Naxçıvan xanlığının döyüş bayrağı üzərindəki işarələr, onların semantikası, mənşəyi və ortaq



Yüklə 322,49 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix16.11.2017
ölçüsü322,49 Kb.
#10588
1   2   3   4   5   6   7   8   9   10

141

daşıdığını, "qüdrətli dövlət" kimi yozumunun daha düzgün olduğu qənaətinə gəlirik. Bəzi 

ehtimallara görə, Ağqoyunluların da ilkin rəmzi "qoç buynuzu" damğası olmuşdur.

Bununla belə, bəzi ehtimallara görə, "qoç" və ya "qoçkar" rəmzinin ilkin semantikası heç 

də totem ilə deyil, “Oğuz xaqan” dastanından gələn motiv - dominantlıq (yay) və vassallıq 

(ox) bildirən "yay-ox" damğa işarəsi 

 

 ilə əlaqəlidir. Diqqət çəkən fərqli mülahizə də 



vardır. Məlumdur ki, türk xalqlarının dekorativ-tətbiqi sənətində "etnik ornamentlər" kimi 

tanıdığımız estetik bəzək elementləri həm də sosial informasiyanın, ideyaların daşıyıcısı kimi 

ideoqrafik funksiyaya da malik olmuşlar. Qırğızıstan Respublikası Prezidenti Aparatının 

sektor  müdiri,  araşdırmaçı Azat Abdısadırulu  damğa  işarələrinin  və  rəmzlərin,  xüsusilə 

"qoskar",  "qoskar"  (qırğızlarda  "kuçkar")  işarəsinin  ayrı-ayrı  variantlarının  semantikasının 

açılmasında məhz bu funksiyanın imkanlarından bəhrələnərək maraqlı nəticəyə gəlmişdir. 

Onun qənaətinə görə, "qoskar" adı həmin rəmzə sonradan verilmişdir; onun ilkin təsvirinin 

 kökündə göytürk (Orxon-Yenisey) əlifbasının "ər" (insan, kişi, döyüşçü) qrafemi   dayanır. 

Həmin  qrafem  əsasında  yaradılmış  sadə  və  mürəkkəb  ideoqramlara  "bəzək  elementləri" 

(biz bunu Naxçıvan xanlığının döyüş bayrağındakı rəmzlərdə də görürük) isə mahiyyət etibarilə 

damğa sahibinin sosial statusunu diqqətə çatdıran vasitələrdir. Məsələn,   və 

 rəmz-

ləri  ideoqrafik  işarə  kimi  "bəy"  anlamını  verir.  Göytürk  əlifbasında  "iç"  kimi  oxunan, 



ideo qrafik  təsvir  kimi  "ordu",  "qərargah",  damğa  nişanı  qismində  isə  mifoloji  "baytörə", 

"bayterek"  ağacını  (nəsil  ağacı,  tayfanın/dövlətin  sütunu,  çadır  dirəyi)  bildirən    işarəsinin 

"qoçkar"  rəmzinin  üst  hissəsinə  əlavə  olunması 

  bütövlükdə  "xaqan"  titulunu  ifadə 

edir. "Nəsil", "törəmələr" anlamını verən "budaq" elementinin   həmin işarənin qollarına 

əlavə olunması "şahzadə"   ideoqramını, dekorativ element qismində ətrafında rəmzin 

istifadəsi isə, məsələn, 

 "xaqan nəsli", "hökmdarın/xanın tayfası" kimi dərk olunur. Azat 

Abdısadırulunun qənaətinə söykənsək, Naxçıvan xanlığının döyüş bayrağındakı "qoçkar" 

rəmzinin 

 ornament deyil, dominant tayfaya və ya nəslə (bəy) məxsus olduğunu ehtimal 

edə bilərik.

  Toğrul,  baltavar,  "Quşlu  damğa",  ikibaşlı  qartal.  Naxçıvan  xanlığının  döyüş 

bayrağındakı  bu  işarə  ilk  baxışda  ornament  təsiri  bağışlasa  da,  türk  xalqlarının  geniş 

ərazilərdə yayılmış və başqalarının mənimsəmə cəhdlərinə daha çox məruz qalmış tipik 

hakimiyyət  rəmzlərindən  biridir.  Damğanın  bayraq  üzərində  üç  dəfə  təsvir  edilməsi  isə 

türk  hərbi  simvolizmi  ənənələrinə  uyğun  olaraq,  həmin  süvari  alayına  qoşulan  və  eyni 

damğa  işarəsini  daşıyan  tayfaların  sayını  ifadə  edir.

 

Bu  tayfa  ittifaqının  Kəngərli  boyu 



olması ehtimalı da nəzərdən keçirilə bilər.

Əski türklərin islamaqədərki dini təsəv-

vürlərindən  irəli  gələn  bu  işarə  ikibaşlı 

qartal,  bars/aslan  rəmzləri  kimi  qədim  xa-

qanlıq  prinsipinin  –  onun  dünyəvi  və  dini 

hakimiyyəti  öz  əlində  cəmləşdirməsinin 

təzahürüdür.  Vaxtilə  böyük  Hun  impe-

riya sının  da  barağını  bəzəyən  bu  işarə   

ortaq  türk  damğaları  təsnifatında  "qədim 

türklərin  "xaqan"  titulunun  mahiyyəti  və 

"ikibaşlı  qartal"  rəmzinin  sadələşdirilmiş 

damğa  variantı  olan,  "baltavar",  "baltalı", 

"daraq  damğa",  "xan  damğası",  "quşlu 

damğa" adlanan qədim işarənin   seman-

tikası  ilə  üst-üstə  düşür.  Yeri  gəlmiş kən, 

Çingiz  xan  və  tarixi  Azərbaycan  ərazi-

lərində qədim türk dövlətçilik prinsiplərini 

bərpa edən Şah İsmayıl Xətayi də hakimiy-

yətə gəl dikdən sonra bu ənənədən və həmin 

işarədən (Səfəvi dövlətində – quşlu tuğ) yararlanmışlar. Lakin onun tarixi daha qədim dövrlərə 

aiddir.

Qədim şumerlərin və tarixi Azərbaycan ərazilərində yerləşmiş Aratta dövlətinin tapın-



dığı baş ilahə - İnannanın hakimiyyət rəmzinin   yayılma marşrutunu izləsək, Altaylardan 

Şərqi  Avropayadək  uzanan  geniş  bir  ərazidəki  qədim  və  orta  əsr  türk  dövlətlərinin 

141

XVI əsrə aid minia-



tür. Səfəvi döyüş 

bayraqlarında 

"quşlu damğa" 

başlıqları təsvir 

olunmuşdur. Rza 

Abbasi Muzeyi. 

Tehran, İran



142

və  tayfalarının  -  kimer,  saka/skif,  sarmat,  Hun,  Xəzər,  Avar,  Qızıl  Orda  dövlətlərinin, 

Çingiz xanının imperiyasının, Eldəgiz, Səfəvi, Teymuri və Osmanlı xanədanlarının, Krım 

xanlığının, oğuz və qıpçaq boylarının və s. rəmz sistemlərində onun "daraq damğa", "xan 

damğası", "quşlu damğa", "baltavar" (iltəbər), "ikibaşlı qartal" və s. adlar altında müxtəlif 

variantlarına   

         rast gələ bilərik. Belə olan halda damğa işarələrinin aparıcı 

funksiyalarından  biri,  onların  etno-siyasi  proseslərin  və  türk  xalqlarının  məskunlaşma 

ərazilərinin göstəricisi kimi qəbul edilməsi mühüm əhəmiyyətə malikdir. Doğrudur, türk 

xalqlarının ortaq dəyərlərə, oturaq mədəniyyətə malik olmayan müxtəlif tayfalar əsasında 

formalaşmasını iddia edən və bununla da onların maddi-mənəvi irsinin mənimsənilməsinə 

tarixi-ideoloji  zəmin  yaradan  bəzi  Qərb  və  Rusiya  alimləri  damğaların  bu  funksiyasının 

qabardılmasına  qarşı  çıxırlar.  Məsələn,  türk  xalqlarını  vahid  protovətənə,  ortaq  dil  və 

mədəniyyətə  malik  superetnos  deyil,  qohum  dillərdə  danışan  fərqli  etnik  toplumlar 

olduğunu  iddia  edən  rusiyalı  şərqşünas  Sergey  Klyaştornı  bu  istiqamətdə  aparılan 

araşdırmaları, eləcə də İsmayıl bəy Qaspralının, Yusif Akçuranın və Ziya Göyalpın etnik 

birlik  çağırışlarını  "pantürkizm  ideologiyasının  təzahürləri"  kimi  dəyərləndirir.  Onun 

fikrincə, türkdilli xalqların öz tarixlərini ayrı-ayrılıqda - məskunlaşdıqları ərazi çərçivəsində 

öyrənməsi "pantürkizm ideyasına qarşı təsirli cavab reaksiyasıdır". 

Xəzər xaqanlığının rəsmi simvollarından olan bu işarə digər əski heraldik türk rəmz-

ləri  kimi  teokratik  dövlətdə  hakimiyyətin  ikili  xarakterini,  xaqanlıq  sisteminin  -  dini  və 

dünyəvi  hakimiyyətin  bir  əldə  cəmləşməsinin  ifadəçisi  idi.  Doğrudur,  onu  bəzən  "rus 

dövlətçiliyinin təməlini qoymuş varyaq (vikinq) Rürixin rəmzi" adlandırsalar da, bu iddialar 

nə  arxeoloji  materiallara,  nə  də  tarixi  mənbələrə  söykənir.  Üzərində  həmin  rəmz  olan 

qədim maddi-mədəniyyət nümunələrinin tədqiqi isə son nəticədə onların slavyan deyil, 

türkmənşəli  olduğunu  göstərir.  Odur  ki,  hazırda  Ukrayna  və  Rusiya  tarixşünaslığında 

"Rürix  nişanının"  xəzər-bulqar  mənşəli  olması  və  ilk  dəfə  Novqorod  knyazı  Svyatoslav 

İqoreviçin (942-972) onu "ikibaşlı yaba" şəklində qəbul etməsi, sonralar isə Novqorod və 

Kiyev  knyazı  olmuş  Vladimir  Svyatoslaviçin  (I  Vladimir,  960-1015)  həmin  rəmzi  olduğu 

kimi "mənimsəməsi" iddia edilir. Lakin bu iddiada "mənimsəmə" faktı şərtidir. Çünki tarixi 

təcrübəyə və ənənələrə əsasən, bir dövlətin digərinin rəmzini özününküləşdirməsi əsasən 

iki şərtlə mümkündür: etnik varislik və ya onlardan birinin vassallığı qəbul etməsi. 

Yəhudi alimləri isə fərqli qənaətdədirlər. Onlar "baltavar" işarəsinin   Xəzər dövlətinin 

142


1. Ukraynanın 

Podneprovye 

tarixi coğrafi 

ərazisində 

tapılmış balta 

üzərində rəmz 

(V-VII əsrlər). 

2. Xəzər xaqan-

lığına aid 

medalyon. 

3-5. Bolqarıstan 

çarı İvan 

Şişmanın 

rəmzləri. 

6. Misir məmlük 

bəylərinin 

möhürü 

üzərində analoji 



rəmz. 

8. Ukrayna 

Respublikasının 

gerbi


2.

1.

6.



7.

8.

3.



4.

5.



143

rəmzi olması faktını təsdiqləsələr də, onun sami mənşəli olması və yəhudi əlifbasında "şin" 

qrafemi   əsasında yaranmasını bildirirlər. İddialarını əsaslandırmaq üçün isə aşağıdakı 

mülahizələrə istinad edirlər: 

1.  "Xəzər dövlətində hakim din iudaizm olmuşdur". 

2.  "Xaqan" sözü yəhudi mənşəli "koqan" və ya "koen" sözünün törəməsidir və 

"Moşe  rabeynin"  (Musa  peyğəmbərin)  qardaşı  Aronun  (Harunun)  nəslindən 

olan ruhanilərə aid edilir. 

3.  Koenlər xeyr-dua verərkən sağ əllərinin barmaqlarını "şin" hərfində olduğu 

kimi tuturlar".

Onların fikirlərini təkzib elmək bir o qədər çətin deyildir. Əvvəla, Xəzər xaqanlığında 

iudaizm  yalnız  hakim  zümrənin  dini  olmuş  və  müvəqqəti  xarakter  daşımışdır.  Əhali, 

döyüşçülər və zadəgan bəylər isə ənənəvi dinlərinə sadiq qalmışlar. "Tövrat" və "Talmut"a 

əsasən, "yəhudilik" anlayışının həm etnonim, həm də dini mahiyyətini nəzərə alan İsrail 

alimləri türk tayfalarının konfederasiyası olmuş Xəzər imperiyasını "yəhudi dini dövləti" 

adlandırmaqdan  imtina  edirlər.  İkincisi,  qədim  türklərin  "xanlar  xanı"  anlamını  verən 

"xaqan",  "hakan"  tituluna  ilk  dəfə  eramızın  III  əsrinə  aid  əski  Çin  mənbələrində  (ho-han, 

imperator) rast gəlinir. Bundan başqa, VI əsrdə Birinci Göytürk, VII əsrdə isə İkinci Göytürk 

xaqanlığında  bu  tituldan  istifadə  olunmuşdur.  Göytürk  və  xəzərlərdən  savayı,  Avar 

imperiyasının,  uyğurların,  karlukların,  qırğızların,  kimakların  da  hökmdarları  "xaqan" 

olmuşdur. IX əsrdə bəzi rus knyazları "kakan" adlandırılmışdır.  Onu da xatırladaq ki, hələ 

VI əsrdə xristian salnaməçisi Florensiyalı Georgi hunların başçısının titulunu "çaganus" kimi 

yazmış, erməni tarixçisi Movses Xorenatsi əsərində "vezourk xakan" (böyük xaqan) ifadəsini 

işlətmişdir. Üçüncüsü, ruhanilərin üç barmaqla xeyir-dua verməsi təkcə yəhudilikdə deyil, 

pravoslav kilsəsində də vardır. 

Tatar  alimi  Zufar  Miftaxov  qədim  mənbələrə  istinadən  türk  iyearxiyasında  xaqan 

statusundan  aşağıda  daya nan  "baltavar"  titulunun  təq ribən  "bəylərbəyi",  "xan"  anla mını 

ver di yini  və  qədim  bulqarların  dulo  tayfa-sülaləsinin  damğa  işarəsi  olduğunu  bildirir. 

Məsələn, X əsrdə Volqaboyu ərazi lərdə olmuş ərəb diplo matı ibn Fədla nın səya hət namə sində 

"hökmdar əl-Həsən ibn Baltavar" androniminə təsa düf edirik. Z.Miftaxovun da fik rincə, iki 

seqmentdən iba rət rəmz türk dövlətçilik rəmzlərindən olan "yay"   və "balta" (Azər baycanda 



təbərzin, təbər, sakar-iki ağız lı balta)   damğa işarələrinin birləşməsindən yaranmışdır. Sö zün 

etimo logiyası da bu məna nı verir. Belə ki, "tavar" və ya "tabar" kəlməsi "balta", "var" sözü isə 

bəzi qıpçaq mənşəli xalqlarda "yay" mənasını bildirir. Həqiqətən də saka-skiflər dönəmindən 

etibarən  hər  iki  silah  hökmdarın  rəmzi  sayılmışdır.  Bu  ənə nələrə  orta  əsr  Təbriz  minia-

türlərində  –  rəsmi  keçid 

zama nı  hökmdarın  önündə 

balta və ya yay aparan əsil-

za dələrin  təsvirlərində  də 

rast gəlirik.

143


1. Şumer-

Aratta ilahəsi 

İnannanın 

rəmzi. 


2. Dulo tayfasının 

bayraq başlığı. 

3-4. Qədim 

türklərin "yay 

damğa", "da-

raq damğa", 

"baltavar", 

"xan damğası" 

işarələri. 

5-6. Şah İsmayıl 

Xətayinin 

"quşlu" tuğ 

başlıqları. 

7.Möminə Xatun 

türbəsinin 

divarlarında 

analoji damğa 

işarəsi. 

8. 1910-cu ildə 

Naxçıvanın 

Ordubad 

bölgəsinin 

Gənzə kəndində 

toxunmuş duz 

torbası üzərində 

ornament. 

9. Krım xanlığının 

rəmzi. İşarənin 

aşağıya doğru 

çevrilməsi 

vassallıq 

əlamətidir. 

10-13. Mərkəzi 

Asiya 


türklərinin etnik 

ornamentləri. 

14-15.Kiyev "rus 

knyazlarının" 

damğaları. 

16. Novqorod 

ərazisində aşkar 

edilmiş "qədim 

slavyan rəmzi". 

1.

2.



3.

4.

5.



6.

7.

8.



9.

10.


11.

12.


13.

14.


15.

16.



144

Naxçıvan xanlığının bayraqları geri qaytarıla bilərmi?

Haqqında bəhs olunan bayraq Azərbaycan milli veksillologiya elminin yeni tapıntılar, 

tədqiqat  istiqamətləri  ilə  zənginləşməsində, Azərbaycan  milli  dövlətçilik  tarixinin,  onun 

ənənələrinin  öyrənilməsində  və  təbliğində,  sözsüz  ki,  böyük  əhəmiyyət  kəsb  edəcəkdir. 

Naxçıvan  xanlığının  döyüş  bayrağına  dair  ilkin  araşdırmalar  onun  türk  və  islam  rəmz 

sistemlərinin  birgə  təzahürlərindən  biri  olmaqla  yanaşı,  ortaq  türk  simvolizminin, 

dövlətçilik  və  hərb  ənənələrinin  daşıyıcısı,  XVIII-XIX  əsrlər  Azərbaycan  tarixinin,  etno-

mədəni məkanının öyrənilməsində qiymətli mənbədir. 

Lakin bu gün əsas məqsədlərdən biri Azərbaycan xalqının digər maddi-mədəniyyət 

nümunələri  kimi  qeyri-bərabər  döyüşdə  qənimət  qismində  götürülmüş  həmin  bayrağın 

tarixi vətəninə qaytarılmasıdır. Bunun üçün isə Azərbaycan Respublikası müvafiq beynəl-

xalq hüquq normalarının, dövlətlərarası sazişlərin və Rusiya-Azərbaycan arasında mədəni 

əməkdaşlıq əlaqələrinin verdiyi imkanlardan bəhrələnə bilər.

Hazırda mədəni dəyərlərin restitusiyası – hərbi qənimət, talan, oğurluq, qaçaqmalçılıq 

və  digər  qeyri-qanuni  yollarla  ölkədən  çıxarılmış  maddi-mədəni  irs  nümunələrinin  geri 

qaytarılması məsələsi müasir hüquqda hələ də ciddi müzakirə doğuran problemlərdəndir. 

Problemin qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, dövlətlər arasında ikitərəfli, çoxtərəfli 

münasibətləri  tənzimləyən  norma  və  prinsiplər  müstəvisində  ədalətli  həlli  Azər baycan 

Respublikası  üçün  də  aktualdır.  Çoxsaylı  rəsmi  məlumatlara  əsasən,  dünyanın  bir  sıra 

muzey  fondlarında  Azərbaycan  xalqının  qədim  dövrlərə  və  orta  əsrlərə  aid  mədəni  irs 

nümunələri  saxlanılmaqdadır.  Bundan  başqa,  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ 

münaqişəsi zamanı işğal altında olan ərazilərdəki muzey fondları da talan edilmiş, minlərlə 

nadir sənət əsəri Ermənistana daşınmış və "erməni xalqının irsi" adı ilə mənimsənilmişdir. 

Beynəlxalq hüquq normalarına, məsələn, 

Birləşmiş Millətlər Təşkilatının "Mədəni irsin 

məxsus olduğu dövlətlərə qaytarılmasına dair" 17 dekabr 1999-cu il tarixli Qətna məsinə, 

BMT-nin  "Mədəni  dəyərlərin  ölkədən  çıxarılmasının  qadağan  edilməsi  və  qarşısının 

alınması, onların mülkiyyət hüququnun başqalarına verilməsi haqqında" 1970-ci il 14 noyabr 

tarixli Konvensiyasına 

restutisiya məsələləri bir neçə halda nəzərdən keçi rilə bilər. Onlardan 

başlıcası isə təcavüzkar dövlətin işğal etdiyi ərazilərdən maddi-mədəni irs nümunələrini 

qənimət qismində aparmasıdır. O da 

məlumdur ki, 1747-1828-ci illərdə Azərbaycan ərazi-

sində  mövcud  olmuş  feodal  dövləti  –  Naxçıvan  xanlığı  məhz  çar  Rusiyasının  işğalçılıq 

yürüşləri nəticəsində süqut etmiş, onun ərazisi imperiya torpaqlarına qatılmışdır. 

Mədəni dəyərlərin restutisiyası problemi MDB məkanına daxil olan iştirakçı dövlətlərin 

də gündəliyində olan məsələlərdəndir. Belə ki, hələ 1992-ci il fevral ayının 14-də "Mədəni 

və tarixi dəyərlərin məxsus olduqları dövlətlərə qaytarılması barədə" Saziş imzalanmışdır. 

Həmin  sazişin  birinci  bəndində  aydın  şəkildə  bildirilir  ki,  "İştirakçı  dövlətlər  tarixi  və 

mədəni dəyərləri onların aid olduqları dövlətlərə qaytarılmasına yardım etməlidirlər". 

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan aliminin Naxçıvan xanlığına aid bayraqları 

aşkar etməsi də məhz sazişin 4-cü maddəsinin tələbləri əsasında mümkün olmuşdur. Belə 

ki,  maddədə  göstərilir:  "İştirakçı-dövlətlər  bir-birinin  dövlət  muzeylərinin  fondları  və 



arxivləri ilə tanış olmaq üçün milli komissiyaların ekspertlərinə imkanlar yaratmalıdır-

lar". Əminik ki, Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər uğurla nəticələnəcək, Nax-

çıvan xanlığının bayraqları Dövlət Bayrağı Muzeyində öz layiqli yerini tutacaqlar.



144

Yüklə 322,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə