Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə23/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   19   20   21   22   23   24   25   26   ...   116

72
www.aliyevheritage.org
Azərbaycanda 400 minə yaxın yeni iş yeri açılmış və onların əksəriyyəti qey-
ri-neft  sektorunda yaradılmışdır. Bizim hazırkı əsas məqsədimiz iqtisadiyyatı 
şaxələndirməkdir. Əlbətt ə ki, neft  və qaz layihələri Azərbaycanda uzun müddət 
ərzində iqtisadiyyatımızın əsas hissəsini təşkil edəcəkdir. Lakin qeyri-neft  sek-
torunun inkişafı da vacibdir.
Bütün bu amillər ölkənin uzunmüddətli, davamlı  və  uğurlu inkişafının 
təməlini təşkil edir. Biz digər keçmiş sovet respublikaları ilə birgə 15 il öncə 
müstəqilliyimizi qazanmışıq. Lakin sözün əsil mənasında güclü və müstəqil 
siyasət aparmaq üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Bu, ən zəruri 
şərtdir. Bu baxımdan, Azərbaycan özünün resurslarına arxalanır.  İqtisadi 
nöqteyi-nəzərdən güclü olmaq, təbii ki, siyasi islahatların təşviqi və regional 
səviyyədə əməkdaşlıq baxımından bizim üçün yeni imkanlar açır.
İndiki vaxtda sülh, təhlükəsizlik və sabitlik məsələləri enerji təhlükəsizliyi ilə 
sıx bağlıdır. Azərbaycan bu sahədə öz rolunu oynaya bilər. Neft  layihələrimiz 
çox uğurla davam etdirilir. İki gün öncə, Azərbaycanın qeyd etdiyi 28 May - Re-
spublika günü zamanı Azərbaycan neft i Aralıq dənizindəki Ceyhan limanına 
çatmışdır və o deməkdir ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri artıq işləyir. Bu, 
nəinki Azərbaycan, o cümlədən qonşularımız və  tərəfdaşlarımız üçün tarixi 
hadisədir və beynəlxalq bazarlara enerji nəqli yollarının müxtəlifl əşdirilməsinə 
imkan yaradır.
İki ildən sonra Azərbaycanda neft  hasilatı gündə bir milyon barreldən çox 
olacaqdır. Böyük qaz kəmərinin çəkilməsindən sonra isə Azərbaycan qonşu 
ölkələr üçün qaz təchizatçısına çevriləcəkdir. Dünyada, o cümlədən Avro-
pada enerji təhlükəsizliyi məsələsinin  əhəmiyyəti tədricən artır. Azərbaycan 
dost və tərəfdaş kimi ümumi işə töhfə verməyə hazırdır. Siz yəqin ki, bilirs-
iniz, Azərbaycanın NATO ilə nəinki adi tərəfdaşlıq münasibətləri var, biz həm 
də konkret işlər görürük. Bizim hərbçilərimiz NATO-nun üzvü olan ölkələrin 
əsgərləri ilə dünyanın müxtəlif yerlərində - Kosovo, Əfqanıstan və İraqda sül-
hyaratma əməliyyatlarında çiyin-çiyinə dayanır. Azərbaycan lap ilk günlərdən 
etibarən koalisiyanın üzvü olmuş və belə olaraq qalır. NATO-nun üzvü olan 
ölkələrlə dostluq əlaqələri saxlayan Azərbaycan regional çərçivədə vacib rol-
unu davam etdirəcəkdir.
Bir sözlə, siyasi inkişafımız uğurludur, iqtisadi göstəricilər davamlı inkişaf 
üçün möhkəm zəmin yaradır. Lakin regional əməkdaşlığa olan yeganə 
maneə, yeganə potensial təhlükə Ermənistan ilə Azərbaycan arasındakı  həll 
olunmamış münaqişədir. Ermənistan Azərbaycan torpaqlarını davamlı  işğal 
altında saxlamaqla, özünü ən böyük təhlükə mənbəyinə çevirir. Ermənistanın 
Azərbaycana qarşı təcavüzü, eləcə də həmvətənlərimizə qarşı etnik təmizləmə 
siyasəti nəticəsində  ərazimizin təqribən 20 faizi işğal edilmiş, bir milyona 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


73
www.aliyevheritage.org
yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur 
olmuşdur. Bu, böyük bir humanitar fəlakətdir. 8 milyonluq əhalinin 1 milyo-
nunun qaçqın və məcburi köçkün olması ölkə üçün ağır bir problemdir.
Ümid edirik ki, hazırda aparılan danışıqlar münaqişənin sülh yoluyla həlli 
ilə nəticələnəcəkdir. Lakin məsələnin həlli beynəlxalq hüququn mövcud olan 
prinsiplərinə əsaslanmalıdır. Yəni beynəlxalq hüququn norma və prinsiplərinə 
əsaslanmayan həll variantı mümkün deyildir. Dağlıq Qarabağ hüquqi, tarixi 
baxımdan Azərbaycan torpağıdır və Dağlıq Qarabağ  ərazimizin ayrılmaz 
hissəsi kimi bütün beynəlxalq birlik, bütün ölkələr, o cümlədən Birləşmiş 
Millətlər Təşkilatı  tərəfi ndən tanınıbdır.  İstisna yalnız Ermənistandır. Bu 
səbəbə görə məsələnin həlli yalnız Azərbaycan Respublikasının ərazi bütöv-
lüyü çərçivəsində tapıla bilər. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Hər 
bir ölkənin ərazi bütövlüyü beynəlxalq hüququn başlıca prinsipidir. Ona görə, 
Azərbaycan bütün erməni qoşunlarının ərazimizdən çıxarılmasını tələb edir. 
Azərbaycana qarşı  təcavüz edilmiş, etnik təmizləmə siyasəti aparılmış, işğal 
olunmuş bütün ərazilər dağıdılmışdır.
Bir müddət  əvvəl ATƏT işğal olunmuş  ərazilərə faktaraşdırıcı missiyasını 
göndərmişdir. Onların hazırladığı hesabat dəhşətli idi. Hər bir şey məhv edil-
ib, evlər, orta məktəblər, tibb ocaqları, tarixi abidələrimiz, ata-babalarımızın 
məzarları yerlə-yeksan olunubdur. Bu, böyük humanitar fəlakətdir, region 
üçün böyük siyasi problemdir.
Hesab edirəm ki, birgə  səylərlə  və potensial təhdidləri ümumi qayda-
da anlamaqla, Ermənistan rəhbərliyi başa düşəcək ki, onların yürütdüyü 
siyasət uğursuzluğa düçardır. Azərbaycan öz torpaqlarının işğalı ilə heç 
vaxt barışmayacaqdır! Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin 
yaranmasına heç vaxt imkan verməyəcəkdir! Azərbaycan Dağlıq Qarabağın 
ondan qoparılmasını heç vaxt qəbul etməyəcəkdir!
Dünyada muxtariyyətin çox gözəl nümunələri var. Onlar Avropada da 
var. Azərbaycanda milli azlıqların hüquqları qorunur. Monoetnik ölkə olan 
Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir. Bir çox milli azlıqlar, 
müxtəlif millətlərdən olan və fərqli dini baxışlara malik vətəndaşlar ölkəmizdə 
bir ailə kimi əmin-amanlıq şəraitində yaşayırlar. Etnik azlıq olmaq o demək dey-
il ki, həmin insanlar yaşadıqları torpağı ölkədən qoparıb, müstəqil dövlət yar-
ada bilərlər. Ermənilər dünyanın bir çox ölkələrində yaşayırlar. Gəlin təsəvvür 
edək ki, əgər onlar yaşadıqları müxtəlif yerlərdə öz müqəddəratını tələb etməyə 
başlasalar, nələr baş verər?! Görün, dünyada nə qədər erməni dövləti yaranar? 
Ona görə bu cür yanaşma əks-nəticə verir. Bizim yanaşmamız beynəlxalq hüquqa, 
müvafi q prinsiplərə və yaxşı qonşuluq ruhuna əsaslanır. Ümid edirik ki, sülh 
danışıqları lazımi nəticələri verəcək və bu münaqişəyə son qoyulacaqdır.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə