MühaziRƏ Standartlaşdırma və marketinq tədqiqatları Plan



Yüklə 26,01 Kb.
tarix05.04.2018
ölçüsü26,01 Kb.
#36022


MÜHAZİRƏ
Standartlaşdırma və marketinq tədqiqatları

Plan

  1. Marketinq tədqiqatlarının praktiki əhəmiyyəti.

  2. Marketinq hadisəsinin şərhi.

  3. Marketinq və əmtəə keyfiyyətinin idarə edilməsi.

  4. Əmtəənin rəqabət imkanı.

  5. Rəqabət strategiyasının qiymətləndirilməsi.

  6. Bazarın kompleks öyrənilməsi.

  7. Keyfiyyətin sistemli idarə olunması.

  8. Marketinqdə standartlaşdırma.

Marketinq tədqiqatları məhsulun keyfiyyyətinin təmin olunmasının tərkib hissəsidir, standartlaşdırma isə keyfiyyətin idarə edilməsinin bir hissəsidir. Ona görə də keyfiyyətin idarə edilməsinə və marketinqə standartlaşdırmadan ayrılıqda baxmaq olmaz.

Xarici şirkətlərin praktikası onu göstərir ki, hətta ən yüksək texniki səviyyəyə və keyfiyyətə malik olan məhsul bəzi hallarda aşağı rəqabət imkanlarına malik olur.

Yeni məhsulun istehsal konsepsiyası "dünyada ən yaxşı" məmulat yox, istehlakçılar üçün lazım olan əmtəələrin yaradılmasına əsaslanmalıdır. Bir çox inkişaf etmiş qərb şirkətləri hesab edirlər ki, yeni məhsul ideyası konstruktor şöbələrində və ya elmi idarələrdə deyil, məhsulunun keyfiyyətinə və əmtəənin realizasiya üsullarına tələblər işləyib hazırlayan marketinq şöbəsində formalaşdırılır.

Beləliklə, deyilənləri yekunlaşdıraraq demək olar ki, keyfiyyətli məhsul texniki səviyyəyə görə dünya nümunələrindən üstün olan deyil, istehlakçı tələblərinə və onların real imkanlarına uyğun olan məhsuldur.

Marketinq –mürəkkəb hadisədir və bu günə qədər onun birmənalı şərhi yoxdur. Marketinq istehsalın idarə edilməsinin bazar konsepsiyası , məhsulun satışı, istehsal-satış fəaliyyətinin təşkili və idarə edilməsi nəzəriyyəsi və praktikası,

idarəetmə nəzəriyyyəsinin yeni nəaliyyətlərinin istifadə edilməsi, riyazi statistika, proqramlaşdırma kimi prosesləri özündə cəmləşdirib . Marketinq əmtəənin satılması problemi gərginləşən zaman rəqiblərlə mübarizə üsuludur və bir çox hallarda istehlakçıların maraqlarına zidd olaraq müəssisə gəlirini yüksəltmək üçün vasitədir. Bazarı öyrənmədən əmtəənin "bazar yeniliyini" öyrənmək mümkün deyil və bu öz növbəsində yüksək texniki səviyyəyə və keyfiyyətə malik olan standartlaşdırılmış əmtəənin yaradılmasından az vacib deyil.

Marketinq mövqeyindən əmtəə keyfiyyətinin idarə edilməsinin prinsipial xüsusiyyəti ondan ibarətdir ki, keyfiyyətin formalaşması əmtəənin birinci alışına təsirinə verilən şirkətin buraxdığı məmulatlara dair istehlakçıların diqqətinin daim təmin olunma zərurətinə əsaslanmalıdır. Nəzərə alsaq ki, istehlakçı əmtəəni "gözü" ilə alır, istehlakçı keyfiyyətin estetik amillərinə -staylingə (rəngi, qablaşdırılması, dizaynı) xüsusi fikir verilməlidir. Keyfiyyətin erqonomik göstəriciləri və məmulatların istismar təlimatlarının olması da vacib sayılır. Buna görə də, yeni əmtəənin standartlaşdırılması onun ilk iki həyat dövründə məqsədəuyğun deyil.

Əmtəənin öyrənilməsi onun rəqabət imkanının təhlilini daxil edir və bunun tədqiqi konkret bazarlara bağlı olmalıdır. Məlumdur ki, əgər əmtəə daxili bazarda yüksək tələbata malikdirsə, xarici bazarda o aşağı rəqabət imkanına malik ola bilər. Əmtəənin rəqabət qabiliyyətinin təhlili onun bütün amillərini nəzərə almalıdır: texniki, texniki- iqtisadi, təşkilati –kommersiya və s. Əgər əmtəə qabaqcadan yaradılmış standarta uyğun olaraq istehsal olunursa, göstərilən amilləri nəzərə almaq mümkün olmalıdır. Əmtəənin bazarda öyrənilməsi, qiymət siyasətinin iqtisadi əsas-

landırılması satışın və reklamların stimullaşdırılması üsullarının işlənib hazırlanması üçün lazımdır.

Qeyri-qiymət rəqabətin arsenalına rəqiblərdən daha yüksək keyfiyyət və etibarlılıq göstəriciləri, daha yaxşı dizayn, daha aşağı istehlak qiyməti, rəqib əmtəədən daha üstün olan texniki –iqtisadi və ekoloji göstəricilər, məmulata işləmə təhlükəsizliyi daxildir.

Öz fəaliyyətinin təfsilatı ilə öyrənilməsi ona görə lazımdır ki, onun zəif tərəflərini bilərək onlardan rəqabət mübarizəsinin strategiyasının qurulmasında istifadə etsinlər, onun güclü tərəflərini bilərək onları öz təcrubəsində tətbiq etməyi öyrənsinlər. Rəqibin maliyyə vəziyyətini, onun istehsal və texniki siyasətini istehsal xərclərinin səviyyəsini, bazar strategiyasını, satış və realizə üsullarını, qiymət siyahısını və s. bilmək lazımdır.

Rəqəmlərin strategiyasını qiymətləndirərkən onların alıcılara göstərdiyi servis strategiyasını, onların əmtəələrinin ticarət markasını, əmtəənin hərəkət praktikasını, reklamı öyrənmək lazımdır. Rəqəmlər haqqında biliklər nə qədər dolğun olarsa, bazarda iş strategiyası və taktikası bir o qədər əsaslandırılmış və effektiv olar. Əgər verilən bazar üçün yaradılmış əmtəənin keyfiyyəti və rəqabət imkanları istehsalçının qiymətləndirilməsinə görə istehlakçıların tələblərinə uyğundursa, onlarla ünsiyyət yaratmaq lazımdır. Ona görə də, potensial alıcılara müxtəlif təsir üsulları nəzərdə tutulur (müraciət üsulu –reklam, təbliğat üsulu -əmtəə nişanı, sponsorluq və s.)

İstehlak əmtəələri bazarında istehlakçılar seqmentləri (qrupları) coğrafi, demoqrafik, sosial -psixoloji və davranış amilləri əsasında təyin oluna bilər. Hər əmtəə növü bu və ya digər amillərin istifadə edilmə zərurətini təyin edir. Məsələn, alkaqolsuz içgilər bazarının seqmentasiyasını coğrafi amillər, avtomobillərinkini isə əhalinin gəlirləri səviyyəsi əsasında aparmaq mümkündür.

Beləliklə, bazarın kompleks öyrənilməsi effektiv keyfiyyət proqramını işləyib hazırlamağa, məhsulun keyfiyyətini idarəetmə sistemi isə istehsalçıların deyil, istehlakçıların problemlərinin həll edilməsinə imkan verir. Keyfiyyətin idarə etmə sistemi qabaqcadan qəbul olunmş standartın tələblərinin gözlənilməsi məqsədini güdməməlidir.

Keyfiyyətin sistemli idarə olunması çevik olmalı, əmtəə tələbatına və istehlakçıların təlabatlarının dəyişməsinə tezliklə münasibət göstərməlidir. Bunun zərurəti "Əmtəənin həyat dövrü" konsepsiyası ilə də diktə olunur, yəni bazarda ən keyfiyyətli və rəqabət imkanlı əmtəə müəyyən vaxtdan sonra yeni əmtəə ilə sıxışdırılıb çıxarılır.

Satışların artması mərhələlərində istehlakçı əmtəəni qəbul edir, bu onu göstərir ki, keyfiyyət bazarın seçilmiş seqmentinə uyğundur. Bu mərhələdə variantları təsadüfi olmayan seqmentasiya təhlili və alıcıların istəklərinin əsaslı surətdə öyrənilməsindən irəli gələn məmulatın yeni modellərini təklif edirlər. Bu mərhələdə standartın yaradılması tezdir, digər tərəfdən baza modelinin əsas parametrləri müəyyən olunur və bu baza modeli gələcəkdə standartlaşdırıla bilər.

Satışların artması mərhələlərindən sonra yetkinlik mərhələsi gəlir və bu istehsalçının məmulatın standartlaşdırılması barədə qərar qəbul etməsinə təsir göstərə bilər. Bu mərhələdə satış həcmlərinin tədricən stabilləşdirilməsi müşahidə olunur.

Yetkinlik mərhələsi standartlaşdırılmış əmtəənin meydana çıxması ilə xarakterizə olunur. Bu mərhələdə satış səviyyəsi əsasən məmulatların təkrarən

alınması vasitəsilə saxlanılır. Azalma mərhələsi onu göstərir ki, istehlakçı nöqteyi -nəzərincə əmtəə köhnəlmişdir. Bu zaman məmulatın keyfiyyət xarakteristikalarına və ya digər dəyişiklikləri etmək məqsədəuyğun deyil və məhsulun istehsalının dayandırılması, bazardan çıxarılması və onun yeni əmtəə ilə əvəz edilməsi haqda qərar qəbul edilməsi lazım gəlir.

Belə də ola bilər ki. oxşar mallara başqa bazarlarda ehtiyac duyulur və burada onun satışını təklif etmək olar. Ona görə də, əmtəənin rəqabət imkanları səviyyəsi konkret bazarla bağlı olmamalıdır.

Marketoloqların fikrincə, bazarda köhnəlmiş əmtəə ilə qalmaq ən əvvəl şirkətin nüfuzunu aşağı salmaq deməkdir. Böyük şirkətlərin təcrübəsində bazardan çıxma praktiki olaraq yetkinlik mərhələsinin axırında müşahidə olunur. Beləliklə, yeni bazarda "köhnə əmtəə -yeni bazar" strategiyası işləməzsə, standartlaşdırılmış əmtəə sıxışdırılıb çıxarılacaq.

Beynəlxalq bazarda analoqu olmayan, yəni ixtiralar və kəşflər əsasında istehsal olunan yüksək texnoloji əmtəələrin standartlaşdırılması yuxarıda göstərilən amillərdən daha az səviyyədə aslıdır. Onları istehsal edən şirkətin standartında göstərilən keyfiyyət göstəriciləri bir qayda olaraq texnologiyanın yüksək yenilik səviyyəsini əks etdirir və bu isə rəqiblər üçün əlçatmazdır. Firmanın qeyri- diferensiasiyalı və qlobal marketinq strategiyasinın seçilməsindən sonra standartlaşdırılmış əmtəə ilə bazara girmək olar. Belə vəziyyətdə standartlaşdırılmadan alınan iqtisadi gəlir məlumdur. Bunun səbəbi əmtəənin müxtəlif bazar seqmentinin tələblərinə uyğunlaşdırmaq məqsədilə onun diferensiasiyasına sərf olan xərclər yoxdur, reklama çəkilən xərclər isə azalır.

Marketinqdə standartlaşdırılma təkcə əmtəələrə deyil, həm də marketinq fəaliyyətinin özünə də aid edilə bilər –marketinq tədqiqatları üsullarına və əməliyyat marketinqinə.

Marketinq tədqiqatları üsullarının standartlaşdırılmasın məqsədi –prosedurların unifikasiyası və bazarın öyrənilməsi üsullarının optimallaşdırılmasıdır. Mütəxəssislər müəyyən etmişlər ki, bazar tədqiqatlarının effektivliyi (Eb.t) üsulların unifikasiya səviyyəsi ilə düz mütənasibdir.Bazar tədqiqatlarının üsullarının unifikasiya əmsalı artdıqca onların effektivliyi də artır, yəni:

Eb.t = HTC kimidir.

burada, H – unifikasiya olunmuş üsulların ümumi sayıdır;

T - bir tədqiqat prosedurunun emalına sərf olunan orta vaxtdır (adam- saatla) ;



C - proseduru işləyib hazırlayan mütəxəssisin orta saatlıq maaşıdır.




Yüklə 26,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə