Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-2.  SÜXURLARIN QAZIMAYA TƏSIR EDƏN



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə2/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   2   3   4   5   6   7   8   9   ...   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-2. 
SÜXURLARIN QAZIMAYA TƏSIR EDƏN 
ƏSAS XASSƏLƏRI
Xarici qüvvənin təsiri altında dağ süxuru xətti ölçülərini, həcm
və ya formasını dəyişir. Bütün bu dəyişikliklər
deformasiya
adını daşıyır.
Dağ süxurlarına təbiətdə dörd növdə rast gəlmək olar:
1.Maqmatik və ya püskürmə süxurları;
2.Metamorfik süxurlar;
3.Çöküntü süxurlar;
4.Metasomatik süxurlar.
Bunlardan neft və qaz quyularının qazılması prosesi ilə tam
əlaqəli olan çöküntü süxurlardır. 
Vulkanlar fəaliyyətdən qaldıqda maqmanın bir hissəsi tamamilə
yer səthinə çıxa bilməyib, yerin yuxarı qatlarında tədricən və
müəyyən təzyiq altında soyuyub bərkimişdir. Məhz buna görə
maqmatik (vulkanik) süxurlar
, xarici aləmdə adi atmosferdə
sürətlə soyuyan maqmalardan yaranan süxurlara (
effuziv
süxurlara
) və yer səthindən aşağı qatlarda tədricən soyuyan
maqmadan yaranan süxurlara (
intruziv süxurlara
) bölünür.
Effuziv süxurlara misal olaraq diabaz, bazalt, porfirlər, vulkanik
tuflar, pemza, absidon, traxit və s. kimi süxurları göstərmək olar.
İntruziv süxurlar effuzivlərə nisbətən daha sərtdir. Bunlara
qranit, siyenit, diorit, qabbro, pireksen və s. kimi süxurlar daxil-
dir.
Metamorfik süxurlar
müxtəlif metamorfizmlər nəticəsin-


də əmələ gələn yeni quruluşlu törəmə süxurladır. Belə
törəmələr, süxurların bir-birinə kontaktı, yüksək temperatur və
ya təzyiq nəticəsində əmələ gəlir. Bunlara kristallik şistlər,
mərmərlər, kvarsitlər və s. kimi xüsusi xarakterli süxurlar aiddir.
Sellər, buzlaqlar və güclü küləklərlə birlikdə günəşin təsiri ilə
maqmatik və metamorfik süxurlarda kimyəvi-mexaniki
paralanmalar əmələ gəlməsi nəticəsində çökmüş yeni süxurlar
çökmə süxurlar
adlandırılır. Çökmə süxurlar əmələ gəlmə
proseslərindən asılı olaraq üç növə bölünür:
1.Mexaniki çökmə süxurlar;
2. Kimyəvi çökmə süxurlar;
3. Üzvi çökmə süxurlar.
Çökmə süxurlar, dənələrinin ölçüsündən asılı olaraq üç hissəyə
ayrılır:
1.Qalıq süxurları – mexaniki dağıdılma nəticəsində əmələ
gəlmiş süxurlar (konqlomeratlar, qumlar, toz şəklində
çöküntülər);
2.Gillər – çox xırda doğranılma və kimyəvi dağıdılma
nəticəsində əmələ gəlmiş süxurlar;
3.Kimyəvi və orqanogen süxurlar – məhlullardan və ya
kolloidlərdən çökmüş narın hissəciklədən əməl gəlmiş süxurlar
(karbonat süxurları, silisiumlu süxurlar, halloidlər və b.)
Yer kürəsini təşkil edən süxurlardan təxminən 65-80%-i gil, 15-
30% qalıq süxurları, 5% də kimyəvi və orqanogen süxur-lardır.
Çöküntü süxurları, onların əmələ gəlmə səbəblərindən asılı
olaraq siniflərə ayrılır:

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə