Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə22/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   18   19   20   21   22   23   24   25   ...   116

68
www.aliyevheritage.org
tərəfdaşlıq” proqramından sonra Azərbaycanla fərdi fəaliyyət proqramı 
çərçivəsində  işbirliyi nəzərdə tutulur. Daha dərin inteqrasiya siyasətimiz 
davam etdiriləcəkdir.  Əlbətt ə ki, həll olunmamış münaqişə, Ermənistanla 
Azərbaycan arasında problemin mövcudluğu ciddi problemdir. Bizim 
beynəlxalq təşkilatlarla münasibətlərimizdə  çətinliklər doğurur. Ümid 
edirəm ki, münaqişə həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa 
olunacaqdır.
Rusiya ilə münasibətlərdə Azərbaycanın heç bir problemi yoxdur. Bi-
zim bütün istiqamətlərdə - siyasi, iqtisadi və  mədəni sahələrdə çox yaxşı 
əməkdaşlığımız vardır. Bizim aramızda həll edilməmiş problemlər yox-
dur. Siyasi dialoqumuzun səviyyəsi çox yüksəkdir və  hər iki ölkənin 
mənafelərinə uyğundur.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


69
www.aliyevheritage.org
Cənab baş katib! Hörmətli həmkarlar!
Xanımlar və cənablar!
Mən bu sammitdə iştirak etməyimdən məmnunam və inanıram ki, sammi-
tin işi Alyansın inkişaf etməsinə güclü təkan verəcəkdir.
Mən yeni NATO üzvlərini təbrik edirəm. Onların NATO üzvlüyü meyar-
larına uyğun gəlmək üzrə  səyləri məntiqi nəticəyə çatmışdır. Mən  əminəm 
ki, NATO-nun ən böyük genişlənməsi ümumilikdə Avratlantik məkanının 
sülh, təhlükəsizlik və azadlıq sərhədlərinin daha da genişlənməsinə töhfə 
verəcəkdir.
1994-cü ildən Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramında fəal işti-
rak edir. NATO ilə bizim ikitərəfl i əlaqələrimiz çox uğurla inkişaf edir.
"Fərdi tərəfdaşlıq fəaliyyəti" planında iştirakımız Azərbaycanın NATO ilə 
işbirliyində vacib dönüş nöqtəsidir və bizim təhlükəsizlik siyasətimizin inkişa-
fına nəzərəçarpacaq töhfə verəcəkdir. Azərbaycanın on ildən bəri həyata keçir-
diyi Avropaya və Avratlantik strukturlarına inteqrasiya siyasəti bundan sonra 
da davam etdiriləcəkdir. Biz əminik ki, bu inteqrasiya regionumuza daha çox 
təhlükəsizlik, insanlarımıza fi ravanlıq gətirəcəkdir.
Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq yalnız bəyanatlarla deyil, prak-
tiki addımlarla sübuta yetirmişdir. Biz siyasi iradəmizi ifadə edərək, həm də 
ümumi məqsədimiz olan NATO-nun sülhü dəstəkləyən  əməliyyatlarına qo-
şulmağa hazır olduğumuzu bildirdik. Bu gün bizim sülhməramlılar NATO və 
tərəfdaş dövlətlərin hərbçiləri ilə birlikdə dünyanın müxtəlif bölgələrində sülh 
və təhlükəsizliyə töhfələrini əsirgəmirlər.
Birləşmiş Ştatlara 11 sentyabr hücumlarından sonra Azərbaycan antiterror 
koalisiyasına qoşulan ölkələrin ilk cərgəsində durdu. Bu gün bizim ölkəmiz 
terrora qarşı qlobal savaşa öz əməli töhfəsini verməkdədir.
Erməni terroruna məruz qalmış bir ölkə kimi (32 terror aktı  nəticəsində 2 
mindən çox adam həlak olmuşdur), biz yaxşı anlayırıq ki, yalnız beynəlxalq 
ictimaiyyətin ümumi səyləri ilə bu bəlaya qarşı  səmərəli mübarizə aparmaq 
mümkündür.
Ermənistanın on ildən artıq davam edən təcavüzü nəticəsində Azərbaycan 
ərazilərinin 20 faizi işğal olunmuşdur ki, bu da bizim regionun sülh və 
sabitliyinə  ən böyük təhlükələrdən biridir. Ermənistanın təcavüzü və apar-
dığı etnik təmizləmə  nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və 
29 iyun 2004-cü il 
Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevin NATO-nun İstanbul sammitində çıxışı
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


70
www.aliyevheritage.org
köçkünə çevrilmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 digər rayonu 
işğal altındadır. Ölkəmizin  ərazi bütövlüyü pozulubdur. Ermənistan hərbi 
birləşmələrinin işğal olunmuş  ərazilərdən qeyd-şərtsiz çıxmasını  tələb edən 
BMT-nin dörd qətnaməsinə Ermənistan hələ  də  məhəl qoymur. Ermənistan 
və Azərbaycan arasında on ildən artıq davam edən sülh danışıqları indiyədək 
heç bir nəticə verməyibdir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini 
güzəştə getməyəcəkdir.
Dağlıq Qarabağ Cənubi Qafqazda sülhə və sabitliyə daimi təhlükə yaradan 
qanunsuz və nəzarətsiz ərazidir.
Biz ümid edirik ki, sammitin nəticələri Avratlantik məkanına və onun qon-
şuluğunda olan ərazilərə daha çox təhlükəsizlik və sabitlik gətirə bilmək im-
kanlarımızı artıracaqdır.
Sağ olun.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


71
www.aliyevheritage.org
İlk növbədə, mən Parlament Assambleyasının işində  iştirak üçün 
göndərdiyiniz dəvətə görə Sizə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, 
hazırda Assambleyada müzakirə olunan məsələlər Cənubi Qafqaz regionunda 
təhlükəsizlik, davamlı inkişaf və regional əməkdaşlıq üçün olduqca vacibdir. 
Bütün bunlar bir-birilə bağlı olan məsələlərdir.
Cənubi Qafqaz ölkəsi olan Azərbaycan regionda təhlükəsizlik tədbirlərinə, 
sülh və sabitliyin möhkəmlənməsinə öz töhfəsini verir. Avropa İtt ifaqının 
sərhədlərinin Cənubi Qafqaz regionuna yaxınlaşması ilə yanaşı,  əlbətt ə 
ki, təmasların qurulması,  əməkdaşlığın aparılması  və yaxşı qonşuluğun 
saxlanılması ilə bağlı yeni yanaşmalar, çağdaş  fi kirlər gündəliyimizdə çox 
mühüm yer tutur.
Avratlantik inteqrasiyaya dair siyasətə  gəldikdə, Azərbaycan böyük 
irəliləyişə nail olmuşdur. Bizim NATO ilə  tərəfdaşlığımız sürətlə irəliləyir. 
Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramının ən fəal üzvüdür. İki il əvvəl 
mən NATO-nun baş katibinə "Fərdi tərəfdaşlığın fəaliyyət planını" təqdim 
etmişəm. Biz əməkdaşlığın səviyyəsindən çox razıyıq və ümid edirik ki, birgə 
işlərimiz gələcəkdə uğurla davam edəcəkdir.
Cənubi Qafqazda siyasi və iqtisadi inkişaf, eləcə də enerji təhlükəsizliyi kimi 
məsələlər bir-birilə sıx bağlıdır. Bu gün Xəzərin böyük enerji ehtiyatları və artıq 
mövcud olan nəqliyyat marşrutları ilə regionun oynadığı rol, təbii ki, artacaqdır. 
Burada söhbət nəinki regional, o cümlədən qlobal miqyaslı məsələlərdən gedir.
Son on il ərzində Azərbaycanın siyasi və iqtisadi inkişafı onu göstərir ki, ölkə 
uğurla irəliləyir. Siyasi islahatların həyata keçirilməsi möhkəm iqtisadi əsaslara 
söykənir. Çünki biz ölkə inkişafının həmin iki əsas elementini bir-birindən 
ayıra bilmərik. Belə olmasa, biz davamlı inkişafa nail ola bilməyəcəyik.
Azərbaycanda cəmiyyətin demokratikləşməsi prosesi, siyasi islahatlar, si-
yasi təsisatların möhkəmləndirilməsi və eyni zamanda, liberal islahatlar, ba-
zar iqtisadiyyatı prinsipləri və iqtisadi nailiyyətlər kimi vəzifələr bizim daim 
diqqət mərkəzimizdədir. Biz bütün istiqamətlərdə müsbət nəticələri müşahidə 
edirik. İqtisadiyyatımız sürətlə inkişaf edir. Ötən il ərzində ÜDM-in artımı 26 
faiz olmuşdur. Cari ilin dörd ayı ərzində bu rəqəm təxminən 40 faiz, sənaye 
istehsalının artımı isə təqribən 50 faiz təşkil etmişdir. Son iki il yarım ərzində 
Azərbaycan Prezidenti İlham Əliyevin NATO 
Parlament Assambleyasının yaz sessiyasında 
çıxışı – Paris
30 may 2006-cı il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə