Neft-qaz quyularinin tamamlanmasi


Hidravlik qum şırnaqlı perforatorlar



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə11/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   7   8   9   10   11   12   13   14   ...   50
Quyularin tamamlanmasi leak by 1337

Hidravlik qum şırnaqlı perforatorlar.
Hidroqumşırnaqlı
perforatorun əsasında maye şırnağında qumun olmasıdır. Bu
şırnaq kiçik soplodan böyük sürətlə və təzyiqlə çıxaraq kəmərdə
sement halqasında nazik 1m uzunluğunda kanal yaradır. Aparatın
sxemi (şəkil 2.6) göstərilir. 
Şəkil 2.6. Hidroqum şırnaqlı perforasiyanın sxemi.
Hidroqumşırnaqlı
Kumulyativ


Şəkil 2.7
Şəkil 2.7-də müxtəlif konstruksiyalı perforatorların deşmə qabi-
liyyətinin müqayisəli xüsusiyyətləri göstərilmişdir. 
Şəkil 2.8.Müxtəlif tipli perforasiya ilə layların açılması:а-
gülləli;
б
-ТПК-22 tipli torpedalı;
в
-ПК-103 tipli kumulyativ;
г
-
hidroqumşırnaqlı:1-boru;2-sement;3-süxur;4-güllə.
Torpedləmə ilə quyuda partlayış yaradılır. Torpedanı quyuya ka-
rotaj kabeli ilə endirirlər. 
Torpedləmə ilə məhsuldar layın açılmasından başqa, tutulmuş
qazıma kəmərinin tərpədilməsində metallik hissələrin
parçalanmasında, şaroşkaların, baltanın dağıdılmasında istifadə
edilir.
MÖVZU-7.
MƏHSULDAR LAYLARIN SINANMASI
Quyuların sınağının iki üsulu var: 


1.Qazıma vaxtı; məhsuldar layı açan kimi (“yuxarıdan
aşağıya”);
2.Qazıma qurtaran və sementləmədən sonra (“aşağıdan
yuxarıya” üsul).
Bu sınayıcı alətlər komplekti (SAK) ilə aşağıdakı işlər görülür:
1.Sınanan layda maye və ya qaz axını yaradılır;
2.Layın fiziki parametrləri təyin edilir (lay təzyiqinin,
keçiriciliyi, məhsuldarlıq əmsalı və s.);
3.Laydan çıxan mayedən nümunə götürmək;
4.Sement körpülərinin hermetikliyini və dərinliyini yoxlamaq.
Komplektdəki alətlər hidravlik zaman relesi olan iki ədəd lay
sınayıcısından, dövretdirici klapandan, dönən qapayıcı
klapandan, qeydedici manometrlərdən, paker, yass və süzgəcdən
ibarətdir.
Bu komplektə daxil olan lay sınayıcılarının hər biri aşağıdakı
hissələrdən ibarətdir:
1.Buraxıcı klapan – hermetiklik yaratmaqla bərabər yoxlama
zamanı mayenin laydan boruya keçməsini təchiz edir;
2.Müvazinətləşdirici klapan – sınayıcısının buraxılması vaxtı və
pakeri çıxarmazdan əvvəl onun üstündə və altındakı təzyiqləri
bərabərləşdirir;
3.Hidravliki zaman relesi – yuxarıdakı klapanların vaxtında
açılıb-bağlanmasını təchiz edir;
4.Ştuser- hidravlik müqavimət yaratmaqla laya olan dispersiyanı
azaldır və laydan boruya axan maye sürətini tənzim edir;
5.Gövdə-yuxarıda göstərilən hissələri öz içərisinndə yerləşdirir. 
Sənaye üsulu ilə aşağıdakı növ SAK (КИИ-комплект
испытательных инструментов) buraxılır:
КИИ-146 quyunun Ø 190-295mm
КИИ-127 quyunun Ø 161-245mm
КИИ-95 quyunun Ø 118-161mm
КИИ-65quyunun Ø 76-112mm


Şəkil 2.10. ИПГ-146 tipli lay sınayıcısı:1-yuxarı keçırıcı;2-
dəyişdirilən ştuser;3-yük ştoku;4-şponka;5-yuxarı örtük;6-
ştok;7,11-tıxac (probka);8-stopor qaykası;9-porşenin xarıcı
gilzi;10- porşenin daxılı gilzi;11-tormoz kamerasının yuxarı
keçırıcısı;12-tormoz kamerasının ştoku;13,20-kipləşdirici
vtulka;15- tormoz kamerasının aşağı keçırıcısı;16-tənzimləyici
klapanın ştoku;17-tənzimləyici klapanın gilzı;18-qəbuledici
klapanın gilzı;19-qəbuledici klapan;21-qayka;22-aşağı keçirici
SAK-ın yığılmış və qazıma boruları ilə quyuya buraxılmış
haldakı sxemi (şəkil 2.11) aşağıda verilib:
Həmin cihaz aşağıdakı prinsip üzrə işləyir. Cihaz quyuya
qazıma boruları ilə buraxılır və cihazın süzgəci (14) yoxlanılan
layın (2) qarşısında saxlanılır. Bunun üçün süzgəcdən
quyudibinə qədər olan uzunluqda qazıma boruları (15) yığılır və
bunların da aşağı ucunda bağlayıcı (16) qoyulur. Süzgəcin üzə-
rində rezin paker (13) və paker üzərində yass (12) bağlanır. Bağ-
laycı quyu dibinə oturduqda yass vasitəsilə paker sıxılıb enləşir
və quyu diavrına möhkəm dirənir. Bu, pakerin yuxarı və aşağı
mühitlə əlaqəsini kəsir. Bu zaman pakerdən aşağıda hidrostatik
təzyiq minimuma çatmaqla lay təzyiqi üçün real şərait yaranır.
Yass üzərində keçirici (12) vasitəsilə hidravliki zaman relesi
olan aşağı lay sınayıcısı (11) bağlanır. 
Buraxılma zamanı cihazın tənzimləyici klapan deşiyi açıq
vəziyyətdə olur. Aşağı yoxlayıcının üzərində keçirici ilə
müəyyən uzunluqda qazıma boruları (9) bağlanır və bunların
uzunluğu o qədər olur ki, onların daxili həcmi sınanan lay
zonasının həcminin 10-15%-ni təşkil etsin.


Şəkil 2.11. SAK-ın yığılmış və qazıma boruları ilə quyuya
buraxılma sxemi
Həmin boruların üzərinə hidromexaniki klapanlar sistemi
bağlanır. Bu sistem yuxarı sınayıcıdan (8), dönən qapayıcı
klapandan (7), dövr-etdirici klapandan (6) və keçiricidən (5 və
10) ibarətdir. Keçiri-ciyə qazıma boruları (4) bağlanır.
Məhsuldar layın (2) təzyiqini və laydan mayenin axma prosesini
bilmək üçün sınayıcılarda qeydedici manometrlər (1 və 3)
qoyulur. Cihaz quyuya buraxı-larkən qazıma kəmərinə maye
daxil olmur. Quyudakı məhlulun bir hissəsi pakerin səthi üzrə,
digər hissəsi isə süzgəcdən daxil olaraq aşağı sınayıcının
tənzimləyici klapan deşiyindən keçir. Şəkil 2.13-də quyu
sınayan komplektinin sxemi göstərilib.
Yarimdalma üzən qazıma qurğusunda (YDÜQQ) sınayıcı
kompleks qurğu gogdəsində yerləşdirilmişdir.Onun sxemi səkil
2.12-də göstərilib.YDÜQQ -da KOMC-127 və ya KOMC-95
(KOMC – комплекс опробования морской скважины)
sınayıcısı quraşdırılmışdır.Şəkil 2.12-də YDÜQQ “Şelf -3”-də


quyu N11, sahə Qubkin (indiki Çiraq) sınayıcı kompleksin
prinsipial sxemi, şəkil 2.14-də YDÜQQ-dan quyu sınayan
komplektinin quyuya endirilməsi sxemi verilmişdir.
Şəkil
2.12.
KOMC-
127
sınayıcı
sxemi:1-
preventor
bloku;2-
sınaq
başlığı;3-
ölçmə
manifoldu;4-
ştuser manıfoldu;5-qızdırıcı;6-
seperator;7-ölçü
çəni;8-neft nasosu;9-qorelka


Şəkil 2.13. Quyu sınayan komplektinin sxemi: :1-quyruq;2-sol
keçirici;3-filtr;4-paker;5-manometr
borucuğu;6-yass;7-
hərəkətedici mexanizm;8-lay sınayıcısı(SAK);9-manometr
borucuğu;10-qazıma boruları şamı;11-mayeni dövredici klapanı
Şəkil 2.14.YDÜQQ-dan quyu sınayan komplektinin
sxemi:1-“Layens” fırlanğıcı ;2-ştuser manifoldu; ;4, 8, 12, 14-
qazıma borusu;5 – qabırğalı keçirici; 6 – kəmər başlığı;3,7 –
uyğunlaşdırma borusu; 9 – sirkulyasiya klapanı; 10 –
qoruyucu klapan borucuğu;11 – yass-teleskopik qıfıl ilə;
13 – fırlanan sirkulyasiya klapanı; 15, 17 – manometr borusu;
16 – lay sınayıcı (КИИ); 18 – yass; 19 – qoruyucu ;20 – paker;
21 – filtr;22 – quyruq kəmər boruları;23 – tıxac.


Şəkil 2.15.Təzyiqlər xəritəsi (təzyiqlərin dəyişmə qrafiki)
Şəkil 2.15-dəkı təzyiqlər xəritəsindəki hərfləri birləşdirən xətlər
aşağıda göstərilmişdir: 
OA xətti quyuya aləti buraxanda təzyiqin qalxmasını (qazıma
mayesi sütununun);
AB – pakerin oturdulnmasını;
BC – təzyiqin birdən aşağı düşməsini, I hissənin açılmasını;
DF – təzyiq əyrisinin başlanğıc tənzimlənməsini (КВД – кривая
восстановления давления);
GH – filtra maye dolanda təzyiq dəyişməsi xəttidir (mayenin
axma əyrisidir);
H – nöqtəsi klapanın bağlanmasını göstərir;
HK – təzyiqi tənzimləyən əyrinin axırıncı həddi (təzyiqlərin
bərabərləşməsi);
KL – qazıma məhlulunun sütununun təzyiqinə bərabər xəttdir;
KM – alətin qaldırılmasına hazırlıq xətti (pakerin çıxardılması);
MN – filtrdə təzyiqin aşağl salınması xətti (cihazın quyudan
qaldırılması).

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə