Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə13/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   9   10   11   12   13   14   15   16   ...   116

47
www.aliyevheritage.org
sial və hərbi problemlərdən heç cür yaxa qurtara bilməyəcəyik. Halbuki hər 
şey bu münaqişənin bilavasitə iştirakçılarından asılıdır və ümidvaram ki, Siz 
çox tezliklə razılığa nail olacaqsınız.
Hesab edirəm ki, düzgün mövqeni və bu problemin həlli yolunu 
müəyyənləşdirmək üçün Ermənistan və Azərbaycan prezidentləri çox böyük 
təcrübəyə, siyasi cəsarətə malikdirlər və problemi geniş səpgidə görürlər. Bu-
nunla da problemin həlli nəinki cənubi Qafqaz üçün, həm də bütövlükdə Av-
ropa üçün yaxşı nümunə olacaqdır.
Bu cür qərarın tapılmasına başqa təşkilatlar, məsələn, ATƏT, Minsk qrupu 
kömək edə bilər. Rusiya Prezidenti Vladimir Putinin ötən həft ə Azərbaycana 
səfər etməsi məni sevindirir. Mən onun vasitəçi kimi sizə kömək göstərmək 
təklifi ni  yüksək qiymətləndirirəm. Lakin nəzərə çarpdırmaq istəyirəm ki, 
NATO bu münaqişənin həlli yolunu axtarmasa da, belə bir qərarın axta-
rışı sahəsində beynəlxalq səyləri hər vasitə ilə  dəstəkləyəcək və sonra biz 
müqaviləyə əməl olunması üzərində monitorinq keçirəcəyik. Biz bu məsələni 
Sizinlə yenə müzakirə edəcəyik ancaq demək istəyirəm ki, bu məsələnin nəinki 
Azərbaycan və Ermənistan üçün, həm də daha geniş region üçün, Avropa üçün 
əhəmiyyətini lazımınca qiymətləndirirəm. 
(Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun baş katibinə bir daha təşəkkür 
etdi və ingilis dilində nəşr olunmuş, Azərbaycanın NATO ilə əməkdaşlığından bəhs 
edən “Sülh və Təhlükəsizlik naminə” adlı kitabı cənab Robertsona bağışladı).
Corc Robertson:  Cənab prezident, mən buna qiymətli hədiyyə kimi tam 
təfərrüatı ilə baxacağam. Gərək növbəti kitab bundan sonrakı  əlaqələrimizə 
aid olsun. NATO-nun yeni baş katibinin mənim də şəklimi oraya salmısınız. 
Çox sağ olun. Çox yaxşı hədiyyədir, təşəkkür edirəm.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


48
www.aliyevheritage.org
Heydər Əliyev: Hörmətli cənab prezident! 
Hörmətli cənab baş katib!
Azərbaycana xoş  gəlmisiniz. Sizinlə görüşməkdən çox məmnunam. Sizi 
Azərbaycanda səmimi qəlbdən salamlayıram. 
Mən bilirəm ki, siz burada bir çox görüşlər keçirmisiniz. Azərbaycan parla-
mentinin sədri hörmətli cənab Murtuz Ələsgərov sizi dəvət edib və səfərinizi 
təşkil edibdir. Mən ondan sizin görüşləriniz haqqında məlumat aldım. Çox şa-
dam ki, siz, NATO Parlament Assambleyasının prezidenti Azərbaycana maraq 
göstərir və Azərbaycanla qısa müddət də olsa tanış olmusunuz. Buyurun, mən 
sizi dinləyirəm. 
Rafael Estrella: Cənab prezident, ilk öncə Sizə minnətdarlığımı bildirmək 
istəyirəm ki, bu gün bizi qəbul edirsiniz. Ölkənizdə olmaq mənim üçün bö-
yük şərəfdir. Çox şadam ki, parlamentinizin sədri cənab Ələsgərovun dəvətini 
qəbul edib buraya gəlmişəm. Bu səfərimiz Azərbaycanın parlamenti ilə NATO 
Parlament Assambleyası arasında əlaqələrin davam etməsinin nümunəsidir. 
Cənab  Ələsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti NATO 
Parlament Assambleyasında çox fəal iştirak edir və onlar bizə Azərbaycan 
haqqında məlumat verdilər. Assambleyanın keçirdiyi bütün seminarlarda, 
görüşlərdə, fi kir mübadilələrində iştirak edirlər. 
Bu günlər ərzində Sizin ölkədə olarkən biz bir sıra mühüm müzakirələr ke-
çirdik. Müzakirələr zamanı Azərbaycanın bugünkü reallıqları haqqında fi kir 
mübadiləsi apardıq. Sizin ölkənin üzləşdiyi bir sıra problemləri də müzakirə 
etdik. Sizə  məlum olduğu kimi, bunların arasında  ən mühüm problemlər - 
Azərbaycanın  ərazisində çoxsaylı qaçqınların, ölkə daxilində daimi yaşayış 
yerlərindən didərgin düşmüş adamların olması, eləcə  də Dağlıq Qarabağ 
məsələsinin həllində bir irəliləyişin qeydə alınmamasıdır. Təəssüfl ər olsun ki, 
bu günə  qədər beynəlxalq birlik, beynəlxalq təşkilatlar bu məsələdə kifayət 
qədər fəal olmamışlar və Birləşmiş Millətlər Təşkilatının indiyədək qətnamələri 
yerinə yetirilməmişdir. 
Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Parla-
ment Assambleyasında təmsil olunmuş digər nümayəndə heyətlərinin diqqətini 
daim bu məsələyə yönəldir və Azərbaycanın səsini eşitdirməyə çalışır. 
Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin NATO Parlament Assosiasiyasının baş 
katibi Rafael Estrella və qurumun baş katibi 
Seymon Lann ilə görüşdə söhbətindən
Prezident sarayı, 18 yanvar 2002-ci il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


49
www.aliyevheritage.org
Cənab prezident, demək istəyirəm ki, assambleyada bizim çox qiymət verdi-
yimiz məqamlardan biri açıqlıq, məlumatın yayılması məsələsidir ki, bunda da 
sizin nümayəndə heyəti çox fəaldır və ölkədə gedən proseslər barədə informa-
siyanı bizə vaxtlı-vaxtında çatdırırlar. Biz sizin nümayəndə heyətiniz vasitəsilə 
Cənubi Qafqazda, habelə Mərkəzi Asiyada gedən proseslərdən xəbərdar olu-
ruq. 
Sizin nümayəndə heyəti ilə  əməkdaşlıq, ondan aldığımız informasi-
ya nəticəsində biz digər ölkələrlə  də  əlaqələrimizi tənzimləyirik. Məsələn, 
deyə bilərəm ki, Rusiya ilə  fi kir  mübadilələrimiz zamanı biz onları  Cənubi 
Qafqazda daha konstruktiv işləməyə çağırmışıq. Biz Sizin bu günə  qədər 
göstərdiyiniz səyləri yüksək qiymətləndiririk və parlamentdə müxtəlif siyasi 
partiyaları təmsil edən nümayəndələrlə görüşlər zamanı onu da bildirmişik ki, 
Azərbaycanın Qərb yönümlü olmasını və Azərbaycanın azadlıq, demokratiya 
və qanunun aliliyi tərəfi ndə olmasını yüksək qiymətləndiririk. 
Dünən və bu gün biz Azərbaycan haqqında, Azərbaycanın ətrafında yaran-
mış vəziyyət haqqında müzakirələr keçirmişik. Biz bilirik ki, Sizin bu günlərdə 
Rusiyaya səfəriniz olacaqdır və daha sonra İrana səfəriniz planlaşdırılmışdır.
Bilirik ki, hər iki ölkə Sizin region üçün, Sizin ölkə üçün çox vacib, qon-
şu ölkələrdir. Eyni zamanda, biz Sizin GUÖAM-da iştirakınızı də alqışlayırıq. 
Bilirik ki, Azərbaycan bu təşkilatda aparıcı rol oynayan ölkədir. Gördüyünüz 
kimi, bizim ümumi danışıqlarımızda bütün bu məsələlərə, fi kir mübadiləsinə 
yer ayırmışıq. 
Cənab prezident, qonaqpərvərliyinizə görə Sizə minnətdarlığımızı bildirmək 
istəyirik. 
Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm. 
Mən sizin danışığınızdan belə başa düşdüm ki, Azərbaycan haqqında hər 
şeyi bilirsiniz. Ona görə hesab edirəm ki, mənim sizə əlavə məlumat verməyimə 
ehtiyac yoxdur. 
Birincisi, mən məmnunam ki, sizin dediyinizə görə, bizim nümayəndə 
heyəti NATO-nun Parlament Assambleyasında fəal iştirak edir və Parla-
ment Assambleyasının üzvlərinə, sizin hamınıza Azərbaycan haqqında lazım 
olan məlumatları verir və bizi narahat edən problemlər haqqında orada fi kir 
mübadiləsi aparır. 
İkincisi, siz burada olduğunuz qısa bir vaxtda çox səmərəli işlər görmüsü-
nüz, Azərbaycanın bugünkü vəziyyətini öyrənmisiniz, hər  şeyi də bilirsiniz. 
Mən qısa onu deyə bilərəm ki, Azərbaycan öz dövlət müstəqilliyinin on illiyi-
ni bu yaxınlarda qeyd edibdir. Bizim üçün müstəqillik ən həlledici amildir və 
müstəqilliyimizin daha da möhkəmlənməsi üçün bundan sonra da çalışacağıq. 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə