Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə8/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   ...   4   5   6   7   8   9   10   11   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

24



da  əks  etdirmək  geniş  oxucu  kütləlinə  çatdırmaq  istedadla  ya-

naşı zəhmət, savad, fədakarlıq tələb edir. 

Şübhəsiz ki, doğma Naxçıvan torpağında çalışan yazıçıla-

rımız Vətənimizin bu gözəl guşəsini, onun qəhrəmanlarını daha 

gözəl  əsərlərində  şöhrətləndirəcəklər.  Naxçıvan  onların  şeirlə-

rinin qanadlarında ölkə-ölkə gəzəcəkdir. 

 

MEŞƏ HƏKİMİ 

 

Uşaqlar üçün yazmaq böyüklər üçün yazmaqdan asan de-



yildir. Böyüklər oxuduqları romanın, şeirin yaxşı, pis cəhətləri 

haqqında  öz  mülahizələrini  deyə  bilirlər.  Lakin  kiçik  yaşlı 

oxucu  belə  deyildir.  Onun  sükutu  tənqid,  təbəssümü  tərifdir. 

Xırda  balalar  üçün  yazılmış  əsər  onların  könlü  kimi  təmiz  və 

işıqlı  olmalıdır.  Sözlər  uşaq  ürəyinə  ardı-arası  kəsilməyən 

döyüntü  kimi  tökülməli,  şeir  onun  sinəsinə  təmiz  hava  kimi 

axmalıdır. 

Bu  nöqteyi-nəzərdən  Xanımana  Əlibəylinin  «Meşə  həki-

mi» kitabçasına diqqət yetirmək faydalı olardı. 

Kitabçaya müəllifin «Meşə həkimi» adlı poeması və yed-

di  şeiri  daxil  edilmişdir.  Onlar  incə  yumoru  və  səmimiliyi  ilə 

seçilirlər. 

Lakin  yuxarıda  dediyimiz  prinsip  nöqteyi-nəzərindən 

kitabçada  nöqsanlar  da  vardır.  Kitabçadakı  «Meşə  həkimi» 

poemasına diqqət yetirsək, yaxşı cəhətlərlə yanaşı bəzi qüsurlar 

da görərik. Poemanın əsas nöqsanı kompozisiya dağınıqlığıdır. 

Bu  da  hadisələrnn  sadalanma  yolu  ilə  təsvir  olunmasından 

doğmuşdur.  Müəllif  ağacdələnə  verdiyi  «Meşə  həkimi»  adını 

doğrultmaq  üçün  bütün  başqa  şeylərin  əhəmiyyətini  azaltmaq 

istəyir.  Misal  üçün,  əgər  palıdın  budağını  ağacdələn  müalicə 

edirsə,  bayquş  onun  həyatını  siçovullardan  qoruyur.  Sual  olu-

nur:  hansı  yaxşıdır?  Müəllif  bütün  üstünlüyü  ağacdələnə  verir 

ki, burada  fikirlər haçalanır, bir  nöqtəyə  vurmur. Poemada  ba-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

25



laca  oxucunun  təsəvvürünü  çaşdıra  bilən  təsvirlər  də  vardır. 

Müəllif nə üçünsə təsvir etdiyi meşədə gərməşovla, ardıcla ya-

naşı  çinar,  atlas  yarpaqlı  tut,  hətta  çiçək  açmış  albalı  ağacının 

olduğunu  da  iddia  edir.  Şübhəsiz  ki,  ayrı-ayrı  iqlim  şəraitində 

bitən bu ağacları qonşu eləmək düzgün deyil. 

Əlbəttə,  yaşlı  oxucu  bu  nöqsanları  görüb  müəllifə  də 

bildirər, amma kiçiklər səhvləri həqiqət kimi qavraya bilər. 

Məlumdur ki, tala  meşədəki açıqlığa deyilir.  Amma  mü-

əllif onu uşaqlara belə təqdim edir: 

Nəmli yarpaqla dolu  

Burda çuxur, çala var.  

Ensiz bir meşə yolu  

Kül-çiçəkli tala var.  

Pəhləvan kimi durub  

Talada qoca palıd.  

Birləşib çardaq qurub  

Onunla qoz, şabalıd. 

Belə  çıxır  ki,  talada  ağaclar  meşədəkindən  sıxdır,  Kitab-

çadakı  şeirlər  daha  səmimidir.  Xüsusən  «Quzu»  şeirində  uşaq 

aləmi gözəl açılmışdır. Burada  biz  şeiri deyən körpənin təbəs-

sümünü  də  görür,  onun  şən,  uşaq  xasiyyətilə  də  tanış  oluruq. 

Şeirin axırı da yaxşıdır: 

Yaxşı, az hoppan quzum,  

Arıqlarsan, can quzum. 

«İnci  çiçəyi»,  «Qara  tut»  şeirləri  də  eyni  sadəlik  və  sə-

mimiyyətlə  yazılmışdır.  «Bikə»  adlı  böyük  şeir  də  mənalıdır. 

Müəllif kiçik qəhrəmanına  nəsihətnamə oxumur. Ona  «üst-ba-

şını  təmiz  saxla»  demir.  O,  kiçik  Bikəni  təmizliyi  ilə  seçilən 

quşlar, heyvanlar və çiçəklərlə tanış edir. Xüsusən təbiət hadi-

sələrini  təsvir  edəndə,  şair  oxucuya  daha  təsirli  hisslər  təlqin 

edir. Aşağıdakı iki bəndə diqqət yetirək: 

Bir az kənddən uzaqda  

Gölə baş vurur ördək.  



                                                                                      

Seçilmiş əsərləri 

 

 

26



Şeh düşən kimi bağda  

Çimir hər gül, hər çiçək.  

Ceyranın heç kir olmaz  

Boynunda, qulağında.  

O, yuyunur qış və yaz  

Öz sərin bulağında... 

Beləliklə,  kiçik  Bikə  fillə,  dovşanla,  qazla  tanış  olur  və 

birbaş  əl-üzünü  yumağa  yollanır.  Göründüyü  kimi,  məsələnin 

həlli təbii və düşündürücüdür. 

Kitabçadakı əsərlərin dili əsasən oynaq və axıcıdır. Lakin 

onların  dilində  bir  sıra  qüsurlar  da  vardır.  «Digər  qolum  axır 

tək»  kimi  quru,  «palıddan  rişəsi»,  «şaxə»,  «ləpələyir»,  «palıdı 

eşidirmiş», «bax odur gəldi atlas paltarında qurbağa» kimi söz 

və ifadələri uşaqlar çətin başa düşürlər. 

Bu səhvlər bəzən Xanımana Əlibəylinin misrada sözlərin 

azlığı və sıxlığına fikir verməməsindən, feli qafiyələrdən yaxşı 

istifadə etməməsindən irəli gəlir. 

İstedadlı  uşaq  yazıçısı  Xanımana  Əlibəyli  mövzu  geniş-

liyinə də fikir verməlidir. 

 

 



TOĞRULUN DÜNYASINA SƏYAHƏT 

 

(Azərbaycan Lenin Komsomolu 

mükafatı laureatları) 

 

Bir dünya insana azlıq edir. Yeknəsəqlik çox zaman ada-

mı  yorur, adiləşdirir. Buna görə də başqa dünyalara (şeirə, ro-

mana, simfoniyaya, peyzaja) daxil olmaq istəyirsən. 

Sənətkarın  böyklüyü  də  dünyada  dünya  yarada  bilməsi-

dir. Onun bədii vasitələrinin—rəngin, işığın— gözə, ürəyə sədd 

olmamasındadır. Əsl rəssamın əsərini kağızda yox, bolluca saf 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə