Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-4. MƏHSULDAR LAYLARIN TƏKRAR



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə6/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   2   3   4   5   6   7   8   9   ...   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-4.
MƏHSULDAR LAYLARIN TƏKRAR
AÇILMASI
Müxtəlif neft yataqlarında qazıma işləri aparılarkən gil
təbəqələrindən əlavə bir sıra məsaməli qumlara, qumdaşılara,
əhəngdaşılara və s. çöküntü süxurlarına rast gəlmək olar. Bu
süxurların məsamələrində neft, qaz, su və ya bunların qarışığı
yerləşir. Məsamələrində belə maddələr olan təbəqə və ya laylar
müxtəlif gil, sərt əhəngdaşılar, mergellər və s. süxurlardan ibarət
olan təbəqələrlə bir-birlərindən ayrılır. Quyunu layihəsində
nəzərə alınan məhsuldar layların açılması
quyunun qazılıb
qurtarma dövrü
adlanır. Quyunun qurtarması dövrü ən məsul
dövrdür. Qazıma texnikasında bu zaman müxtəlif üsullar tətbiq
edilir:
1.Quyu məhsuldar layın tavanına qədər qazılıb qurtardıqdan
sonra məhsuldar lay qazılır, quyuya quyruq və ya süzgəc
buraxılır. Süxurlar çox sərt olduqda quyuya xüsusi istismar
kəməri, yaxud süzgəc buraxılmır və burada aralıq kəməri
istismar kəməri olur;


2.Məhsuldar lay qazılır, quyuya manjetlə təchiz edilmiş süzgəcli
istismar kəməri buraxılır və onun süzgəcdən yuxarı hissəsi
sementlənir; 
3.Quyu qazılır, məhsuldar layı açdıqdan sonra ona bütöv
istismar kəməri buraxılıb sementlənir və kəmərə perforatorla
deşiklər açılır.
Bu üç üsulun tətbiqi layın xarakteri ilə əlaqədar olub, neft və ya
qazın quyuya maneəsiz gəlməsi məqsədini güdür. Lay
təzyiqindən, lay məsamələrinin neftlə doyma dərəcəsindən,
layın drenaj dərəcəsindən və s. amillərdən asılı olaraq layların
açılma üsulları aşağıdakı tələbləri ödəməlidir:
1.Yüksək təzyiqli laylar açılarkən açıq fontan alınmasına qarşı
tədbir görülməlidir;
2.Məhsuldar lay açılarkən quyu dibi zonada süxurların təbii
süzücü xassəsi ən yüksək səviyyədə saxlanılmalıdır;
3.Məhsuldar lay açılarkən yuxarıdan aşağıya doğru ayrı-ayrı
məhsuldar təbəqələrin kipləşməməsi, gələcəkdə onların
maksimal istismar şəraiti və onlardan maksimum susuz neft
alınması təchiz olunmalıdır. Xüsusilə alçaq təzyiqli layların
açılmasında gilli (qazıma) məhlulunun laya udulması laya
kipləşdirib neftn quyuya süzülməsini azaldır. Belə hallarda
müvafiq qazıma məhlulunun seçilməsi təzyiqsiz layların
açılmasında əsas tələbatı təmin edir. Zəif laylar 1-ci və 2-ci
üsulla açılır.
Zəif təzyiqli laylar qumlu təbəqələrdən ibarət olduqda neftlə
birlikdə quyuya çoxlu qum süzülür və bunlar kəmər işərisində
çöküb, tez-tez qum tıxacı yaradaraq quyunun normal istismarını
dayanma dərəcəsinə çatdırır. Bu səbəbə görə belə zəif laylar
çınqıllı və ya qumlu plastik süzgəcli borular buraxılır. Yüksək
təzyiqli layların açılmasında quyuda əks təzyiqi saxlamaqla
yanaşı gilli (qazıma) məhlulunun tələb olunan parametrləri də
nəzərə alınır, qazılmış gövdəyə bütöv istismar kəməri buraxılıb
sementlənir. Belə halda kəmərdə perforasiya yolu ilə süzgəc
deşikləri açılır.


İstismar quyuları qazılarkən, açılmış süxurlar karotaj vasitəsilə
müəyyən edilir. Kəşfiyyat quyularında isə, karotajdan əlavə,
sütuncuqlu baltalar və süxurqaldırıcı ilə süxur nümunələri (kern)
qaldırılır və sonra da öyrənilir. Quyu kəsilişinin litoloji tərkibi
də süxur hissəciklərinin təhlili ilə təyin edilir. Odur ki, qazıma
zamanı nov sisteminin başlanğıcında, qazıma məhlulunun
quyudan çıxardığı süxur hissəciklərindən hər müəyyən vaxtdan
bir nümunə götürülür və analiz edilərək öyrənilir. Qazıma
təcrübəsində süxur nümunəsi (kern) süxurların litoloji
tərkibindən asılı olaraq, 40-90% çıxarılır. Burada sütuncuqlu
baltanın mükəmməl quruluşlu olmasının və qazılan kern
diametrinin əhəmiyyəti də az deyildir. 
Adətən süxur bərk olduqca, onun nümunəsi balta ilə daha yaxşı
və çox qaldırılır. Quyu sütuncuqlu baltalarla deyil, adi baltalarla
qazılarsa, onda süxur nümunəsini qaldırmaq üçün yan
süxurqaldırıcıdan (şəkil 2.6) istifadə edilir.
:
Şəkil 2.6.Yansüxur götürücü
Yan süxurqaldırıcılar üç tip olur:
1.Quyu divarında süxur nümunəsi oymaq prinsipi üzərində
qurulmuşdur;


2. Süxurqaldırıcının işləməsi, partlayış nəticəsində atılan
silindrin süxura batırılmasıdır;
3. Süxurqaldırıcıların silindri qazıma məhlulunun təzyiqi altında
tullanır və quyu diavrından nümunə götürür. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə