Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə2/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   2   3   4   5   6   7   8   9   ...   116

13
www.aliyevheritage.org
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
NATO ilə Azərbaycan arasında  əməkdaşlığın digər  əsas məqsədi 
sülhməramlı  və böhranların idarə olunması  əməliyyatlarında ölkənin silahlı 
qüvvələrinin NATO ölkələrinin silahlı qüvvələri ilə birgə işləməsi imkanlarının 
gücləndirilməsindən ibarətdir. SNT təlim və məşğələlərində mütəmadi iştira-
kı nəticəsində Azərbaycan NATO-nun rəhbərliyi altında aparılan sülhməramlı 
əməliyyatlara qoşularaq Avroatlantik təhlükəsizliyinin təmin olunmasına 
fəal töhfə verib. Azərbaycanın silahlı qüvvələri 1999-cu ildən 2008-ci ilədək 
Kosovoda, 2002-ci ildən isə  Əfqanıstanda, eləcə  də  İraqda həyata keçirilən 
sülhməramlı əməliyyatları dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 
8 noyabr 2006-cı il tarixində NATO-nun Baş Katibi Yaap de Hoop Sxeff erlə 
birgə mətbuat konfransındakı bəyanatında qeyd etdiyi kimi, "Bu, bizim gənc, 
lakin NATO-nun əsil və etibarlı tərəfdaşı olmaq üçün öz potensialını artıran 
ölkəmiz üçün çox vacibdir".
Azərbaycanın hava məkanı  və  Xəzər dənizinin müvafi q olaraq, hava və 
dəniz təhlükəsizlik səviyyəsinin artırılması üçün Azərbaycan və NATO birgə 
işləyirlər.
Ümumiyyətlə, Azərbaycanın NATO ilə əməkdaşlığının əhatə dairəsi geniş-
dir və yalnız hərbi məsələlərlə məhdudlaşmır.
1994-cü ildən NATO-nun Sülh Naminə  Tərəfdaşlıq Proqramına qoşulan 
Azərbaycan ötən 15 il ərzində özünü əsil etibarlı tərəfdaş kimi göstərib. 
Qeyd olunanları ümumiləşdirərək əminliklə deyə bilərik ki, Heydər Əliyev 
İrsini Araşdırma Mərkəzi tərəfi ndən nəşr etdirilən  "Azərbaycan-NATO: 
tərəfdaşlıqdan başlanan yol" kitabı tədqiqatçılar, politoloqlar, tələbələr, eləcə 
də Azərbaycanın dünya birliyinə inteqrasiyası ilə maraqlanan hər bir şəxs üçün 
sanballı və dəyərli mənbə olacaqdır.
Asəf Nadirov
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü


14
www.aliyevheritage.org
Hörmətli cənab baş katibin müavini, hörmətli NATO şurası üzvləri, hörmətli 
səfi rlər, xanımlar və cənablar!
Məni və Azərbaycanın nümayəndə heyətini səmimi qəbul etdiyinizə görə 
minnətdarlığımı bildirirəm. Bu gün sizin aranızda olmaq imkanından şadam 
və bunu Azərbaycan Respublikası üçün mühüm hadisə sayıram. Azərbaycan 
Respublikası barədə dediyiniz səmimi təbrik sözlərinə  və xoş arzularınıza 
görə çox sağ olun. Öz inkişafında böyük tarixi yol keçmiş, çoxlu çətinliklərə 
və maneələrə rast gəlmiş Azərbaycan xalqı 1991-ci ildə milli istiqlaliyyət 
qazanmışdır. Müstəqil Azərbaycan dövləti yaranmışdır və indi o, Birləşmiş 
Millətlər Təşkilatına, ATƏM-ə, bir çox beynəlxalq təşkilatlara daxildir. Bu gün 
Azərbaycan nümayəndə heyətinin Şimali Atlantika İtt ifaqının iqamətgahında 
olmasından böyük fərəh hissi keçirirəm. 
Azərbaycan Respublikası öz müstəqilliyini möhkəmləndirmək yolu ilə 
gedir. O, daxili siyasətdə demokratik hüquqi dövlət quruculuğu yolu tutur, 
bəşəriyyətin nail olduğu demokratik dəyərlərdən istifadə etməklə  şəxsiyyət 
azadlığı və insan hüquqlarının müdafi əsi, çoxpartiyalı sistem, siyasi plüralizm 
üçün şərait yaradır. İqtisadiyyat sahəsində respublika iqtisadi islahatların həyata 
keçirilməsi və bazar iqtisadiyyatının, azad sahibkarlığın, azad təşəbbüskarlığın 
bərqərar olması yolunu tutmuşdur. Biz belə hesab edirik ki, bütün bunlar 
Azərbaycanın dünya birliyinə sıx inteqrasiyası üçün yaxşı zəmindir. 
Azərbaycan Respublikası özünün xarici siyasətində dünyanın qarşılıqlı 
əlaqələri, qarşılıqlı asılılığı prinsipini əsas tutur, sülhsevər siyasət yeridir 
və suverenliyə hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq,  ərazi 
bütövlüyünə  və  sərhədlərin toxunulmazlığına  əməl etmək prinsipləri 
zəminində bütün ölkələrlə mehriban münasibətlər saxlamağa çalışır. 
İndi Azərbaycan Respublikası  ağır iqtisadi böhran keçirir. Bu böhran 
bir tərəfdən 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovet İtt ifaqının 
dağılması, Sovet İtt ifaqının bütün başqa respublikaları arasındakı  sıx in-
teqrasiya  əlaqələrinin pozulması, bir iqtisadi sistemdən başqasına keçidlə 
əlaqədardır. Digər tərəfdən, Azərbaycanın qonşu Ermənistan Respublikası 
ilə müharibə vəziyyətində olması, hərbi təcavüzə məruz qalması bu iqtisadi 
böhranı dərinləşdirir. Lakin, biz belə hesab edirik ki, Azərbaycanın müstəqil 
inkişaf yolu ilə qəti şəkildə irəliləməsini nəzərə alsaq, bütün bu çətinliklər ara-
Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin Brüsseldə NATO iclasında çıxışı
4 may 1994-cü il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


15
www.aliyevheritage.org
dan qaldırıla bilər. Azərbaycan dövlətinin müstəqilliyi dönməz amildir və biz 
əminik ki, həm dövlət quruculuğu, həm iqtisadi dəyişikliklər, həm də demokra-
tik islahatların həyata keçirilməsi sahəsində tutduğumuz yol bu çətinlikləri ar-
adan qaldırmağa və böyük imkanları, zəngin iqtisadi və intellektual potensialı 
olan Azərbaycanı dünya iqtisadiyyatına, dünya birliyinə qovuşdurmağa im-
kan verəcəkdir. 
Bayaq dediyim kimi, qonşu Ermənistanın respublikamıza qarşı altıncı il 
davam edən hərbi təcavüzü Azərbaycanın vəziyyətini mürəkkəbləşdirir. 
Ermənistanın millətçi dairələrinin törətdikləri bu təcavüz həm Azərbaycan 
xalqına, həm də erməni xalqına saysız-hesabsız bəlalar gətirmişdir və bu gün 
bizdən ötrü çox çətin problemə çevrilmişdir.
Sizə yaxşı  məlumdur ki, Azərbaycan  ərazisinin bir hissəsini ilhaq etmək, 
Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədi güdən Ermənistanın hərbi 
təcavüzü nəticəsində erməni silahlı birləşmələri Azərbaycan  ərazisinin xeyli 
hissəsini işğal etmişlər. Altı ildən bəri davam edən müharibə  nəticəsində 20 
mindən çox adam həlak olmuş, təqribən 4 min nəfər əsir düşmüş və ya girov 
götürülmüş, Azərbaycan ərazisində minlərlə yaşayış evi, xəstəxana, məktəb, 
sosial obyekt, sənaye və kənd təsərrüfatı müəssisəsi məhv edilmişdir. Ölkəmizə 
milyardlarla dollar zərər dəymişdir. 
Lakin  ən dəhşətlisi odur ki, Azərbaycan  ərazisinin 20 faizə  qədəri erməni 
silahlı birləşmələri tərəfi ndən işğal olunmuşdur və bu rayonların sakinləri 
- bir milyondan çox adam yaşayış yerlərini itirmişdir, çox ağır sosial-iqtisa-
di vəziyyətdədir və öz ölkəsində qaçqına çevrilmişdir. Dağlıq Qarabağın 
ərazisində yaşayan azərbaycanlıların hamısı oradan qovulmuşdur. Dağlıq 
Qarabağ və onun ətrafında Azərbaycanın daha yeddi rayonu, bayaq dediyim 
kimi, erməni silahlı birləşmələrinin işğalı altındadır. 
Biz həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılmasına tərəfdar olmuşuq 
və indi də bu mövqedəyik. Beynəlxalq təşkilatların - BMT-nin, ATƏM-in və 
onun Minsk qrupunun imkanlarından fəal surətdə istifadə etməyə çalışırıq. 
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Həmin 
qətnamələrdə erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması 
qəti  şəkildə  tələb olunur, lakin Ermənistan bu sənədlərin heç birini yerinə 
yetirməmişdir. ATƏM-in Minsk qrupunun səyləri də  hələlik müsbət nəticə 
verməmişdir. Hərbi əməliyyatlar bu gün də davam edir, Azərbaycan ərazisinin 
xeyli hissəsini işğal etmiş erməni silahlı birləşmələri respublikamızın müdafi ə 
mövqelərinə hücum edirlər. Hər gün qan tökülür, adamlar həlak olur. 
Artıq bütün bunlara dözmək mümkün deyildir. Ona görə də mən bu gün 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə