Naxçıvan xanlığının döyüş bayrağı üzərindəki işarələr, onların semantikası, mənşəyi və ortaq



Yüklə 322,49 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix16.11.2017
ölçüsü322,49 Kb.
#10588
1   2   3   4   5   6   7   8   9   10

135

kimi  oğuzların  qayı,  kizik,  yazır,  çəbni 

tayfalarının tanınma-fərqləndirmə işarələri 

kimi  göstərilir.  Hazırda  sənək  işarəsi 

karaimlərin  (qaraların)  milli  rəmzi  kimi 

qəbul  edilmişdir.  Bütün  bunlar  məzhəb 

fərqi  olmadan  bütün  türk  xalqlarına 

qoşa/haçadilli  "Zülfüqar"  qılıncının  qəbul 

olunmasının,  o  cümlədən  Naxçıvan 

xanlığının  döyüş  bayrağındakı  silah 

təsvirinin islam simvolizmi ənənələrindən 

daha çox ortaq türk rəmzləri sistemindən 

qaynaqlandığını əyani şəkildə göstərir.

 

Ay-ulduzlar 



və 

ələm 

kompozisiyası.  İslam  və  ortaq  türk  rəmz 

sistemlərinin  davamçısı  olan  Naxçıvan 

xanlığının döyüş bayrağı üzərindəki "Ay-ulduz" kompozisiyası barədə. Əslində, ideoqrafik 

işarələrdən - ayrı-ayrı məzmun kəsb edən təsvirlərdən ibarət olan həmin kompozisiyada 

rəmzlərin  təqdimatında  islamın  şiə  məzhəbinin  və  türk  simvolizminin  ənənələri 

uzlaşdırılmış  və  hər  biri  daşıdıqları  məzmun  statusuna  görə  məntiqi  yerləşdirilmişdir. 

Qeyd olunmalıdır ki, islam və türk rəmz sistemlərində ikiulduzlu aypara nadir və unikal 

təsvirdir. Bundan əlavə, müsəlman dövlətlərinin gerb və bayraqları üzərindəki ayparalardan 

fərqli olaraq burada aypara "doğulan Ay" kimi təsvir edilmişdir. Bütövlükdə burada təsvir 

olunan elementlər – Ay, iki "ulduz" (rüb əl hizb), ələm (xəmsə) işarələri Əhli-Beyti və onun 

üzvlərini simvolizə edən növbəti ideoqrafik kompozisiyadır. Unikal təsvirdə doğulan Ay 

Həzrət Əlini, onun sağ və sol tərəfindəki rüb əl-hizb işarələri övladlarını - İmam Həsəni 

və İmam Hüseyni, başının üstündəki asılmış əl (ələm, pəncə, 

xəmsə) isə Həzrəti-Fatiməni təcəssüm etdirir.

İndi  isə  Ay-ulduz  işarəsi  barədə.  Tez-tez  sual  olunur: 

Məscid  və  minarələrin  gümbəzləri,  müsəlman  dövlətlərinin 

bayraqları üzərindəki Aypara və ulduz işarələri həqiqətənmi 

islamın  rəmzləridir?  Həmin  universal  rəmz  bu  gün  əsasən 

islam dini ilə bağlı olsa da, Ön Asiyada, Yaxın Şərqdə yaşamış 

bir  sıra  qədim  xalqların  sakral  işarələr  sistemində  onun 

proobrazlarının  təsvirlərinə  rast  gəlirik.  Mərkəzi  Asiyada 

aparılmış arxeoloji qazıntılar nəticəsində tapılan və təqribən 

1500  il  yaşı  olan  Göytürk  dövlətinin  sikkələri  üzərində  də 

bu rəmz həkk edilmişdir. Qədim türk xalqlarının hun, savir, 

bulqar, xəzər və s. etnik damğa təsnifatında bu anlamı verən 

xeyli sayda işarə -                   

     vardır 

və hazırda Mərkəzi Asiyanın xalça ornamentləri sistemində 

"balalı Ay" kimi tanınır. Bu rəmzlərin ilkin tiplərinə Qobustan, Gəmiqaya, Qərbi Azərbaycan, 

Mərkəzi  Asiya,  Şərqi  Sibir  qayaüstü  təsvirlərində,  Şumer,  Babil,  Assur  barelyeflərində, 

qutilərin, mannalıların və midiyalıların maddi-mədəniyyət nümunələrində geniş təsadüf 

olunması  uzaq  keçmişdə  bu  ərazilərdə  yaşamış  əhalinin Aya  və  Günəşə  tapınmasından 

xəbər verir. 

Əgər ortaq türk simvolizmində aypara ilə birlikdə təsvir edilən         işarələrinin 

ilkin  semantikasının Ay  deyil,  məhz  Günəşi  ifadə  etdiyini  nəzərə  alsaq,  bu  zaman  Orta 

Şərqdə "ay-ulduz" işarəsinin nə üçün həm də "şəms-qəmər" (Ay-Günəş) adlandırılmasının 

səbəblərinə aydınlıq gətirmiş olarıq. 

Qeyd edək ki, həm "Qurani-Kərim" mətnlərində, həm də hədis lərdə islam dininə aid 

hər hansı bir rəmzin olması barədə eyham belə yoxdur. 

Türk dünyasında və islam aləmində 

geniş yayılan, bir sıra müasir müsəlman ölkələrinin, o cüm lədən Türkiyə və Azərbaycan 

respublikalarının dövlət rəm zinə çevrilən Ay-səkkizgüşəli ulduz   və Ay-beşguşəli ulduz 

 işarələrinin etnik semantikası Günəş və Ayın qə dim mifoloji obrazları, dini yozumu isə 

"İslam və "Qurani-Kərim"", "İslam və Əhli-Beyt", "Məhəmməd peyğəmbər və Həzrət Əli" 

birliyi ilə əlaqələndirilir. Halbuki, nə Məhəmməd peyğəm bərin həyatda olduğu illərdə, nə 

135

Xəmsə-Aypara - iki 



ulduz rəmzinin dini 

semantikası

Üzərində aypara 

və "ulduz" olan 

Göytürk sikkələri 

(VI-VIII əsrlər)




136

də sonralar islam ordusunu və müsəlmanların karvanlarını digərlərindən fərqləndirmək 

üçün  üzərlərində  heç  bir  rəmz  olmayan  yaşıl,  qara  və  ağ  bayraqlardan  istifadə  edilirdi. 

Çünki  islam  dininin  ehkamlarına  əsasən,  bütlərə,  təsvirlərə  tapınmaq  böyük  günahdan 

sayılırdı. 

Bununla  belə,  ötən  yüzilliklər  ərzində  bir  sıra  xalqların  inanc  sisteminə  daxil  olan 

elementlər islam dininə tranformasiya edilmiş, yeni təsəvvürlərin, ənənələrin, stereotiplərin 

yaranması  ilə  nəticələnmişdir.  Doğrudur,  islam  peyğəmbəri  hicrətin  onuncu  ilində  Ay 

təqvimini tətbiq etsə də, qureyşilər arasında geniş yayılmış Ay kultuna qarşı həmişə mübarizə 

aparmışdır.  "Qurani-Kərim"da  adı  Mənat,  əl-Uzza  kimi  bütlərlə  birlikdə  çəkilən  əl-Lat 

ilahəsi Ayın himayəçisi sayılır və ərəblərin bir çoxu ona sitayiş edirdi. Məhz peyğəmbərin 

əmri ilə əl-Latın Taifa şəhərindəki mərkəzi məbəd dağıdılmışdır. Odur ki, "Qurani-Kərim"da 

əksini tapmış Şəqqül-qəmər hadisəsinin ("Qəmər" surəsi,1) məcazi mənası Ay ilahəsinə – 

əl-Lata tapınan icmanın parçalanması, onların da islam dininə iman gətirməsi kimi başa 

düşülməlidir. Böyük sufi şairimiz İmadəddin Nəsiminin yazdığı kimi, "Cana, üz istivasına 

şəqqül-qəmər gərək, Ol möcüzün bəyanına xeyrül-bəşər gərək". Nəticədə, bəzi müsəlman 

ilahiyyatçılarının barışdırıcı mövqe tutması, məscidlərin üstündəki Ayparının "iman yolunu 

işıqlandıran rəmz" kimi qəbul etmələrinin səbəbləri anlaşılandır. 

Yunanların ay rəmzi barədə rəvayətlərində bildirilir ki, eramızdan əvvəl 339-cu ildə 

Makedoniyalı İsgəndərin atası Filip Vizanti (indiki İstanbul) şəhərini işğal etmək niyyətinə 

düşür.  Bu  məqsədlə  şəhər  divarlarına  doğru  xəndək  qazdırır.  Onun  qoşunları  zülmət 

gecədə şəhər divarlarına doğru yaxınlaşanda qəflətən buludların arxasından çıxan ay ətrafı 

işıqlandırır. Keşikçilər düşmənin şəhərə yaxınlaşdığını görürlər. Şəhər müdafiəçiləri qala 

divarlarına çıxıb Filipin qoşununu geri oturdurlar. O vaxtdan etibarən ilahə Diana şəhərin 

hamisinə, onun rəmzi olan aypara Vizanti şəhərinin simvoluna çevrilir. Şərqi Roma (Bizans) 

xristianlığı  qəbul  etdikdən  və  imperator  Konstantinin  şərəfinə  Vizanti  "Konstantinopol" 

adlandırıldıqdan sonra da şəhərin rəmzi dəyişdirilməmiş, sadəcə olaraq, bu dəfə aypara 

bakirə Diananın deyil, Məryəm Ananın adı ilə bağlanmışdır. Təsadüfi deyildir iki, yunan 

pravoslav  kilsəsi  xaçının    seqmentlərindən  biri  ayparadır  və  "bakirə  Məryəm  Ananın 

bətnindən  çıxan  İsa  Məsihi"ni  simvolizə  edir.  Doğrudur,  bəzən  onu  "xristianlığın  islam 

üzərində qələbəsi" kimi təqdim etməyə çalışsalar da, bu mənfi yozum həqiqi semantikadan 

çox uzaqdır.

Bir  sıra  xristian  ilahiyyatçılarının  mülahizələrinə  əsasən,  ayparanın  ilk  dəfə  islam 

simvolizminə  və  heraldikasına  daxil  olması  Fateh  Sultan  Məhəmmədin  1453-cü  ildə 

İstanbulu  fəth  etməsi  ilə  bağlıdır  və  qələbədən  sonra  türklər  Konstantinopola  aid  rəmzi 

mənimsəmişlər. Türkiyəli tarixçilər bu fikirlə razılaşmır, bu tarixin daha qədim olduğunu, 

Osmanlı dövlətinin

 qurucusu və ilk hökmdarı olmuş 

I Osmanın (Orxun bəy, Osman Qazi) 

hələ 1229-cu ildə Şərqdən Qərbə doğru uzanan nəhəng aypara gördüyünü və həmin vaxtdan 

etibarən onu döyüş bayraqlarında həkk etdirmək əmri verdiyini bildirirlər. 

Lakin  rusiyalı  tədqiqatçı,  akademik 

Rustan  Rahmanaliyevin  "Türklərin  imperiyası. 

Möhtəşəm  sivilizasiya" 

əsərində  diqqətə  çatdırdığı  bir  tarixi  fakt  müsəlman  dünyasının 

ayparanı rəmz kimi qəbul etməsinin tarixinin daha qədim olduğunu sübuta yetirir. Alimin 

araşdırmalarından  məlum  olmuşdur  ki,  Səlcuq  dövlətinin  ikinci  sultanı  oğuzun  kınık 

boyundan olan Alp Arslan 

(1029-1072) 

əmisi Toğrul bəyin Bizans üzərinə yürüşlərini davam 

etdirərək  "Azərbaycandakı  oğuz  tayfalarını  ətrafında  birləşdirmiş,  böyük  ordu  yarada 

bilmişdir". Təqribən on il çəkən ağır döyüşlərdən sonra indiki Malatya, Van, Sivas ərazilərini 

Konstantinopol  hakimiyyətindən  azad  etmiş  Alp  Arslan  Bizans  üzərində  qələbələrinin 

təcəssümü kimi 1064-cü ildə Diyarbəkirdə iri daş üzərində "türk rəmzlərindən birinin - 

Ayparanın təsvirini həkk etdirmişdir. Bir müddət sonra bu işarə bütün islam dünyasının 

rəmzinə çevrilmişdir".

 Beləliklə, islam aləmində ilk dəfə olaraq ayparanı dövlət rəmzi kimi 

məhz Azərbaycan və Anadolu türkləri qəbul etmiş, onların sayəsində isə bütün müsəlman 

dünyasına yayılmışdır. 



Aslan başının stilizə olunmuş təsviri. Naxçıvan xanlığının döyüş bayrağında diqqət 

çəkən  elementlərdən  biri  ilk  baxışda  hökmdar/xan  tuğrasına  (möhürünə)  bənzəyən,  lakin 

ərəb  xətt  qrafikası  və  ayrı-ayrı  işarələr  vasitəsilə  parça  üzərinə  nəfis  şəkildə  həkk  edilən 

zoomorf xarakterli xəttatlıq nümunəsi - aslan başı təsviridir. 

Əvvəlcə  aslan  obrazının  "milli  mənsubiyyəti"  və  dövlətçilik  rəmzləri  sırasında  yeri 

136



Yüklə 322,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə