Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə9/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   ...   5   6   7   8   9   10   11   12   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

27



havada  görürsən.  Bütün  varlığınla  bu  aləmə  girirsən.  «Qoca-

man çinar»dan başlayaq. 

Çinar  elə  bil  canlıdır,  oturub  gölgəsində  sərinləşmək, 

yaşıl qanadları üzərində əl gəzdirmək də olar. Mən onun qıvrı-

lan, açılan  əyilən, ucalan  budaqlarının  hərəkətini  görürəm. Çi-

nar yaşayır. Çox canlı, güclü və temperamentlidir. 

Zaqatalanın  dumanlı  bir  romantikaya  bürünmüş  yoluna 

bax.  Ürəyi  yerindən  oynadan  bu  romantikaya  qapılıb,  zövqün 

möhlətini artırmaq üçün tələsmədən, yolun qurtaracağında səni 

faciə  gözləyirmiş  kimi,  yavaş-yavaş  addımla.  Saf  havadan 

sinənə bollu ehtiyat yığ. 

Sonra  sənətin  müqəddəs  pillələrindən  enib,  həyata  düş: 

həyatdakı  ilə  Toğrulun  yaratdıqlarını  müqayisə  elə,  iki  həyatı, 

iki aləmi tutuşdur. Hansı gözəldir? 

İkisi də—həyat da, bədii həqiqət də! 

İçəri  şəhəri,  Bakını  seyr  elə,  sonra  Toğrulun  «Bakı»sına 

gir.  Doyunca,  yorulunca  ayaqdan  düşüncə  gəz.  Yerindən  tər-

pənmədən,  xəyalın  qanadları  üzərində  gəz.  Peşman  olmazsan. 

Təzədən həyata qayıt, həyatdakı Bakı sənə daha əziz, daha gö-

zəl görünəcək,  hiss edəcəksən ki, gözlərin, qəlbin ona Toğrul-

dan  nələrsə  əlavə  etmişdir.  Qidasını  həyat  həqiqətindən  almış 

bədii həqiqət öz mənbəyinə də gözəllik gətirmişdir. 

Toğrulun  təkcə  peyzajları  yox,  natürmortları  da,  portret-

ləri də belədir. Onun natürmortları o qədər qabarıqdır ki, hava 

ilə, işıq ilə elə canlandırılıb ki, uşaq baxsa əl uzadar, ürəyindən 

Toğrulun dibçəkdəki çiçəklərini dərmək arzusu keçər. 

Toğrul  insanı  daha  çox  seçir.  Portretlərinə  baxın:  hamısı 

ilə  danışmaq  olar.  Əgər  görməmisənsə,  müdrik  insan,  rəssam-

lığın əla bilncisi Nazim hikmətlə əl tut. Axtarıb tapmaqdan yo-

rulmayan Rəsul Rza, Gözəl şair Bəxtiyar Vahabzadə ilə danış, 

əla rəssam Səttar Bəhlulzadənin üzündəki cizgilərdən onun qəl-

bini  oxu.  Toğrulun  insana  məhəbbəti  işıq  kimi  tükənməzdir. 

Təsadüfi deyil ki, onun dünyasında körpələrə tez- tez rast gəli-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

28



rik. Faşist düşərgələrinin, Danteninkindən də pis olan cəhənnə-

mində  arıq,  sümükləri  çıxmış,  günahı  doğuluşunda  olan  kör-

pə... Adam Toğrul ərazisinin bu ölümlə əhatələnmiş cəhənnəm 

guşəsindən  çıxıb  getməyə  tələsmir.  Buradakı  bədbəxtliklərə 

son qoymaq üçün əlindən gələni etmək istəyir. 

«Sevinc»dəki, «Səadət»dəki uşaqlara baxın. Nə oynatma-

lı, danışdırıb, güldürməli, totuq, «yeməli» uşaqlardır!.. 

Toğrul  torpağa,  xalqa  bağlı  sənətkardır.  «Muğam»  əsə-

rinə nəzər salın. Başı tara əyilmiş tarzənin, boynu dartılmış ka-

mança çalanın, uzun, ifadəli «danışan» barmaqlarını qavala vu-

ran  xanəndənin  gərgin,  emosional  görünüşündən  dərhal  anla-

yırsan ki,  muğamın zili  ifadə olunur. Toğrul  başqa  əsərlərində 

olduğu kimi burada da vəziyyətin zirvəsini seçmişdir. «Sevinc» 

adi sevinc deyil, onun ən  yüksək  nöqtəsi, zilidir. Xalçanın  na-

xışları da, qırışları da onun üzərində uzanan ana və balanın və-

ziyyəti də elə gözəl tənasübdə verilmişdir ki, elə bil sevincdən 

yer də canlanır, əyilir, düzəlir... 

Toğrulun dünyasından doymaq olmaz. Mən də doymamı-

şam. Heç buradan çıxmazdım. Amma həyata enib gərəkli işlə-

rini  də  görməlisən.  Hələlik  Toğrulun  dünyası!  İşlərimi  qur-

tarana qədər!.. 

 

 



LEV TOLSTOY HAQQINDA 

(YAZIÇI QEYDLƏRİ) 

 

Lev Tolstoyun adı  Yer üzünün  bütün  xalqları üçün  əziz-

dir.  Bu  böyük  rus  yazıçısının  yaradıcılığı  hər  bir  yazıçı  üçün 

hansı  xalqa  mənsub  olduğundan,  hansı  dildə  yazdığından  asılı 

olmayaraq tükənməz bir xəzinə və sənətkarlıq məktəbidir. 

Lev Tolstoyun adı bütün bəşəriyyət üçün əzizdir. 

O  nəhəng  bir  ədəbi  irs  qoyub  getmişdir  ki,  burada  hər 

şey–əlifba  kitabı  üçün  yazılan  uşaq  nağıllarından  tutmuş,  mi-




                                                                                      

Seçilmiş əsərləri 

 

 

29



silsiz və təkraredilməz «Hərb və sülh» epopeyasına qədər—bə-

dii  kamillik,  fikir  və  ən  xeyirxah  insan  arzularının,  duyğuları-

nın mücəssəməsidir. 

Tolstoyu  bütün  qitələrdə  oxumuşlar  və  oxuyurlar.  Lev 

Tolstoyun yaradıcılığı ən böyük zəkaların diqqətini cəlb etmiş-

dir.  Lakin  onu  heç  kəs  Vladimir  İliç  Lenin  kimi  dərindən  və 

hərtərəfli qiymətləndirə bilməmişdir. V.İ.Leninin Tolstoy yara-

dıcılığına  münasibəti  təsadüfi  deyildi.  1905-ci  il  inqilabı  yeti-

şirdi.  Köhnə  «dövlət,  kilsə,  ictimai,  iqtisadi  qaydaların»  tərəf-

darları kütlələr arasında Tolstoyun «müqavimət göstərməmək», 

zülm və zorakılığa boyun əymək ideyalarını səylə təbliğ edirdi-

lər. 


V.İ.Lenin  bütün qüvvəsi  ilə Tolstoy  «dini»nin təbliğatçı-

larını  tənqid  atəşinə  tutdu  və  bu  «din»in,  həm  də  onun  «mü-

dafiə»sinin tam əsassızlığını sübut etdi. 

V.İ.Lenin  bu  böyük  yazıçının  yaradıcılığının güclü tərəf-

lərini  tam  aydınlığı  ilə  göstərdi  və  onun  ziddiyyətlərini  dərin-

dən-dərinə açdı. Lenin sübut etdi ki, Tolstoyun əsərlərinin zid-

diyyətli  və  zəif  cəhətləri  birinci  rus  inqilabının  ziddiyyətli  və 

zəif cəhətlərinin inikasıdır. 

V.İ.Lenin  yazırdı:  «...Tolstoy  Rusiyada  burjua  inqilabı 

yaxınlaşmaqda olduğu zaman milyonlarla rus kəndliləri arasın-

da əmələ gəlmiş ideyaların və əhval-ruhiyyənin ifadəçisi olmaq 

etibarı  ilə  böyükdür.  Tolstoy  orijinaldır,  çünki  onun  bir  tam 

halında götürülən bütün baxışları inqilabımızın xüsusiyyətlərini 

məhz kəndli burjua inqilabı kimi ifadə edir. Bu nöqteyi-nəzər-

dən  Tolstoyun  baxışlarındakı  ziddiyyətlər  bizim  inqilabda 

kəndlilərin  tarixi  fəaliyyətinin  ziddiyyətli  şəraitinin  həqiqi 

güzgüsüdür...» 

Lenin  yazırdı  ki,  Lev  Tolstoyun  yaradıcılığı  bütün  bəşə-

riyyətin bədii inkişafında irəliyə doğru addım olmuşdur. 

Bir yazıçı kimi Tolstoyun yolu zirvədən-zirvəyə yüksəliş 

yoludur. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə