Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə4/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   2   3   4   5   6   7   8   9   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

12



mək üçün onun  şeirlərini bir kitab halında oxumaq, tam təsəv-

vür almaq lazımdır. 

«Gənclik» nəşriyyatı Vaqifin şeirlərini bir kitabça halında 

buraxacaqdır. Kitabçada Vaqifin  yaradıcılığı  ilə daha dərindən 

tanış olacaq, onun həm incə sevgi hisslərinə, həm təbiətə, həm 

Qızıl Praqa səyahətindən aldığı təəssürata, həm də lirik səpkidə 

yazılmış bu şeirlərlə yanaşı satirik yazılara rast gələcək və oxu-

yacağıq. 

Arzum  budur  ki,  Vaqif  gənclik  hissiyyatının  coşğunlu-

ğuna  arxalanıb,  gələcəkdə—söz  yoxuşlarında,  enişlərində,  fik-

rin  qızmar  yayları,  qütb  qışlarında  yorulub  yarı  yolda  qalma-

maq üçün bütün həyatını, sevinci və kədərini poeziyaya versin, 

dünya ədəbiyyatının bilicisi olsun. Gözəl şeirlər yazıb yorulan, 

sözü buxarlanıb yoxa çıxan, quru yurdda qalıb karvanın çoxdan 

getdiyindən  diksinən  çox  şairlər  görmüşük  və  təəssüf  ki,  yenə 

də görəcəyik. 

Nə  qədər  ki,  Vaqifi  mən  tanıyıram,  inamla  demək  istə-

yirəm  ki,  o,  belə—bir  atım  barıtı  olanlardan  deyil,  şeirin  çox 

çətin, gecəsilə gündüzü bəzən bilinməyən keşməkeşli aləmində 

inamla addımlayacaq. 

 

İNTELLEKT VƏ POEZİYA 

 

İndiki  mürəkkəb  bir  dövrdə  hər  şair,  xüsusən  ədəbiyyata 



mübarək  qədəmlər  atan  şair,  çox  çətin  problemlər  qarşısında 

qalır.  Bunu  lazımınca  dərk  edənlər,  gələcəkdən  də  o  yana  bir 

gələcək görür, arxasındakı zəngin keçmişi də götürüb irəli gedə 

bilir. Eynşteynin bir sözü məni həmişə heyrətləndirir və ruhlan-

dırır. Sual veriləndə ki, bu elmi zirvəyə çatmaq üçün sənə kim 

daha  çox  kömək  etmişdir,  o  deyib:  Dostoyevski.  Qəribədir, 

alim yox, yazıçı. 

Mən  çox  götür-qoydan  sonra  belə  qərara  gəldim  ki,  bu 

böyük  alimin  sözlərində  əsl  səmnmiyyət  və  elmi  əsas  vardır. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

13



Bu, təkcə ədəbiyyatdan estetik zövq almaq məsələsi deyil. Nis-

bilik nəzəriyyəsinin kəşfi zamanı alimə təsir eləyən böyük Dos-

toyevski  psixologizmindəki  ruhi  «zəncir  reaksiyası»,  kompo-

zisiya paralelləri və polifoniya olub. Bəs biz elmin kəşflərindən 

nələr götürürük? Təəssüf ki, bundan çox zaman az istifadə edi-

rik.  Bu,  xüsusən  tələm-tələsik  yaradıcılığa  girişmiş  cavanlara 

aiddir. 

Elm  təkcə  formulalar  cəngəlliyi,  şeir-qafiyələr,  rədiflər, 

bəndlər,  beytlər  yığnağı  deyil.  Bu  cür  şeiri  əlifbanı  bilən  hər 

adam yaza bilər. 

İztirabdan,  narahatlıqdan  yoğrulmuş  şeir  başqa  şeydir. 

Tamam başqa! 

İntellektlə həyat birləşəndə, daha doğrusu, intellektin hə-

yati əsası olanda əsl şeir yarana bilər. 

Elələri  olur  ki,  elmi  də  var,  savadı  da,  lakin  yazılarında 

möhkəm quraqlıq  var. Mən  bütün  bunlarla dərs demək  istəmi-

rəm,  söylədiklərim  bizi  düşündürən  məsələdir,  amma  təkrar 

olunmasına çox ehtiyac var. Mən bununla demək istəmirəm ki, 

haqqında  sizə  danışacağım  Camal  tamam-kamal  bir  şairdir  və 

arzuladıqlarımın  hamısının  da  öhdəsindən  gəlmişdir.  Bu,  çox 

ağır yükdür, onun üçün baş çox ağrımalıdır, çiyinlər ağırlıqlara 

tab  gətirməlidir.  Camalda  nə  xoşuma  gəldi?  Onun  elmə,  sa-

vada,  həyata dərin  meyli. Camal,  sözün  yaxşı  mənasında təm-

kinli şairdir, bu, onun misralarını yersiz hay-küydən, pafosdan, 

obraz  ədasından  təmizləyir.  Adətən  təmkinli  sözü  ilk  baxışda 

laqeydlik,  quruluq,  soyuqluq  assosiyası  kimi  səslənir.  Mən 

xoşagəlimlik,  necə  olursa-olsun  ürəyə  yol  tapmaq  məqsədini 

güdən yalançı davranış təmkinini yox, istiqanlı, kövrək təmkini 

nəzərdə tuturam. Bax, buna görədir ki,  Camal sözləri qənaətlə 

«xərcləyir», hökm vermir, heç nəyi sübut etməyə çalışmır. Onu 

da  deyim  ki,  qənaətcillik  bəzən  Camala  baha  başa  gəlir—

oxucunu  çox  götür-qoy  etməyə,  misra  üstündə  «tər  tökməyə» 

məcbur edir. Buna körə gənc şairi tənbeh etməyə dəyməz. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

14



Məncə  (bəlkə  də  hələlik)  Camalın  ilk  proqram  şeiri 

«Dərinləşmək istəyirəm»dir. 

Boğulsun içimdə  

Xırda-xuruş tör-töküntü.  

Bir məhəbbət dərinləşmək 

                    istəyirəm, 

 Bir məhəbbət dərinləşmək. 

 

Çox  gözəl  arzudur,  bütün  yazıb-yaratmaq  istəyənlərə 



məxsusdur. 

Bu misralardan əsl sənət eşqi ilə çırpınan bir ürəyin səda-

sını eşidirəm. 

İndi  görün,  ucalıqla  bizim  torpaq  necə  doğmalaşır,  bir-

ləşir: 

Salxım bulud 



                   Torpaq dadır,  

Mavi dəniz torpaqdadır. 

Camalın  bu  şeirlərində  məni  ən  çox  sevindirən  torpaqla 

göyün bağlı olması hissidir. 

Camalın  ilk  dəfə  oxuduğum  şeirləri  mənə  çox  ümidlər 

verdi. İnana bilmirəm ki, bu ilk təəssüratın nəticəsi kimi köçəri 

olacaq. Bəzən bircə şeir belə, hətta bir neçə misra belə oxucunu 

«məcbur»  edir  ki,  müəllifi  yadda  saxlasın,  bu  imza  sevincini, 

ümidini,  arzularını  bölüşməkdə  nə  vaxtsa,  ona  hökmən  gərək 

olacaq. İnanıram ki, olacaq. 



«Azərbaycan gəncləri» qəzeti,  

15 aprel 1969. 

 

 



NAXÇIVANDA YAŞAYAN ŞAİRLƏRİN 

ƏSƏRLƏRİ HAQQINDA 

BƏZİ QEYDLƏR 

 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə