61
www.aliyevheritage.org
kəskin şəkildə pozulubdur. Biz XXI əsrdə yaşayırıq.
Ermənistan və Azərbaycan
beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının üzvləridir. Beynəlxalq
birlik bir ölkənin digər ölkənin ərazisini işğal etməsi və işğal olunmuş əraziləri
tərk etməməsi faktı ilə razılaşmamalıdır. Bratislavadakı sammiti xatırlayıram.
Orada Ermənistanın xarici işlər naziri iştirak edirdi və o dedi ki, Ermənistan
özünə məxsus olmayan torpaqları özündə saxlayır. Bu, həqiqətən belədir.
Erməni rəsmilərinin ən ciddi və ən doğru bəyanatlarından biri idi. Əgər özünə
məxsus olmayan nəyisə özündə saxlayırsansa, onu geri qaytarmalısan. Bu da
münaqişənin həll olunmasının yeganə yoludur.
Bryus Cekson: Hamımız razılaşarıq ki, dondurulmuş münaqişələr regionun
sabitliyi üçün təhlükədir. Hər iki prezident qeyd etdi ki, sonrakı strategiyanın
müəyyən olunmasında münaqişələrin həllinin böyük əhəmiyyəti var.
Sual: Bilkənd Universitetindən Sezer Dilbazoğlu,
beynəlxalq münasibətlər
üzrə professor. Gözəl, aydın və məlumatlı çıxışlara görə sizə minnətdaram.
Qara dəniz regionunun NATO-nun strateji maraq dairəsinə daxil edilməsi ilə
bağlı Rusiyadan nə gözləyirsiniz? Çünki biz hələ 1990-cı illərdə elmi tədqiqat
aparmışıq və o zaman Rusiya bərk narahat idi ki, Qara dəniz, bir növ, “NATO
gölünə” çevrilə bilər. NATO-nun Cənubi Qafqaz ölkələrinə - Gürcüstana və
Azərbaycana təsiri də Rusiyanı narahat edirdi.
Ermənistan bir qədər başqa vəziyyətdədir. Bu gün Rusiyadan nə
gözləyirsiniz?
İkinci sualım isə regional münaqişələrlə bağlıdır. Münaqişələr davam edir
və onları necə həll etmək fi krindəsiniz? İndiyə qədər
beynəlxalq ictimaiyyətin
fəaliyyəti səmərəli olmayıbdır. Rusiya çoxtərəfl i sülhməramlıların regionda ol-
masına razılıq verərdimi? Sonda şərhim də var ki, təəssüfl ər olsun, Qərb Qara
dəniz regionunun önəmini dərk etməkdə çox gec oyanıbdır.
Mixail Saakaşvili: İlk əvvəl Türkiyənin oynadığı rolu qeyd edim. Türkiyə
heç zaman regiondakı münaqişələrdən bəhrələnməyə çalışmayıbdır. Əksinə,
çalışıb ki, münaqişələrin həll olunmasında rol oynasın. Məsələn, Acarıstanda-
kı vəziyyət türklər üçün çox həssas bir məsələdir. Acarıstandakı separatçılar
həmişə deyirdilər ki, Qars razılığı var və ona əsasən, əgər Gürcüstan hökuməti
bizə qarşı qüvvə tətbiq edərsə, türklər əraziyə daxil olacaqlar. Türklər çox
birmənalı və aydın
dedilər ki, bu, Gürcüstanın daxili problemidir və biz Gür-
cüstanın ərazi bütövlüyünü istəyirik, Gürcüstana sülh, sabitlik arzu edirik və
məsələ Gürcüstanın paytaxtında həll olunmalıdır. Bu, bizə çox yardım etdi.
Beləliklə, Türkiyə ədalətli hərəkət edərək, əvvəllərdə bəzi digər ölkələrin etdi-
yi kimi, daxili gərginlikdən öz xeyrinə necə istifadə etmək yollarını axtarmırdı.
Sualın Rusiya ilə bağlı hissəsinə gəldikdə isə, biz, əlbətt ə, istəyirik ki, Avratlan-
tik təsisatlara inteqrasiya edək. Amma Rusiyanı da kənarda qoymaq istəmirik.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
62
www.aliyevheritage.org
İstəyirik ki, bu inteqrasiya paralel olsun. Rusiyanın özü də demokratikləşmə
prosesinə keçməlidir. Mən buraya gəlməzdən əvvəl cənab Putinlə konkret
məsələləri müzakirə etmişəm. Ondan soruşmuşam ki, iştirakçılara konkret bir
mesajı var, yoxsa yox? Bilirəm ki, o, dəvəti qəbul etməyibdir. O dedi yox, hamı-
ya salam söylə. Məmnuniyyətlə onun salamını sizə yetirirəm və əlbətt ə ki, Ru-
siya siyasətini müəyyən etməlidir. Bu, Rusiyanın daxili
siyasəti üçün çox çətin
bir qərardır və Rusiyaya istehza ilə yanaşmaq çox təhlükəlidir. Lakin Rusiyaya
anlatmaq da gərəkdir ki, müstəqil ölkələrlə münasibətlər qurur. Onların öz
maraqları, daxili siyasətləri, demokratiyaları, əhalisi, öz gələcəkləri var və Ru-
siya bu fi krə alışmalıdır. Bu, ağıllı bir prosesdir. Burada anlaşma, əməkdaşlıq
olmalıdır. Yeni inteqrasiya növləri tapılmalıdır. Elə bilirəm ki, bir sıra məsələlər
üzrə Qərb də Rusiya ilə inteqrasiyaya maraqlıdır. Elə bilirəm ki, Türkiyə Ru-
siya ilə münasibətlərlə Qərblə əməkdaşlıq arasında gözəl tarazlıq
yarada bil-
mişdir. Bu modeldən biz də istifadə edə bilərik və çoxmillətli sülhməramlıların
istifadə olunmasında maraqlıyıq. Biz uzun müddətdir ki, xahiş edirik, amma
indiyədək Qərb ölkələri bu məsələdə kifayət qədər təsir göstərə bilməmişdir.
Rusiya isə özü hər şeyi öhdəsindən gələ biləcəyini düşünmüşdür. Amma ar-
tıq belə deyildir. Məsələn, bizə məlumdur ki, qaçaqmalçılıqda Gürcüstan
ərazisində xidmət edən rus generallarının əli vardı. Yerli polisi cəlb etdik. Rus
generalı dedi ki, sizə 6 saat vaxt veririk, ya yerli polis postunu yığışdırın, ya da
o postu əzib keçəcəyik. Onda biz də iki hərbi vertolyotla əraziyə hərbçilərimizi
göndərdik və dedik ki, əzə bilirsənsə, əz, biz artıq sizin fi kirləşdiyiniz
balaca
uşaqlardan deyilik. Onda Kremlin reaksiyası belə oldu ki, general heç bir qərar
qəbul etməsin və tabe olsun. Beləliklə, hər şey dəyişir və heç kim üçün əvvəlki
oyunun qaydaları ilə oynamaq asan başa gəlmir. Bizə ciddi siyasi qərarlar
qəbul etmək və yeni oyunun qaydalarını öyrənmək lazımdır.
Sual: Kiyevdə Avropa və Beynəlxalq Tədris Mərkəzinin direktoru. İki su-
alım var: birinci sualım prezidentlərədir. Nəyə görə çıxışlarınızda GUÖAM
haqqında heç bir söz demədiniz? İkinci sualım isə cənab Saakaşviliyə və nazir
Coanneyədir. Qarşıdakı 5-10 il müddətində yeni qonşuluq siyasətində və Qara
dəniz regionunda Ukraynanın oynayacağı rolu necə görürsünüz?
Bryus Cekson: Qalan sualları da eşidək, sonra cavablandırarıq.
Sual: Birinci sualım prezident Saakaşviliyə və prezident Əliyevədir. Belə bir
fi kir aşılanıbdır ki, Gürcüstan və Azərbaycan təhlükəsizliyin əsas istehlakçıları
olacaqlar. Hazırda isə Gürcüstan və Azərbaycana daha
çox təhlükəsizliyi təmin
edən tərəf kimi baxırlar. Bununla bağlı fi kriniz? Ölkələrinizin NATO üzvü ol-
ması həmin təhlükəsizliyə töhfə verəcəkmi?
İkinci sualım Moldova ilə bağlıdır. Qara dəniz hövzəsi ölkəsi, Cənub-Şərqi
Avropa ölkəsi 10 ildir ki, münaqişədən əziyyət çəkir. Məlumdur ki, Moldovanın
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL