Naxçıvan xanlığının döyüş bayrağı üzərindəki işarələr, onların semantikası, mənşəyi və ortaq



Yüklə 322,49 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix16.11.2017
ölçüsü322,49 Kb.
#10588
1   2   3   4   5   6   7   8   9   10

133

soyuq  kəsici-deşici  silah  tiplərinin  adları  çəkilir.  Onu  da  xüsusi  vurğulamaq  istərdik  ki, 

qədim  türk  dövlətlərində,  orta  əsrlərdə  Misir  Məmlük  və  Səfəvi  xanədanlarında,  Moğol 

imperatorluğunda  tiyəsinin  ucu  ilan  dili  kimi  tam  və  ya  qismən  qoşa  hissələrə  ayrılmış 

silahlar da istehsal edilirdi. Mahmud Kaşğarinin "Divani lüğət-it türk" əsərində "koş kılıc" 

(qoşa, cüt tiyəli qılınc) kimi adı keçən soyuq silah tipi qədim türk tayfalarının bu tipli döyüş 

vasitələrindən istifadə etdiklərini təsdiqləyir. Həmin silahın xarici görkəminin necə olmasına 

isə kitabdakı atalar sözlərindən biri aydınlıq gətirir: "Koş kılıç kınka sığmaz", yəni "qoşa 

tiyəli qılınc bir qına sığmaz". Bu tipli qılıncların ucluqları ilanın haça dilini xatırlatdığı üçün 

onlara həm də "əjdaha ağızlı" (ikidilli) deyirdilər. Lakin sonralar "Zülfüqar" kimi tanınan 

həmin silahlar effektiv döyüş vasitəsi sayılmadığı üçün tədricən sıradan çıxmış və rəmzi 

silaha çevrilmişdir. Çünki həmin qılıncla zireh geymiş düşmənə təsirli deşici və ya kəsici 

zərbələrin vurulması mümkün deyildi. Bununla belə, "ikitiyəli qılınc" anlayışı orta əsrlərdə 

Azərbaycan türklərinin də hərb sənətində vardı. Amma onların tiyələri nə burmalı, nə də 

ikidilli deyildi. Əksinə, Azərbaycan mənşəli silah olan "pala" və "şəmşir" tiplərində "ikidilli" 

dedikdə  tiyənin  möhkəmliyini  artırmaq  üçün  onun  yuxarı,  ümumi  uzunluğunun  2/3 

hissəsinə  qaynaq  edilən,  "yelman",  "yalman"  adlandırılan  əlavə  polad  qat  -  tiyə  nəzərdə 

tutulurdu. "Şir caynağı" anlamını verən şəmşir silahlarının daha bir fərqli xüsusiyyəti tiyənin 

yelman hissəsinin 30-35 dərəcəli bucaq şəkilində yuxarıya doğru əyilməsidir. Bundan başqa, 

Mərkəzi Asiya xalqlarında – qazaxlarda və özbəklərdə "zülfüqar" kəlməsi həm burma tiyəli 

palalara,  həm  də  Azərbaycandan  ixrac  olunan  əlavə  qatlı  şəmşirlərə  aid  edilirdi.  Digər 

tərəfdən, türk dillərində, o cümlədən Azərbaycan dilində "ikiağızlı" sözü bir qayda olaraq, 

tiyəsinin hər iki tərəfi kəsici olan bıçaqlara, xəncərlərə aid edilir. Onu da vurğulayaq ki, 

orta  əsr  Azərbaycan  hərb  sənətində  qoşun  hissələri  əsasən  süvarilərdən  ibarət  olduğu 

üçün at üzərində döyüş zamanı əlverişli silah sayılmayan ikiağızlı tiq/meçlər burada geniş 

yayılmamışdır. Bu isə bir daha təsdiqləyir ki, Şərq silahları arasında "Zülfüqar"lar ya hər iki 

tərəfi kəsici olan və ya tiyəsinə əlavə qat vurulan qılınclar olmuşlar. 

Bu qənaətdən sonra isə növbəti sual yaranır: Naxçıvan xanlığının döyüş bayrağında 

təsvir  edilən  silahın  prototipi  həqiqətənmi  müqəddəs  "Zülfüqar"  qılıncıdır?  Birmənalı 

şəkildə deyə bilərik: "Yox". Əslində, Naxçıvan xanlığının döyüş sancağındakı "Zülfüqar"ın 

spesifik  təsviri  onu  məzmunca  deyil,  formaca  islam  kontekstindən  ayıraraq  qədim  və 

orta  əsr  türk  dövlətlərinin  –  Hun,  Xəzər,  Osmanlı  imperatorluqlarının,  Qızıl  Ordanın, 

Krım xanlıqlarının dövlətçilik rəmzləri ənənələrinin davamçısına çevirir. Qeyd olunduğu 

kimi,  Naxçıvan  xanlığının  döyüş  bayrağı  etnik,  dini  rəmzlərin  müxtəlifliyinə  və  varislik 

ənənələrinə  görə  unikal  tədqiqat  obyektidir.  Azərbaycanın  hərbi  simvolizm  ənənələri 

ilə  yanaşı,  XVII-XVIII  əsrlərdə  bu  ərazidəki  etno-tarixi,  etno-mədəni  və  etno-siyasi 

mühit  haqqında  dolğun  məlumat  verməkdədir.  Bəri  başdan  deyək  ki,  onun  unikallığını 

şərtləndirən  mühüm  amillərdən  biri  də  vaxtilə  bir-birinə  rəqib  olan  iki  qüdrətli  türk 

dövlətinin - Səfəvi və Osmanlı xanədanlıqlarının hərbi-dini simvollarının, qızılbaş və yeniçəri 

işarələrinin  qumaş  parça  üzərindəki  kompozisiyada  birləşdirib  bir  araya  gətirilməsidir. 

Bu isə bütün ziddiyyətlərə, hərbi-siyasi qarşıdurmalara baxmayaraq, həm Osmanlı, həm 

də  Səfəvi  rəmzlərinin  ortaq  ümumtürk  etno-mədəni  mənbədən  və  ortaq  təsəvvürlərdən 

qaynaqlanmasının göstərcisidir. Bu baxımdan, o dövrün qarşılıqlı iddia və ziddiyyətləri, 

hərbi-siyasi qarşıdurmalar, fərqli dini-siyasi ideologiyalar fonunda bayraqlardakı təsvir və 

kompozisiyalar arasında bənzərlik nə qədər qabarıq nəzərə çarpsa da, nə Osmanlı və Səfəvi 

simvolizm ənənələrinin bir-birinə təsiri, nə də I Şah Abbasın dövlətin tarixi sərhədlərinin 

bərpası məqsədilə keçirdiyi hərbi yürüşlər zamanı əsir götürdüyü yeniçəri döyüşçülərini 

öz ordusunun sıralarına qataraq Naxçıvan ərazisində yerləşdirməsi ilə əlaqələndirilməlidir. 

Bayraq elementlərinin forma və üslub cəhətdən təhlili bu qənaətə gəlməyə əsas verir ki, 

onlar arasında tarixi varislik bağlarını "Qurani-Kərim" iki amildən biri onların qədim və 

ortaq  türk  simvolizmi  ənənələrindən  qaynaqlanması,  digəri  isə  qızılbaş  və  yeniçərilərin 

dini-siyasi  baxışları  arasında  körpü  funksiyasını  daşımış  bektaşilik  təriqətinin  təsirinin 

olmasıdır. Naxçıvanda bəktaşilərə məxsus Zaviyə, Pirqəmiş məscidləri, XIV əsrdə Canan 

Bəy Bəktaşinin inşa etdirdiyi "Canabər" çeşməsi bu gün də qorunmaqdadır. Azərbaycanın 

müxtəlif  guşələrində,  xüsusilə  Naxçıvanda  Bəktaşi  soyadını  daşıyanlar  da  çoxdur.  Onu 

da qeyd edək ki, XIII əsrdə yaşamış Hacı Bəktaş Vəlinin adı ilə bağlı olan bu sufi təriqəti 

özünəməxsus  dini  ehkamlara  malik  olsa  da,  vaxtilə  şiəlik  məzhəbindən  qaynaqlanmış, 

133



134

onun rəmz və ehkamlarını götürmüşdür. Lakin bəktaşilik yalnız dini təriqət, fəlsəfi baxış 

deyil, təşkilatlanma, iqtisadi və maliyyə imkanları, xüsusi imtiyaz və səlahiyyətlər, üstün 

sosial  status  baxımından  dövrünün  mükəmməl  dini-siyasi  hərəkatı  olmuşdur.  Bununla 

belə,  bəktaşiliyin  aparıcı  prinsipləri  –  Həzrət  Əli  və  Əhli-Beyt  üzvlərinə  sonsuz  sevgi, 

təvəlla (əhli-beyti sevənləri sevmək), təbərra (əhli-beyt düşmənlərinə nifrət etmək) - qızılbaşlarla 

döyüşlərdə xüsusi amansızlıq nümayiş etdirməyə qətiyyən mane olmamışdır. 

Osmanlı admiralı Xeyrəddin paşanın sancağının  bayrağı və Naxçıvan xanlığının döyüş 

bayraqları üzərindəki qılınc təsvirləri təxminən eyni olsalar da, onları "klassik Zülfüqar" 

adlandırmaq  çətindir.  Hətta,  Mahmud 

Kaşğarinin  "koş  klıç"  kimi  təqdim  etdiyi 

silahla  müqayisədə  bu  tiyələr  döyüş  üçün 

tamamilə  yararsızdırlar.  Başqa  bir  məqam. 

Həmin  haçadilli  qılınc  təsvirlərini  islam 

simvolizmindən daha çox əski türk mifoloji 

təsəvvürləri  ilə  bağlayan  xüsusiyyətlərdən 

biri  hər  iki  qılıncın  qəbzə  başlığının  islam 

tətbiqi sənəti normalarına zidd olaraq mifik 

varlıq  -  əjdaha  (əjdər)  başı  görkəmində 

verilməsidir. Halbuki, “Zülfüqar” qılıncının 

ənənəvi  təsvirlərində  belə  sərbəstliyə 

rast  gəlmirik.  Xatırladaq  ki,  orta  əsrlərdə 

Azərbaycanda  pala,  şəmşir  kimi  ənənəvi 

soyuq  silah  tipləri  qəbzələrinin  uc  hissələri 

də  aşağıya  doğru  əyilmiş  əjdaha-ilan  başı 

şəklində  düzəldilirdi.  Quyruğu  haçadilli 

ilan  başı  və  ya  haça  kimi  təsvir  edilən  bu 

əjdahalar qədim türk mifologiyasında önəmli 

yerlərdən  birini  tutmuş,  etnik  simvolizmdə 

ali  hakimiyyətin,  əbədiyyətin,  qalibiyyətin 

təcəssümü, ailənin, nəslin hamisi sayılmışdır. Herodota görə, skiflər yeraltı mağaralarda 

məskunlaşan ilahə qadın-ilan Apa ilə Heraklın izdivacından törəmişlər. Təkcə saka-skiflərin 

deyil, qədim türk xaqanlıqlarının, hunların, avarların və xəzərlərin, Qızıl Ordanın süvari 

hissələrinin  döyüş  bayraqları  da  quyruq  hissəsi  haça  (ikidilli)  olan  əjdaha-ilan  şəklində 

olmuşdur. Orta əsrlərdə isə haçaquyruqlu əjdaha obrazı yeni heraldik personajlarla əvəz 

olunsa da, özünün bəzi xüsusiyyətlərini onlara ötürə bilmişdir. Məsələn, Qızıl Orda, Səlcuq 

dövlətlərində,  Qacar  və  Əfşar  sülalələrinin,  Naxçıvan,  İrəvan,  Şirvan  xanlıqlarının  və  s. 

dövlətçilik rəmzlərində yer alan, ilk vaxtlar bars (bəbir), sonralar isə qaplan (pələng) və aslan 

obrazı təsvirlərində həmin varlıqların quyruqları ya ilan başı şəklində, ya da haçadilli təsvir 

edilirdi. 

“Zülfüqar”  qılıncının  prototiplərinə  müxtəlif  coğrafi  məkanlarda  yaşayan  türk 

xalqlarının etnik simvolizmində, damğa işarələrində, ornamentlərində də geniş rast gəlinir. 

Maraqlıdır ki, həmin tanınma-fərq ləndirmə işarələri, məsələn, qədim dam ğalar sırasında yer 

alan və "xan sənək", "sə nək", "hənək" (ikiağızlı döyüş nizəsi, yaba), "ayır" adlandırılan damğa 

nişanları     türk tayfalarının islam dinini qəbul etmə lərindən xeyli əvvəl də hakimiyyət rəmz-

lərindən olmuş, "hökm verən əl", "sər kərdə", "mübarizlik", "ədalət" məna larını bildirmişdir. 

Rəmzin aşağıya çevrilmiş şəkildə     təsvir edilməsi, eləcə də üst hissəsində üfüqi xəttin 

çəkilməsi isə     həmin tayfanın və ya xanlığın vassallığının, məhdud səlahiyyətlərə malik 

olmasının əlaməti sayılmışdır. Bundan başqa, bu işarə qrafem olaraq Göytürk əlifbasında 

cingiltili "L" samitini də ifadə etmişdir. Qədim dövrlərə aid tarixi Azərbaycanda Gəmiqaya, 

Göyçə, Dəvəboynu, Sülək (Xakasiya), Sidak (Qazaxıstan) qayaüstü təsvirlərində, Bolqarıstan, 

Krım,  Rumıniya,  Anadolu,  İran  (qaşqaylar)  məzar  daşlarında,  Dərbənd  şəhərinin  qala 

divarlarında, hunların və xəzərlərin, bulqarların, Anadolu və Azərbaycan türklərinin, Krım 

və Volqaboyu tatarlarının, qazaxların və qırğızların, çuvaşların və başqırdların, noqayların, 

yakutların, uyğurların, kumıkların və balkarların, Krım tatarlarının xalça ornamentlərində, 

sikkələrdə həmin işarəyə bu gün də təsadüf olunur. Orta əsrlərdə qələmə alınan damğa 

təsnifatlarında  onun  müxtəlif  variantları          müstəqil  işarə  və  ya  da  seqment 

134


1. Səmərqənd 

yaxınlığındakı 

Orlat 

məzarlığında 



(II-IV əsrlər) 

tapılmış maddi 

nümunələr 

üzərində "qoşa 

quyruqlu" 

əjdaha başlı 

bayraq daşıyan 

döyüşçü təsviri. 

2-3. Xeyrəddin 

paşanın 


sancağında 

və Naxçıvan 

xanlığının döyüş 

bayraqlarında 

oxşar "Zülfüqar" 

qılıncı təsvirləri. 

4. Osmanlı 

dövlətində 

yeniçəri 

ağalarının 

bayraqlarında 

"Zülfüqar" 

təsvirləri. 

5. Krım 


karaimlərinin 

milli rəmzi – 

sənək. 

6. Polşa-Litva 



tatarlarının 

gerbində "Zül-

füqar" qılıncı

1.

2.



3.

4.

5.



6.


Yüklə 322,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə