Neft-qaz quyularinin tamamlanmasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə1/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
  1   2   3   4   5   6   7   8   9   ...   50
Quyularin tamamlanmasi leak by 1337



“NEFT-QAZ
QUYULARININ
TAMAMLANMASI”
fənnin
in qısa konspekti
müəllim:dos. Rafiq İbrahimov
ass.Şirin Baxşəliyeva
Bakı-2021


MÖVZU-1.
GIRIŞ.
 
NEFT-QAZ SƏNAYESININ INKIŞAF
MƏRHƏLƏLƏRI
Tarix göstərir ki, 2200 il bundan əvvəl Xəzər dənizinin
cənub-qərb sahələrində neft çıxarılmışdır.
Neft, qədim midiyalıların «nafta» (sızan) adlandırdıqları
mayedir. Midiya dövləti eramızdan əvvəl XI-IX əsrlərdə indiki
Cənubi Azərbaycan və İranın Şimal-Qərb ərazisində yerləşirdi.
Qədim sivilizasiyalar dövründə insanları neftin yapışqanlıq
xüsusiyyətləri cəlb edirdi. Tarixi mənbələrdə göstərilmişdir ki,
Babil qülləsinin və Fərat çayındakı hidrotexniki qurğuların
tikilməsində asfaltdan yapışqanlıq xüsusiyyətinə görə qatran
kimi istifadə olunmuşdur. Qədim yunanlar müharibələr zamanı
nefti xüsusi qablarda yandırıb göyə atmaqla düşməni vahiməyə
salırdılar. Qədim romalılar isə nefti uzun müddət isti havada
saxladıqdan sonra onun yağ şəklində qalığından müalicə
məqsədilə istifadə etmişlər.
915-ci ildə Bakıda olmuş ərəb səyyahı və tarixçisi Məsudi
Əbdül Həsən ibn Hüseyn öz qeydlərində göstərmişdir ki, bu
ərazinin bəzi yerlərində ağ və sarı, digərlərində isə qara və göy
rəngli neft çıxarırlar. 
XVI-XVII əsrlərdə Azərbaycanda olmuş tarixçi, səyyah və
tacirlərin qeydlərinə əsasən belə nəticəyə gəlmək olar ki, həmin
dövrlərdə Abşeronda 500-dən artıq quyudan neft çıxarılmışdır.
1594-cü ildə Abşeronda (Balaxanıda) usta Allahyar tərəfindən
dərinliyi 35 m olan ilk neft quyusu qazılmışdır.
Alman səyyahı Enqelbert Kempfer XVII əsrdə Azərbaycan
ərazisində olmuş və 1684-cü ildə Avropa ədəbiyyatında ilk dəfə
olaraq Bakı neft mədənlərinin təsvirini vermişdir. 
1733-cü ildə Rusiyanın İrandakı səfirliyinin həkimi İoann
Lerkxe Abşeronda əsrlər boyu neftin hasil edilməsini təsdiq
etmişdir. 
1798-ci ildə dənizdə ilk dəfə Bibiheybət körfəzində iki quyu
qazılmışdır. 


1847-ci ildə F. N. Semyonovun təşəbbüsü ilə Bibi-heybətdə
sənaye üsulu ilə ilk dərin quyu qazılmışdır. 
1863-cü ildə Bakıda Cavad Məlikov ilk kerosin zavodunu
tikmişdir. 
1872-1873-cü illərdə ilk dəfə olaraq Bibiheybət və sonra
Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan
sənaye əhəmiyyətli neft alınmışdır. 
1872-1873-ci illərdə ilk dəfə Xəzər dənizində taxta barjlardan
istifadə edilməklə neft nəql olunmuşdur. 
1878-ci idlə qızdırma üçün işlənən ağ neftin nəql edilməsi üçün
ilk metal gövdəli “Zərdüşt” adlı tankeri istifadəyə verilmişdir.
1881-ci ildə dünyada ilk dəfə olaraq Bakıda neft məhsulları
çənlərdə dəmir yolu ilə nəql edilmişdir. 
1883-cüi ildə ilk dəfə olaraq zərbə-ştanq üsulu ilə quyu qazılmış
və bu üsul ”Bakı üsulu” kimi məhşurlaşmışdır. 
1899-1901-cü illərdə neft sənayesi sürətlə inkişaf etmiş, ildə
11,5 mln ton neft hasil edilmişdir. Azərbaycan bu göstəriciyə
görə dünya liderinə çevrilmişdir. Həmin dövrdə ABŞ-da ildə
yalnız 9,1 mln ton neft hasil edilmişdir. 
1897-1907-ci illərdə Bakı neftini Avropaya çıxarmaq üçün 833
km-lik Bakı-Batumi neft kəməri tikilmişdir. 
1911-ci ildə rotor qazma üsulu ilə ilk quyu Suraxanıda
qazılmışdır. 1915-ci ildə ilk dərinlik quyu nasosları Ramana
yatağında tətbiq olunmuşdur. 
1952-ci ildə neft yataqlarının işlənməsi və istismarı üçün kut
quyuların qazılması və başqa mütərəqqi metodlar işlənmiş-dir.
Azərbaycan torpağı qədim zamanlardan bütün dünyada neft
sənayesinin vətəni və uzun müddət neft sənayesinin yeganə
mərkəzi olmuşdur. 
XVII əsrin axırlarında Bakı neft mədənlərində hər gün 3500
kiloqramadək neft çıxarılırdı. O zaman neft əsasən Bakıda hasil
edildiyindən, bu əslində bütün dünyada istehsal olunan neft idi.


1777-ci ildə akademik S.Q.Qmelin (1745-1774) Bakıya səfəri
haqqında hesabatlarında neftin quyu ilə hasil edilmə texnikasını
təfsilatı ilə təsvir etmişdir.
1781-ci ildə Xəzər ekspedisiyasının rəisi, admiral M. Voynoviç
Xəzər dənizinin coğrafi və geoloji xarakteristikalarını öyrənərək
Renos (indiki Jiloy) adası yaxınlığında neftin və qazın dənizin
dibindən üzə çıxdığını aşkar etmişdir.
1803-cü ildə Bakı sakini Qasımbəyin Bibi-Heybət buxtasında
sahildən 18-30 km məsafədə qazdığı iki quyu vasitə-silə
dənizdən neft hasil edilmişdir.
1873-cü ildə Robert Nobel ilk dəfə Abşerona gəlir;1878-ci ildə
Bibi-Heybətdə ilk neft fontanı vurur.
Bakıya gələn Robert Nobel Qara şəhərdə fotogen («açıq rəngli
neft») zavodu alır. 1876-cı ildə neft hasilatı və emalı üzrə
«Nobel qardaşları» cəmiyyəti təsis edilir, yeni neft emalı zavodu
inşa edilir və oraya Balaxanı yatağından boru kəməri çəkilir.
Eləcə də kiçik neft donanması yaradılır, bir sıra şəhərlərdə neft
saxlama anbarları tikilir. 1899 – 1901-ci illərdə Abşeronda
dünyada ən yüksək neft hasilatı (ildə 11,5 milyon ton), yaxud
ümumdünya hasilatının 50-%-i əldə edilir. ABŞ-da ildə 9,1
milyon ton neft hasil olunur. 1901-ci ildə Bibi-Heybət
buxtasının torpaqlanması haqqında qanun qəbul edilir və 350
hektar sahə yalnız 20 ilə torpaqla örtülür.1918-ci il avqust ayının
1-də Azərbaycan Demokratik Respublikası yaradıldıqdan sonra
milliləşdirmə ləğv edildi. Azərbaycan neft sənayesinin tarixində
1920-1991-ci il illər sahənin inkişafında yenidən milliləşdirilmə
dövrü hesab olunur. Bu dövrdə dəniz neft hasilatı başlanmış,
yeni neft yataqları – «Sahil limanı», «Darvin bankası», «Neft
Daşları», «Qum adası», «Pirallahı» yataqları açılmışdır. 
1920-ci il 13 noyabr taxində Avropa və Asiyada ilk ali məktəb-
Azərbaycan Politexnik İnstitutu təşkil olunmuşdur. 1921-ci ildə
ilk dəfə olaraq “Azərbaycan Neft sənayesi” jurnalı nəşr
olunmuşdur. 1924-cü ildə ilk dəfə olaraq Suraxanıda dərin
quyunun qazılmasında Bakı mühəndisi M.A.Kapelyuşnikovun


ixtirası olan turboburdan istsfadə edilmişdir. 1930-cu ildə
Bakıda ilk dəfə olaraq elektrik karotajı və qazmada əyriliyin
olçülməsi tətbiq olunmuşdur. 1934-cü ildə ilk dəfə olaraq
Pirallahı adasında maili quyu qazılmışdır. 1946-cı ildə Gürgan-
dəniz yatağında (Bakı yaxınlığında) qazıma üçün özüldən
istifadə olunmuşdur. 1949-cu il 7 noyabr tarixində açıq dənizdə
sahildən 40 km və Bakıdan 90 km aralı “Neft Daşları” yatağında
ilk quyu fontan vurmuşdur.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə