Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-11. DƏRIN VƏ COX DƏRIN QUYULAR ÜÇÜN



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə16/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   12   13   14   15   16   17   18   19   ...   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-11.
DƏRIN VƏ COX DƏRIN QUYULAR ÜÇÜN
QUYU QURULUŞU
1955-ci ildən başlayaraq Rusiyada dərinliyi 4500m-dən artıq
olan quyuların qazılmasına başlanmışdır. 1964-1970-ci illərdə
isə dərinliyi 5500m-dən yuxarı 10-dan çox quyu, o cümlədən
Azərbaycanda – 5800m, Bunlardan biri Qazaxıstanın “Aral-Şor”
sahəsində dörd kəmərli СГ-1 quyusu 6806m dərinliyinə
qazılmışdır. Burada 140mm quyu lüləsinə 127mm diametrli
sonuncu kəmər qaynaq birləşməsi ilə 6796m dərinliyə
buraxılmışdır. Azərbaycanda (keçmiş SSRİ-də) 1965-ci ildən
başlanmışdır.1968-ci ildə iki böyük dərinlikli kəşfiyyat quyusu
qazılıb qurtarmışdır. İkinci böyük dərinlikli – 100 N-li kəşfiyyat
quyusu Azərbaycanda “Şixov kasası” sahəsində 6521m
dərinliyə qazılmışdır. Qeyd etmək lazımdır ki, bu quyunun
qazıma göstəriciləri 10 il ərzində qazılan bütün dərin quyuları
ötüb keçmişdir. 
Qərbi Ukraynada “Şevçenko” sahəsində dərinliyi – 7022m olan
quyular qazılmışdır. Aşağıda dərin quyu quruluşu
layihələndirməsində istifadə etmək üçün diametrrləri
uyğunlaşdırılmış qoruyucu kəmərlər komplekti verilmişdir:
1)Konduktor – Ø377mm
I aralıq kəmər – Ø273mm
II aralıq kəmər – Ø219mm (qaynaq)
İstismar kəməri – Ø146mm
2) Konduktor – Ø426mm


I aralıq kəmər – Ø299mm
II aralıq kəmər – Ø219mm (“quyruq” kəməri)
III aralıq kəmər - Ø168mm (qaynaq)
İstismar kəməri – Ø146x114mm (qaynaq) 
İstismar kəmərlərinin (114-146mm) qaynaq birləşməli olması
quyunun qazılma şəraitini xeyli asanlaşdırmaqla kiçik diametrli
(Ø73-114mm) istismar kəmərlərilə daha dərin quyuların
qazılması üçün şərait yaradır.
Aşağıda sxemdə ABŞ-da qazılmış böyük dərinlikli quyuların
quruluşu verilib:
1)Konduktor Ø508mm – L-465m
I aralıq kəməri Ø340mm – 4700m
II aralıq kəməri Ø244mm – 7128m
İstismar kəməri Ø127x178mm – 3357-8702m + 
kəmərsiz qazıma - 8702÷9159m.
2)Konduktor Ø508mm-675m
I aralıq kəməri Ø340mm – 3339m
II aralıq kəməri “quyruq” Ø244mm – 3239-5624m
III aralıq kəməri “quyruq” Ø194mm – 5470-7168m
İstismar kəməri Ø127mm-6940-8686


Şəkil 3.5. 7000m dərinlikdə olan çox dərin quyuların quruluşları
1975-ci ildən başlayaraq “yuxarı MANTİ-nin layihəsi” adlı
Beynəlxalq proqrama uyğun aparılan tədqiqatlar üzrə Rusiyada
Kola yarımadasında və Azərbaycanda Kür ətrafı düzlükləri
Saatlı sahəsində iki böyük dərinlikli kəşfiyyat quyusu qazılır. Bu
quyuların dərinliyi əvvəlcədən 1500m nəzərdə tutulmuşdur.
Həmin dərinliyə qədər Saatlı sahəsindəki geoloji kəsiliş fiziki-
mexaniki xassələrinə görə bir-birindən tamamilə fərqlənən iki
tip süxurlardan ibarətdir. Bunlardan biri yuxarı yarım hissə
7500-8000m dərinliyə qədər çökmə dağ süxurla-rından, aşağı
yarım hissədədki süxurlar isə yer kürəsinin maqmatik
süxurlardan ibarət olmalıdır. Buna uyğun olaraq da Saatlı
quyusunun yuxarı və aşağı hissələrinin quyu quruluşuna olan
tələbatları da bir-birindən fərqlənməlidir. İlk baxışdan maqmatik
süxurlardan ibarət olan aşağı hissəni aralıq kəmərlər işlətmədən
qazımaq olar. Digər tərəfdən həmin hissəni qazıdıqda maqmatik
süxurlarda belə qazıma məhlulunun udulması fərz edilir.
Quyunun yuxarı hissəsinin qazılmasını geoloji kəsilişdəki
çətinliklərə qarşı quyu divarını uyğun aralıq kəmərlərlə
bağlayaraq aparmaq qəbul edilmişdir. 
Beləliklə, Saatlı quyusunun quyu quruluşu layihələndirməsində
aşağıdakı şərtlər qəbul edilmişdir:
1.Sonuncu aralıq kəmərin diametri – özündən süxuru bütöv
götürən sütuncuqlu baltanı və kiçik diametrli quyu dibi
mühərriklərini keçirə bilməlidir. Quyunun dərinləşdirilməsini
maqmatik süxurlarda davam etdirmək üçün həmin kəmərin
diametri azı 219mm olmalıdır;


2.Quyunun çökmə süxurlardan ibarət yuxarı hissəsi gilli
məhlulla qazıldığı halda, aşağı maqmatik hissə su ilə qazıla
bilər;
3.Quyu layihə dərinliyinə çatdıqdan sonra istismar kəmərinin
buraxılmasına ehtiyac yoxdur.
Bu şərtlərə əsaslanaraq böyük dərinlikli Saatlı quyusu üçün
1975-ci ildə yuxarı hissəsi üç və dörd kəmərdən ibarət bir neçə
quyu quruluşu variantı hazırlanmışdır. Qəbul edilən quyu
quruluşu:
Yönəldici konduktor Ø730mm-100m
I aralıq kəməri Ø508mm – 1500m
II aralıq kəməri Ø339,7mm – 3500
III aralıq kəməri Ø244,5mm – 7500m
25 noyabr 1981-ci ildə Azərbaycanda “Saatlı” quyusunda
7700m dərinlik fəth edilmişdir.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə