Naxçıvan xanlığının döyüş bayrağı üzərindəki işarələr, onların semantikası, mənşəyi və ortaq



Yüklə 322,49 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix16.11.2017
ölçüsü322,49 Kb.
#10588
1   2   3   4   5   6   7   8   9   10

125

obyektiv və hamılıqla qəbul edilən ortaq mənanı əks etdirməli, yanlışlığa yol açmamalı, 

eyni semantika əsasında təbliğ olunmalıdır. 

Əvvəlcə Naxçıvan xanlığının döyüş bayrağının rəngi barədə. Təqribən 200 il yaşı olan 

bu bayraq zaman keçdikcə ilkin parlaqlığını itirsə də, sarı-qızılı rəngini qoruyub-saxlaya 

bilmişdir.  Dünyanın  bütün  sivilizasiya  və  mədəniyyətlərində  sarı-qızılı  rəng  təxminən 

eyni  mahiyyət  daşımış,  ilahi  qüdrəti,  hakimiyyəti,  uzunömürlülüyü,  səxavəti,  ədaləti  və 

bolluğu simvolizə etmişdir. Türk xalqlarının islama qədər olan inanclarının rəng yozumuna 

əsasən, "qızıl" və "Günəş" ifadələri mifoloji məzmunlarına görə sinonim xarakteri daşımış, 

göy rəngdən sonra Tanrı/Tenrının qüdrətinin təcəssümü sayılmışdır. Bu rəng islam dinində 

də  önəmli  yerlərdən  birini  tutmuş,  "iman",  "sevinc",  "şan-şöhrət",  "səxavət",  "qələbə", 

"sərvət" anlayışlarını ifadə etmişdir. Onu dini təsəvvürlərlə bağlayan amillərdən biri Musa 

peyğəmbərin Allah yolunda kəsdiyi ilk qurbanın - inəyin də sarı-qızılı rəngdə olmasıdır. 

"Bəqərə"  (İnək)  surəsinin  69-cu  ayəsində  bu  barədə  oxuyuruq:  "Onlar  dedilər:  "Rəbbinə 



dua et ki, Onun rəngini də Bizə bildirsin". (Musa) Dedi: "(Allah) Buyurur ki, o, sarı rəngli 

parlaq bir inəkdir. (Ona) Baxanları sevindirir". Qeyd edək ki, müsəlman təbabəti də sarı-

qızılı rəngə müalicəvi xassələr vermişdir. 

Bayraqla bağlı bir neçə vacib məqama diqqət çəkmək istərdik. Onlardan biri Naxçıvan 

xanlığının döyüş bayrağı ilə Osmanlı dövlətinin yeniçəri ağalarının, o cümlədən admiral 

Xızır Xeyrəddin paşanın (Barbarossa, 1478-1546) sancaqlarındakı kompozisiya, təsvirlər və 

onların işlənmə üslubu, dini mətnlər arasında eyniliyin olmasıdır. Məsələn, hər iki bayrağın 

yuxarı  hissəsində  "Qurani-Kərim"in  "Saf"  surəsinin  13-cü  ayəsi  həkk  edilmişdir.  Ayədə 

bildirilir: "(Sizi hələ) sevdiyiniz başqa bir şey (bir nemət) də - Allah dərgahından kömək və 



yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Möminlərə (dünyada zəfərlə, axirətdə 

cənnətlə)  müjdə  ver!".  Xatırladaq  ki,  orta  əsr  müsəlman  dövlətlərinin  döyüş  bayraqları 

üzərində  müqəddəs  mətnlərdən,  xüsusilə  "Qurani-Kərim"ın  "Fəth"  və  "Saf"  surələrindən 

ayələrin yazılması bir ənənə olaraq geniş yayılmışdır. Hətta həmin dövrlərdə hər bir qoşun 

növünün  də  öz  ayəsi,  öz  duası  olmuş  və  savaş  ərəfəsində  oxunmuşdur.  Məsələn,  tarixi 

mənbələrə görə, oxçu bölmələri döyüşdən əvvəl "Oxçu duasını" - "Qurani-Kərim"ın "Ənfal" 

surəsinin 17-ci ayəsindən bir parçanı deyərdilər: "Onları siz öldürmədiniz, Allah onları 



öldürdü". 

İkincisi, adı çəkilən bayraqlarda “Zülfüqar” qılıncı variantının və Həzrəti-Fatimənin 

əlinin və ya xəmsənin rəmzi təsvirləri, silahın yuxarı və aşağı hissələrindəki hədis mətnləri 

də eynidir. Bəri başdan qeyd edək ki, Türkiyədə bəzi "dünyəvi", "kosmopolit" tədqiqatçılar 

Xeyrəddin paşanın bayrağı üzərindəki "Davud ulduzu"na istinad edərək, admiralın guya 

mason lojasının üzvü olması (?), buradakı ikitiyəli qılıncın isə "azad daşyonanların" pərgarını 

(?) təcəssüm etdirməsi qənaətindədirlər. Halbuki, altıguşəli ulduz tarixən polietnik xarakter 

daşımış, sami xalqları, o cümlədən yəhudilər arasında da geniş yayılmışdır. Digər tərəfdən, 

məlum  səbəblər  üzündən  İsrail  dövlətinin  yaradılmasınadək  yəhudilərin  dövlətçilik 

rəmzləri  olmamışdır.  Rəvayətə  görə,  ilk  dəfə  1254-cü  ildə  imperator  IV  Karl  Praqadakı 

yəhudi diasporunu xristian təbəələrindən fərqləndirmək üçün onlara xüsusi icma rəmzi - 

qırmızı parça üzərində "Davud ulduzu" təsvir edilən bayraq vermişdir. Bu təsvir XVII əsrdən 

etibarən iudaizmin dini-etnik rəmzlərindən biri kimi tanınmış və yalnız 1891-ci ildə sionizm 

hərəkatının  rəsmi  simvolu  (Mogen  David  -  Davudun  qalxanı)  qismində  qəbul  edilmişdir. 

Nəhayət,  İsrail  dövlətinin  təşəkkülündən  beş  ay  sonra  –  1948-ci  il  oktyabr  ayının  28-də 

üzərində "Davud ulduzu" olan ilk bayraq təsdiq edilmişdir. Halbuki, bu təsvir iudaizmdən 

fərqli  olaraq,  VII-XII  əsr  islam  simvolizmində,  türk  xalqlarının  dövlətçilik  rəmzlərində, 

sikkələrdə  və  dini  memarlıq  abidələri  üzərində  ilahi  nəzərlik,  "Bismillah"  kəlməsinin 

təcəssümü kimi daha geniş yayılmış və "Möhrü-Süleyman" (Süleyman peyğəmbərin möhürü) 

adlandırılmışdır. 

Ən nəhayət, üçüncüsü, yuxarıda vurğulandığı kimi, Naxçıvan xanlığının döyüş bayrağı 

üzərindəki islam simvolizmi elementlərinin hər biri otaq türk etnik mədəniyyətinə, rəmz 

sisteminə xas olan tərzdə işlənmiş, burada xəttatlıq (hüsnxətt) üslubu ilə təsvir edilmiş aslan 

başı kompozisiyası ilə yanaşı, aypara və səkkizgüşəli ulduzlar, Səfəvilərin ikibaşlı qartal 

təsviri, qədim türk tayfalarına aid "and" və "qoçkar" damğa işarələri də yer almışdır. 

Aşağıda  Naxçıvan  xanlığının  süvari  alayının  döyüş  bayrağı  üzərindəki  təsvirlərin 

islam və ortaq türk simvolizmi kontekstində yozumlarını təqdim edirik.

125



126

  Günəş  rəmzi,  səkkizguşəli  ulduz,  əl-Qüds,  Rüb  əl-hizb. 

Keç miş dən  müasir  dövrə  qayıdaq.  Müxtəlif  araşdırmalarda  Azərbaycan  Demokratik 

Respublikasının dövlət bayrağındakı ulduzun guşələrinin sayı ilə bağlı fərqli mülahizələr 

vardır.  Belə  ki,  onu  cümhuriyyət  qurucularının  irəli  sürdükləri  "türkçülük",  "islamçılıq", 

"müasirlik",  "dövlətçilik",  "demokratiklik",  "bərabərlik",  "azər baycançılıq"  və  "mədəniy-

yətlilik" prinsiplərinin vizual təzahürü, Azərbaycan xalqının etnogenezində iştirak etmiş 

türk tayfalarının, Azərbaycan xanlıqlarının, "Azərbaycan", "Odlar yurdu" sözlərinin ərəb 

əlifbası  ilə  yazılışında  hərflərin  miqdarı  ilə  də  əlaqələndirirlər.  Əlbəttə,  bu  qənaətlərin 

yaranması  anlaşılandır  və  obyektiv  zərurətdən,  o  dövrün  siyasi  məqsədəuyğunluq  şərt-

lərindən  - Azərbaycan  Demokratik  Respublikasının  dövlət  bayra ğındakı  üçrəngli  zolaq-

ların  ehtiva  etdikləri  prinsiplərin  (türkçülük,  müasirlik,  islamçılıq)  məntiqi  ardıcıllığından, 

"dünyəvi dövlət" anlayışından irəli gəlir. 

Lakin  səkkizguşəli  ulduz  təsvirlərinə  təkcə  Azərbaycanın  deyil,  Türkmənistanın, 

Özbə kis tanın, Qazaxıstanın rəsmi dövlət rəmzlərində, qədim dövrlərə və orta əsrlərə aid 

ortaq türk simvolları arasında da rast gəlirik. Elə isə sual olunur: əgər bu ortaq "ulduzun" 

guşələri  həqiqətən  də  yalnız  "Azərbaycan"  kəlməsindəki  hərflərin  və  ya  tayfaların, 

xanlıqların  sayını  bildirirsə,  görəsən,  digər  qədim  və  müasir  türk  dövlətləri  onu  hansı 

yozum əsasında qəbul etmişlər? Məsələn, bu rəmzin dörd min il yaşı olduğunu iddia edən 

türkmənlərə  görə,  onların  dövlət  bayraqlarındakı  təsvir  "həm  Oğuz  xanın  ulduzu,  həm 

də "islam dininin simvoludur". Qazaxların və özbəklərin rəsmi veksillologiyasına əsasən, 

səkkizguşəli işarə ölkənin bütövlüyünün, xalqın birliyinin təcəssümüdür. Bu zaman növbəti 

sual  yaranır:  Qədim  və  ortaq  rəmzə  müasir  yozum  verməklə,  onu  "cavanlaşdırmaqla" 

Göytürk xaqanlıqlarının, Hun, Xəzər, Səlcuq, Qızıl Orda, Məmlük dövlətlərinin, Teymuri, 

Səfəvi,  Osmanlı  sülalələrinin  rəsmi  rəmz  elementi  kimi  qəbul  etdikləri  təsvirdən,  türk 

xalqlarının tətbiqi sənətində geniş yer alan qədim 

ornamentdən  imtina  etmirikmi?  Məgər  tarixi 

irsə sədaqət, varislik prinsipinə riayət olunmaqla 

bu  rəmzin  semantikasında  həm  müasir,  həm  də 

qədim  yozumlarından  istifadə  etmək  mümkün 

deyilmi?

Əvvəlcə bu təsviri islam rəmzləri kontekstin-

də  araş dıraq.  Xatırladaq  ki,  "Qurani-Kərim"in 

oxu nuşunu, xüsusilə müqəddəs Ramazan ayında 

qiraətini  asanlaşdırmaq  məqsədilə  kitabın  mət ni 

"Cüz",  "Hizb",  "Rüb  əl-hizb"  və  "Mənazil"  adlan-

dırılan  hissələrə  bölünmüşdür.  Belə  ki,  kitabın 

114  surəsi  və  bütün  ayələri  30  cüzə,  onların  hər 

biri  isə  öz  növbəsində,  iki  hizbə  (ümumilikdə  60) 

ayrılmışdır.  Hər  hizb  isə  "rüb  əl-hizb"  adlanan 

dörd  hissədən  ibarətdir.  "Rüb"  kəlməsi  ərəb 

dilində  "dördəbir",  "kvadrat",  "hizb"  sözü  isə 

"qrup", "birlik" həm də "təşkilat" mənalarını ifadə 

edir  və  bütövlükdə  "rüblərin  birliyi"  anlamını  verir.  "Qurani-Kərim"la  əlaqəli  olan  "rüb" 

anlayışı islam tətbiqi sənətində, əlyazmalarda və memarlıqda, adından göründüyü kimi, 

kvadrat şəkilində   təsvir olunur. Biri 45

bucaq üzrə əyilmiş kvadrat (romb) olmaqla 



 

126


1. Şumer 

mifologiyasında 

ailə, analıq, 

bolluq və 

döyüşçüləri 

hifz edən ilahə 

İnannanın 

rəmzi. 


2. Möminə xa-

tun türbəsinin 

divalarında 

analoji təsvir. 

3. Naxçıvanın 

döyüş bayrağı 

üzərində rəmz. 

4. Azərbaycan 

Respublikasının 

gerbindəki 

səkkizguşəli ul-

duzun sxematik 

təsviri

1.

2.



3.

4.

Azərbaycan xalq tətbiqi sənətindəki bu 



şəbəkə ornamenti əslində 

"Qurani-Kərim"ın rüb əl-hizb hissələrindən 

ibarət stilizə edilmiş rəmzdir



Yüklə 322,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə