Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə21/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   17   18   19   20   21   22   23   24   ...   116

65
www.aliyevheritage.org
dığımız Qara dəniz təşəbbüsü dayanmaz bir prosesdir. Onu saxlamaq mümkün 
deyildir. Pis xəbər isə odur ki, bu dəfə NATO-nun genişləndirilməsinin birinci 
və ikinci raundundan   daha  çətin   olacaqdır. Amma bizim mənəvi strateji və si-
yasi məsuliyyətimiz və borcumuz var. Bunu həyata keçirməliyik.  Bu  təşəbbüsü 
dostlarımızla başlamışıq. Dostlarımızın hamısının adını  çəkmək mümkün 
olmadı. Onların adları bu kitabçada çəkilibdir, hamısına minnətdarlığımı 
bildirirəm. Daha geniş Qara dəniz  regionu  haqqında danışarkən,  söhbət iki 
tərəfl i yoldan gedir. Bu, Avropanın birləşməsinin növbəti addımıdır və bundan 
sonra gələn, lakin hələ tamamlanmayan məsələ də Rusiyanın cəlb olunmasıdır 
və Qərblə inteqrasiyasıdır. Rusiya bu məsələyə cəlb olunmayana qədər, Rusiya 
Qərbə inteqrasiyada bizimlə birlikdə olacağını  dərk etməyənə  qədər işimizi  
tamamlanmış hesab edə bilmərik. Sonrakı addım daha geniş Yaxın Şərqdir.  Bu 
regionda uğurlu olsaq, sabitliyə nail olsaq, bu sabitliyi daha geniş əraziyə yaya 
bilərik. Türkiyənin  fundamental  əhəmiyyəti var. Əminəm ki, Avropa Birliyi 
Türkiyəyə yaşıl işıq yandıracaqdır. Türkiyənin Avropa Birliyinə cəlb olunması 
ilə bizim də işimiz asanlaşacaqdır. Üçüncüsü, Ukraynanın böyük əhəmiyyəti 
var. Zənnimcə, gələcək illərdə Ukrayna Avropa Birliyinə  və NATO-ya bu 
gün düşünüldüyündən daha çox yaxınlaşacaqdır. GUÖAM, Qara Dəniz  İq-
tisadi Əməkdaşlıq Təşkilatı və Cənubi Qafqaz əməkdaşlığı arasında əlaqələr 
intensivləşməlidir. Düşünürəm ki, mövcud strukturlardan istifadə etmək, 
əlaqələri genişləndirmək lazımdır. Moldovadakı qardaşlarımız isə bizə arxa-
yın ola bilərlər. Biz Moldovanı Cənubi Avropa əməkdaşlığına cəlb etmək üçün 
əlimizdən gələni edəcəyik. Azərbaycan öz sərvətləri ilə və strateji əhəmiyyəti 
ilə  məlumdur. Bizim Gürcüstana yardım etmək kimi mənəvi borcumuz var. 
Çünki Gürcüstanın dondurulmuş münaqişələrinin həll olunması ümumi ma-
rağa xidmət edir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


66
www.aliyevheritage.org
Mətbuat konfransının aparıcısı:
- Xanımlar və cənablar!
Hər vaxtınız xeyir. Marşall Fondunun təşkil etdiyi bu görüşdə Prezi-
dent  Əliyevin mətbuat konfransına xoş  gəlmisiniz. Bizi gözlədiyinizə görə 
minnətdaram. Məlum olduğu kimi, Prezidentin ölkəsi Azərbaycanda və 
ümumiyyətlə, regionda canlanma hiss olunur. Azərbaycan sürətlə inkişaf 
edən dinamik dövlətə çevrilmişdir. İndi dünyada Azərbaycana böyük maraq 
var. Ona görə  də sualların müxtəlifl iyi məndə  təəccüb doğurmaz. Buyurun, 
suallarınızı verin.
Sual:  Cənab Prezident, Türkiyəyə  səfəriniz zamanı demişdiniz ki, ölkəniz 
Şimali Kipr Türk Cümhuriyyətini tanıyacaqdır. Amma hələ ki, bu yönümdə 
addım atılmayıbdır.  İkinci sualım,  Şimali Kipr Türk Cümhuriyyətinə bu 
yaxınlarda səfər etmək planınız varmı?
Cavab:  Mənim mövqeyim və Azərbaycanın bu mövzu ilə bağlı mövqeyi 
dəfələrlə rəsmi qaydada elan olunubdur. Qəzetlərdə dərc edilib, televiziyada 
yayımlanıbdır. Amma mövzuya maraq o qədər böyükdür ki, jurnalistlər eyni 
sualı dönə-dönə  təkrarlayır və  həmişə  də eyni cavabı alırlar. Azərbaycanın 
rəsmi mövqeyi mənim Türkiyəyə  səfərim zamanı Türkiyə  mətbuat 
nümayəndələri ilə söhbətimdə bildirilibdir. Ondan sonra mənim bəyanatım 
və Xarici İşlər Nazirliyinin rəsmi bəyanatı olubdur. Rəsmi mövqe belə idi və 
belə olaraq qalır. Məlum olduğu kimi, mövqe referendumdan əvvəl bildirilib-
dir və deyilirdi ki, əgər referendumdan sonra bir tərəf “hə”, digər tərəf “yox” 
deyərsə, dünyada yeni şərait yaranacaqdır. Bu yeni şəraitdə BMT, beynəlxalq 
ictimaiyyət problemə münasibətlərində dəyişiklik etməli olacaqdır. Mövzu ilə 
bağlı mövqelərində dəyişiklik etməli olacaqlar və bu dəyişikliklər edilərkən, 
Azərbaycan bu beynəlxalq səylərə qoşulan ilk ölkələr sırasında olacaqdır. Elə 
bilirəm ki, bunu başa düşmək bir o qədər də çətin deyildir. Xüsusilə də nəzərə 
alsaq ki, bu mövqe bir neçə dəfə təkrar olunubdur.
Sual: Cənab Prezident, bu gün konfransda çıxışınız zamanı dediniz ki, Avro-
pa Birliyinin Qarabağ münaqişəsi ilə bağlı daha fəal olmasını istərdiniz. ATƏT-
in ata bilmədiyi hansı addımları Avropa Birliyindən gözləyirsiniz?
Cavab:  Mən çıxışımda dedim ki, biz mandatla bağlı  dəyişiklik etmək 
istəmirik. ATƏT-in Minsk qrupunun məsələnin həlli ilə bağlı mandatı var 
və münaqişənin sülh yolu ilə həll olunmasında səylərini davam etdirir. Mən 
26 iyun 2004-cü il
Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevin mətbuat konfransı – İstanbul
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


67
www.aliyevheritage.org
dedim ki, beynəlxalq birliyin prosesə daha geniş  cəlb olunmasını istərdik. 
Burada Avropa Birliyi də, Avropa Şurası da, digər beynəlxalq təşkilatlar da 
nəzərdə tutulur. Artıq bu yönümdə atılan addımları görürük. Avropa Şurası 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edir, möv-
zu ilə bağlı  məruzə hazırlanıbdır. Avropa Birliyi Cənubi Qafqaza xüsusi 
nümayəndəsini təyin edibdir. Onun regiona səfərləri zamanı Ermənistan-
Azərbaycan münaqişəsi müzakirə olunur. Biz beynəlxalq birliyin daha geniş 
iştirakını istəyirik. Biz istəyirik ki, beynəlxalq ictimaiyyət həqiqətlə, reallıqla 
tanış olsun.
Erməni təbliğatı uzun illər boyu şəraiti onlara sərf edən tərzdə qələmə verir-
di. Beynəlxalq ictimaiyyətə yalançı faktlar verilirdi. Bu gün şərait dəyişibdir. Bu 
gün dünya bilir ki, Ermənistan təcavüzkardır, işğalçıdır. Azərbaycan əraziləri 
işğal altındadır. Mən elə bilirəm ki, Avropa Birliyinin və digər beynəlxalq 
təşkilatların rolu çox güclü ola bilər. Onlar prosesə təsir də edə bilərlər, sülh 
əldə olunduqdan sonra proqramlar da təklif oluna bilər və gələcək müzakirələr 
də yer ala bilər.
Sual: Siz Avropa Birliyinin daha fəal iştirakını görmək istədiyinizi bildirdiniz. 
Qarabağ mövzusunu NATO-nun gündəliyinə çıxarmağı planlaşdırırsınızmı?
Cavab: Mənim Brüsselə - həm Avropa Birliyinə, həm də NATO-ya səfərim 
zamanı məsələ müzakirə olunubdur. Bu məsələ bütün səviyyələrdə müzakirə 
edilibdir. Elə bilirəm ki, bu cür müzakirələrin olması problemi bütün tərəfl ərin 
anlaması üçün vacibdir. Amma, əlbətt ə ki, ATƏT-in Minsk qrupu sülh danışıqları 
çərçivəsində bu məsələ ilə məşğuldur. Biz hələ də ümidliyik ki, bu danışıqlar 
nəticə verəcəkdir.
Bəzən belə görüntü yaradılır ki, güzəştlər olmalıdır. Güzəştlər,  əlbətt ə ki, 
danışıqların əsas elementlərindəndir. Bu da o halda mümkün olur ki, hər iki 
tərəf güzəşt etsin. Azərbaycan Ermənistana məxsus olan heç bir şeyi özündə 
saxlamır ki, güzəştə  də getsin. Bizim ərazi bütövlüyümüz isə güzəşt möv-
zusu ola bilməz. Ona görə də bizim tərəfdən güzəşt haqqında söhbət gedərsə, 
güzəştimiz yalnız təhlükəsizlik təminatı ola bilər. Biz heç zaman Dağlıq 
Qarabağın müstəqil olmasına, yaxud da Ermənistanın bir hissəsi olmasına 
razılıq verə bilmərik və bu mövqeyimiz dəyişməzdir.
Sual: Cənab Əliyev, Siz Azərbaycanın Avratlantik strukturlarına inteqrasiya 
imkanlarını real surətdə necə qiymətləndirirsiniz?
İkinci sual, bu, Sizə Rusiya ilə qarşılıqlı münasibətlərdə mane olmurmu?
Cavab: Azərbaycan Avratlantik strukturlarına fəal inteqrasiya edir. 
Biz “Sülh naminə  tərəfdaşlıq” proqramının iştirakçısıyıq. “Sülh naminə 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə