Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə14/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   10   11   12   13   14   15   16   17   ...   116

50
www.aliyevheritage.org
Biz müstəqil dövlət kimi Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət 
quruculuğu prosesi aparırıq, islahatlar həyata keçiririk və Azərbaycanı bütün 
sahələrdə bazar iqtisadiyyatı, demokratik prinsiplər əsasında irəliyə aparmağa 
çalışırıq. Biz bütün beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edirik, NATO 
ilə əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. 
Xatirimdədir, 1994-cü ildə Brüsseldə mən NATO ilə "Sülh naminə əməkdaşlıq" 
proqramını imzaladım. Ondan sonra çox işlər görülübdür. Ən nəhayət, biz 
NATO-nun Parlament Assambleyasında müşahidəçi kimi iştirak edirik. Biz bu 
istiqamətdə bundan sonra da əməkdaşlıq etmək istəyirik. 
Mənə belə  gəlir, bizim parlamentin sədri sizinlə danışmışdı ki, əgər 
Azərbaycan Parlament Assambleyasının assosiativ üzvü olsa, daha yaxşı olar. 
Hər halda, biz sizinlə öz əməkdaşlığımızı bundan sonra da bütün sahələrdə 
davam etdirəcəyik. 
Mən çox məmnunam ki, sizin Azərbaycanı narahat edən  əsas problem, 
Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi haqqında 
məlumatınız vardır. Güman edirəm, onu da bilirsiniz ki, Ermənistan təcavüzkar 
olaraq Azərbaycanın torpaqlarının 20 faizini işğal edibdir. 
Bilirəm ki, siz bu gün köçkünlərlə, qaçqınlarla görüşmüsünüz, onların 
vəziyyətini gözünüzlə görmüsünüz. Amma bilin, onlar ən yaxşı  vəziyyətdə 
yaşayanlardır. Çünki birincisi, onlar Bakıdadırlar, ikincisi, heç olmasa, müna-
sib olmasa da binadadırlar. Amma əksəriyyəti çadırlarda çox ağır şəraitdə ya-
şayır. Bu da artıq 9 ildən çoxdur və bu günə qədər davam edir. 
Biz müharibəni 1994-cü ildə dayandırmışıq. Məsələni sülh yolu ilə həll etmək 
istəyirik. Ancaq Ermənistan məsələnin həll olunmasına maneçilik törədir. 
Siz qeyd etdiniz ki, beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər 
Təşkilatının bu məsələ ilə  əlaqədar qətnaməsi Ermənistan tərəfi ndən yerinə 
yetirilmir. Təbiidir ki, bu da bizdə, bütün vətəndaşlarımızda böyük təəccüb 
hissi doğurur. Siz də, yəni NATO-nun Parlament Assambleyası da bu məsələ 
ilə maraqlanırsınız. 
Bizim parlamentin sədri mənə dedi ki, Buxarestdə seminarda bizim 
nümayəndəmiz Ziyafət Əsgərov bu barədə çıxış edib, geniş məlumat veribdir. 
Amma siz də bir şey edə bilmirsiniz. Ona görə biz çox arzu edirik ki, bütün 
beynəlxalq təşkilatlar, o cümlədən siz də bu bölgədə sülhün, sabitliyin təmin 
olunması üçün daha da təsirli tədbirlər görəsiniz. 
Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ümumiyyətlə, biz hər yerdə 
sülh istəyirik, sülh arzulayırıq. Bizimlə qonşu olan dövlətlərlə mehriban dost-
luq əlaqələri əsasında əməkdaşlıq edirik və etmək də istəyirik. Amma bizim 
bölgədə, Cənubi Qafqazda həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsi, həm də Gürcüstanda olan münaqişələr, təbiidir ki, vəziyyəti çox 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


51
www.aliyevheritage.org
gərginləşdiribdir. Cənubi Qafqaz isə, siz artıq bunu yaxşı bilirsiniz, dünyanın 
ən mühüm regionlarından biridir. 
Güman edirəm, sizin Azərbaycanla tanışlığınız, burada gördükləriniz, 
eşitdikləriniz bizə yardım edəcəkdir ki, NATO-nun Parlament Assambleyasın-
da da Azərbaycanın problemlərinə daha diqqətlə yanaşılsın. 
Rafael Estrella: Cənab prezident, tam əmin ola bilərsiniz ki, bu, bizim hazırkı 
məqsədimizlə eynidir. Məqsədimiz ondan ibarətdir ki, bu regiona diqqətiniz artsın. 
Bizim Assambleyanı narahat edən, çalışdığımız  əsas məramlardan biri 
təhlükəsizlikdir. Əlbətt ə, təhlükəsizlik dedikdə, biz Cənubi Qafqaz və Mərkəzi 
Asiyanın təhlükəsizliyini nəzərdə tuturuq. Bu təhlükəsizliyi təmin etməkdən 
ötrü regiona daxil olan ölkələrlə sıx əməkdaşlıq lazımdır. 
Gürcüstanda, xüsusilə Azərbaycanda təhlükəsizlik bizim üçün vacibdir. 
Bizim Assambleyanın üzvləri region haqqında düzgün məlumat aldıqdan 
sonra bu fi kirdədirlər ki, - əmin ola bilərsiniz ki, Assambleyanın üzvləri öz 
ölkələrində hörmətli  şəxslərdir, - bu regionda təhlükəsizliyin təmin olun-
maması, bu regionun təhlükəsizliyinin pozulması, ümumiyyətlə, Avrasiya 
məkanında təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər. 
Cənab prezident, sizə bildirim ki, Rusiya parlamentinin nümayəndələri ilə 
bizim çoxsaylı söhbətlərimiz, müzakirələrimiz olur. Biz bir sıra məsələlərdə 
razılaşmasaq da, artıq onlar da bu fi kirdədirlər ki, Qafqazın təhlükəsizliyi 
məsələsi müzakirə olunmadan biz ümumi müzakirələr apara bilmərik. Ru-
siya nümayəndələri ilə bizim bu cür söhbət aparmağımıza imkan yaratmaq 
lazım idi. Yəni Rusiya nümayəndələrini bu fi krə sövq etməkdən ötrü təbiidir 
ki, sizin regiondan olan nümayəndələr lazım idi. Sizin regionun, ölkənin 
nümayəndələri bu vəzifəni layiqincə yerinə yetirdilər. Ona görə də biz Rusi-
ya nümayəndələri ilə söhbətlər, müzakirələr zamanı onları bu fi krə sövq edə 
bildik ki, bizim müzakirələrimiz zamanı  Cənubi Qafqaz məsələləri mütləq 
müzakirə olunmalıdır. 
Qeyd etməliyəm ki, 2003-cü ildə Bakıda NATO-nun seminarı keçiriləcəkdir. 
Cənab prezident, mən Sizdən xahiş etmək istərdim ki, özünüz bu seminara 
himayədarlıq edəsiniz. Elə bilirəm ki, bu seminar keçirilən zaman Sizin par-
lament üzvləri ümumiyyətlə təhlükəsizlik, müdafi ə məsələləri ilə daha yaxın-
dan tanış ola biləcəklər. Biz istərdik ki, sizin parlamentlə münasibətlərimizi 
təsisatlar səviyyəsinə qaldıraq. Yəni bizim birbaşa münasibətlərimiz olsun. 
Heydər Əliyev: Çox yaxşı, mən bunlarla razıyam. Ancaq bütün bu seminarlar, 
görüşlər, müzakirələr bizim üçün onda çox əhəmiyyətli olardı ki, bölgəmizdə 
sülh  əldə edilsin, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Biz 
bundan sonra da bütün söhbətləri, bütün seminarları keçirməyə hazırıq. An-
caq biz istəyirik ki, real nəticələr olsun.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə