Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə17/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   13   14   15   16   17   18   19   20   ...   116

57
www.aliyevheritage.org
sabitlik davamlı və uğurlu iqtisadi inkişafın əsas amilidir.
Qonşularımız və dostlarımızla - Türkiyə və Gürcüstanla dünyanın ən iri ener-
ji layihələrini həyata keçiririk. Bu, təkcə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-
Ərzurum kəmərləri deyildir. Həm də bizim nəhəng neft  və qaz yataqlarının 
işlənilməsi layihələridir. Biz artıq lazımi proqnozları aparmışıq. Azərbaycanın 
neft dən nə qədər fayda götürəcəyini bilirik. Bunun nəzərə alınması ilə bir neçə 
il əvvəl Neft  Fondu yaratmışıq. Bu struktur, tam şəff afl ığı ilə seçilir. Beynəlxalq 
auditorlar ona nəzarət edir. Neft  Fondu Beynəlxalq Valyuta Fondunun tövsiyə 
və  məsləhətləri ilə idarə olunur. Azərbaycan Britaniya Baş nazirinin hasilat 
sənayelərində şəff afl ıq təşəbbüsünə qoşulan ilk ölkələrdən olmuşdur. Ölkədə 
neft  və qaz gəlirlərinin tam şəff afl ığına nail olmaq üçün lazımi tədbirlər həyata 
keçirilir. Bir sözlə, ölkəmizin qarşısında çox problem görmürük. Regional 
əməkdaşlığı artırmaq lazımdır. Əminəm ki, enerji və nəqliyyat layihələri başa 
çatdırıldıqdan sonra dünyanın özü də daha təhlükəsiz olacaqdır. Regionda da 
təhlükəsizlik artacaq, əməkdaşlıq genişlənəcəkdir.
Regiona isə təhlükəsizlik lazımdır. Təəssüf ki, Cənubi Qafqazda baş verən 
proseslər, xüsusilə də, təcavüzkar separatçılıq, ölkələrimizdə - Gürcüstan və 
Azərbaycanda baş verən hadisələr bütün regional əməkdaşlığı və təhlükəsizliyin 
özünü təhlükə altına alır. Azərbaycan separatçılıqdan əziyyət çəkmiş ölkədir. 
Azərbaycan erməni işğalından əziyyət çəkmiş ölkədir. Bu təcavüzün nəticəsi 
kimi, Azərbaycan  ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfi ndən 
zəbt edilib, 1 milyon qaçqın-köçkünümüz var.
Bu, dünyada ölkənin  əhalisinin sayına nisbətdə qaçqın-köçkünlərin  ən 
yüksək göstəricisidir. 8 milyon əhalinin 1 milyonu qaçqınlar və  məcburi 
köçkünlərdir.
Təəssüf ki, beynəlxalq ictimaiyyət bu məsələlərə kifayət qədər diqqət ye-
tirmir. Təcavüzkar separatçılıq, beynəlxalq hüquq normalarının pozulması, 
ərazi bütövlüyünün pozulması beynəlxalq ictimaiyyət tərəfi ndən pislənməli, 
lənətlənməli hərəkətlərdir. Həm də bunları yalnız pisləməklə kifayətlənmək 
olmaz. Sanksiyalar tətbiq olunmalı, təcavüzə son qoymaq üçün praktiki ad-
dımlar atılmalıdır.
Bu gün Cənubi Qafqazda, bizdə, qanunsuz ərazilər mövcuddur. Dağlıq Qa-
rabağ onlardan biridir. Gürcüstan ərazisində də qanunsuz ərazilər mövcuddur. 
Burada beynəlxalq nəzarət, beynəlxalq monitorinq yoxdur və həmin zonalarda 
qanunun aliliyi qorunmur. Bu cür təhlükə ilə yanaşı necə yaşamalı? Nəzarətsiz 
ərazilərin törədə biləcəyi təhlükə potensialı hamıya məlumdur. Bu, bütün kri-
minal elementlər üçün rahat ərazidir və beynəlxalq ictimaiyyətin terrora qar-
şı mübarizədə birləşdiyi bir şəraitdə, düşünürəm ki, bu qanunsuz ərazilərə 
də diqqət artırılmalıdır. Çünki bu ərazilərdə terrorizmin çox böyük dayaqları 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


58
www.aliyevheritage.org
ola bilər. Azərbaycan ərazilərinin itirilməsi ilə heç vaxt razılaşmayacaq, biz bu 
əraziləri geri alacağıq. Biz bunu sülh yolu ilə etmək istəyirik, amma təəssüf ki, 
sülh yolu ilə ciddi uğur əldə etməmişik.
Bu gün Azərbaycandakı iqtisadi vəziyyət Ermənistanın iqtisadi vəziyyəti ilə 
müqayisə oluna bilməz. Bizim iqtisadiyyatın bugünkü gücü Ermənistanınkından 
3-4 dəfə böyükdür. Bir neçə ilə fərq 10 dəfəyə çatacaqdır. Əlbətt ə ki, bütün im-
kanların, ehtiyatların istifadə olunması ilə biz sonda ərazimizi azad edəcəyik. 
Biz digər  ərazilərə can atmırıq. Amma Dağlıq Qarabağ  və onun ətrafındakı 
7 rayon Azərbaycanın torpaqlarıdır. Azərbaycanın ayrılmaz hissəsidir və 
Azərbaycana qaytarılmalıdır.
Mən əminəm ki, məsələ ilə birbaşa məşğul olan beynəlxalq təşkilatlar bunu 
həll etməkdən ötrü səylərini ikiqat gücləndirəcəklər. Biz istərdik ki, yalnız 
ATƏT deyil, Avropa Birliyi, Avropa Şurası, digər beynəlxalq təşkilatlar da 
məsələnin həllində fəal rol oynasınlar. Əlbətt ə ki, ATƏT-in Minsk qrupunun 
məsələni həll etmək üçün mandatı vardır və biz bu mandata hörmətlə yana-
şırıq. Amma düşünürəm ki, daha geniş beynəlxalq ictimaiyyətin bu yönümdə 
fəal rol oynamasının vaxtı çatmışdır.
Əminəm ki, Azərbaycanı gözəl gələcək gözləyir. Qeyd etdiyim kimi, regional 
əməkdaşlıq çox yaxşı səviyyədədir. Bütün qonşularla çox yaxşı münasibətlərimiz 
var. İqtisadi artım üçün gözəl iqtisadi potensial var. Biz sosial problemlərimizi 
həll edirik. Yalnız bizə deyil, bütün regiona, bütün dünyaya lazım olan ancaq 
sülhdür. Azərbaycan bütün dünyada sülhün bərqərar olmasına öz töhfəsini 
vermişdir. Biz regiona sülh gətirilməsi yolunda səylərimizi əsirgəməmişik və 
bu siyasətimiz dəyişməz qalacaqdır. Mən sizi əmin etmək istəyirəm ki, həyata 
keçirdiyimiz siyasət, xüsusilə də Avropa strukturlarına, Avratlantik qurumla-
rına inteqrasiya siyasətimiz davam edəcəkdir. Ölkəmiz ümumavropa işinə öz 
töhfəsini verməkdə davam edəcəkdir. Çox sağ olun.
Bryus Cekson: Sağ olun, cənab Prezident. Gördüyünüz kimi, qarşınızda 
nəzəriyyə də var, nəzəriyyəni həyata keçirən lider də. Sonuncu natiqimiz ye-
kun sözü ilə buyursun.
Bryus Cekson: Natiqlərin çıxışından sonra bizim sual-cavab üçün təxminən 
22-23 dəqiqəmiz var. Sual verərkən özünüzü təqdim edin. Buyurun.
Sual (Stənford Universitetindən Mayk Makfol): Sualım Prezident Əliyevədir. 
Mən Stənford Universitetində demokratikləşmədən dərs deyirəm. Tələbələrimə 
izah etməyə çalışıram ki, demokratiyaya keçid səhv ifadədir. Demokratiya bü-
tün ölkələrdə daim tərəqqi edən iş tələb edir. Mən özüm Amerika haqqında 
danışmağa başlasam, bir neçə mövzunun adını çəkərdim ki, onların düzəlməsi 
ilə Amerikada demokratiyanın səviyyəsi artar. Bəlkə, Siz ölkənizə aidiyyatı 
olan bu məsələlərin adını çəkərdiniz?
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə