənasında yeni tənqidin yaranmasının ilkin zəruri şərtləri var idi: elmi-fəlsəfi

estetik-tənqidi mübahisələrin Avropa "inhisarından" çıxıb bütün dünyaya yayılması; bədii 

idrakın öyrənilməsində yeni təhlil metodunun meydana çıxması və s. Bu mərhələdə estetik 

elmlər sistemində yeni bir şaxələnmə baş verdi və tənqid də ictimai-fəlsəfi elmlərin, 

filologiyanın, ədəbiyyatın özünün sürətli tərəqqisi və fəal təsiri ilə estetik idrakın inkişafı 

nəticəsində meydana gələn bu şaxələnmədən törədi. Ədəbi-ictimai ziddiyyətlərin son dərəcə 

gərginləşməsi, zidd konsepsiyaların açıq-aşkar ideoloci-estetik mübarizəsi bu prosesə güclü 

təkan verdi. "Belinski tu-fanı", "ədəbi qasırğa", "ideoloci fırtına" tənqid "gəmisinin" möhkəm, 

onun heyətinin - tənqidçilərin isə dözümlü, döyüşkən olmasını tələb etdi. Tənqid, bəlkə də 

özündən xəbərsiz halda özünün müstəqilliyi uğrunda döyüşə girdi, bütün incəsənəti "öz əlində" 

birləşdirən estetika ilə, həmçinin, ədəbiyyat-şünaslıq və ədəbiyyatla həmhüquq idraki sahəyə 

çevrildi. İctimai-ideoloci aləmə, ədəbi-estetik həyata bir fəallıq, bir döyüşkənlik, bir mübarizlik, 

bir cəsarət gətirdi, bədii sistemə daha reflektiv münasibət göstərməyə başladı, estetika və 

sənətşünaslığı hətta bir sıra hallarda ortodoksallıq və sxematik-likdən təmizlədi. İndi artıq bu 

sahənin nümayəndələrinə "filosof-tənqidçi", "filoloq-tənqidçi" və s. yox, məhz "tənqidçi" 

deməyə başladılar. Sənətkarlar, estet və filosoflar tənqidçiləri "dinləməyə" və sözün yaxşı 

mənasında tənqid-çilərdən "ehtiyat etməyə" başladılar. Tənqidi fikrin inkişafında bu yeni mər-

hələdən sonra tənqidə nəyinsə tərkibində muxtariyyət vermək mümkün deyildi. Axı, Belinski 

tənqidi Belinski fəlsəfəsindən doğan tənqid deyildi. Əksinə, Belinski fəlsəfəsi Belinski 

tənqidindən doğmuşdur - demokratizm ideyaları da, fəlsəfi-estetik, ictimai-sosioloci ideyalar da 

Belinski tənqidindən doğmuşdur. 

 

      Tənqidin spesifikləşməsi prosesi həm də onun öz-özünü təhlilə başlaması ilə, 



özünəmünasibətlə bağlıdır ki, bu da yalnız yeni mərhələnin məhsuludur... 

 

      Beləliklə, tənqidin ən ümumi tarixi inkişaf prosesini izlədikdə və filologiyada, bədii sistemdə 



də inkişaf məqamlarını nəzərə aldıqda, onun, şərti olaraq, üç mərhələdən keçdiyi aşkar olur:  

 

      İlkin mərhələ - "rüşeym dövrü" (ümumfəlsəfi sistemdə inkişaf) 



 

      Orta mərhələ - tənqidin estetik-ədəbi, filoloci, bədii fikrin tərkib hissəsi olduğu dövr 

(ümumestetik sistemdə inkişaf). 

 

      Yeni mərhələ - tənqidin öz sferasında müstəqil təfəkkür hadisəsi kimi formalaşdığı dövr 



(ümumidrak sistemində spesifik inkişaf). 

 

      * * * 



 

      Çoxdandır ki, tənqidə "bədii tənqid" deyirlər. Lakin açığını desək, bu termindəki "bədii" 

istilahı araşdırıcıları bir qədər çaşdırır. Bu nöqtədə onlar tərəfindən tənqidlə bədii ədəbiyyat 

arasındakı, daha dəqiq desək, elmi-estetik idrakla bədii idrak arasındakı hüdudlar tam silinir və 

hər iki təfəkkür sahəsi eyniləşdirilir. Bu məsələ ilə bağlı prof. S.Əsədullayevin qənaəti belədir: 

"O (yəni tənqid - R.U.) özündə bədii-obrazlı təfəkkürün ünsürlərini toplayaraq nəinki bədii 




 

45

obrazlarla əməliyyat aparır, həmçinin obrazlarla "düşünür" ki, bu da onu ədəbiyyata (incəsənətə) 



yaxınlaşdırır". S.Vayman isə "Min dənə ev dovşanı - hələ fil demək deyil" polemik məqaləsində 

yazır ki, "mənim dərin inamıma görə, tənqid yalnız bu şərtlə tam şəkildə obyektiv ola bilər; əgər 

o bədiidirsə, əgər o, yazıçı və onun auditoriyası ilə incəsənət dilində söhbət etməyi öyrənirsə". 

Fikrimizcə, tənqidi bədii-obrazlı idrakın məhsulu hesab etmək qətiyyən düz deyildir. Axı, 

görəsən, tədqiqatçılar "tənqid bədiidir", "tənqid incəsənət dilində danışır" deyərkən, konkret 

olaraq məhz nəyi nəzərdə tuturlar? Tənqidin bütün mövcud mahiyyəti - onun daxili strukturu, 

təhlil-araşdırma qanunauyğunluqları, fikri prosesin dinamikası, obyektiv dəyərləndirməyə meyli, 

nəzəri-metodoloci xassəsi... bu tezislərin doğruluğuna inamı azaldır. Bəlkə müəlliflər burada 

tənqidin obrazlı dilə meylini, emo-sional-polemik keyfiyyətini nəzərdə tuturlar? Lakin yenə də 

saysız-hesabsız faktlar həmin konsepsiyanın xeyrinə olmayacaqdır... Bu faktlardan birisi: XVII 

əsrdə Qərbi Avropa fəlsəfəsində elmşünaslıq üçün ciddi metodologiya hazırlandığı bir vaxtda 

F.Bekon elmdə idrakın üç yolunu - "hörümçək yolu", "qarışqa yolu", "arı yolu" obrazlı ifadələri 

ilə müəyyənləşdirmişdir. Özü də təsəvvür edin ki, söhbət elmi metodologiyanın 

sistemləşdirilməsindən gedirdi. Həm də bu xüsusiyyətə təkcə F.Bekonda - rasional fəlsəfənin nü-

mayəndəsinin yaradıcılığında rast gəlmirik. Bu xüsusiyyət ictimai elmlərin, demək olar ki, 

hamısında özünü qabarıq şəkildə göstərir. Obrazlı mühakimə və deyim tərzi mütəfəkkir şəxslərin 

yaradıcılığının daxili mahiyyətindədir. 

 

      ...Deməli, ictimai elmlərdə nə dərəcədə bədiilik varsa, onlar nə dərəcə "bədiidirsə", tənqiddə 



də eyni dərəcədə bədiilik vardır və o da eyni dərəcədə "bədiidir". Və əsas məsələ budur ki, tənqid 

varlığın obrazlı qavranılması deyildir. Tənqidi fikrə olan tələbatın əsasında obrazlı təfəkkür 

hadisəsinə - bədii ədəbiyyata və incəsənətə münasibət göstərmək zərurəti dayanır. Prof. 

M.S.Kaqan isə bu tələbatın xarakterini başqa şəkildə izah edir. O belə hesab eləyir ki, bədii əsəri 

qavrayan insanın şüurunda "özünüifadə", özünütəcəssü-metdirmə tələbatını doğuran 

"kommunikativlik fermenti" (Kaqanın fikrincə, bu "ferment" bədii şüurun təbiətindədir) real 

həyatiləşmə yolları arayır və "bunu məhz bədii formada edə bilməyəndə, o, bədii-tənqidi 

formada, inter-pretasiya formasında həmin məqsədin həyata keçməsinə nail olur". Professorla 

razılaşmaq heç cür mümkün deyil... Çünki incəsənətə tənqidi reaksiya, onun tənqidi-estetik 

dəyərləndirilməsi bədii təfəkkür prosesindən yox, tənqidi-idraki fəaliyyətin öz daxili 

qanunauyğunluqlarından törəyir. Doğrudanmı, tənqidçi məhz bədii əsər yaza bilmədiyindən, öz 

fikirlərini bədii formada ifadə edə bilmədiyindən tənqidi formanı seçir?! Xeyr. Bu, tənqidin sırf 

subyektiv dəyərləndirilməsidir. Axı, tənqidçi, demək olar ki, heç vaxt belə bir zərurət, alternativ 

qarşısında qalmır. Bəzən elə olur ki, tənqidçi yenicə oxuduğu bədii əsərdə indiyəcən heç 

üzərində düşünmədiyi yeni bir problemlə qarşılaşır və həmin problemi öyrənərək, mənimsəyərək 

öz baxışlarını irəli sürür. Tənqidi fikrə, tənqidi özünüifadəyə olan daxili estetik tələbat bədii 

özünüifadənin mümkün olmadığı yerdə meydana çıxmır. Onun təzahür səbəblərini belə bir 

alternativdə axtarmaq təşəbbüsünün özü yanlışdır və tənqidi bədii idrak hadisəsi saymağın ifrat 

nəticələrindəndir... Çünki tənqidi fikir bədii özünüifadə zərurətindən deyil, sosial-estetik 

fenomen olan tənqidi idrakın qnoseoloci özülündəki özünüifadə (subyektiv əsas) və ictimai fikri 

ifadə (obyektiv əsas) zərurətindən törəyir. Bədii hadisə bu mürəkkəb psixoloci "struktura" təsir 

edir, "qıcıqlandırır" və tənqidi idrakın fəaliyyətə başlamasına təkan verir. Bu elə bir reflektiv 

prosesdir ki, biz onun cürbəcür təzahür formalarını varlığın predmet və hadisələrinə münasibət 

göstərmək istəyən müxtəlif idrak fəaliyyəti növlərində də (fəlsəfi, sosioloci, estetik, elmi və s.) 

görə bilərik... 

 

      "...Tənqid - elmdir" deyən konsepsiya ilə yalnız o mənada mübahisə etmək olar ki, o, 



tənqiddəki elmi mahiyyətin seçilənliyini əsaslandırmır, onu digər ictimai elmlərlə, hətta dəqiq 

elmlərlə eyni cərgədə qoyur. Halbuki tənqiddə elmi xassə yalnız bir həlledici məqamda təzahür 

edir - bədii hadisə dəyərləndirilərkən obyektiv tənqidi təhlil və baxışın həyatiləşməsində. 

Tənqidin nəzəri və metodoloci strukturunda isə (bu, tənqidi-idraki fəaliyyətin özəyini təşkil edir) 

elmi-tədqiqi analiz metodu öz yerini, mövqeyini müxtəlif səviyyələrdə təzahür edən emosional



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə