Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə11/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   ...   7   8   9   10   11   12   13   14   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

33



Lakin Tolstoyu  nə cilalanmış  ifadə, nə dilin  musiqililiyi, 

nə də cümlənin  fonetik tərəfi  maraqlandırırdı.  həyəcanların  və 

əqlin, psixikanın ən gizli cəhətlərinin təhlil edilməsi onun üçün 

nəsrdə ən əsas idi. Buna görə Tolstoyu nə Turgenev, nə Qoqol, 

nə  də  Şedrin  tamamilə  qane  edə  bilərdi.  Qəlbin  açılmasında 

yüksək  sənətkarlığa  nail  olmaq—Tolstoy  bax  buna  can  atırdı. 

Lakin bu, çox çətin vəzifə idi. Həyatın bəşəriyyətin gələcək da-

hisi qarşısında qoyduğu bir vəzifə idi. 

Tolstoy Lermontovdan tutmuş Şternə qədər özünün bütün 

sələflərini durmadan oxuyur və eyrənirdi. O ictimai hadisələrin 

mahiyyətini  və  bununla  bağlı  olan  psixoloji  hadisələri  əks  et-

dirmək  üçün  özünə  lazım  olan  ifadə  vasitələrinin  axtarışı  ilə 

məşğul olmuşdur. 

Tolstoyun  diqqətini  ingilis  yazıçısı  Şternin    əsərləri,  

xüsusilə «Tristan Şendi» romanı cəlb etmişdi, burada onu gənc 

qəhrəmanın özünütəhlili (xüsusilə məktublarda) maraqlandırır-

dı. 

Lakin  Tolstoy  daha  da  irəli  getməli  idi,—Şternin  qəh-



rəmanı  Şendi  kimi  öz  «mən»ində  qapanıb  qalmayaraq  daxili 

monoloqdan dünyanın dərkinə doğru irəliləməli idi. 

Və Tolstoy tükənməyən  enerji  ilə  axtarışlarını  davam et-

dirirdi. 

1851-ci ildən o qeydlər aparmağa başlayır, burada öz da-

xili  həyəcanlarını  təhlil  edirdi.  Sonradan  bütün  bu  qeydlər 

«Ötən günün əhvalatı» adlı kitaba daxil oldu. 

Tolstoyun  gündəlikləri  mücərrəd  yox,  dərin  psixoloji 

xarakter  daşıyırdı.  Burada  öz  güzgüsündə  bütün  dünyanı  əks 

etdirən  daxili  «mən»  əsas  rol  oynayırdı.  Daxili  «mən»lə  ətraf 

mühitin  qarşılıqlı  münasibəti,  bu  münasibətlərin  doğurduğu 

assosiasiyalar,  bəzən  bir-birinə  zidd  olan  hisslər,  duyğular,—

Tolstoyu  maraqlandıran  və  «Ötən günün əhvalatı» adlı gündə-

liklərə daxil olan bu cəhətlər idi. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

34



Gündəliklər Tolstoy üçün zəruri idi, bununla bərabər on-

da narazılıq, təşviş doğururdu, çünki o özünütəhlildə həyatdan, 

real  ictimai  əlaqələrdən  və  münasibətlərdən  ayrılmaq  təhlü-

kəsini görürdü. O, sonralar Prustun və Kafkanın gəldiyi nəticə-

dən  qorxurdu.  Onlarda  özünütəhlil  psixopatologiyaya  çevril-

mişdi.  Buna  görə  də  Tolstoy  «Ötən  günün  əhvalatı»nı  kənara 

qoydu. 

1855-ci ildə gənc zabit Tolstoy Sevastopola gəlir. Burada 



o ən mühüm tarixi hadisələrin, şiddətli vuruşmaların mərkəzinə 

düşür. 


Bu  hadisələrdə  şəxsən  iştirak  edən  və  insanların  bu  şə-

raitdə özlərini necə aparmalarını, müxtəlif  insan, əsgər taleləri-

nin  inkişafını  diqqətlə  izləyən  Tolstoy  öz  «mən»ini  zəngin-

ləşdirir, «özgə»  xarakterini,  «qəlb dialektikası»nı  təhlil etməyi 

öyrənir. Yazıçı dərhal qələmə sarılaraq bir sıra hekayələr yazır. 

Burada o döyüşçülərin düşüncə və həyəcanlarının ən dəruni və 

«sirli»  tərəflərini  doğru-düzgün  göstərməyə  çalışmışdır.  O 

buna nail oldumu? Bəli. 

«Sevastopol  hekayələri»ni  yalnız  gənc  Tolstoyun  mü-

vəffəqiyyəti  yox,  yalnız  rus  ədəbiyyatının  şöhrəti  yox,  bütün 

dünya ədəbiyyatının şöhrəti hesab etmək olar. 

«Sevastopol  hekayələri»nin  meydana  gəlməsi  ilə  onun 

nəsri «belletristika»dan daha da uzaqlaşır. 

Bundan  sonra  hadisələrin  quru  təsviri,  ayrı-ayrı  faktların 

qeyd edilməsi artıq dözulməz olur. 

Tolstoy  yazıçının  işini  qeyri-adi  dərəcədə  çətinləşdirdi. 

Onun  bədii  nəsr  sahəsində  atdığı  belə  bir  nəhəng  addımdan 

sonra, dahi yazıçının kəşflərini, hər şeydən əvvəl, insan psixo-

logiyasının  hər  bir  atomundan  baş  çıxarmaq  bacarığını  nəzərə 

almamaq mumkun deyildi. 

İrəlidə  deyildiyi  kimi  «Sevastopol  hekayələri»  haqqında 

ilk  fikir  söyləyən,  onun  böyük  əhəmiyyətini  dəqiq  müəyyən 

edən Nikolay Qavriloviç Çernışevski olmuşdür. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

35



Yalnız Çernışevski, «insan psixologiyasının klinik dəqiq-

lik  və qeyri-adi  bəsirətlə açıldığı»  «Fəlsəfədə antropoloji prin-

sip» adlı elmi  əsərin  müəllifi Tolstoyun dahiyanə hekayələrini 

təhlil  edə  bilərdi.  Tolstoyu  oxucular  üçün  məhz  Çernışevski 

kəşf etdi. Çernışevski olmasaydı, hələ məlum deyil ki, Tolstoy 

hekayələrinin «kəşf» edilməsi üçün nə qədər vaxt lazım olacaq-

dı.  1856-cı  ildə  o,  «Sovremennik»də  «Uşaqlıq»  və  «İlk  gənc-

lik»,  həmçinin  «Hərbi  hekayələr»  haqqında  yazdığı  məşhur 

məqalə  ilə  çıxış  etdi.  Çernışevski  özü  ilə  Tolstoy  arasındakı 

ideya «ədavəti»ni (gənc Tolstoydakı «mülkədar və zabit təsiri» 

demokrat-raznoçinin xoşuna gəlmirdi) bir kənara qoydu, o, gö-

rürdü  ki,  Tolstoy  böyük  istedaddır  və  onu  böyük  istedad  kimi 

də təqdim edirdi. 

Puşkinin,  Lermontovun,  Turgenevin,  Qoqolun  yaradıcı-

lığını  təhlil  edən  onların  istedadını  lazımınca  qiymətləndirən 

Çernışevski  bu  yazıçıların  əsərlərindəki  ciddi  bir  nöqsanı—

psixoloji- təhlilin zəifliyini və ya yoxluğunu da göstərir. 

Bu yazıçılar içərisindən Lermontovu ayıran müəllif yazır-

dı: «...digər görkəmli şairlərimizdən psixoloji təhlilin bu cəhəti 

Lermontovda  daha  geniş  inkişaf  edib,  lakin  onda  da  bu  cəhət 

hər halda həddindən artıq ikinci dərəcəli rol oynayır, özünü az 

göstərir  və  demək  olar  ki,  tamamilə  hisslərin  təhlilinə  tabe  et-

dirilib». 

Tolstoy  nəsrində  Çernışevskini  «fikirlərin  yaranması», 

«bir  hissin  digər  hissə  çevrilməsi»  maraqlandırır.  Tənqidçi 

qeyd edir ki,  indiyə qədər böyük  yazıçıları  «psixoloji prosesin 

başlanğıcı və sonu» maraqlandırırdı, Tolstoyu isə bu iki mərhə-

lənin arası, daha doğrusu prosesin özü maraqlandırır. 

Sonra  «Sevastopol  hekayələri»ni  (əsasən  «Sevastopol 

mayda»  hekayəsini)  nümunə  gətirən  müəllif    Tolstoyun  necə 

bir qəlb bilicisi olduğunu, onun nəsrinin başqa böyük yazıçıla-

rın  nəsrindən  nə  ilə  seçildiyini  oxucuya  əyani  surətdə  göstər-

mək istəyir. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə