Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə7/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   2   3   4   5   6   7   8   9   10   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

21



Zeynal  Vəfa,  İslam  Hüseyni,  Nəriman  Bağırov,  Malik 

Məmmədov, Ə.Qənbərov və s. cavanlar müasir həyatı, gəncliyi, 

saf məhəbbəti qələmə alan, yeni fikir deməyə çalışan şairlərdir. 

Zeynal Vəfa demək olar ki, Naxçıvan filialının ümumi fo-

nunda şeirləri ilə tez gözə dəyən şairdir. Onun şeirlərində xoşa 

gələn əsas cəhət manera genişliyi, cəsarət və emosiyadır. 

Bu  şeirlərdə  yaradıcı  bir  gəncə  məxsus  öz  qüvvəsinə 

inanmaq, yeni fikir və təravət hiss olunur. 

Hələ  adı  oxuculara  məlum  olmayan  Sənubər  Kərimo-

vanın «Toyda» şeirindən görünür ki, müəllif konkret yazmağa, 

zamanın tələbinə cavab verməyə çalışır. Lakin şeiri oxuyan ki-

mi, şairin təcrübəsizliyini hiss edirik. 

H.S.Nehrəmlinin  «Ürək  mənə  əmr  edir».  «Sevirəm  bu 

Vətəni»,  «Yaz  deyir»,  «Sarı  sünbül  dalğalanır»,  «Qızım  kitab 

oxuyurdu», «Lenin əməlləri» şeirləri bəzi misralarının axıcı ol-

masına baxmayaraq zəifdir. 

Ümumiçilik, ritorika, mövzusuzluq, arxaik ifadə tərzi, ha-

zır  qafiyələr  H.S.Nehrəmlinin  başqa  şeirlərinə  də  aiddir. 

Görünür,  ümumiyyətlə,  poetik  istedaddan  məhrum  olmayan 

Y.S.Nehrəmli  müasir  şeir  atmosferi  ilə  yaşamır,  vaxtı  keçmiş 

nəzmi daha üstün tutur, yaxud bunların arasındakı fərqi sadəcə 

olaraq görmür. Buna ancaq təəssüf etmək olar. 

Elxan  Əliyev də redaksiyamıza bir neçə  yazı göndərmiş-

dir.  Şair  «Bizim  küçə»  şeirində  eyvanda  durub,  öz  küçələrini 

seyr  edir,  küçədəki  diqqətəlayiq,  görməli  binaların  siyahısını 

verir. Bu teatr, bu internat, bu univermaq, bu Nizami küçəsi, bu 

təzə  əkilmiş  ağaclar,  buyur,  oxucu,  bax,  tanış  ol.  Adamın  ya-

dına səyahətçiyə məlumat verən gid düşür. Çox yaxşıdır ki, Ni-

zami küçəsinin görkəmi dəyişmiş, gözəlləşmişdir. Bu, ən gözəl 

bir  şeir  üçün  mövzu  ola  bilər.  Lakin  gözəl  küçə  haqqında  ya-

zılan  şeir  məlumat  səviyyəsindən  yüksəyə  qalxmamışdır.  Bir 

sözlə, şeirdə obrazlı təfəkkür yoxdur: 

Ağaclar kölgə salır  



                                                                                      

Seçilmiş əsərləri 

 

 

22



Küçəmizin sağ-soluna,  

Qəndillər şölələnir, 

Nur çiləyir yoluma.  

Nə qədər sakini var  

Nizami küçəsinin.  

Quran əli var olsun,  

Bənnanın, mühəndisin. 

Adi soyuq sözlər, məlumat və fakt. Əsil şeir isə tamamilə 

başqa şeydir. Nəinki Nizami küçəsindən, hətta onun bir ağacın-

dan,  evlərindən  eşidilən  körpə  səsindən,  bir,  daşından,  hətta, 

ora düşən bir damla yağışdan da yaxşı şeir yazmaq olar. Lakin 

necə? Bədii obrazla, təfəkkürlə. Elxan Əliyevin şeirlərinin vəz-

ninə,  qafiyəsinə  söz  yoxdur.  Lakin  bununla  iş  bitmir.  O,  hələ 

çox çalışmalı, oxumalı, müasir ədəbiyyatın təbiətini, onun qar-

şısında qoyulan tələbləri dərindən öyrənməlndir.  Onun  «Raha-

tam» adlı şeri bu misralarla qurtarır: 

 

Mənə elə xəlnr ki,  



Yazdığım hər şeirlə  

Nəinki bir gecəlik  

Yüz gecəlik yuxunun  

Əvəzini almışam. 

Yaxşı sözlərdir! Görünür, Elxan Əliyev sənət eşqi ilə çır-

pınır,  onun  çətinliklərindən  də,  yuxusuz  gecələrindən  də  zövq 

alır. Lakin ədəbiyyat kimi böyük və mürəkkəb bir aləmdə kom-

pas da vacibdir. Bu kompas həyat və kitabdır. 

Əbülfəz  Quliyevin  şeirlərinə  nəzər  yetirək.  «Mənim  ar-

zum»  şeirindən  görünür  ki,  müəllif  axtarışlar  yolu  ilə  getmir, 

şairlərimizin  dəfələrlə  dediyi  fikirləri  bu  və  ya  başqa  şəkildə 

təkrar  edir.  «Mənim  arzum»  adlı  şeirdə  şair  demək  istəyir  ki, 

insanın  paltarına  düşən  ləkə  bir  şey  deyil.  Gərək  vicdana  ləkə 

düşməsin. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

23



Şair  Qabilin  on-on  beş  il  bundan  qabaq  yazdığı  «Anamın 

sözləri» şeirinə nəzər salsaq görərik ki, bu fikir eynilə, lakin da-

ha bədii şəkildə deyilmişdir. Görünür, həmin şeiri  Əbülfəz Qu-

liyev  oxumamış,  ya  da  mexaniki  olaraq  təkrar  etmişdir.  Oxu-

mağın o işi də yaxşıdır ki, səndən qabaq nə yazıldığını bilirsən. 

Eyni  sözləri  Kazım  Muradovun,  İbrahim  Dastanın,  Elmi 

Əliyevin şeirləri haqqında da demək olar. Elə bil onlar təzə bir 

söz  deməkdən  qorxurlar,  hazır  ifadə  tərzi,  qafiyə,  oxşatmadan 

əl çəkmirlər, mövzu çərçivəsindən bir barmaq belə olsun kəna-

ra çıxmaq istəmirlər. 

Elmi Əliyev yazır: 

Düşündürür başı qarlı  

Dağlar məni bu diyarda. 

Düşündürür xoş bahardı  

Bağlar məni bu diyarda. 

Bu və buna bənzər fikirləri, qafiyələri nə qədər təkrar et-

mək  olar?  Nə  qədər  başqa  şairləri  təqlid  etmək  olar?  Onların 

yazı manerasına arxalanmaq olar? 

Onu demək istəyirik ki, bizim bəzi yoldaşlar bu gün ədə-

biyyatın necə mürəkkəb bir şəkildə inkişaf etdiyini, şeirin hansı 

mərhələyə  qalxdığını,  müxtəlif  üslublu,  rəngarəng  yaradıcılığı 

olan  şairləri  öyrənmirlər.  Aşıq  Ələsgəri  hamımız  sevirik.  O, 

aşıq  ədəbiyyatının  ən  uca  zirvəsidir.  Lakin  təsəvvür  etmək  ol-

mur  ki,  ancaq  Aşıq  Ələskər  qoşmalarını  oxumaqla  məhdudla-

şan  bir şair  iyirminci  əsrin poeziya aləmindən  necə  baş çıxara 

bilər. 


Müasir ədəbiyyat—sözün əsl mənasında analitik bir sahə-

dir.  Buraya  elm  də,  texnika  da,  musiqi  də,  heykəltəraşlıq  da, 

rəssamlıq da daxildir. 

Şair səsi də, rəngi də, arxitektonikanı da yaxşı bilməlidir. 

Naxçıvan zəngin bir diyardır. O, indi hər sahədə böyük müvəf-

fəqiyyətlər qazanmışdır. Bütün bunları əhatə etmək, ədəbiyyat-




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə