Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə6/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   2   3   4   5   6   7   8   9   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

18



 

Mən qoynu laləli,  

Gur şəlaləli, 

Qəlbi təranəli bahar olsam da, 

Demədim ki, baharam. 

Mən ətir havalı, 

Coşğun səmalı, 

Göyərçin yuvalı bahar olsam da,  

Demədim, demədim ki, mən baharam.  

Mən elin önündə sinəmi açdım,  

Torpağın döşünə bənövşə sancdım. 

Ətir nəfəsimi aləmə saçdım,  

Ellər özü dedi ki, sən baharsan! 

Çox gözəl  şeirdir! Bahar  haqqinda, bahar çiçəkləri qədər 

şeirlər yazılmışdır. Bu şeirin isə öz rəngi, öz ətri vardır. 

Forma  tapmaq,  misraya  hiss  aşılamaq,  sözün  musiqisini 

eşitmək belə olur. İkinci bəndə fikir verin. Burada bahar başqa 

tərəfdən  işıqlandırılır.  Başqa  cizgilərlə  göstərilir.  Bəndin  axı-

rıncı misrası birinci bəndin axırıncı misrası kimi yenə də təkrar 

edilir.  Lakin  az  və  böyük  əhəmiyyətli  fərqi  vardır.  Bəlkə  də 

başqa  şair  olsaydı  ikinci  bəndin  axırında  birinci  bənddəki  axı-

rıncı  misranı  eynilə  işlədərdi. Yox,  bu  həssas  şairi razı salmır. 

O, misranı inkişaf etdirir. 

Görün  necə  yazır.  Birinci  bəndin  axırıncı  misrasını  yada 

salaq: «Demədim ki, baharam». Şair onu belə dəyişdirir: «De-

mədim, demədim ki, mən baharam». 

Birdən-birə  misrada  iki  vurğu,  iki akkord  əmələ  gəlir ki, 

bu da şeirin emosional və musiqi qüvvəsini artırır. 

Üçüncü  və  axırıncı  bəndə  fikir  verək.  Burada  artıq 

«çoxpilləli», dalbadal axıb tökülən qafiyələr yoxdur. Əvvəlinci 

bəndlərdə  misralar  qəsdən  qırılmışdırsa,  burada  əksinədir—

onbirlik  bütövdür.  Bayaqkı  qısa-qırçın  misralı  bəndlərdən 

sonra  bütöv  on  bir  hecalı  axırıncı  bəndin  xüsusi  funksiyası 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

19



vardır. Şair bu bənddə artıq öz sinəsini elə tamamilə açmış, hər 

yerə  ətir  saçmış  bahardan  bəhs  edir.  Bahar  artıq  təbiətin  ayrı-

ayrı  guşələrində  yox,  hər  yerdə  hökm  sürür.  Bunun  üçün  də 

misralar  şairin  yazdığı  kimi,  bütöv  və  vüsətli  olmalı  idi.  Şeir 

gözlənilməz bir sonluqla bitir: 

 

Ellər özü dedi ki, sən baharsan! 



 

Bu çox tutarlı sonluqdur. Bir misra belə artırmaq olmaz. 

Mənim  bu  şeir  üzərində  geniş  dayanmağım  təsadufi  de-

yildir.  Bu  şeirdən  xüsusən  Naxçıvan  şairləri,  o  cumlədən,  Kə-

malənin özü də öyrənməlidir. Axırıncı sözlər bir qədər gülməli 

görünsə, də, müəyyən  bir  məqsədlə deyilmişdir. Çünki  Kəma-

lənin  bütün  şeirlərində  belə  məzmun  və  onu  əks  etməyə  qadir 

lazımi  formaya  rast  gəlmirik.  Gərək  Kəmalə  qazandığı  qələ-

bədən  bir  qarış  belə  geri  çəkilməsin.  Daha  yüksək  zirvələrə 

doğru can atsın. Belə olarsa, onun  istedadı daha çox açılar. O, 

bizim ədəbiyyata daha gözəl lirik şeirlər verə bilər. 

Hüseyn  Razi  Naxçıvan  filialının  nisbətən  yaşlı  nəqlinə 

məxsusdur. O, «Buludlar arasında» adlı böyük həcmli povestin, 

bir  neçə  şeirlər  kitabının  müəllifidir.  Onun  «Şeir  yazmaq 

istəsən»  əsəri  şairin  öz  yaradıcılıq  proqramı  kimi  səslənir.  Bu 

şeirdə  rəğbət  doğuran  narahatlıqdır,  kainatı  bütün  rəngi,  istisi, 

ahəngi,  harmoniyası  ilə  oxucuya  çatdırmaq  arzusu,  çırpıntı, 

ehtiras,  emosiyadır.  Şeirin  əvvəlinci  və  yekun  bəndini  misal 

gətirmək istəyirəm: 

Əvvəlinci bənd: 

Şair, əsil şeir yazmaq istəsən,  

Ətri min çiçəkdən alınmalıdır.  

Gücü fırtınadan, odu günəşdən,  

Sürəti şimşəkdən alınmalıdır. 

Sonuncu bənd: 

Yandıqca ilhamın alovunda sən,  




                                                                                      

Seçilmiş əsərləri 

 

 

20



Hər kəlmə süzülüb gələ ürəkdən, 

Belə şeirlərin canı bu gündən, 

Ömrü gələçəkdən alınmalıdır. 

Əlbəttə ki, Hüseyn Razi kimi illərlə şeir sahəsində işləyən 

bir şairin «ürəkdən, bu gündən» sözlərini qafiyə kimi işlətməsi 

qəribədir.  Bu, bəlkə  də gözdən qaçmış təsadüfi  qüsurdur. Mə-

sələ şeirin məğzindədir. 

Bəlkə də Hüseyn  Razi  götürdüyü  mövzunu qoşmada de-

yil, başqa çox imkanlı bir formada yazsaydı, fikrini daha yaxşı 

ifadə  edə  bilərdi.  Buna  baxmayaraq,  demək  lazımdır  ki,  bu, 

Hüseyn  Razinin  yaxşı  şeirlərindəndir.  Buradakı  ləngərli  axıcı-

lıq, sal  misralar  və  nurlu  fikir oxucunu təsirləndirir. Hiss edir-

sən ki, şair bu şeiri yazan zaman qəlbi bütün üfüqlər boyu açıl-

mış, xəsislik etməmişdir. 

Şairin başqa şeirinə müraciət edək. 

Şeirin adı  «Şahbuz»dur. Şeir Naxçıvanın gözəl  təbiətinə, 

səfalı mənzərələrinə həsr edilmişdir. Oxuyanda hiss edirsən ki, 

şair doğma yurdumuzun bu guşələrini həm gözü, həm qəlbi ilə 

görmüş,  onu  duya-duya,  sevə-sevə  qələmə  almışdır.  Bu  şeirin 

yaxşı  cəhətlərini  qeyd  etməklə  bərabər  demək  lazımdır  ki, 

şeirdə  hadisələrin  sadalanması  oxucuya  xoş  gəlmir.  H.Razi 

çalışır  ki,  təsvir  etmək  istədiyi  sahəni  geniş  planda  götürsün. 

Konkretlik,  detal  onu  o  qədər  də  maraqlandırmır.  Elə  buradan 

da sadalama başlayır. 

«Qaçaq Nəbi Salvartıdan 

Adlayırmış Batabata.  

Şığıyarmış boz atında 

Aynalını ata-ata...». və s. 

Şeirdə lüzumsuz sadalama həmişə kompozisiya dağınıqlı-

ğına gətirib çıxarır. 

H.Razinin  son  şeirlərindəki  poetik  həyəcan  göstərir  ki, 

başqa  janrlara keçməsinə  baxmayaraq, o, poeziya aləmini tərk 

etməyəcək, dəyərli şeir və poemalar yazacaqdır. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə