Neft-qaz quyularinin tamamlanmasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə10/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   6   7   8   9   10   11   12   13   ...   50
Quyularin tamamlanmasi leak by 1337

Torpedli perforatorlar.
Torpedli perforatorlar gülləli
perforatorlardan onunla fərqlənirlər ki, burada atəş partlayıcı


mərmi ilə aparılır. Mərmi əvvəl kəməri, sonra sement daşını deşir
və süxura daxil oalraq orada partlayır. Bu partalyış nəticəsində
süxurda kavernalar, yarıqlar əmələ gəlir və böyük kanallar
yaranır. 
Torpedli perforatorun ТПК-22 və ТПК-32 (торедный
перфоратор Колодяжного) tiplisinin mərmisinin diametri 22 və
32mm, perforatorun xarici diametri 100mm olduğu üçün diametri
146, 161, 194 və 219mm olan qoruyucu kəmərin perforasiya
edilməsini təmin edir. Bu perforatorların gülləli perforatorlara
görə böyük deşmə qabiliyyəti vardır. Buna görə də bir neçə
kəməri ilə bağlanmış layları yaxşı açır. 
Kumulyativ perforasiya
(latın sözü “kumu” olub mənası yığma,
bir yerə yığılmaqdır).
Quyularda kumulyativ perforasiya üsulundan istifadə etdikdə üç
və ya dörd kəmər və bərk süxurlarda kanallar açılır. Bu
kumulyativ partalyıcı maddəyə əsaslanan və güllə konusvarı
çıxıntılı metallik örtüklü qıfdan ibarətdir. Belə güllə alışanda
partalyıcı maddə qıfı bərk sıxır, metalda çox böyük təzyiq yaranır
və o, maye kimi axmağa başlayır. Bu zaman kiçik şırnaqlı maye
metal və qaz axını yaradır. Bu böyük sürətlə (8000-10000 m/san)
ox istiqamətində atılır və qarşısına maneə çıxanda böyük təzyiq
30000 MPa (300000kq/sm
2
) yaradır. Bu şırnaq kəmərdə və
süxurda dəlik açaraq böyük dərinliklərə keçir. 
Kumulyativ perforatorlar gövdəli və gövdəsiz tipə ayrılırlar. 
Gövdəli kumulyativ perforatorda (ПК) kumulyativ partlayıcısı
hermetik örtükdə yerləşdirilir. Bu tipli perforatorlar 10 partladıcılı
və 20 partladıcı gücə malik buraxılır. 
Ən çox istifadə olunan perforatorlar ПК-103, ПК-85 və ПК-65
tiplidir. Bunların xarici diametrləri uyğun olaraq 103, 85 və 65
mm-dir. Kəmərdə deşiyin diametri 8-10mm olaraq bir metr
hündürlüklü kəmərdə 58 deşik açılır. ПК-85 perforatoru kəmərin
divarının qalınlığı 12mm, sement halqasının qalınlığı 45 mm-ə
qədər və süxurun qalınlığı 25mm olanları deşir. Gövdəsiz
kumulyativ perforatorları xüsusi örtüklə təmin edilmiş


kumulyativ partlayıcıdan və polad lentə, karkasa bərkidilmiş
olurlar. Bu perforatorlar aşağıdakı tip ölçüdə buraxılır: КПР-50,
КПР-65, КПР-80 və КПР-100. 50, 65, 80, 100 rəqəmləri onların
xarici diametrlərini göstərir. Bu perforatorla tutulmuş nasos –
kompressor borularından və diameütri 73, 89 və 114mm olan
quyularda istifadə etmək olar. 
Quyularda perforasiyadan sonra tez axın alınarsa, onda bunları
NKT-dən sonra endirirlər. 
Çox dərin quyular üçün hidroqumşırnaqlı perforatorlardan ist-
ifadə etmək məsləhətdir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə