Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə5/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   2   3   4   5   6   7   8   9   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

15



Sovet  ədəbiyyatı  indi  dünyanın  ən  qabaqcıl,  işıqlı,  aydın 

məqsədli  bir  ədəbiyyatıdır.  Onun  nümunəvi  əsərləri  sərhədləri 

çoxdan aşmışdır. 

Burjua  ədəbiyyatı  nümayəndələri  indi  insan  psixikasının 

ən  qaranlıq,  gözəgörünməz,  dolaşıq  cizgilələrini  axtarmağı  bir 

məqsəd  kimi  qarşıya  qoyub,  ədəbiyyatın  funksiyasını  cəmiy-

yətdən,  siyasətdən,  mübarizədən  təcrid  olunmaqda  görürlərsə, 

bizim  yazıçılar  isə,  əksinə,  insan  psixologiyasının  dərinliyinə 

varmağı  yaddan  çıxarmadan,  bəşəriyyəti  həmişə  geniş,  aydın 

üfüqlərə  səsləyir.  Sovet  ədəbiyyatının  canlı,  nümunəvi  qəhrə-

manları  kitab  səhifələri  arasına  qoyulmuş  gül  yarpaqları  kimi 

saralıb-solmur,  onlar  bu  səhifələrdən  birbaşa  həyata,  instituta, 

zavoda,  akademiyaya,  yəni,  əvvəlcə  olduqları  yerlərə  qayıdır. 

Ədəbiyyatımız  sürətli  inkişaf  yolundadır.  O,  rəngarəng  əsərlər 

ədəbiyyatıdır.  Böyük  həcmli  epopeyalardan  6-7  çap  vərəqli 

lirik romanlara, klassik vəznli şeirlərdən, sərbəst, eləcə də qafi-

yəsiz şeirlərə, çoxplanlı, süjetli poemalardan poema-monoloqa 

qədər  bir  sıra  əsərləri  oxuduqca  sevinirsən,  bu  rəngarəngliyi 

hərtərəfli  qavramağa  çalışırsan.  Azərbaycan  ədəbiyyatı  böyük 

sovet  ədəbiyyatının  ən  qüvvətli  qollarından  biridir.  Onun  gör-

kəmli nümayəndələri  ilə sovet xalqı  fəxr edir. Əsərlərini sevə-

sevə oxuyur. 

Naxçıvan  filialı  da  bugünkü  inkişaf  etmiş  Azərbaycan 

ədəbiyyatının qüvvətli qollarından biridir. Bu filialın hər nüma-

yəndəsinin müvəffəqiyyəti bizi sevindirir. 

Naxçıvan bizim ən qədim və zəngin mədəniyyət mərkəz-

lərimizdən  biridir. Buranın çox zəngin ədəbi-mədəni ənənələri 

vardır. Cəlil Məmmədquluzadə kimi bütün Yaxın Şərq ədəbiy-

yatına  ahəng  verən,  H.Cavid,  B.Kəngərli  kimi  sənətkarlar  ye-

tişdirən  bir guşədə  yaşayan  yazıçılardan gözəl əsərlər tələb et-

məyə haqqımız vardır. Bu filialın yetişdirmələri Hüseyn İbrahi-

mov,  Müzəffər  Nəsirli,  Hüseyn  Razi,  Kəmalə,  Əliyar  Əliyev, 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

16



Məşkur Əkbər, H.S.Nehrəmli, Əhməd Mahmud kimi yoldaşlar 

yaxşı tanınırlar. 

Məlum məsələdir ki, yazılan əsərlərin hamısı eyni səviy-

yədə  ola  bilməz.  Oxuduğumuz  əsərlər  içərisində  elələri  vardır 

ki, onlar sözün əsil mənasında bədii əsərlərdir. Onların müəllif-

ləri  qabaqcıl  yazıçılarla  bir  sırada  dura  bilən,  özünə  tələbkar, 

həssas,  narahat  yazıçılardır.  Təəssüf  ki,  zəif  yazanlar  da  çox-

dur.  Biz  bunun  səbəbini  isə  zamanın  tələbindən  kənarda  qal-

maqda görürük. Bəziləri hələ də sənaye, elm, mədəniyyət sahə-

sində  böyük  nailiyyətlər  qazanmış  Sovet  Naxçıvanını  təsvir 

etməkdə  acizlik göstərir,  məhdud  mövzu  çərçivəsindən kənara 

çıxa bilmirlər. 

Bəzən  də  elə  olur  kn,  ən  aktual  mövzuda  yazan  bir  şair 

heç bir təravətli söz deyə bilmir, seçdiyi material da əhəmiyyə-

tini itirir. 

Hər şeydən yazmaq olar! İstəyirsən, Möminə Xatun və ya 

Atabəy  məqbələrindən  yaz,  könlünə  yatırsa  «Badamlı»dan 

bəhs et, yaxud da duz şaxtalarını qələmə al. Məsələ ondadır ki, 

şairin səviyyəsi necədir, palitrası nə həcmdədir, o, cəmisi yeddi 

rəngimi vura bilir, yoxsa bu rənglərin incə və mürəkkəb birləş-

məsindən istifadə edib daha çox rəng işlədir. 

Biz Naxçıvanda  yaşayıb-yaradan  yazıçı  və şairlərin əsər-

lərinə  məhz  bu  nöqteyi-nəzərdən  yanaşmaq  istəyirik.  Əlbəttə, 

bir məqalədə onların bütün əsərlərini əhatə etmək mumkün de-

yildir. 

Biz əsasən müzakirə etdiyimiz əsərlər haqqında danışaca-

ğıq.  Mən  M.Nəsirlinin,  A.Kəmalənin,  Hüseyn  Razinin,  Sənu-

bər  Kərimovanın,  H.S.Nehrəmlinin,  Elxan  Əliyevin,  Əbülfəz 

Quliyevin,  Kazım  Muradovun,  İbrahim  Dastanın,  Elmi  Əliye-

vin  və  s.  yoldaşların  şeirlərini  nəzərdə  tuturam.  Müzəffər 

Nəsirlinin  faşist  hərbi  düşərgəsində  hitlerçilərə  qarşı  mübarizə 

aparan cəfakeşlərə başçılıq edən qorxmaz azəri oğlu, Ordubad-




                                                                                      

Seçilmiş əsərləri 

 

 

17



da böyüyüb  başa  çatmış qəhrəman  Əkbər  Ağayevə həsr etdiyi 

ballada diqqətəlayiqdir. 

Müəllif  çalışır  ki,  biz  Əkbəri  mətin,  dönməz,  faşistlərin 

yağlı  vədələrinə  aldanmayan,  yoldaşlarını  ələ  verməyən,  elek-

trik  cərəyanlı  məftillər  və  ölümlər  arasında,  işgəncələr  içində, 

adi  insani  hüquqlardan  belə  məhrum  bir  vəziyyətdə  mübarizə-

snni davam etdirən bir qəhrəman kimi görək. Müzəffər Nəsirli-

nin gözəl mövzulu, şairə böyük imkanlar verən bu şeiri qüsur-

suz deyildir. Mənə elə gəlir ki, bu nöqsan, hər şeydən əvvəl, iki 

ifadə  formasının  bir-birinə  qarışmasıdır.  Balladanı  oxuduqca 

gah  təsvirə,  gah  da  tərənnümə  rast  gəlirik.  Əlbəttə  elə  əsərlər 

var ki, orada təsvir də, tərənnüm də ola bilər. Lakin bu o zaman 

məqsədəuyğun  çıxar  ki,  iki  üslub  orqanik  şəkildə  birləşsin  və 

bir-birini tamamlasın. «Əkbər haqqında ballada»da isə vəziyyət 

başqa  cürdür.  Burada  tərənnüm  sətirlərini  təsvir  sətirlərindən 

asanlıqla ayırmaq mümkündur. 

Lazımsız tərənnüm balladanın əvvəlində və son hissəsin-

dədir, biz hətta bu gərəksiz patetikaya şeirin təsviri hissələrində 

də rast gəlirik. Təsvirin şirin yerində müəllif lazım oldu, olma-

dı müdaxilə edir, Əkbəri mədh etməyə, sanki oxucunun qəhrə-

mana  inanmayacağından  qorxub  xarakteristika  verməyə  baş-

layır. 


Görünür,  bu  ondan  irəli  kəlir  ki,  Müzəffər  Nəsirli  ritori-

kadan tamamilə yaxa qurtara bilməmişdir. Bu fikri şairin ümu-

mi yaradıcılığına aid etmək olar. 

A.Kəmalə  az,  lakin  mənalı  yazan  şairlərdəndir,  Onun 

şeirlərində təravət, incəlik, mətləb aydınlığı, yığcamlıq təqdirə-

layiqdir.  «Azərbaycan»  jurnalında  onun  bir  sıra  şeirləri  dərc 

olunmuşdur. Bu şeirləri oxucularımız rəğbətlə qarşılamışlar. 

Mən  onun  bu  yaxınlarda  jurnal  redaksiyasında  oxuduğu-

muz bir şeirini bütünlüklə misal gətirmək istəyirəm: 

 

                       Baharın sözü 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə