Naxçıvan xanlığının döyüş bayrağı üzərindəki işarələr, onların semantikası, mənşəyi və ortaq



Yüklə 322,49 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix16.11.2017
ölçüsü322,49 Kb.
#10588
1   2   3   4   5   6   7   8   9   10

129

Lakin  həm  müsəlmanlar,  həm  də  yəhudilər 

hələ də həmin işarənin təsvirlərindən ənənəvi 

nəzərlik kimi istifadə edir və bu zaman əsasən 

dini  rəvayətlərə  söykənirlər.  Yəhudilər  onu 

Hz.Musanı  ölümdən  xilas  edən,  sonralar 

fironun  ailəsində  onu  dayə  kimi  böyüdən 

bacısı  Miriamla,  müsəlmanlar  isə  Həzrəti-

Fatimə ilə əlaqələndirirlər. Bununla belə, islam 

təfsirçiləri  arasında  da  xəmsənin  "Allahın  əli" 

kimi yozulmasının tərəfdarları vardır və dəlil 

kimi  "Qurani-Kərim"in  “əl-Fəht”  surəsinin 

10-cu  ayəsini  göstərirlər.  Ayədə  isə  bildirilir: 

"(Ya Peyğəmbər!) Sənə beyət edənlər, şübhəsiz 

ki,  Allaha  beyət  etmiş  olurlar.  Allahın  əli 

onların  əllərinin  üstündədir".  Halbuki,  bu 

ayədə "əl" kəlməsi məcazi mənada işlədilmişdir və "rəhm", "hökm", "qüdrət" anlamlarını 

verir.  Xüsusilə  vurğulamaq  istərdik  ki,  Yaxın  Şərqdə  ortaq  sami  mədəniyyətinin,  mifik 

təsəvvürlərinin  (ərəb  və  yəhudi)  elementlərindən  biri  kimi  dəyərləndirilən  "xəmsə"  işarəsi 

islam və iudaizmdə müxtəlif məzmun daşısa da, onun müsəlman və yəhudi analoqları həm 

təsvir, həm də adların fonetik yaxınlığı baxımdan fərqlənmir. Məsələn, hər iki dində xəmsə 

işarəsi  eyni  üslubda  işlənmişdir.  Burada  açıq  insan  əli  anatomik  deyil,  stilizə  olunmuş 

şəkildə - rəmzi, simmetrik təsvir edilir. Fərq isə müsəlmanların əl işarəsinin ovuc hissəsində 

əsasən nəbati ornamentlərin, "Allah" kəlməsinin, bəzən "Qurani-Kərim" ayələrinin, nəzərlik 

əlaməti olan göz rəsminin, "Möhrü-Süleyman" (Davud ulduzu) işarəsinin, yəhudilərdə isə 

etnik ornamentlərlə yanaşı "Şma, İsrael" (Eşit, İsrail xalqı), "Brahat ha-Beyt" (Evin hifz olunması 

duası),  "Tfilat  ha-Dereh"  (Səfər  duası)  sözlərinin,  yenə  də  açıq  insan  gözü  və  ya  Davud 

ulduzunun  (yəhudilərdə  -  Maqen  David/Davudun  qalxanı)  təsvirlərinin  həkk  edilməsidir. 

Müsəlmanlar arasında bu işarədəki ovuc islam dinini, barmaqlar isə islamın beş əsas şərtini 

Şəhadət kəlməsini, namazı, orucu, Həcc ziyarətini və zəkatı ifadə edir. 

Buna  baxmayaraq,  islamın  şiəlik  və  ələvilik  təlimlərində,  bəktaşilikdə  xəmsə  işarəsi 

həm xarici təsvir, həm də semantika baxımından klassik işarədən fərqlənir. Şiə məzhəbində 

"xəmsə əli", "şiə xəmsəsi", "Həzrəti-Fatimənin əli", "Həzrət Abbasın qolu", "pəncə" və "ələm" 

adları  ilə  yayılmış  həmin  rəmzin  müxtəlif,  hətta  ziddiyyətli  yozumları  vardır.  Mə sə lən, 

Azərbaycanda  və  İranda  geniş  yayılmış  xalq  rəvayətinə  əsasən,  bir  dəfə  Həzrət  Əli  evə 

yeni cariyə gətirir və onu ömür-gün yoldaşına - Peyğəmbərin sevimli qızı Həzrəti-Fatiməyə 

göstərir. Bu zaman Xanım Fatimə evdə halva çalırmış. Ərinin bu hərəkətindən sarsılan qa-

dın qaşığı yerə salsa da, kədərini büruzə vermir, özünü ələ alıb heç nə baş verməmiş kimi 

qaynar  halvanı  sağ  əli  ilə  qarışdırmağa  başlayır.  Bunu  görən  Həzrət  Əli  səhvini  anlayır 

və  ömrünün  sonunadək  Xanım  Fatiməyə  sadiq  qalır.  Həmin  vaxtdan  etibarən  yuxarıya 

qaldırılmış  sağ  əlin  təsviri  şiə  simvolizmində  səbrin,  sədaqətin  və  imanın  təcəssümünə 

çevrilir. Rəmzin digər yozum isə təvvabinlər (tövbəkarlar) hərəkatı ilə bağlıdır. Xatırladaq ki, 

VIII əsrdə, Kərbəla hadisələrindən sonra yaranmış bu hərəkat üzvləri Kufə şəhəri əhalisinin 

imam Hüseynə xəyanət etdiklərinə, onu mübarizədə tək qoyduqlarına görə Allahın onlara 

cəza və müsibətlər verəcəyinə inanmış, imam və ailəsinin intiqamının alınmasını qarşılarına 

məqsəd qoymuşlar. Rəvayətə görə, hərəkatın rəhbəri Muxtar əs-Səqafinin qullarından biri 



-  Əli  Məxtumi  yuxuda  Abbas  ibn  Əlinin  (Əbülfəzl Abbas  -  imam  Həsən  və  imam  Hüseynin 

ögey qardaşı, Kərbəla döyüşündə şəhid olmuşdur) ona insan əli verdiyini görür və o vaxtdan 

etibarən bu işarə Hz. Əbülfəzl Abbasın kəsilmiş qollarının təcəssümünə, şiəlik təlimində 

cihad, mübarizlik rəmzinə çevrilir. Belə ki, Kərbəla döyüşü zamanı imam Hüseyn döyüş 

bayrağını qorumağı Həzrət Əbülfəzl Abbasa tapşırır. O isə hətta qolları düşmən qılıncı ilə 

kəsildikdən sonra imamın bayrağını enməyə qoymur, onu dişləri ilə tutub-saxlayır. 

Təvvabinlərin,  sonralar  şiə  təfsirçilərinin  yozumlarına  əsasən,  ələm  -  açıq  sağ  əl 

işarəsində barmaqlar Əhli-Beyt üzvlərini - baş barmaq Məhəmməd peyğəmbəri, şəhadət 

barmaq Həzrəti-Fatiməni, orta barmaq Həzrət Əlini, adsız barmaq Həzrət Həsəni, çeçələ 

barmaq  isə  Həzrət  Hüseyni  ifadə  edir.  Beləliklə,  təvvabinlər  hərəkatı  vasitəsilə  xəmsə 

işarəsinin  semantikasına  yeni  məzmun  əlavə  olunmuş,  şiə  məzhəbinin,  İmam  Hüseyn 

129

İslam (1) və yəhudi 



(2) dinlərindəki 

xəmsələr arasında 

konstruktiv fərq 

yoxdur


1.

2.



130

tərəfdarlarının dini simvollarından birinə çevrilmişdir. Onu da xatırladaq ki, ilk dəfə VIII 

əsrdə  İraqın  şimalındakı  siqridilər  sülaləsi  onu  rəsmi  dövlət  rəmzi  kimi  qəbul  etmişdir. 

Şiələr arasında "ələm" ifadəsinin mənşəyinə gəldikdə isə onun ərəb dilində "qəm", "əzab", 

"üzüntü",  "matəm"  anlamını  verən  "ələm"  və  "əlamət"  (işarə,  rəmz)  kəlmələrindən  və  ya 

zahiri oxşarlığına görə türk dillərindəki "əl" sözündən yaranması, hətta Həzrət Əlinin adı 

ilə bağlanması barədə fərqli mülahizələr yayılmışdır. Belə bir qənaət də vardır ki, "ələm" 

sözü ərəb əlifbasının "əlif" hərfi ilə yazıldıqda "əzab" anlamını verdiyi halda, "ayn" hərfi ilə 

yazıldıqda "bayraq", "öndə gedən" mənalarını daşıyır. Məsələn, orta əsrlərdə bayraqdarlara 

həm də "ələmdar" deyirdilər. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  şiə  məzhəbində,  xüsusilə  Azərbaycan  ərazisində 

geniş yayılmış ələm və klassik xəmsə təsvirləri arasında da fərqlər vardır. Belə ki, xəmsə 

ilə    müqayisədə  ələm  assimetrikdir  və  tamamilə  insan  əlinin  anotomik  görkəmini   

təkrarlayır. Naxçıvan xanlığına aid edilən döyüş bayrağı üzərində də anatomik əl təsviri 

  həkk  edilmişdir.  Ələmin  şiəliyin  aparıcı  atributlarından  biri  kimi  məhz  bu  variantda 

təsvirinin  yayılması  Səfəvilər  zamanında  hakim  etnik  kimlik  və  dini-siyasi  ideologiya 

ilə  bağlı  olmuşdur.  Tarixi  mənbələrə  görə,  Şeyx  Heydərin  Şirvana  yürüşü  zamanı  onun 

tuğlarının başlığı ələm şəklində idi. Şah İsmayılın dövlət rəmzləri, rəsmi bayrağı üzərində 

və döyüş sancaqlarının başlıqlarında isə   - Ay və səkkizguşəli ulduz (əslində - Ay-Günəş), 

 - "quşlu damğa" (toğrul, ikibaşlı qartal) ilə ələm təsvirləri də   olmuşdur. 

Bütün bunlarla bərabər, açıq əl təsvirləri, bu işarəyə sakral məzmun verilməsi ənənəsi 

türk  xalqlarının  ortaq  simvolizmində  islamdan  əvvəl  də  mövcud  olmuş  və  Humay 

Ananın  rəmzi  kimi  tanınmışdır.  Türk  xalqları  islam  dinini  qəbul  etdikdən  sonra  qədim 

inanclarla bağlı bir sıra əski rəmzlər kimi onun da semantikası dəyişikliyə məruz qalmış, 

lakin nəzərlik olaraq qoruyucu funksiyasını qoruyub-saxlamışdır. Odur ki, bu gün qədim 

milli-mədəni irs nümunələrində rast gəldiyimiz bir çox rəmzlər kimi açıq əl işarələrinin də 

qeyd-şərtsiz islam dini ilə bağlanılması yolverilməzdir. Bu fikirlər qızılbaşlar hərəkatının, 

Səfəvilər dövlətinin əsasını təşkil edən oğuz tayfalarının qədim rəmz və damğalarına da 

aiddir. Sadəcə olaraq, həmin tayfalar islam dininə tapındıqdan sonra əski rəmz və damğa 

işarələrindən  tam  imtina  etməmiş,  onları  qorumuş  və  islam  dininin  analoji  rəmzləri  ilə 

bağlayaraq,  ona  yeni  məzmun  vermişlər.  Bu  baxımdan,  Ön  və  Mərkəzi Asiyada,  Şimali 

Qafqazda oğuz və qıpçaq tayfalarının simvolizmində bir sıra islam və xristian rəmzlərinin 

analoqlarına rast gəlinməsi heç də "mədəni mənimsəmə faktı" deyil. Bu türk xalqlarının 

tarixi irsə varislik prinsipi ilə əlaqələndirilməlidir. Bu fikirlər təkcə polietnik açıq əl işarəsinə 

deyil,  təsvirləri  xristianlıq,  iudaizm  və  islam  dinlərinin 

yaranışından xeyli əvvəl Cənubi Qafqaz, Şimali Qafqaz, 

Mərkəzi Asiya, Volqaboyu, Krım, Şərqi Anadolu, Sibir, 

İran ərazilərindəki qədim qayaüstü təsvirlərdə, məzar 

daşlarında, silah və bəzək əşyaları üzərində, sikkələrdə 

həkk edilmiş bərabərtərəfli xaç, "yoncalı xaç", Ay-ulduz, 

beşguşəli, altıguşəli və səkkizguşəli ulduz kimi rəmzlərə 

də  aiddir.  Bu  təsvirlərə  din  və  ya  məzhəb  fərqindən 

asılı  olmayaraq,  bütün  türk  xalqlarının  milli-mədəni 

irs  nümunələrində  –  xalça  və  zərgərlik  məmulatları, 

sikkələri üzərində indi də rast gəlirik. 

Xatırladaq  ki,  H.Frenç,  N.Şeldi,  R.Saqdeyev, 

A.Kazantsev,  V.Almantaya  kimi  tanınmış  numizmat 

alimlər  Krım,  Şimali  Qafqaz,  Volqaboyu,  Qərbi  Sibir 

ərazilərində  bulqarlara,  Qızıl  Orda  və  Krım  xanlığına 

və  s.  məxsus  metal  sikkələrin  üzərində  açıq  insan 

əlinin  sxematik  təsvirlərinin  ən  qədimlərinin  islam 

dininin  bu  regionda  yayılmasından  xeyli  əvvəl  -  VII 

əsrə  aid  olduğunu  müəyyən  etmişlər.  Bu  zaman 

həmin  təsvirlərin  uzaq  təvvabinlər  hərəkatı  ilə 

əlaqələndirilməsi həm məntiqsiz, həm də xronoloji baxımdan qeyri-mümkündür. Qədim 

inanclara  görə,  Humay Ana  baş  ilahinin  -  Tenqri  xanın  ömür-gün  yoldaşıdır;  körpələri, 

ailə səadətini, döyüşçüləri, eləcə də ilahinin Yer üzündə təcəssümü olan xaqan xatunlarını 

130


Türk xalqlarının 

islamaqədərki 

inanclarında 

bəzi Humay 

Ana rəmzinin 

variantları 




Yüklə 322,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə