Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-5. QUYULARIN KAROTAJ EDILMƏSI



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə7/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   2   3   4   5   6   7   8   9   10   ...   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-5.
QUYULARIN KAROTAJ EDILMƏSI
Quyuların geofiziki üsulla tədqiq edilməsinin ən geniş yayılanları
aşağıdakılardır: 
1-elektrik karotajı; 
2-qazkarotajı; 
3-radioaktiv karotajı.
Elektrik karotajının prinsipi süxurların elektrik cərəyanına
göstərdiyi ayrı-ayrı müqavimət üzərində qurulmuşdur. Məsələn,
yüksək dərəcədə minerallaşmış (yəni çox duzlar həll etmiş) və
su ilə doydurulmuş qum elektrik cərəyanını özündən çox yaxşı
keçirir. Lakin neftlə doydurulmuş qum elektrik cərəyanını
çətinliklə keçirir və ona böyük müqavimət göstərir. Gillərin
cərəyana göstərdiyi müqavimət, quru qumun göstərdiyi
müqavimətdən başqa olur və s. Çox sementlənmiş sıx
qumdaşılar gil və quma nisbətən cərəyana daha kəskin
müqavimət göstərir. 
Karotaj edərkən, əvvəlcə cihaz quyunun dibinə endirilir və sonra
qaldırılaraq, hər 1m məsafədən müqavimətlər Om ilə ölçülür.
Potensiometrin əqrəbi yalnız özündən doğan təbii polyarizasiya
və ya spontan (öz-özünə əmələ gələn) polyarizasiya (ПС)
sahəsinin qüvvələri təsir edir. PS, yəni spontan polyarizasiya
məsaməli layların maye süzməsi prinsipinə əsaslanmışdır.
Elektrik karotaj üsulunda süxurun zahiri (görünən) xüsusi
müqavimətini (кажущегося удельного сопротивления пород)
(KC) və elektrik sahəsinin öz-özünə (spontan) quyu lüləsinin
uzununa yaranan potensialının (потенциал самопроизвольный-
ПС) ölçülməsinə və bu iki ölçünün qiymətini göstərən əyrilərin


qurulmasından ibarətdir. Şəkil 2.4-da ИKC-in prinsipial sxemi
verilmişdir.
Karotaj edilməsi texnikası belədir:
Quyuya bir-birindən izolyasiya edilmiş üç naqili olan kabel
endirilir. Kabellərin uclarında M və N qurğuşun elektrodları
vardır, üçüncü naqilin ucuna isə A yükü bağlanmışdır. Bu yük
naqil vasitəsilə eyni zamanda buruqda qoyulmuş E elektrik
batareyası ilə birlşdirilmişdir. Beləliklə, A yükü qütblərin
biridir. 2-ci qütb isə konduktorun üstü B-dir. Buna görə də A
yükündən, E batareyasından və B konduktorundan ibarət dövrə
yerdə qapanır. Elektrik cərəyanı süxurdan keçərək M və N
elektrodları arasnda potensial fərqi yaradır və bu da yuxarıda
qoyulmuş potensiometr vasitəsilə ölçülür. Eyni zamanda
cərəyanın şiddətini bilərək, ampermetr vasitəsilə müvafiq
müqavimətlər qeyd edilir.
Başqa sözlə,quyuya üçdamarlı (жила) izolə edilmiş və hər dama-
rın ucunda elektrod bağlanmış kabel lüləyə endirilir. Gərginlik
mən-bəyinin (I) köməkliyi ilə (B) elektrodu torpaqlanır və o biri
(A) elektrodu quyuya buraxılır. Bu quyuda elektrik sahəsi
yaranır. Bu elektrodlardan keçən cərəyanın gücü elektrik
dövrəsinə qoşulmuş milliampermetr ilə ölçülür. 
Şəkil 2.4.Görünən xüsusi müqavimətin ölçü sxemi:
A,B-cərəyan elektrodları;MN-ölçü elektrodları;


П-ölçü cihazı;K-üçölçülü kabel;µA-Ampermetr.
A və B elektrodları arasında yerləşmiş süxurlardan keçən elektrik
cərəyanı M və N elektrodlarında potensiallar fərqi yara-daraq
yuxarıda potensiometr vasitəsilə ölçülür. Bundan başqa KC
(xüsusi müqavimət) diaqram şəklində qeydiyyatdan keçir. Zahiri
xüsusi müqavimət (KC və ya ρ
k
) layın qalınlığından və
müqavimətindən, qazıma məhlulunun müqavimətindən, quyunun
diametrindən, qazıma məhlulunun filtratının daxil olma dərin-
liyindən və eləcə də zondun ölçüsündən və yerləşmə
məsafəsindən asılıdır. KC-in qeydiyyatı karotaj stansiyasında
yerləşdirilmiş avtomatik cihazlarla aparılır. 
KC qeydiyyat aparıldığı zaman ПС-də (xüsusi polyarlaşma)
eyniliklə qeydiyyatdan keçir. Xüsusi elektrik sahəsi qazıma
məhlulunun süxura təsirindən yaranır.
Potensiallar fərqinin təyininə görə ПС qeydiyyata alınır. Bu da
quyuya endirilmiş M elektrodu və yuxarıda yerləşmiş N elektrodu
arasında yaranan potensiallar nəticəsində olur. KC (Om∙m) və ПС
(mV)-in ölçülməsi nəticəsi olaraq kağız lentdə əyrilər şəklində
göstərilənlərə 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə