Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə1/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
  1   2   3   4   5   6   7   8   9   ...   151


 

 

 

 

ƏLİ KƏRİM 

 

 

 

 

 

 

SEÇİLMİŞ  

ƏSƏRLƏRİ

 

 

 

II CİLD 

 

Nəsr əsərləri  

 

 

 

 

 

 

 

Bakı – 2012  

 

 

 

 



 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

2



 

 

 



    Тərtibçi və rеdаktoru:  

PАŞА ƏLİОĞLU 

                   filоlоgiya еlmləri nаmizədi 

 

     


 

 

 

 

 

 

Əli Kərim. Sеçilmiş əsərləri. II cild. (Nəsr əsərləri). 

                 Bakı, “Elm və təhsil”, 2012,  500 səh. 

 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

3



 

MƏQALƏLƏR 



 

SEVİMLİ NƏĞMƏLƏR 

 

Üstü  yasəmən  şəkilli göy  cildli  kitab:  «Şeirlər».  Biz onu 



gözəl bir aləmin qapısı kimi açırıq. Bu kitab ağıllı məsləhətləri, 

gözəl  əsərləri  ilə  biz  gənc  yazıçılara  müəllimlik  edən  sevimli 

şairimiz  Əhməd Cəmilindir.  Kitabdakı əsərlərin çoxu  yeni  de-

yildir. Lakin biz onları oxuyanda qəlbimizdə təzə duyğular baş 

qaldırır. Əzbər bildiyimiz bu lirik nəğmələri nə üçünsə sevinclə 

bir oxuyanda, hər gün açılan səhərin, doğan günəşin ömrümüz 

boyu gözümüzü yormadığı yadımıza düşür. Bu şeirlərdə gurul-

tu yerinə insan səsi, parıltı yerinə ürəyi qızdıran bir hərarət var-

dır. Onlarda xılt, yerinə düşməmiş kəlmə tapmaq çətindir. 

Əhməd  Cəmil  bu  cəhətdən  bizim  ədəbiyyatımızda  nadir 

sənətkardır.  Yağışdan  sonrakı  bahar  havası  kimi  şəffaf,  ətirli 

şeirlər müəllifi olan şairin kəmiyyətcə az yazmasının səbəbi də 

budur. 

Gulür günəş, gülür çəmən, 



Açır bənövşə, yasəmən.  

Pıçıldayır axan sular:  

– Baharın özgə hüsnü var  

Vurulmuşam bahara mən...» 

Bir-birinin ötməyə tələsirmiş kimi axan bu şeirin düzülü-

şünə, axıcılığına heyran qalmamaq olarmı? «Kənddə bahar ax-

şamına»  yersiz gur  işıq  salınmadığı üçün  bütün rənglər öz  ye-

rində qalmışdır. Burada heç bir qeyri-təbii boya yoxdur. Təsvir 

olunan gözəllik də vəziyyətdən asılı olaraq bir qədər pərişan və 

dalğın verilmişdir. Burada «Sıra dağların fikrə cumması, ağac-

ların  duvaq  örtmüş  gəlin  kimi  durması,  uçan  durnanın,  sönən 

qürubun nağılları andırması»  xəyala qərq olmuş  bir şair qəlbi-

nin incə müşahidələridir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

4



Bu şeirlərdə hər şey birdən-birə açıq deyilmir. Şair götür-

düyü  mənzərəni,  insanı  pis  valideyn  övladını  tərifləyən  kimi 

tərifləmir, əksinə, doğma balasının hüsnünə, kamalına inandığı 

və onun səhv edəcəyindən qorxmadığı üçün övladını olduğu ki-

mi  bizə  təqdim  edir,  özü  çəkilib  kənarda  durur,  övlad  danışır, 

ona qiyməti biz veririk. 

Kitabda müxtəlif vaxtlarda (1931-1957), müxtəlif mövzu-

larda,  muxtəlif  formalarda  yazılmış  əsərlər  vardır.  Hamısının 

eyni səviyyədə olduğunu demək düz olmazdı. Lakin hamısı sə-

mimidir.  Onlarda  sakit-sakit,  lakin  daima  yanan  bir  alov,  ro-

mantik bir işıqda görünən mənzərə, utancaq bir gözəllik vardır. 

«...Bax könlüm bir sazdır 

                               istəyirsən al.  

Ya onu mehriban ruhunla dindir,  

Ya da istəyirsən 

                       Daşdan-daşa çal,  

Nə deyim? Özün bil! 

                       Könlüm sənindir!». 

Burda həm sevən, həm qayğı çəkən, həm məhəbbət üçün 

hər  çətinliyə  dözən,  həm  inanan,  bütün  telləri  səmimi  hisslər-

dən  ibarət  olan  bir  könül  sazının  bəmini  və  zilini  eşidirik.  Bu 

çoxtelli ürək sazı  illər keçdikcə daha ucadan, daha  inamla  heç 

bir xaric xal vurmadan səslənir. 

Əhməd Cəmilin «Can nənə, bir nağıl de», «Nişan üzüyü», 

«Qaçqınlar», «Məni yada salırmı?» və bir sıra gözəl əsərləri əs-

gərlərimizlə  Berlinədək  getmiş,  bəzən  təsəlli,  bəzən  güc  ver-

miş,  gah  güldürmüş,  gah  ağlatmışdır.  Müharibənin  dəhşətləri 

əleyhinə  yazılmış  bu  əsərlər adamı sözün  əsl  mənasında sarsı-

dır. Onların haqqında hələ çox yazılmalı, onların təsir qüvvəsi-

nin  sirri  daha  dərindən  açılmalıdır.  Bu  şeirlər  həcmcə  kiçik-

dirlər. Lakin onların  hər  biri əhatə dairəsi  və təsir qüvvəsi  eti-

barilə poemadır. Onları sürətlə oxuyub qurtarsan da hadisələrin 

ardı zehnində davam edir, sözaltı mənalar aydınlaşdıqca obraz-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

5



ların  yeni  cəhətləri  açılır,  şeir  uzanıb  poemaya  dönür.  Həmişə 

sənət  əsəri  belədir:  epiloq  ona  son  yox,  bəlkə  də  ikinci  bir 

başlanğıc olur. Müasir poeziyamızda süjetli və predmetli şeirin 

gözəl  nümunələrini  yaratmış  Əhməd  Cəmilin  «Nişan  üzüyü» 

əsərini diqqətlə nəzərdən keçirsək, onun həssas novator, zəngin 

dilimizin  xəzinədarı olduğunu görərik. Əsərdə  bütün sözlər öz 

yerində, öz vəzifəsindədir; onların işsizi yoxdur. 

«Susma, qatil, danış bir-bir  

                                həqiqəti gəl, indi, 

Söylə, hansı nişanlı qız, hansı  

                               bədbəxt gəlindi. 

Bir üzükçün qılıncınla barmağını  

                               üzdüyün? 

O ellərin nakam qızı yaşayırmı  

                                de bu gün? 

Yoxsa çoxdan qarlar onu ağ kəfənə  

                                bürümüş, 

Nəm torpaqda o gənc qızın tabutu  

                                 da çürümüş?». 

Bu  sətirlərdə  sözlər  gözə  görünməyən,  amma  möhkəm 

olan  sapa  düzülmüş  mərcan  kimidir;  onların  birini  qoparsan  o 

birilər  də  açılıb  töküləcəkdir.  Bu  əsərlərə  kompozisiya  cəhət-

dən  fikir  versək  onların  əsas  məsələdən  başlayıb  necə  gərgin 

etdiyini  görərik.  Odur  ki,  istər-istəməz  dramatik  əsərlər  yada 

düşür. 

«Nişan üzüyü»ndə bədbəxt olmuş nakam qızın taleyindən 



təsirlənmiş əsgərlərin ürək çırpıntısı, düşüncəsi görün neçə va-

sitə ilə açılmış, romantik bir yüksəkliyə qaldırılmışdır. 

«...Şam əriyir ocaq sönür, 

                              hamı dalğın, hamı lal... 

Buz bağlamış pəncərədən baxır  

                                solğun bir xəyal, 

O tanıcaq üzüyünü ala gözləri dolur, 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə