Naxçıvan xanlığının döyüş bayrağı üzərindəki işarələr, onların semantikası, mənşəyi və ortaq



Yüklə 322,49 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix16.11.2017
ölçüsü322,49 Kb.
#10588
1   2   3   4   5   6   7   8   9   10

139

 tanınmış tədqiqatçılar Edvard Triyaski və İmre Baske qədim türklərə məxsus tanınma-

fərqləndirmə  nişanı  kimi  təqdim  edirlər.  Damğa  təsnifatlarında  şərti  olaraq  "armudu", 

Mərkəzi Asiyada isə kıçə ornamenti kimi "ittaban" (it dabanı) adlandırılan bu işarənin qədim 

analoqlarına  Azərbaycan,  Türkiyə,  Mərkəzi  Asiya,  Macarıstan,  Volqaboyu,  Krım,  Şərqi 

Sibir, Yaxın Şərq, Dağıstan və Şimali Qafqazın maddi-mədəniyyət nümunələrində, parça 

və xalça ornamentlərində, silahlar, tikililər, məzar daşları və s. üzərində rast gəlinir. Bəzi 

mülahizələrə görə, bu işarə vaxtilə Birinci Türk xaqanlığında (Göytürk dövləti, VI əsr) hakim 

sülalənin - Aşina nəslinin damğası olmuşdur. Qeyd edək ki, həmin nəslin əcdadları Hun 

imperiyasının təşəkkülündə də iştirak ediblər. Hunlar "armudu" nişanı sonralar Macarıstan 

ərazisinə də gətiriblər. "Aşina" sözünün qurd (canavar) anlamını verməsi ehtimalını əsas 

götürən mütəxəssislər həmin işarənin damğa qismində götürülməsini təsadüfi saymamış, 

səbəbini isə işarənin qurd pəncəsi izinə bənzəməsi ilə yozmuşlar. Burada diqqəti cəlb edən 

bir  məqama  toxunmaq  istərdik.  Tatarıstanlı  filoloq,  professor  Qumar  Sattarov  1989-cu 

ildə nəşr etdirdiyi "İsemeң matur kemnər kuyqan" (Sənin adını kim qoyub) kitabında aşina 

boyunun ikinci və daha geniş yayılmış adının "kaşkar", "qaşqar" olmasını, bu və "başqurd" 



(başqırd) etnonimlərinin qədim türk dillərində "qurd" anlamında işləndiyini bildirir. 

Damğa  işarəsinə  gəldikdə  isə,  onun  semantikası  daha  qədim  türk  inanc  və  adət-

ənənələri  ilə  əlaqəlidir.  Belə  ki, 

  işarəsi,  əslində,  saka-skiflər  dönəmindən  "sarsılmaz 

ittifaq",  "qan  qardaşlığı"  mərasiminin  qrafik  təzahürü  olan  "and"  damğasının 

 

 

variantlarından  biridir.  Türk  xalqlarının  yaşadığı  ərazilərdə  onun  ən  qədim  təsvirləri 

isə  Qərbi  Azərbaycanın  Göyçə  qayaüstü  rəsmlərində  və  Tyan-Şan  dağlarındakı  Koskor 

vadisində  aşkar  edilən  petroqliflərdə  müəyyən  edilmişdir.  Eyni  zamanda, 

  və 


 

işarələri Göytürk əlifbasında "nt", bəzi hallarda isə "nd" səs birləşməsi kimi oxunur. Türk 

tayfalarını vahid ittifaq ətrafında birləşdirməyə nail olmuş Əmir Teymurun da bayrağını 

"and" damğası bəzəmişdir. Beləliklə, Naxçıvanın döyüş bayrağında aslan tacı üzərindəki 

damğa işarəsi ilə   qədim bulqarların bars nəzərliyindəki 

 nişanı həm təsvirdəki yerinə, 

həm də semantikasına görə əski türk simvolizminin təzahürləridir.

Aslan tacında və bayrağın müxtəlif hissələrində olan digər iki işarə 

   nədən sə 

bəzi  məqalələrdə  eyniləşdirilmiş  və  yanlış 

olaraq  avropasayağı  "zanbaq"  (?)  adlan dırıl-

mışdır.  Bunu  nəzərə  alaraq,  hər  iki  rəmzin 

ayrı-ayrılıqda  semantikası,  Qərb  və  Şərq 

heraldikadasındakı  "zanbaq"  işarəsi  barədə 

bir  qədər  məlumat  vermək  istərdik.  Əvvəla, 

"zanbaq  çiçəyi"  adını  daşıya  bilən  hər  hansı 

bir rəmz Şərqdə, o cümlədən türk dünyasında 

deyil, Avropa dövlətlərində, xüsusilə Fransa-

da yayılmışdır. Türk xalqlarının istər qədim, 

istərsə  də  orta  əsr  simvolları  təsnifatında 

bu  adda  nə  damğa,  nə  də  heraldik  rəmz 

olmuşdur.  İkincisi,  Naxçıvanın  döyüş  bayra-

ğındakı  həmin  element 

  heç  də  "Avropa 

zambağı"  deyil,  tamamilə  fərqli  təsvirə, 

semantikaya və etnik mənşəyə malik işarədir. 

Qərb  alimləri  zanbaq  (dağ  laləsi)  rəmzinin 

Avropadan Şərqə yayılmasını iddia etsələr də, 

tarixi gerçəkliklər tamamilə fərqli, əks prosesin getdiyini təsdiqləməkdədir. Bir sıra Şərq 

dəyərləri kimi "zanbaq" rəmzinin də prototipinin – əski türklərin "qoçkar" işarəsinin Avropa 

simvolizmində yayılması, ilk növbədə, X-XII əsrlərdə Qərb dünyasının müsəlman İspaniyası 

-  Kordova  xilafəti  və  Qranada  əmirliyi  ilə  sıx  təmasları,  sonralar  isə  Səlib  yürüşləri  ilə 

bağlıdır. Həmin tarixi hadisələr nəticəsində Şərq mədəniyyəti Qərbin inkişafına ciddi təsir 

göstərmiş, avropalılar müsəlman dünyasının elm, mədəniyyət və incəsənət nümunələrini, 

həmçinin  rəmzlər  sistemi  elementlərini  də  mənimsəmişlər.  Tanınmış  fransız  antopoloqu 

və  tarixçisi  Qüstav  Lö  Bon  "Ərəb  sivilizasiyasının  tarixi"  əsərində  bu  barədə  yazırdı: 



"Avropada sivilizasiyanın inkişafında ən mühüm amil Qərbin və Şərqin təqribən iki yüz 

il davam etmiş təmasları olmuşdur. Əgər bir kəs Şərqin Qərbə təsirini təsəvvür etmək 

139


Məmlük parçası 

(XII-XIV əsrlər) 

üzərində "qoçqar" 

işarəsi 



140

istəyirsə, bu iki sivilizasiyanın vəziyyətini müqayisə etməlidir. Bu zaman məlum olacaq 

ki, ərəblərin sayəsində Şərq çiçəklənən sivilizasiya şəraitində yaşasa da, Qərb barbarlıq, 

cəhalət içərisində idi".

Onu da vurğulayaq ki, ilkin orta əsrlərdə Avropada, o cümlədən Fransada heraldika 

ənənələri mövcud olmamışdır. Hətta bu gün müasir Fransa Respublikasının rəsmi dövlət 

gerbi  yoxdur!  Lakin  fransız  alimləri  bu  gerçəkliklərlə  -  Şərqin  Qərb  mədəniyyətinə, 

dövlətçilik  rəmzlərinə  təsiri  ilə  razılaşmaq  istəmir,  "zanbaq"  embleminin  Fransa  əsilza-

də lərinin  heraldika  təsvirlərinə  guya  hələ  V  əsrdə  daxil  olduğunu  iddia  edirlər.  Onlar 

iddialarını təsdiqləmək üçün orta əsrlərdə yaranmış dini rəvayətlərə söykənir, guya 496-cı 

ildə frank kralı I Xlovdik Merovingin xristianlığı qəbul etdikdən sonra bir mələyin göydən 

enməsini, krala xeyir-dua verməsini və mükafat olaraq ona qızıldan düzəldilmiş zanbaq 

çiçəyi bağışlamasını misal göstərirlər. Lakin bu "fakt" hələ də elmi təsdiqini tapmamışdır. 

Lakin cəmi üç təkzibolunmaz sübut həmin qənaətlərin qısqanclıqdan doğan dini-siyasi mif 

olduğunu göstərir.

Birincisi, əgər kral I Xlovdik həqiqətən də zanbağı heraldika rəmzi kimi qəbul etmişsə, 

nə  üçün  onun  xələfi  -  Frank  imperiyasının  banisi  Böyük  Karl  800-cü  ildə  öz  bayrağında 

bu çiçəyə deyil, mavi, sarı və qırmızı rəngdə altı qızıl gülün təsvirinə üstünlük vermişdir? 

Tarixi mənbələrə əsasən, yalnız XII əsrin sonlarında kral VI Lüdovikin mavi bayrağında, XII 

əsrdə isə şərti olaraq "Fransanın gerbi" adlandırılan mavi qalxan üzərində Şərq "zanbağının" 

ilk təsvirinə rast gəlirik. İkincisi, zanbaq çiçəyi 

mədəni bitki kimi Avropaya ilk dəfə təqribən 

min yüz il sonra - XVI əsrdə "tülpan" ("türban" 



-  "çalma"  sözünün  təhrif  olunmuş  forması)  adı 

ilə  Osmanlı  dövləti  ərazisindən  gətirilmişdir. 

Təsadüfi deyildir ki, məhz bu amil dini-siyasi 

rəvayətlərin  "botaniki  islahatlara"  məruz 

qalması,  mələyin  hədiyyəsinin  "flör-dö-liz"  - 

nilufər  (su  zanbağı)  və  ya  süsən  gülü  ilə  əvəz 

edilməsi  ilə  nəticələnmişdir.  Üçüncüsü,  bu 

rəmzin müxtəlif Qərb variantlarına 

  Mərkəzi  Asiyada,  Şərqi  Sibirdə  yaşayan 

türk  xalqlarının  –  qazaxların  və  qırğızların, 

xakasların və s. etnik smvolizmində "qoçkar", 

"kuçkar", "kuç müyüz" (qoç buynuzu) adlanan 

damğa işarələri və ornamentlərində, onun ilk 

təsvirlərinə  hələ  eramızdan  əvvəlki  dövrlərə 

aid qayaüstü rəsmlərdə rast gəlinir. Nə qədər 

zəngin  təxəyyülə  malik  olsaq  da,  XV-XII 

əsrlərdə  qoçkar/zanbaq  işarəsini  heraldika 

rəmzi kimi seçmiş Fransanın Pikardiə, Artüa, 

Valua, Anjü, Men, İl dö-Frans, Türen, Berri, Burbon, Orlean, Sentoj və s. əyalətlərinin uzaq 

Mərkəzi Asiyaya mədəni missiyası və ya Mervinqlər, Karolinqlər, Kapetinqlər, Burbonlar 

sülalələri  ilə  uzaq  qazax,  qırğız,  xakas  xan-bəylərinin  hər  hansı  bir  müttəfiqlik  əlaqələri 

barədə mülahizələr ciddi və inandırıcı görünmür.

Avropalılardan  fərqli  olaraq,  qədim  türklərin  rəmz  sistemində  qoç  (arxar)  buynuzu 

təsviri 


 ən qədim sakral rəmzlərdən biri sayılırdı. Təkcə tarixi Azərbaycan ərazilərindəki 

Qobustan,  Gəmiqaya,  Kəlbəcər,  Göyçə,  Dəvəboynu  qayaüstü  təsvirlərində,  Kür-Araz 

mədəniyyətinə  aid  nümunələr  üzərində,  Manna,  Midiya,  saka-skif  dönəmlərinə,  Qafqaz 

Albaniyasına,  Ağqoyunlu,  Qaraqoyunlu,  Səfəvi  dövlətlərinə  aid  maddi-mədəni  irs 

nümunələrində,  hun,  bulqar,  savir,  xəzər,  oğuz  və  qıpçaq  damğa  işarələrində,  xalça 

ornamentləri arasında onun çoxsaylı variantlarına rast gəlirik. Əski mifoloji təsəvvürlərdə 

qoç obrazı bir tərəfdən "bolluq" və "bərəkət" bildirir, digər tərəfdən isə vəfat etmiş insanların 

ruhlarını Tanrı məkanına çatdıran müqəddəs canlılardan biri hesab edilirdi. Tanrıya kəsilən 

qurbanlar  arasında  ağ  atla  ağ  qoçun  da  xüsusi  dəyəri  vardı.  Bundan  başqa,  əski  türk 

dillərində "qara" sözünün təkcə rəng deyil, həm də "böyük", "güclü" anlamlarını verdiyini 

nəzərə  alsaq,  Qaraqoyunlu  dövlətinin  rəmzinin  -  "qara  qoç"  təsvirinin  şərti  xarakter 

140


Avropanın 

"zanbaq" her-

aldika nişanı 

türk xalqlarının 

(Azərbaycan, 

Türkiyə, Dağıstan, 

Krım, Tatarıstan, 

Türkmənistan, 

Qazaxıstan, 

Qırğızıstan, Xaka-

siya, Saxa və s.) 

ortaq ornamentləri 

içərisində onun 

prototipləri




Yüklə 322,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə