Neft-qaz quyularinin tamamlanmasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə8/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   4   5   6   7   8   9   10   11   ...   50
Quyularin tamamlanmasi leak by 1337

elektrokarotaj diaqramı
deyilir.
Qazıma məhlulunda karbohidrogen qazlarının olmasını, qazlı və
neftli süxurları qazıdıqda karbohidrogen qazlarının sayının
çoxalmasını ölçən üsul
qazokarotaj
adlanır. Cihaz isə
qazokarotaj stansiyası adlanır. 
Neftli və qazlı laylar balta ilə açıldıqda quyuda olan qazıma
məhlulu özü ilə qazı və xırda süxur parçalarını (şlamı) yer səthinə
çıxardır. Qazıma məhlulu yuxarı qalxdıqca məhlulda və şlamda
olan qaz ayrılmağa başlayır. Bu zaman avtomatik qazokarotaj
stansiyasının köməkliyi ilə qazıma məhlulunda olan karbohid-
rogen qazları ölçülür. Qazıma məhlulundan qaz deqazatorun
vasitəsilə ayrılır və qazoanalizatorda fraksiyaların tərkibi
öyrənilir. 
Karotajın radioaktiv üsulu ona əsaslanır ki, bütün dağ süxur-ları
radioaktiv maddələrdən az və çox asılı olurlar. Quyu kəsli-şinin


tərkibindəki layların litoloji tərkibini və fiziki xassəsi aparılmış
təbii və süni radioaktivliyin ölçülməsi ilə təyin etmək olar. 
Quyuların karotajında radioaktiv üsulun ən geniş yayılanları
aşağıdakılardır: 
1-qamma-karotaj (ГK);
2-neytron- qamma-karotaj (НГK);
3-qamma-qamma-karotajdır (ГГK). 
MÖVZU-6.
QUYULARDA PERFORASIYA IŞLƏRI
Neft və qaz quyularının qazılıb qurtarmasından sonra quyu
divarları bərkidilir, quyuya polad qoruyucu borular endirilir,
neftli və sulu layları yerləşən intervallarda onların arxası
sementlənir. Bu zaman neftli və qazlı laylar qoruyucu boru,
sement halqası ilə bağlandığından quyuya mayenin və ya qazın
daxil olması mümkün deyildir. Bir qayda olaraq kəmərdə və
sement halqasında kanallar güllə ilə deşilməklə yaradırlar. Bu
prosesə
perforasiya
deyilir. Quyuya karotaj kabeli ilə endirilən
aparata 
perforator
deyilir. Perforatorlar kəmərə süzgəc deşikləri
açmaq üçün işlədilir.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə