Naxçıvan xanlığının döyüş bayrağı üzərindəki işarələr, onların semantikası, mənşəyi və ortaq



Yüklə 322,49 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix16.11.2017
ölçüsü322,49 Kb.
#10588
  1   2   3   4   5   6   7   8   9   10


122

Rəmzlər


nədən danışır

?

Naxçıvan xanlığının döyüş bayrağı üzərindəki 



işarələr, onların semantikası, mənşəyi və ortaq 

türk simvolizmində yeri

"Xalq öz keçmişinə qayıdanda onun 

möhtəşəmliyi də özünə qayıdır".

Petrarka

2015-ci  ilin  may  ayında AMEA-nın  Milli Azərbaycan 

Tarixi  Muzeyinin  əməkdaşı,  tarix    üzrə    fəlsəfə  doktoru 

Pərvin  Gözəlovun  Sankt-Peterburq  şəhərindəki  Dövlət 

Ermitaj Muzeyinin, Rusiya Artilleriya, Mühəndis və Rabitə 

Qoşunları  Hərbi-Tarixi  Muzeyinin  fond larında  apardığı 

araşdırmalar  uğurla  nəticələnmiş,  burada  Azərbaycan 

tarixi, xalqımızın etnik və dövlətçilik simvolizmi ilə bağlı 

olan unikal bayraqlar aşkar edilmişdir. Milli dövlətçilik 

ənənələrimizin,  onun  rəmzlərinin  öyrənilməsində  və  təb-

liğində  mühüm  əhəmiyyətə  malik  olan  həmin  ekspo nat-

lardan biri 1827-ci ildə Naxçıvan xanlığının rus qo şunları 

tərəfindən işğalı nəticəsində qənimət kimi götü rülmüş və 

uzun müddət "XVIII-XIX əsrlərə aid müsəlman bayrağı" 

adı altında nümayiş etdirilmişdir. 

122


Azərbaycan xalçaları

 

cild 6, №18, 2016 

Araz Qurbanov

Azərbaycan Respublikası Prezidenti yaninda 

Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi

e-mail:araz-gurbanov@mail.ru


123

İ

lk növbədə  qeyd  edək  ki,  bu  bayraq  həm  orta  əsr  islam  simvolizmi,  həm  də  türk 



xalqlarının  ortaq  dövlətçilik,  hərbi  və  dini  rəmzlər  sisteminin  tədqiqi  baxımından  

müstəsna əhəmiyyət daşıyır. Doğrudur, Pərvin Gözəlovun həmin tapıntısı bəzən "Naxçıvan 

xanlığının dövlət atributu" kimi təqdim edilsə də, üzərindəki spesifik elementlər, məsələn, 

""Qurani-Kərim"i-Kərim"in hərb sənəti ilə əlaqəli ayələrinin, hədis ifadələrinin yazılması, 

qumaş  üzərindəki  rəmzlərin  semantikası,  xüsusilə  Orta  əsr  türk  dövlətlərinin  (Səfəvi, 

Osmanlı,  Misir  məmlük  dövlətləri,  Qızıl  Orda,  Krım  xanlığı)  ənənəvi  döyüş  bayraqları  ilə 

kompozisiya  yaxınlığı  və  üslub  eyniliyi  onun  tamamilə  fərqli  statusundan  –  Naxçıvan 

xanlığının süvari alayına məxsus sancaq olmasından xəbər verir. Yeni tapıntının ən dəyərli 

özəlliyi isə etnik azərbaycanlıların - Azərbaycan türklərinin kollektiv yaddaşında əsrlər boyu 

kök  salmış  islamaqədərki  inancların  –  fetişizm,  totemizm,  tanrıçılıq  elementlərinin  XVII 

əsrin sonları - XIX əsrin əvvəllərinədək çatdırılması, yaşadılması, əski mifoloji obrazlarının 

islam  simvolizmi  ilə  uzlaşdırılmasından  savayı,  bir  çox  hallarda  onların  semantikasının 

təhrifinə, yeni dini məzmun verilməsinə baxmayaraq, qədim türk tətbiqi sənəti ənənələrinə 

xas üslubda təsvir edilməsidir. 

Naxçıvan 

xanlığının döyüş 

bayrağı. 

Foto: t.ü.f.d. 

Pərvin Gözəlov




124

Veksillologiya – bayraqları öyrənən elm Azərbaycanda yeni, lakin perspektivli və vacib 

tədqiqat istiqamətlərindəndir. Çünki qədim və müasir bayraqlar üzərindəki rəmzlər hər 

bir xalqın çoxəsrlik tarixi-mədəni inkişafı prosesində yaranan informasiyanın daşıyıcıları 

və  nəsildən-nəslə  ötürücüləridir.  O  da  yaxşı  məlumdur  ki,  xalqın  etnik  kimliyini,  milli 

identikliyini  müəyyən  edən  başlıca  amillərdən  biri  onun  vahid  mənbədən,  qədim  mifik 

təsəvvürlərdən, inanclarından qaynaqlanan təkrarsız rəmzlər sistemidir. 

İstənilən etnik toplum, istənilən dövlət öz mahiyyətinin, tarixi missiyasının, keçmişinin 

və gələcəyinin, mənəvi dəyərlərinin inikasını həm də milli rəmzlər sistemində, o cümlədən 

bayraq işarələrində axtarır və qoruyur. Odur ki, bayraq təkcə dövlət müstəqilliyinin mühüm 

atributlarından biri və ya ordunun, ayrı-ayrı hərbi birləşmələrin tanınma-fərqləndirmə nişanı 

deyildir.  O  həm  də  xalqın  etnik  və  siyasi 

birliyinin,  bölünməzliyinin  əlaməti,  onun 

tarixinin, o cümlədən dövlətçilik tarixinin, 

etnik  kimliyinin,  varislik  ənənələrinin, 

dünyanı  dərketmə  sisteminin  və  digər 

xarakterik  xüsusiyyətlərinin  funksional 

rəmz  və  işarələr,  rənglər  vasitəsilə 

təcəssümüdür.  Bir  sözlə,  bayraq  dövlətin 

rəmzi,  xalqın  simasıdır.  Polşa  yazıçısı 

Anjey  Sapixovskinin  təbrincə  desək,  bu 

tipli rəmzlər (veksilloidlər) cəmiyyətin vahid 

məqsəd  uğrunda  səfərbər  edilməsində, 

ölkədə  milli  birliyin  və  vətəndaş 

həmrəyliyinin  əldə  olunmasında  olduqca 

güclü təsir imkanlarına malikdirlər. 

Avropada bayraq ənənəsi demək olar 

ki,  olmamışdır.  Tarixi  mənbələrə  əsasən, 

bəzi  feodal  icmalarının  fərqlənmə  nişanı 

kimi onların ilk təzahürlərinə yalnız IX əsrin sonlarında rast gəlirik. Lakin XI-XII əsrlərdə 

baş vermiş işğalçılıq səfərləri - Birinci və İkinci səlib yürüşləri nəticəsində avropalılar təkcə 

Şərqin  mədəni,  mənəvi  dünyası  ilə  tanış  olmamışlar.  Şərqin  funkional  rəmzlər  sistemi 

ilə  təmaslarından  sonra  "bayraq"  anlayışı  Qərbə  yeni  keyfiyyətdə  -  dövlət  atributu  kimi 

qayıtmışdır.  Təsadüfi  deyildir  ki,  məhz  həmin  yürüşlərdən  sonra  Avropanın  ilk  dövlət 

bayraqları üzərində Qərb simvolizminə xas olmayan elementlər – xəmsə (açıq əl), ay-ulduz, 

bars (bəbir), qoç və digər Şərq mənşəli rəmzlər təsvir olunmuşdur. 

Şərqdə, o cümlədən türk dünyasında rəsmi bayraqlar haqqında məlumatlara, onların 

təsvirlərinə eramızdan əvvəlki dövrlərə aid yazılı mənbələrdə, daş qabartmalarda, qayaüstü 

rəsmlərdə, maddi-mədəniyyət nümunələri və sikkələr üzərində rast gəlirik. Bayraqlar ilk 

dövrlərdə magiya xarakterli dini ayin atributu – fetiş, ilahi qüvvənin əlamətlərindən biri olmuş, 

tədricən bu funksiyanı, eləcə də üzərlərindəki sakral işarələri tam və ya qismən qoruyub-

saxlamaqla  nəsillərin  və  tayfaların,  tayfa  birliklərinin,  konfederasiyaların  simvollarına  - 

dövlətçilik rəmzlərinə çevrilmişlər. Məsələn, tarixi mənbələrə görə, oğuzların və qıpçaqların 

bayraqları üzərində tayfa və ya nəsillərin damğa işarələri, məmlüklərdə "qoçqar", Çingiz 

xanın ilk bayrağında qara aypara, Böyük Səlcuq dövlətində, Səfəvi xanədanında "ikibaşlı 

qartal"  (toğrul),  bars  (bəbir),  "ay-ulduz"  (ay-günəş),  Qaraqoyunlu  dövlətində  "qoç",  Qızıl 

Ordada  "xan  damğası",  "baltavar",  "daraq  damğa",  Əmir  Teymurda  "and"  damğası  və  s. 

həkk edilmişdir. Məsələyə bu kontekstdən yanaşanda qədim çağlardan müasir dövrümüzə 

qədər çətin və şərəfli yol keçmiş Azərbaycan bayraqları, o cümlədən Naxçıvan xanlığının 

yeni aşkar edilmiş döyüş bayrağı təkcə türk-islam simvolizminin daşıyıcısı kimi deyil, ortaq 

türk rəmz sisteminin, bayraq ənənələrinin varisi kimi dəyərləndirilməlidir.

 Bununla belə, bu gün orta əsrlərə aid bayraqlarımızın, hətta müasir dövlət atributlarının 

üzərindəki  rəmzlərin  yozumları  ətrafında  xeyli  sayda  fərqli  fikir  və  mülahizələr 

yaranmaqdadır.  Nəticədə,  onların  əks  etdirdiyi  ilkin  ideyalar  təhriflərə  məruz  qal mış, 

dövlət simvolizmində qorunması vacib olan varislik prinsipinə xələl gətirilmişdir. Halbuki, 

bayraq və ya gerb üzərindəki istənilən element, onların forma və təsvir üslubları, rəngləri 

həm  rəsmi,  həm  etnik,  hətta  dini  rəmz  sistemlərində  aydın,  tarixi-mədəni  irs  baxımdan 

Mərkəzi Asiyanın 

qayaüstü 

rəsmlərində 

bayraqdar 

təsvirləri 

1.

2.

3.



4.

5.

6.



124


Yüklə 322,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə