78
www.aliyevheritage.org
verəcəyini anlamaq vaxtı çoxdan yetişibdir: Azərbaycan hansı səviyyəyə qalxa-
caq? Ermənistan hansı səviyyədə qalacaq? Enerji layihələrini
həyata keçirən və
güclü nəqliyyat infrastrukturuna malik olan Azərbaycanın iqtisadi potensialı
necə olacaq? Gəlin, Ermənistanın perspektivinə nəzər salaq. Həmin ölkə bütün
regional layihələrdən kənarda qalır. Ermənistan hökuməti bunu anlamalı və
düzgün qərar qəbul etməlidir.
Pyer Leluş: Cənab
Prezident, sağ olun. Biz artıq reqlamentin sonuna çatdıq.
Lakin buna baxmayaraq, son iki suala qısa vaxt qalır. Xahiş edirəm, suallarınızda
qısa olun. Əvvəlcə söz Türkiyə nümayəndə heyətinin üzvü cənab Əziz Ağgülə
verilir. Buyurun, cənab Ağgül.
Əziz Ağgül: (Türkiyə nümayəndə heyətinin üzvü):Cənab sədr, çox sağ olun.
Cənab Prezident, ilk növbədə, NATO Parlament Assambleyasının sessiyasına
gəldiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Siz öz çıxışınızda çox aydın
şəkildə qeyd etdiniz ki, ərazinizin 20 faizi işğal altındadır və əhalinizin 1 mily-
onu öz vətənində məcburi köçkün vəziyyətinə düşmüşdür və son 15 il ərzində
çətin şəraitdə yaşamışdır.
Cənab Prezident, Siz bu humanitar fəlakətə son qoymaq məqsədi ilə verilən
beynəlxalq dəstəkdən razısınızmı?
Pyer Leluş: Sağ olun, cənab Ağgül. Sonuncu sualı Litva
nümayəndə heyətinin
başçısı Oli Kaas verəcəkdir. Cənab Kaas, söz sizindir.
Oli Kaas: (Litva nümayəndə heyətinin başçısı):Cənab sədr, sağ olun.
İlk növbədə, mən çox maraqlı çıxışına görə cənab Prezidentə öz
minnətdarlığımı bildirmək istəyirəm. Mən ona və ölkəsinə gələcəkdə uğurlar
arzulayıram.
NATO-nun Parlament Assambleyası enerji təchizatı və təhlükəsizlik
məsələlərini çox müzakirə edir. Hörmətli cənab Prezident, Siz öz çıxışınızda
bu məsələyə toxundunuz. Siz NATO ilə əməkdaşlığınız və uğurlu iqtisadi
inkişaf haqqında danışdınız. Əminik ki, ölkənizdəki demokratikləşmə prosesi
davam edəcəkdir. Enerji təchizatı və təhlükəsizlik
məsələlərinə gəldikdə, mən
bilmək istəyirəm, Gürcüstan və qonşu ölkələri qazla təchiz edəcək yeni boru
kəmərinin çəkilməsinə nə qədər vaxt tələb olunacaq?
Cavabınıza görə çox sağ olun.
Pyer Leluş: Cənab Prezident, söz Sizindir.
İlham Əliyev: Sağ olun. Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq
ictimaiyyətin tutduğu mövqeyə gəldikdə, biz məmnunuq ki, Azərbaycan
Respublikasının ərazi bütövlüyü
bütün beynəlxalq ictimaiyyət, o cümlədən
Birləşmiş Millətlər Təşkilatı tərəfi ndən tanınıbdır. Eyni zamanda, siz bilirsiniz
ki, hazırda ATƏT-in Minsk qrupunun üç həmsədri - Fransa, Birləşmiş Ştatlar
və Rusiyanın vasitəçiliyi ilə danışıqlar formatı saxlanılır.
Onlar məsələnin sülh
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
79
www.aliyevheritage.org
yolu ilə həll olunmasında bizə yardım göstərməyə çalışırlar.
Mən Minsk qrupunun son illər ərzindəki fəaliyyətinə, məsələyə çox faydalı
yanaşmasına və real yardımına görə minnətdarlığımı bildirmək istəyirəm. Ona
görə də, bugünkü format məsələnin sülh yolu ilə həlli üçün imkanlar yaradır.
Eyni zamanda, mən bildirmək istəyirəm ki, ötən il Avropa Şurası münaqişə
ilə bağlı xüsusi qətnamə qəbul etmişdir. Həmin qətnamədə Ermənistan
Azərbaycan ərazisini işğal etmiş ölkə kimi tanındı. Bu, çox vacibdir, çünki
hadisələrin qeyri-düzgün təfsir olunması səbəbindən,
ermənilər uzun illər
ərzində real vəziyyəti beynəlxalq ictimaiyyətdən gizlətməyə nail olmuşlar.
Adətən, deyilirdi ki, erməni hərbi birləşmələri torpaqları işğal etmişdir. Lakin
heç kim bilmirdi, məhz hansı erməni qoşunlarından söhbət gedir və onlar har-
adan gəliblər? Avropa Şurasının qətnaməsində isə, aydın şəkildə bildirilir ki,
Ermənistan bizim torpaqlarımızı işğal etmişdir. Biz Azərbaycanın üzv olduğu
digər beynəlxalq təşkilatların dəstəyini də artıq aldıq.
Bu yaxınlarda, biz GUAM-ın üzvü olan dövlətlərin
zirvə görüşünü keçirdik
və həmin görüş zamanı GUAM ölkələrində mövcud olan münaqişələrlə bağlı
qətnamə qəbul edildi və orada bütün ölkələrin ərazi bütövlüyü dəstəkləndi.
Qalan beynəlxalq təşkilatların qətnamələrində və tutduqları mövqedə nəyin
baş verdiyi, hansı tərəfi n təcavüzkar və hansı tərəfi n təcavüzün qurbanı olduğu
aydın şəkildə təsvir olunubdur. Bununla belə, bütün nailiyyətlərlə yanaşı,
BMT TŞ erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-
şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edibdir. Lakin problem ondan
ibarətdir ki, həmin sənədlər və qətnamələr yerinə yetirilmir. Çünki Ermənistanın
mövqeyi buna imkan vermir. Onlar beynəlxalq hüquqa heç bir məhəl qoymur,
normal beynəlxalq davranışa heç bir hörmət göstərmirlər. Onlar hesab edirlər
ki, XXI əsrdə özlərinə məxsus olmayan torpaqda
otura bilərlər və heç nə baş
verməyəcəkdir.Bu, yolverilməzdir.
Lakin bizi narahat edən digər məsələ ondan ibarətdir ki, bu ay ermənilər
Şuşanın guya azad olunmasını qeyd etdilər. Soruşulur: onlar Şuşanı kimdən
azad etdilər? Azərbaycanlılardanmı? Şuşada yaşayan insanların 90 faizdən
çoxu azərbaycanlılar idi. Ermənilər isə, bunu bayram kimi qeyd edirlər.
Beynəlxalq ictimaiyyət buna göz yumur. Problemimiz budur. Problem ondan
ibarətdir ki, təşkilatların qətnamələri işləmir. Biz elə bir şərait yaratmalıyıq ki,
qəbul olunmuş qərarlar yerinə yetirilsin.
Bu gün əhəmiyyəti get-gedə artan enerji
problemlərinə gəldikdə isə, mən
demək istəyirəm ki, Azərbaycan qazını Gürcüstan və Türkiyəyə çatdıracaq boru
kəməri sentyabr ayında istismara veriləcəkdir. Bunun nəticəsində Azərbaycan
nəinki neft , həm də qazı ixrac edən ölkəyə çevriləcəkdir. Azərbaycan öz
tərəfdaşları və qonşuları ilə vahid bir heyətdə işləyir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL