Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə10/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   ...   6   7   8   9   10   11   12   13   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

30



Hələ  heç  kimin  diqqətini  cəlb  etməyən  gənc  Tolstoyun 

L.N.T. imzası ilə «Sovremennik» jurnalının redaksiyasına gön-

dərdiyi  ilk  əsəri  kamil  və  istedadlı  yazıçı  qələminin  məhsulu 

idi. Jurnalın redaktoru N.A.Nekrasov L.N.T.—«gizli kodu» ilə 

təqdim  edilmiş  bu  yazını  dərhal  dərc  etdirdi.  Bu  əsər  tezliklə 

ədəbi  ictimaiyyətin  diqqətini  cəlb  etdi  və  müəllifin  adı  aşkar 

oldu.  Nekrasov  Tolstoydan  yeni  əsərlər  göndərməsini  xahiş 

edirdi. Həmin vaxtdan Tolstoy həmişə diqqət mərkəzində oldu. 

Turgenev,  Qonçarov,  Qriqoroviç,  Ostrovski  ilə  bərabər  o,  zə-

manənin aparıcı  yazıçılarından hesab edilirdi. İ.S.Turgenev bir 

dəfə «Sovremennik» redaksiyasında L.N.Tolstoy haqqında belə 

demişdi ki, bu gənc zabit bütün nəsillərin yazıçılarını ötüb ke-

çəcək. 

Tolstoyun  əsərlərində  nə  isə  bir  qəribəlik,  qeyri-  adilik, 



yenilik vardı. 

İlk  dəfə  Tolstoy  «möcüzə»sinin  «sirri»ni  1856-cı  ildə 

Nikolay  Qavriloviç  Çernışevski  Tolstoyun  «Uşaqlıq»,  «İlk 

gənclik»,  «Gənclik»  trilogiyasının  və  «Hərbi  hekayələrinin» 

ayrıca nəşrinə həsr edilmiş məqaləsində açmışdır. 

Tolstoy  trilogiyasında  böyük  tənqidçini  heyran  edən  nə 

idi və o, Tolstoyun başqa yazıçılardan, hətta «rus nəsrinin ata-

sı»  Qoqoldan,  Puşkin,  Şedrin  kimi  yazıçılardan  üstünlüyünü 

nədə görürdü? 

Bu suala cavab vermək üçün Tolstoyun sələfləri olan ya-

zıçıların nəsrə nə kimi yenilik gətirdiyini bilmək lazımdır. 

Gənc  L.N.Tolstoy  Puşkin  nəsrini  dönə-dönə  oxuyur,  öy-

rənirdi. 

Puşkin rus nəsrini yeniləşdirdi, onu hər çür şitlikdən, sen-

timentallıqdan, qeyri-dəqiq ifadələrdən, zəhlətökən uzunçuluq-

lardan azad etdi. Puşkin  nəsr dilini cilaladı, onu sadə və aydın 

etdi.  Təsadüfi  deyil  ki,  Tolstoy  öz  böyük  sələfinin  povest  və 

hekayələrinə dəfələrlə müraciət etmişdir. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

31



Tolstoyun  gündəliklərini  oxuyarkən  görürük  ki,  o,  Puş-

kinin nəsrini heç də həmişə eyni cür qiymətləndirmirdi. Puşkin 

nəsrində  ona  kompozisiya  dəqiqliyi,  material  seçmə  bacarığı, 

cilalı dil xoş gəlirdi. 

Bununla  bərabər,  Tolstoyun  gündəliyində  belə  bir  cümlə 

var: «Əfsuslar olsun ki, Puşkinin povestləri çılpaqdır». 

Nə  üçün  «çılpaq»dır?  Əgər  Tolstoyun  Puşkin  haqqında 

qeydlərnni  diqqətlə  oxusaq,  suala  cavab  taparıq.  Tolstoy  yazır 

ki, Puşkin «hisslərin təfərrüatı» ilə yox, hadisələrin özü ilə ma-

raqlanır.  Tolstoy  nəsri  üçun  xarakterik  cəhət  olan  özünüöy-

rənmə Puşkində yoxdur. Nasir Puşkin əşyaların zahiri əlamətlə-

rinə  daha  çox  diqqət  verir,  daxili  aləm  «zahiri  əlamət  və  cə-

hətlər» vasitəsilə üzə çıxır. 

Puşkin bitkin portretlər yaradır. Bəzən o, bədii surəti tari-

xi  şəxsiyyətlərlə  müqayisə  edir.  Məsələn:  «O—German 

(Ə.K.)—pəncərədə  oturaraq  əllərini  dizləri  üstünə  qoymuş  və 

hiddətlə üz-gözünü turşutmuşdu. Bu vəziyyətdə o təəccüb edi-

ləcək dərəcədə Napoleonun portretini xatırladırdı». Burada ye-

nə bitkin, statik portret görürük. Puşkin personajlarının ruhi və-

ziyyəti son nəticədə üzə çıxır. Puqaçovun («Kapitan qızı») ölü-

mündən  qabaqkı  vəziyyətini  xatırlayaq.  Hətta  bu  dəhşətli  və-

ziyyətdə  belə  Puqaçovun  keçirdiyi  ruhi  sarsıntıların  təfərrüatı 

gizli qalır. Biz yalnız onu başa düşürük ki, Puqaçov öz ölümün-

dən qorxmur, ölmüş və sağ qalan döyüş dostlarının halına acı-

yır.  Yalnız  bu.  Onun  keçirdiyi  həyəcanların  nüansları  açılma-

mış qalır. Bax elə buna görə də Tolstoy uçün Puşkinin povest-

ləri «əfsuslar olsun ki, çılpaq» görünürdü. 

M.Y.Lermontov nasir kimi Tolstoya  nasir Puşkindən da-

ha yaxın və doğma idi. Lermontov surətlərin psixoloji təhlilin-

də Puşkindən daha irəliyə getmişdi. «Zəmanəmizin qəhrəmanı» 

povesti  ilə  o,  bədii  nəsrdə  yeni  səhifə  açmışdır.  Lermontov 

nəsri o zaman çox yayılmış bədnam «belletristpka»dan, təsvir-

çilikdən çox uzaq idi. Lermontovun təsvir üsulu Puşkin də da-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

32



xil olmaqla özündən qabaqkı nasirlərin təsvir üsulundan fərqlə-

nir.  Refleksiya,  özünütəhlil,  daxili  monoloq—bütün  bunlar  o 

zamankı nəsr üçün yeni idi. 

Lermontov  rus  nəsrində  psixologizmin  ilk  nümayəndə-

sidir.  O  qəhrəmanının  həyəcanlarını  üzə  çıxarmağı,  onun  in-

tellektual  aləmini,  həyat  haqqında  düşüncələrini  göstərməyi, 

dərk etməyi bacarırdı. 

Biz əgər Puşkinin «Atəş» hekayəsindəki və Lermontovun 

povestindəki  (Peçorinlə  Qruşnitski  arasında)  iki  duel  təsvirini 

müqayisə etsək, bir-birindən tamamilə fərqli iki müxtəlif bədii 

üslub  görmüş  olarıq.  Püşkin  duelə  çıxanların  ruhi  vəziyyətini 

xəsisliklə və ciddi təsvir edir. 

Lermontov  isə  öz  qəhrəmanlarının  həyəcanlarını  hələ 

duel  başlamazdan  əvvəl,  daxili  monoloq,  refleksiya  vasitəsilə 

təhlil edir. 

Lermontov nəsrinin bu xüsusiyyəti Tolstoyun çox xoşuna 

gəlmişdi. 

Lermontov  nəsrində  Tolstoya  yaxın  olan  digər  xüsu-

siyyət—xarakter  yaratması  və  portret  çəkməsidir.  Lermontov 

nəsrində portret birdən yox, tədricən, ayrı-ayrı səciyyəvi cizgi-

lərlə üzə çıxır. 

Bununla  belə,  deyə  bilərikmi  ki,  Lermontov  nəsri  Tols-

toyu tamamilə qane edirdi? Xeyr. 

Tolstoyun  qarşısında  «qəlbin  dialektpkası»nın  açılması 

metoduna yiyələnmək vəzifəsi dururdu. 

Sonralar  (Lermontovdan  sonra)  rus  ədəbiyyatının  inki-

şafında  İ.S.Turgenevin  də  rolu  az  olmamışdır,  onun  bir  çox 

gözəl əsərləri («Atalar və oğullar», «Rudin»,  «Ərəfə», «Ovçu-

nun  qeydləri»)  rus  ədəbiyyatının  qızıl  fonduna  qiymətli  töh-

fədir. 


Turgenev  gözəl  stilist  kimi  kompozisiya,  peyzaj,  dil  sə-

nətkarlığı,  lirik  fonetika  və  musiqililik  baxımından  qüsursuz 

ifadələri ilə ədəbiyyatçıları heyran qoymuşdu. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə