Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə25/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   21   22   23   24   25   26   27   28   ...   116

76
www.aliyevheritage.org
ötürülməsi ümumi işə fayda vermir. Ona görə  də  hər hansı subyektiv 
yanaşmaya əsaslanan nəticələri çıxarmaqdansa, həmin məlumatı yoxlamaq və 
ya onu bilmədikdə, soruşmaq daha yaxşıdır. Mən hesab edirəm ki, Azərbaycan 
rəsmilərinin müxtəlif beynəlxalq tədbirlərdə tez-tez iştirakı çox vacibdir. Bu-
nunla biz özümüzü təqdim edə bilərik və əslində, yalan məlumatlara əsaslanan 
suallara cavab vermək iqtidarında ola bilərik.
Azərbaycandakı seçkilər Seçki Məcəlləsinə uyğun keçirilmişdir. Noyabr 
ayındakı seçkilərin rəsmi nəticələri ABŞ hökuməti tərəfi ndən seçilmiş şirkətin 
keçirdiyi "exit-poll"un nəticələri ilə 90 faiz üst-üstə düşdü. Seçki pozuntuları 
baş vermişdir, lakin bizim hökumətimiz ciddi tədbirlər gördü, bir çox rəsmilər 
cəzalandırıldı, bir neçəsi həbs edildi, bir sıra yerli icra hakimiyyəti başçıları 
tutduqları  vəzifədən azad edildi və biz 10 seçki dairəsində  təkrar seçkilərin 
keçirilməsini bəyan etdik.
Təkrar seçkilər mayın 13-də keçirilmişdir. Bütün monitorinq qurumlarının və 
müşahidəçilərin rəyinə görə, həmin seçkilər azad və ədalətli olmuşdur. Bu dəfə 
ABŞ hökuməti yenidən bir şirkət seçdi. Bu qurum Beynəlxalq Respublikaçılar 
İnstitutu olmuşdur. Nəticədə, 10 seçki dairəsindəki bütün rəsmi nəticələr "exit-
poll"un nəticələri ilə uyğun gəldi. Yəni, 100 faiz üst-üstə düşdü. Burada söhbət 
nəinki həmin dairələrdə qalib gəlmiş namizədlər, o cümlədən ikinci, üçüncü, 
dördüncü və hətt a beşinci yeri tutmuş namizədlərdən söhbət gedir. Bu, sizin 
sualınıza ən yaxşı cavabdır və Azərbaycanın bugünkü reallığının ən münasib 
göstəricisidir.
Eyni zamanda, bəlkə  də, bilmirsiniz, amma mən sizə  məlumat verərəm. 
Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Avropa Şurası tərəfi ndən siyasi 
məhbus kimi hesab olunan bütün şəxslər mənim tərəfi mdən əfv edilmişdir. Bu 
gün, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin üzvü olduğu halda, 
prinsip etibarilə, ölkədə heç bir siyasi məhbus ola bilməz. Axı, bu, mümkün 
deyildir. Biz bu Məhkəmənin üzvüyük. Hər kəs məhkəməyə müraciət etmək 
hüququna malikdir.
Azərbaycandakı siyasi proseslər müsbət istiqamətdə cərəyan edir. Təbii ki
mən bunlardan istədiyim qədər razı deyiləm, çünki bizim opponentlər bizə 
düşmən gözü ilə baxırlar. Onlar bizə hücum etməyə, beynəlxalq təşkilatlarda 
yanlış yanaşmanın yaradılmasına üstünlük verirlər. Onlar müxtəlif ölkələrdə 
bəzi qrupları tapır və Azərbaycan haqqında tam təhrif olunmuş təsəvvür yarat-
maq imkanını əldən buraxmırlar. Bu gün Azərbaycan müasir, dünyəvi və bütün 
demokratik təsisatlara malik olan ölkədir. Azərbaycan Avratlantik inteqrasiya 
siyasətini həyata keçirir. Biz dostlarımız üçün açıq ölkəyik. Azərbaycan böyük 
siyasi proqramlar və iqtisadi layihələri həyata keçirmək iqtidarındadır.
Mən həmçinin Sizin nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycanın hazırkı si-
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


77
www.aliyevheritage.org
yasi vəziyyətini təsvir edərək bildirirəm: Mən artıq iki il yarımdır ki, Azərbaycan 
Respublikasının Prezidentiyəm. Bu vaxt ərzində, mən BMT Təhlükəsizlik 
Şurasının daimi üzvü olan bütün beş ölkəyə  rəsmi səfərlər etmişəm. Mən 
Avropanın bütün aparıcı dövlətlərində olmuşam və bizim həmin ölkələrlə çox 
yaxşı  əlaqələrimiz var. Siyasi münasibətlər və ya gərginlik məsələləri bizim 
üçün keçmişdə qalmış  məsələlərdir. Azərbaycanın uğurlu inkişafı  və siyasi 
təsisatlarının formalaşması prosesi olduqca müsbətdir. Ona görə də, mən sizin 
şərhlərinizi qəbul etmirəm. Mən sizin baxışlarınızı rədd edirəm, bununla razı 
deyiləm və hesab edirəm ki, sizin dediyiniz düz deyildir.
O ki qaldı, Ermənistan nümayəndəsinin verdiyi suala, mən demək istəyirəm 
ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğumuz mövqe birmənalı olaraq 
tamamilə aydındır və beynəlxalq hüquqa əsaslanır. Mövqeyimiz arzular və 
xülyalardan ibarət deyil, Ermənistanın yanaşmasından fərqli olaraq, arzu 
olunan nəticələrə söykənmir. Beynəlxalq hüquq nə deyir: Dağlıq Qarabağ 
Azərbaycanın bir hissəsidir.
Hamıya məlumdur ki, ermənilər Qarabağa ilk dəfə  nə vaxt gəliblər. Bu, 
XIX  əsrin  əvvəllərində baş vermişdir. Yaxşı, indi onlar orada təqribən 200 il 
yaşayıblarsa, qoy yaşasınlar. Bizim orada yaşayan insanlarla heç bir prob-
lemimiz yoxdur. Bizim separatçı rejimlə problemimiz var. Bu gün qeyri-qanu-
ni zona sayılan Dağlıq Qarabağın beynəlxalq nəzarətdən qaçan və beynəlxalq 
monitorinqdən canını qurtarmağa çalışan qondarma rejimin özü problemdir. 
Orada terrorçu qrupların cəmləşməsi, narkotiklərin qanunsuz dövriyyəsi ilə 
bağlı bizdə kifayət qədər məlumat var. Heç kim bu zonaya nəzarət etmir. Bu, 
Avropanın qara ləkəsidir. Biz buna son qoymalıyıq.
Azərbaycanın heç bir qeyri-adi tələbi yoxdur. Əgər söhbət güzəştdən 
gedirsə, hesab edirəm ki, Azərbaycan son on il ərzində sadiq olduğu atəşkəsi 
saxlamış, torpaqlarının on ildən çoxdur ki, işğal altında olmasına dözmüşdür 
və bu günədək yenə də sülh prosesinə sadiq olaraq qalır. Biz bu fürsəti əldən 
buraxmaq istəmirik. Azərbaycan Ermənistana məxsus hər hansı  əraziyə 
malikdirmi? Təbii ki, yox! Biz heç nəyi qaytarmalı deyilik. Biz Ermənistan 
torpaqlarını  işğal etməmişik. Biz etnik təmizləmə siyasəti aparmamışıq 
və özümüzü təcavüzkar kimi aparmırıq. Beləliklə,  əgər güzəşt haqqında 
danışırsınızsa, siz anlamalısınız ki, Azərbaycan sizə məxsus olan heç bir şeyi 
öz əlində saxlamır. Əksinə, Ermənistan bizim əraziləri öz işğalı altında saxlayır. 
Həmin zonalar tam dağıdılıbdır. Erməni xalqı bundan nə uda bilər axı? On-
lar özlərinə  məxsus olmayan torpaqda oturmaqla, Azərbaycanın daim artan 
inkişaf tempindən qorxu içərisində yaşayaraq, həyatlarını yaxşılaşdırdılarmı? 
Bu, yaxşı mühitin yaradılmasına xidmət edirmi? Fikrimcə, yox! Nəyin baş ver-
diyini qiymətləndirmək, gələcəyə baxmaq və üç, beş ildən sonra nəyin baş 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə