Məsləhətçi:
Asəf NADİROV
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Buraxılışa məsul:
Vurğun SÜLEYMANOV
Yaradıcı heyətin rəhbəri:
Fuad
BABAYEV
Yaradıcı heyət:
Anar HƏSƏNLI
Təmkin MƏMMƏDLİ
İrina MUXTAROVA
Gündüz NƏSİBOV
Dilçi-redaktor:
Mətanət BABAYEVA
Dizayn və səhifələmə:
Elviz İSMAYILOV
Kitabın tərtib olunmasında Azərbaycan Respublikası Prezidenti mətbuat xidmətinin foto-
materiallarından istifadə olunmuşdur.
Kitabda AzərTAc-ın, NATO-nun (www.nato.int), BMT-nin (www.un.org) və ATƏT-in
(www.osce.org) rəsmi saytlarının materiallarından istifadə olunmuşdur.
11
www.aliyevheritage.org
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
Hörmətli oxucular!
"Azərbaycan – NATO: tərəfdaşlıqdan başlanan yol" kitabı Heydər Əliyev
İrsini Araşdırma Mərkəzinin yeni nəşridir.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 2004-cü il may ayının 10-da, ümum-
milli liderimizin ad günündə fəaliyyətə başlayıb. Mərkəzin tərkib hissəsi
olan "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası Heydər Əliyevin
əsərlərini – çıxışları, bəyanatları, məktubları və görüşlərinin mətnlərini 35
dildə dünya oxucularına çatdırır. Bu gün dünyanın qabaqcıl universitetləri,
nüfuzlu elm mərkəzləri,
dövlət idarələri, media orqanları, transmilli şirkətlər,
eləcə də dünyada gündən-günə nüfuzu yüksələn Azərbaycanla maraqlanan
şəxslər - tədqiqatçılar, politoloqlar, iqtisadçılar, tələbələr bizim oxucularımız
sırasındadır.
Mərkəzin nəşriyyat qrupu tərəfi ndən müxtəlif dillərdə kitablar nəşr olunur.
Bu kitabların hər biri oxucular tərəfi ndən rəğbətlə qarşılanıb və geniş rezonan-
sa səbəb olub. ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində Heydər
Əliyevin çıxışları, müsahibələri daxil edilmiş "Heydər Əliyev:
Biz Azərbaycan
ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik",
Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
İKT-nin zirvə görüşlərindəki çıxışları əsasında hazırlanmış "Azərbaycan İs-
lam Konfransı Təşkilatı sıralarında" kitablarını xüsusilə qeyd etmək istərdik.
Qeyd edək ki, birinci kitab Azərbaycan dilində və ATƏT-in Minsk qrupunun
həmsədrləri olan ölkələrin dövlət dillərində (ingilis, fransız və rus), ikinci kitab
isə Azərbaycan dili ilə yanaşı, İKT-nin rəsmi dillərində (ingilis, fransız və ərəb)
nəşr edilib.
Qarşınızdakı bu kitaba görkəmli siyasətçi Heydər Əliyevin və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun ali məclislərindəki
çıxışları və təşkilatın rəhbərləri ilə görüşlərinin mətnləri, tarixi arayışlar,
Ermənistan tərəfi ndən işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı BMT-nin
qətnamələri, ATƏT-in zirvə görüşlərinin sənədləri,
məlumat-soraq materialla-
rı, xəritələr və foto-sənədlər daxil edilib.
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev 1994-cü il may ayının 4-də
Brüsseldə, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramını imzalamaqla
Azərbaycan Respublikasının xarici siyasətində yeni prioriteti - Avroatlantik
məkana inteqrasiya siyasətini müəyyənləşdirdi. Ermənistanın Azərbaycana
qarşı təcavüzünün davam etdiyi bir şəraitdə atılan bu addım bir tərəfdən
Heydər Əliyevin "Sülh naminə tərəfdaşlıq" çərçivə sənədinin imzalanma
12
www.aliyevheritage.org
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
mərasimindəki bəyanatında qeyd etdiyi kimi, ölkəmizə Qərb dünyası ilə sıx
və çoxtərəfl i qarşılıqlı münasibətlər yaratmaq və Qərb dünyasının
çox zəngin
təcrübəsindən bəhrələnmək, digər tərəfdən NATO dövlətlərinin qüvvələri ilə
qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələri yaratmaq imkanı verirdi.
50 il əvvəl – 1949-cu ildə yaradılmış NATO Avroatlantik regionda sabitliyin
əsası, təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr keçirmək üçün forum
kimi çıxış edir, münaqişələrin qarşısının alınmasında və böhranların nizam-
lanmasında fəal iştirak edir, qeyd olunan regionun digər ölkələri ilə hərtərəfl i
tərəfdaşlığın, əməkdaşlığın və dialoqun inkişafına yardım göstərir.
Təsadüfi deyil ki, NATO-nun hələ 1994 - cü ilin yanvarında Şimali Atlan-
tika Şurası tərəfi ndən qəbul edilmiş Bəyannamədə Cənubi Qafqaz regionun-
da yaranmış narahatlığı öz əksini tapmışdır. Bəyannamədə ərazi ələ keçirmək
məqsədilə gücdən istifadə olunması pislənir və Cənubi
Qafqaz dövlətlərinin
ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət, regionda sül-
hün, sabitliyin və əməkdaşlığın bərqərar olmasının vacib elementi kimi
səciyyələndirilir.
Qeyd etmək lazımdır ki, sonrakı illərdə də dəfələrlə NATO-nun rəsmi
sənədlərində bu təşkilatın Azərbaycan Respublikasının ərazi bütövlüyünü ta-
nıdığı bəyan olunub.
Bu gün NATO ilə Azərbaycan demokratik təsisat və hərbi islahatlar sahəsində
fəal şəkildə əməkdaşlıq edir, həmçinin bir çox digər sahələrdə praktiki
əməkdaşlığı inkişaf etdirirlər. Azərbaycanla NATO arasında olan əməkdaşlıq
proqramı Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (FTƏP) öz
əksini tapıb.
2002-ci ildə NATO/Avro-Atlantika Tərəfdaşlıq Şurasının
Praqa sammitində
tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan
FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət edib. Azərbaycanın siyasi, iqtisa-
di və təhlükəsizlik sahəsində inkişafı barəsində müfəssəl məlumatı özündə
birləşdirən FTƏP Təqdimat Sənədi Alyansa 2004-cü ilin mayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil qərargahına
səfəri zamanı təqdim olunub.
Əməkdaşlığın əsas sahələrinə silahlı qüvvələrin üzərində tam demokra-
tik nəzarətin yaradılması, müdafi ə tədbirlərinin planlaşdırılması və müdafi ə
büdcəsinin formalaşdırılması, o cümlədən NATO-nun norma və standartları-
na uyğun olaraq bütün silahlı qüvvələrin təşkilatı strukturunun yenidən təşkili
daxildir.