Naxçıvan xanlığının döyüş bayrağı üzərindəki işarələr, onların semantikası, mənşəyi və ortaq



Yüklə 322,49 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix16.11.2017
ölçüsü322,49 Kb.
#10588
1   2   3   4   5   6   7   8   9   10

131

himayə  etmişdir.  Onun  nəzərlik  kimi  istifadə  edilən,  sonralar  tayfa  və  nəsillərin,  tayfa 

birliklərinin damğa işarələrinə çevrilən rəmzləri - 

 (tumar, bitik),   (Ay),   (qayçı),     



(açamay/haça Umay),   (yay-ox),   (ox),   (daraq) içərisində sonuncusu faktiki olaraq açıq əlin 

stilizə edilmiş təsviridir və xalçaçılıq sənətində onun 

 kimi variantlarına da rast gəlirik. 

Daha populyar olan bərabərtərəfli üçbucaq isə 

 qadın başlanğıcını ifadə etməklə yanaşı, 

Azərbaycan, Anadolu, Mərkəzi Asiya, Şimali Qafqaz, Şərqi Sibir xalqları arasında "bitik" 



(əski türkcə - "yazı") və ya "tumar" (ərəbcə – "yazı") adlandırılmışdır. Tumar/bitik rəmzinin 

variantlarından biri bərabərtərəfli üçbucağın aşağı hissəsində üç və ya beş qılınc (ox, metal 



şiş) asılmış üçbucaq   şəklində təsviri olunmuşdur. Vaxtilə bu rəmz qədim türk tayfaları 

vasitəsilə  çinlilərin  də  inanclarında  yer  almışdır.  Onun  müxtəlif  variantlarına  istisnasız 

və  dini  etiqaddan  asılı  olmayaraq  bütün  türk  xalqlarının,  o  cümlədən  azərbaycanlıların 

tətbiqi  sənətində  –  xalça  və  zərgərlik  məmulatları  üzərində  geniş  rast  gəlirik.  Mifoloji 

yozuma əsasən, həmin işarənin aşağı hissəsindəki qılınc və ya oxların hədəfi körpələrə, ailə 

səadətinə, onun ruzi-bərəkətinə zərər vurmaq istəyən bəd ruhların, şər qüvvələrin gözləri 

olmuşdur.  Bu  isə  indi  də Azərbaycanda  yayılan  və  bəd  nəzərə  ünvanlanan  "gözünə  ox 

batsın" kimi idiomatik ifadələrin, bəlkə, bu mifoloji mənbəyə söykəndiyini göstərir. İslam 

dininin türk xalqları arasında yayılmasından sonra, təbii ki, onların Humay Ana haqqındakı 

mifoloji təsəvvürləri də tədricən silinmiş və öz yerini yeni dini obraza - islam peyğəmbərinin 

sevimli qızı Fatimeyi-Zəhraya vermişdir. Bu zaman Humay Anaya aid rəmzlərin bir hissəsi, 

o cümlədən tumar işarəsi də tədricən Həzrəti-Fatiməyə aid edilmişdir. Belə ki, ortaq türk 

xalça ornamentlərində tumar   işarəsi yuxarıya doğru istiqamətləndirilərək   "Fatimeyi-

Zəhranın  əli"  adlandırılmağa  başlanmışdır.  Bu  işarə  cehizlik  xalçalarda  gəlin  köçən  qıza 

verilən xeyr-dua anlamını da ifadə etmişdir. Hər iki obrazı isə ortaq xüsusiyyətlər - şəfqət, 

xeyirxahlıq,  nəcib  analıq  hissi  kimi  yüksək  insani  keyfiyyətlər  birləşdirmişdir.  Təsadüfi 

deyildir ki, qırğızlarda bu gün də körpəni beşikdə yelləyərkən "Menin qolum emes, Umay 

ene, Batma, Zuuranın kolu" (Bu qol mənim deyil, Humay Ananın, Fatimeyi-Zəhranın qoludur) 

sözləri deyilir. 

 “Zülfüqar” qılıncı. Silaha tapınmaq ənənəsi, qılınc kultu türk xalqlarında 

hələ  islamın  yaranışından  əvvəl  də  mövcud  olmuşdur.  Herodot  yazırdı  ki,  skiflər  savaş 

ilahisi  Aresin  qılıncına  sitayiş  edir,  hər  il  ona  qurbanlar  kəsirdilər.  Onların  "akinak" 

adlandırılan qısa tiyəli qılıncları baş ilahi Targitayın təcəssümü sayılırdı. Romalı sərkərdə-

diplomatlar Priysk və Marselini hunların inanclarında da qılınc kultunun geniş yayıldığını 

vurğulamışlar.  Antik  müəlliflərdən  İordan  isə  bildirirdi  ki,  Atilla  nəhəng  imperiyasının 

qurulmasında ilahi tərəfindən göndərilən qılıncın onu himayə etdiyinə inanırdı. 

  Qılınc  həm  də  igidliyin,  yenilməzliyin,  kişi  başlanğıcının  rəmzi  olmuşdur.  Şimali 

və  Cənubi  Qafqazda,  o  cümlədən  tarixi  Azərbaycan  ərazilərində  aparılmış  arxeoloji 

qazıntılar nəticəsində saka-skiflərə, hunlara və xəzərlərə aid məzarlarda insan sümükləri 

ilə  yanaşı,  qılınc  qalıqları  da  aşkar  edilmişdir.  Xatırladaq  ki,  Koroğlunu  məğlubedilməz 

edən  amillərdən  biri  onun  həm  də  Misri  qılınca  sahib  olması  idi.  "Kitabi-Dədə  Qorqud" 

eposu  qəhrəmanlarının  and  yerlərindən  biri  "qaraüz  polad  qılınc"  idi.  Kumıklar  indi  də 

göy  qurşağını  "Teyri  qılıç"  (Tanrı  qılıncı)  adlandırırlar.  Təsadüfi  deyildir  ki,  orta  əsr  türk 

dövlətlərində tacqoyma zamanı "təqlidi-seyf" - qılınca qurşanma, hökmdarın belinə qılınc 

bağlama mərasimi də icra edilirdi. Bu baxımdan, Azərbaycan və Türkiyə hərb simvolizmində 

“Zülfüqar” qılıncı təsvirinin daha populyar olması bu silahın sakral mahiyyətindən savayı, 

ilk təqlidi-seyf mərasiminin Məhəmməd peyğəmbər tərəfindən icra olunması, Həzrət Əlinin 

belinə  həmin  qılıncı  bağlamasına  inamlarıdır.  Bütün  bunlar  digər  müsəlman  xalqlarla 

müqayisədə türklərin qılıncın rəmzi xarakterinə ali önəm verdiklərini, fövqəladə xassələrə 

malik silaha ehtiram və inamın tədricən “Zülfüqar”a münasibətdə də özünü göstərdiyini 

təsdiqləyir. 

Tarixi mənbələrə görə, islam peyğəmbərinin müxtəlif tipli doqquz qılıncı ("əl-Battar", 



"əl-Adb",  "əl-Rasub",  "əl-Kadıb",  "əl-Məəzur",  "əl-Mixzəm",  "Halef",  "Qali"  və  "Zülfüqar") 

olmuşdur. Onların arasında daha populyar olan "Zülfüqar" qılıncı mərdliyin və ədalətin, 

igidliyin  rəmzi  sayılır.  Halbuki,  onun  gerçək  görkəmi,  mənşəyi,  hazırda  harada  olması 

barədə indiyədək dəqiq və hamılıqla qəbul edilən məlumat yoxdur. Məsələn, "Zülfüqar"ın 

ilk sahibinin Adəm peyğəmbər olması və Cənnətdən çıxarkən onu özü ilə götürməsi, qılıncın 

bir tiyəsinin cəza, digərinin isə şəfa verməsi, onu Misir hökmdarının islam peyğəmbərinə 

131



132

hədiyyə  etməsi,  göydən  nazil  olunması,  Yəməndə  bir  bütün  dağıdılmasından  sonra 

bünövrəsindəki  poladdan  düzəldilməsi,  Bədr  döyüşündə  qənimət  kimi  götürülməsi  və 

Uhud  savaşında  Hz.  Əliyə  bağışlanması  barədə  ziddiyyətli  rəvayətlər  vardır.  Məhz  son 

rəvayətə görə, peyğəmbər bu savaşda Əlinin cəngavərliyini görüb belə buyurmuşdur: "Lə 

fətə illə Əli, lə sayfə illə Zülfüqar" (Əlidən yaxşı igid, "Zülfüqar"dan yaxşı qılınc yoxdur). IX 

əsrdə yaşamış tarixçi Məhəmməd ibn Hişam isə həmin ifadənin peyğəmbərə deyil, döyüşü 

səmadan izləyən mələk Cəbrayıla məxsus olduğunu bildirmişdir. Yeri gəlmişkən, Naxçıvan 

xanlığının döyüş bayrağındakı "Zülfüqar" qılıncı təsvirinin yuxarı və aşağı hissələrində də 

bu sözlər yazılmışdır. Bundan başqa, bəzi şiə təfsirçiləri "Zülfüqar"ın Hz. Əliyə verilməsinin 

"Qurani-Kərim" ayələrində öz əksini tapdığını bildirir və "Nədid" surəsinin 25-ci ayəsinə 

istinad  edirlər:  "…Biz  həddindən  artıq  möhkəm  olan  və  insanlara  fayda  verən  dəmiri 

də icad (nazil) etdik ki, Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə 

kömək göstərənləri (dəmirdən düzəlmiş silahlarla kafirlərə qarşı vuruşan mücahidləri) bəlli etsin. 

Həqiqətən,  Allah  yenilməz  qüvvət  sahibi, 

qüdrət  sahibidir!".  İmam  Baqirə  aid  olunan 

hədisə  əsasən  isə,  "Zülfüqar"  əslində  rəmzi 

silah  olmuş  və  heç  vaxt  savaş  meydanında 

istifadə edilməmişdir. 

İstanbulun  Topqapı  sarayında  müqəddəs 

əmanətlər 

sırasında 

qorunan 


qılıncın 

"Zülfüqar"  və  ya  onun  bənzəri  olması  barədə 

də  dəqiq  qənaət  yoxdur.  Onu  da  əlavə 

edək  ki,  "Zülfüqar"  qılıncı  haqqında  yanlış 

təsəvvürlərin  formalaşmasında  Böyük  Brita-

niya,  Livan,  Liviya,  Küveyt  və  Mərakeş  kine-

matoqrafçılarının  1976-cı  ildə  birgə  istehsal 

etdikləri  "Peyğəmbərlik"  ("The  Message",  rej. 



Mustafa  Akkad)  filminin  də  müəyyən  rolu 

olmuş dur.  Bütövlükdə  uğurlu  alınan  filmdə 

islam  dininin  prinsiplərinə  tam  riayət  olunsa 

da,  təəssüf  ki,  bəzi  faktoloji  təhriflərə  də  yol 

verilmişdir.  Məsələn,  filmə  əsasən,  hicrətin 

ikinci  ilində  –  miladi  tarixlə  624-cü  ilin  mart 

ayının 13-də baş vermiş Bədr savaşında Həzrət Əli məhz "Zülfüqar" qılıncı ilə döyüşmüşdür. 

Halbuki, hədislərdə bildirilir ki, peyğəmbər bu qılıncı Həzrət Əlinin belinə düz bir il sonra 

–  625-ci  ilin  mart  ayının  24-də,  Uhud  döyüşü  zamanı  bağlamışdır.  "Zülfüqar"ın  sonrakı 

taleyi də müəmmalıdır. Rəvayətlərdə onun Hz. Əlinin vəsiyyəti ilə Nəcəfdə çaya atıldığı, 

Hz. Əlinin məzarı yanında torpağa basdırıldığı və ya Mehdinin zühur əlamətlərindən biri 

olduğu qeyd edilir. Bəzi dini rəvayətlərdə mədinəli dəmirçi Ömər əs-Saykalın düzəltdiyi 

"uzunluğu  yeddi,  eni  isə  bir  qarış"  olan  ikiağızlı  qılınc  kimi  təsəvvür  edilsə  də,  bir  sıra 

təfsirçilər  və  qədim  silah  mütəxəssisləri  bununla  razılaşmır.  "Zülfüqar"  qılıncını  hər  iki 

ağızı kəsici olan iri tiq (bu tipli qılınclar Avropada və Osmanlı dövlətində "meç" adlanırdı) kimi 

təsvir edirlər. İmam Sadiqə bağ la nan hədisdə isə "Zülfüqar" qılıncının insan onurğasına 

bənzədiyi söylənilir. Yeri gəl mişkən, "Zülfüqar" kəlməsi xalq arasında "ikidilli" kimi yozulsa 

da,  əslində  ərəb  sözü  olub  "fəqərə/onurğa  sahibi"  anlamını  verir.  Həqiqətən  də,  Şərqin 

soyuq silahları təsnifatında "burmalı" adlanan möhkəm tiyəli qılınc tipləri də olmuşdur. Bu 

silahların tiyələri sıx burulmuş polad təbəqələrdən döyüldüyü üçün onların kənarları, hətta 

kəsici hissələri də dalğavarı şəkil alırdı. Belə tiyələr həqiqətən də insanın fəqərə sütununa 

bənzəyir.  Burmalı  qılıncların  ikinci  adı  isə  dalğavari  tiyəsinin  zahiri  bənzərliyinə  görə 

"ildırım ağızlı"dır. Bu ad isə "Koroğlu" dastanında Misri qılıncın mənşəyi, onun "ildırım 

daşından düzəldilməsi" haqqında epizodu xatırladır. 

Bu gün "qılınc" (əski türkcə - "klıç") dedikdə bütün iri tiyəli, kəsici-deşici döyüş vasitə-

lərinin ümumiləşdirilmiş adını nəzərdə tuturuq. Halbuki, vaxtilə "qılınc" onlardan yalnız 

birinin – əsasən atlı döyüşçülər üçün hazırlanan, tiyəsi qövsvari olan silahın adı idi. Orta 

əsr Şərq və Avropa mənbələrinə əsasən, türk xalqlarının cəbbəxanasında qılıncla yanaşı, 

tiq (tıc), pala, selbə, saplı, konçar, neştər, şəmşirgorda, xəncər, qəmə, "Zülfüqar" və s. kimi 

132


1. Dini rəvayətlərə 

görə "Zülfüqar" 

qılıncının 

görünüşü. 

2. Qacarlar 

sülaləsinə 

məxsus rəmzi 

"Zülfüqar" qılıncı 

(Azərbaycan, 

şəmşir). 

3. Osmanlı sultanı 

II Bəyazidə aid 

burmalı "Zül-

füqar" qılıncı 

4. Misir məmlük-

lərinin XV əsrə 

aid "Zülfüqar" 

qılıncının tiyəsi. 

5. Orta əsr hind-

moğol "Zülfiqar" 

qılıncı. 

6. 1837-ci ildə im-

perator II Alek-

sandra hədiyyə 

olunmuş 

burmalı "Zül-

füqar" qılıncı. 

7. Türk xalqlarının 

"pala" adlandır-

dıqları enlitiyəli 

kəsici silah

3.

4.



5.

6.

7.



2.

1.



Yüklə 322,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə