Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə15/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   11   12   13   14   15   16   17   18   ...   116

52
www.aliyevheritage.org
Hörmətli cənab Sədr!
Hörmətli həmkarlar! 
Dünya son dərəcə mürəkkəb bir dövr yaşayır. Beynəlxalq terrorizm bəzi 
dövlətlərin dəstəyindən istifadə edərək, dünya nizamına qarşı  həmlələr 
edir, ekstremizm, təcavüzkar millətçilik və davakar separatizm ideologiyası 
əsasında yeni qarşıdurma xətləri yaratmağa çalışır, sərhədləri yenidən bölməyə 
və dəyişməyə cəhd göstərir. 
Beynəlxalq sistemin ümumi təhlükəyə qarşı  səmərəli mübarizə aparmaq 
qabiliyyəti ciddi sınağa çəkilir. 11 sentyabr faciəsindən dərhal sonra Avroat-
lantika birliyi antiterror kolasiyası yaratdı və Azərbaycan ilk gündən bu ko-
alisiyaya qoşuldu. Biz bu gün də başqa ölkələr və beynəlxalq təşkilatlar ilə 
birlikdə bu təhlükələrə qarşı  əlimizdən gələni edirik. Təhlükələrin xarakteri 
və miqyasları NATO/Avroatlantika Tərəfdaşlıq  Şurası  çərçivəsində birgə  və 
hərtərəfl i  mübarizə üçün hər cür məhdudiyyətləri, o cümlədən də coğrafi  
məhdudiyyətləri aradan qaldırır. 
Lakin bu təhlükə 11 sentyabrdan əvvəl də mövcud idi. Terrorizm və onun-
la bağlı beynəlxalq cinayətkarlıq ocaqları münaqişə zonalarında və qanuni 
hakimiyyətlər tərəfi ndən nəzarət olunmayan ərazilərdə formalaşır. Bu ərazilər 
isə təcavüzkar millətçilik və zorakı separatizm siyasətindən doğan müharibələr 
nəticəsində meydana çıxır. Bu mənada Cənubi Qafqaz ən çox narahatlıq doğu-
ran regiondur. 
Azərbaycan beynəlxalq terrorizmə və ekstremizmə qarşı barışmaz mübarizə 
apararaq,  əsas səylərini öz ərazilərini Ermənistanın işğalından azad etməyə 
və orada qanun-qaydanı  və  nəzarəti bərpa etməyə yönəldir. Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Avroatlantika Tərəfdaşlığının 
bütün dövlətlərinin mənafelərinə uyğundur. Nə qədər ki, gec deyil, dünya bir-
liyi beynəlxalq norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenli-
yinin və ərazi bütövlüyünün tam bərpa olunması əsasında münaqişənin sülh 
yolu ilə tənzimlənməsi üçün əlindən gələni etməlidir. 
Azərbaycan NATO ilə  tərəfdaşlığı  gələcək Avroatlantika təhlükəsizlik sis-
teminin əsası kimi qiymətləndirərək, Alyans ilə inteqrasiya tərəfdaşlığına və 
intensiv ikitərəfl i dialoqa səy göstərir. Bununla yanaşı, Alyans və Tərəfdaşlıq 
NATO Avroatlantika Tərəfdaşlıq Şurasının 
üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 
Zirvə görüşündə Azərbaycan Prezidenti Heydər 
Əliyevin çıxışı - Praqa
22 noyabr 2002-ci il 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


53
www.aliyevheritage.org
üzvlərinin artmaqda olan qarşılıqlı asılılığını, tərəfdaşların mənafe və 
tələbatının daha çox nəzərə alınması zəruriliyini qeyd etmək istəyirəm. 
Biz NATO tərəfi ndən Cənubi Qafqaza diqqətin artdığını görürük. Lakin hər 
cür regional təşəbbüslər və  təklifl ər ilk növbədə müharibələrin nəticələrinin 
aradan qaldırılmasına və dövlətlər arasında beynəlxalq miqyasda tanınmış 
sərhədlərin bərpa olunmasına yönəldilməlidir. 
Biz məmnunluqla qeyd edirik ki, NATO ilə Rusiya arasında yeni qarşılıq-
lı münasibətlər inkişaf etməkdədir, bu isə Avropanın müxtəlif regionlarında 
böhranların aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb edə bilər. 
Mən Alyansa daxil olmaq barədə  dəvət almış dövlətləri təbrik edirəm. 
NATO-nun yeritdiyi açıq qapı siyasətini qiymətləndirirəm. 
Cənab Sədr! 
Qarşımızda duran məqsədlər böyük səylər tələb edir. Lakin bizim geri 
çəkilməyə ixtiyarımız yoxdur. Bizim müqəddəs vəzifəmiz gələcək nəsillərə 
təhlükəsiz və sabit dünya bəxş etməkdir. 
Diqqətinizə görə təşəkkür edirəm.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


54
www.aliyevheritage.org
Bryus Cekson: Mən istərdim ki, hamınızı Avratlantikanın Qara dəniz hövzəsi 
ətrafındakı perspektivləri ilə bağlı müzakirələrdə salamlayım. Zənnimcə
elə mövzunun adı kifayət qədər məlumat verir. Burada çıxış edənlər Qərbin 
münasibətini, məsələyə öz baxışlarını ifadə edəcəklər.
İcazə verin, natiqləri sizə  təqdim edim. Gürcüstan Prezidenti Mixail Saa-
kaşvili. Onun liderliyi və məşhur “qızılgül inqilabı” Vatslav Havelin “inkişaf 
inqilabı” ilə müqayisə olunur. Çoxları bu fi kirdədir ki, bu onillikdə Tbilisidə 
baş verənlər, keçən  əsrin son onilliyində Praqada baş verən hadisələrə çox 
bənzəyir.
Azərbaycanın Prezidenti İlham  Əliyev. Onun ölkəsi Avropadan Mərkəzi 
Asiyaya pəncərə rolunu oynayır, eynilə Türkiyə Avropa ilə Yaxın Şərq arasında 
pəncərə olduğu kimi. Onun ölkəsi Avropanın enerji təhlükəsizliyi mövzusu-
nun əsasını təşkil edir. Eyni zamanda, ölkədə dondurulmuş münaqişə də möv-
cuddur. Prezident Əliyevin liderliyi ilə Bakıda böyük dəyişikliklər müşahidə 
olunur.
Mirca Coane Avropada tanınmış xarici işlər nazirlərindən biridir. Yorulma-
dan öz ölkəsinin xarici siyasəti üçün işləyir. Onun nazirliyi dövründə ölkə bir 
sıra nailiyyətlər əldə etmişdir. Ölkəsi bu sammitdə yeni NATO-nun yeni üzvü 
kimi təmsil olunur. NATO-nun yeni üzvlərinin əhalisinin 50 faizdən çoxu Ru-
mıniya vətəndaşlarıdır. Nazir NATO-ya daxil olmaq kampaniyasının aparıcısı, 
NATO-nun cənub strategiyasının təşəbbüskarı olmuşdur. Polşa NATO-ya üzv 
kimi daxil olduğu dövrdən sonra Rumıniya bu sahədə ən çox fəallıq göstərən 
ölkə kimi tanınmışdır.
Əhməd Davudoğlu, sadəcə, Ankaranın Kondoliza Raysıdır. Adətən, əldə olu-
nan nailiyyətlər Baş nazirin adına yazılır və müşavirlərin adına tərif söylənilmir. 
Lakin son 18 ay müddətində Türkiyədə demokratik islahatlar sahəsində onun 
böyük rolu olmuşdur. Düşünmürəm ki, bu, təsadüfdür. Ümid edirəm ki, de-
kabr ayında Avropa Birliyində Türkiyənin məsələsi müzakirə olarkən bu uğur 
nəzərdən qaçmayacaq və Avropa Birliyi Türkiyə ilə danışıqlara başlamaqdan 
ötrü vaxt təyin edəcəkdir. Bu, qısaca bizim natiqlər haqqında.
Yaxın Şərqdə və ətraf regionlarda demokratiya haqqında danışarkən həmişə 
düşünmək lazımdır ki, nəyə görə bizdə inam vardır ki, ixrac olunan digər 
məhsullar kimi, demokratiyanı başqa ölkələrdə yaymaq mümkündür? Nəyə 
“Çırağan” sarayı, 26 iyun 2004-cü il
İstanbulda “Avratlantik İtt ifaqı yol ayrıcında” 
mövzusunda Beynəlxalq konfransda Prezident 
İlham Əliyevin nitqi
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə