Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə20/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   16   17   18   19   20   21   22   23   ...   116

63
www.aliyevheritage.org
kommunist prezidenti Moldovadakı Avropa meylli sivilizasiyalı cəmiyyətin ar-
zusunu ifadə etmir və Dnestryanı münaqişədə də demokratiya və təhlükəsizlik 
prinsipləri  əsasında həll variantına üstünlük verilir. Tələskənliyə yol verilir. 
Bu da ki, gələcəkdə  Cənubi Qafqazdakı münaqişələrin həll olunmasına pis 
nümunə yaradır. Nə etmək lazımdır ki, bu tələskənliyə yol verilməsin?
Sual: Sofi ya, Regional və Beynəlxalq Araşdırmalar  İnstitutu. Sualım pro-
fessor Davudoğlunadır. 10 ildən artıqdır ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq 
Təşkilatı  fəaliyyət göstərir. Amma əldə etdiyi nailiyyətlər də çox deyildir. 
Təşkilatın daha səmərəli işləməsi üçün imkan görürsünüzmü?
Sual: Boris Tarasyuk, Ukraynadan. Çıxışların  hamısı tərifəlayiqdir. İkincisi, 
kaş ki, yeni müstəqillik qazanmış ölkələrin prezidentləri hamısı bu gün çıxış 
edən prezidentlər kimi ingiliscə sərbəst danışaydılar. GUÖAM-la bağlı sualım 
var və bu, hər iki prezidentədir. GUÖAM-ın gələcəyini görürsünüzmü? Yaxın 
gələcəkdə hansı addımlar atılmalıdır? Növbəti sualım cənab Əliyevədir. Xəzər 
neft indən ötrü Odessa-Brodı kəmərinə alternativ görürsünüzmü?
Əhməd Davudoğlu: Rusiyanın rolu və Qara dəniz iqtisadi zonası ilə bağ-
lı  şərh verim. Elə bilirəm ki, Qara dəniz iqtisadi zonasına və ümumiyyətlə, 
Qara dəniz regionuna yeni yanaşmanın  əsasında Rusiyanın rolu duracaq-
dır. Çünki Avropa Birliyi və NATO təsisat kimi fəaliyyət göstərirlər və Qara 
dəniz bölgəsində də Rusiya kimi vacib tərəf var. Rusiyanın Qafqazdakı təsirini 
müzakirə etmək istəmirəm. Amma Avratlantik qurumu Qara dəniz siyasətində 
uğur qazanmaq istəyirsə, Rusiya ilə münasibətləri tənzimləməlidir. NATO-
Rusiya Şurası fəaliyyət göstərir. Amma eyni zamanda, strateji çərçivə da yox-
dur. 20 il əvvəl Türkiyə Qara dənizdə yeganə NATO ölkəsi idi, bütün digərləri 
Varşava müqaviləsinə daxil olan ölkələr idi. Ona görə də indi elə etməyək ki
bütün digər ölkələr NATO üzvü olsunlar, Rusiya isə təcrid edilsin. Rusiya bu 
prosesə cəlb olunmalıdır, kənarda qalmamalıdır.
Ona görə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və Qara Dəniz İq-
tisadi Forumunun  işini  canlandırmaq lazımdır. Çünki Qara dənizdə həm  iqti-
sadi əməkdaşlıqda, həm də təhlükəsizlik sahəsində əməkdaşlıqda Rusiya pro-
sesin bir hissəsidir. Avratlantika qurumu yeni mexanizmlər, yeni  strategiyalar  
işləməlidir ki, bunların vasitəsilə Rusiya prosesin bir hissəsi olsun. Doğrudur, 
deyə bilmərik ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı uğurlu qurumdur. 
Amma iki aspekt vardır ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının işini 
çox vacib edir. Çünki nəqliyyat, kommunikasiya, yeni tənzimləmələr və sair 
məsələlərdə birgə iş görmək zərurəti vardır. Digər aspekt isə təsisat aspekti-
dir. Məsələn, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamentlərarası 
Assambleyası vardır. Bildiyiniz kimi, ölkələrin qarşısında demokratikləşmə 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


64
www.aliyevheritage.org
məsələsi durur. Ölkələrin parlamentləri də bu təşkilatın çərçivəsində görüşüb 
fi kir mübadiləsi aparırlar və bundan gələcəkdə cəmiyyətlərin transformasiya-
sı üçün mühüm vasitə kimi istifadə oluna bilər. Amma Qara Dəniz  İqtisadi 
Əməkdaşlıq Təşkilatının son illərdəki fəaliyyətinə bir daha nəzər yetirməliyik, 
onu yenidən qiymətləndirməliyik. Gələcəkdə Qara dənizlə bağlı yeni strate-
giyamız vardırsa, onu yenidən təşkil etməliyik. Beləliklə. Qara Dəniz İqtisadi 
Əməkdaşlıq Təşkilatı ümumi işə xidmət edə bilər. Eləcə də Qara Dəniz İqtisadi 
Forumu.
İlham Əliyev: GUÖAM-ın adı ona görə çəkilmədi ki, GUÖAM-ı təmsil edən 
yalnız iki prezident buradadır və biz azlıq təşkil edirik. Əlbətt ə, istərdik ki, 
GUÖAM daha fəal olsun. GUÖAM-ın Parlamentlərarası Assambleyası yara-
dılacaqdır. Təşkilat çərçivəsində həyata keçiriləsi konkret layihələr varsa, bu 
GUÖAM-ın işinə daha çox dinamizm gətirər. O fi kirlə tamamilə razıyam ki, 
Gürcüstan və Azərbaycan regionda artıq təhlükəsizliyi təmin etməyə başlayıb-
lar. Bizim enerji layihələrimizin, əlbətt ə ki, böyük iqtisadi mənası var. Amma 
regiona təhlükəsizlik gətirməyə də xidmət edəcəkdir. Xəzər dənizindən alter-
nativ marşrutlara gəldikdə isə, bütün mümkün variantları nəzərdən keçirmi-
şik. Məqsədimiz gündə 1 milyon barel  neft  hasil  etməkdir. Bu həcmi də ki
Bakı-Tbilisi-Ceyhan kəməri daşıyacaqdır. Amma, əlbətt ə, əlavə neft  olacaqdır 
ki, gələcəkdə digər marşrutlardan da istifadə etmək olar.
Bilkənd Universitetindən olan xanımın davam edən münaqişə ilə bağlı sualı. 
Bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Bu müzakirələrdə Ermənistanın 
nümayəndəsi yoxdur. Olsaydı, bəlkə  də, belə deyərdi: Dağlıq Qarabağ 
erməniləri öz müqəddəratını  təyin etmək istəyirlər. Cavab verim ki, erməni 
xalqı artıq Ermənistan dövləti çərçivəsində öz müqəddəratını təyin edibdir. Bir 
çox ölkələrdə erməni azlıqları yaşayır və bu da o demək deyil ki, yaşadıqları 
ərazilərdə müstəqil dövlət yaratsınlar.
Mixail Saakaşvili:  Ukraynanın rolu barədə. Ukraynanın Avropada həm 
rolu, həm də çəkisi artmaqdadır. Ukraynanın təbii sərvətləri azdır. Amma onun 
digər sərvətləri var. Möhkəm işləmək qabiliyyəti olan əhalisi var, iqtisadiyyatı 
dinamikdir hərbi qüvvəsi nəzərə çarpandır. Mən elə bilirəm ki, gələcəkdə Uk-
rayna, Polşa kimi, Avropa üçün mühüm rol oynayacaqdır.
Düşünürəm ki, Qara Dəniz kontekstində də mühüm - rol oynaya bilər. 
Hesab edirəm ki, GUÖAM-ın və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 
fəaliyyətini  əlaqələndirməliyik. Onların işinə yeni elementlər  əlavə olunma-
lıdır və Avropa Birliyinə inteqrasiya üçün onların fəaliyyətində müəyyən 
əlaqələndirməyə nail olmaq lazımdır. Bununla, bizim kimi, Avropa Birliyi də 
maraqlanmalıdır. Bu halda regional əməkdaşlığın böyük perspektivi ola bilər.
Mirça Coane: Həm yaxşı xəbər, həm də pis xəbər. Yaxşı xəbər odur ki, başla-
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə