Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə7/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   63
-Ma n istehsal texnologiyas [1]

Əsas keyfiyyət göstəriciləri aşağıdakilardır:

  1. Tə'yinat göstəriciləri. Bu göstəricilər həmin məhsuldan istifadəolunmanın faydalı səmərəliliyini xarakterizə edir.

  2. Texnoloji cəhətdən yararlılıq göstəriciləri. Bunlar hər hansı bir məhsulun hazırlanması dövründə nəzərə alınan göstəricilərdir.

  3. E'tibarlılıq və uzunömürlük göstəriciləri.

  4. Estetik göstəricilər. Bu göstəricilər hazırlanan məhsulun xassələrinin orijinallığını, vahidliyini, mə'nalığını, şəraitə və stilə uyğunluğunu göstərir.

  5. Standartlaşdırma və ümumiləşdirmə göstəriciləri. Bu göstəricilər hazırlanan məhsulda istifadə olunan standartlaşdırılmış hissələrin miqdarını və ümumiləşdirmənin səviyyəsini xarakterizə edir.

  6. Patent və hüquq göstəriciləri. Bunlar məhsulun ölkədə və xaricdə patent müdafiəsinin dərəcəsini və patent təmizliyini müəyyən edir.

  7. İqtisadi göstəricilər. Layihələşdirməyə, istismara, hazırlanmağa sərf olunan xərcləri xarakterizə edir.

Maşınqayırma üçün ən əlverişli göstərici isə istismar göstəriciləri sayılır. İstismar göstəriciləri hər hansı bir mə'mulun öz funksiyalarını yerinə yetirməsi keyfiyyəti ilə xarakterizə olunur.
Əsas istismar göstəriciləri bunlardır:

  1. E'tibarlılıq.

  2. Uzunömürlük.

  3. Maşının dinamiki keyfiyyəti.

  4. Erqonomik.

  5. Texniki estetika.

E'tibarlılıq - hər hansı bir obyektin verilmiş müddət ərzində öz istismar xassələrini saxlamaq qabiliyyətinə deyilir.
Uzunömürlük - hər hansı bir obyektin öz qabiliyyətini son ana qədər saxlaması ilə xarakterizə edilir.
Maşının dinamik keyfiyyəti - iş prosesində yaranan titrəmələrlə xarakterizə olunur. İş prosesində yaranan tit­rəmələr hazırlanan hissələrin keyfiyyətinə tə'sir edir. Onların ölçülərinin düzgün alınmasına, səthin kələ-kötür - lüyünün artmasına və beləliklə də, keyfiyyətin aşağı düş­məsinə səbəb olur. deməli, dəzgahlar nə qədər sakit işləsə­lər, o qədər keyfiyyət yüksək olar. Hər bir maşın üçün dinamik keyfiyyət göstəriciləri müəyyən olunmalı və nəzarət edilməlidir.
Erqonomik göstəricilər - insan, maşın və şərait arasında asılılıq yaratmaqdan ibarətdir. Bu o deməkdir ki, fizioloji, psixoloji, gigiyena cəhətdən elə bir optimal şərait yaratmaq lazımdır ki, insan belə bir şəraitdə öz iş qabiliyyətindən tam istifadə edə bilsin və yüksək məhsuldarlıq əldə olunsun. (Məsələn, dünyanın və bə'zi şəhərlərin - Riqanın Dövlət elektrotexnika zavodunda bə'zi əməliyyatlar həyata keçirməklə yüksək erqonomik göstəricilər əldə olunmuşdur).

  1. İş yeri dövri olaraq 1-2 dəqiqəliyə 20% artıq işıqlandırılır.

  2. Növbə ərzində “funksional” musiqi translyasiya edilir.

  3. Növbə ərzində iki dəfə iş yerinə kofe verilir.

Bunlardan başqa zavodda xüsusi psixoloqlar var ki, fəhlələr arasında ziddiyyətlər yarandıqda, bu ziddiyyətləri aradan qaldırırlar.
Texniki tərəqqidə standartlaşdırmanın rolunu artırmaq məqsədi ilə məhsulun keyfiyyətini yüksəltmək üçün keçmiş SSRİ Nazirlər Sovetinin qərarına əsasən Dövlət Standartlaşdırma sistemi yaradılmış və xalq təsərrüfatında tətbiq edilmişdir.
Bu sistem müəyyən qayda və qanunların məcmusudur ki, burada standartlaşdırmanın əsas məqsəd və vəzifələri, onun idarə orqanlarının hüquq və vəzifələri, standartlaş­dırma sahəsində görülən işlərin metodikası müəyyən olunmuşdur. Bundan başqa Dövlət standartlaşdırma sisteminin əsas vəzifəsi xalq təsərrüfatının bütün sahələri üçün standartlar tərtib etməK, çap etdirmək, müəssisələrə yaymaq, onların həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir.
Beləliklə, Respublikada Dövlət standartlaşdırma sistemi xalq təsərrüfatının bütün sahələrində standartlaşdırmanın təşkilatı, metodoloji və təcrübi əsaslarını təşkil edir.
Respublikada standartlaşdırma sistemi standartlaşdırmanın əsas vəzifələrini belə müəyyən edir:

  1. Xalq təsərrüfatının bütün sahələrində texniki tərəqqini sür'ətləndirməli və əmək məhsuldarlığını yük­səltməli.

  2. Hissələrin layihələndirilməsi prosesində, EH - maşınlarının tətbiqini genişləndirməli.

  3. Məhsulun keyfiyyətini yaxşılaşdırmalı və onun optimal səviyyəsinə çatmalı.

  4. Beynəlxalq iqtisadi və texniki əlaqələri genişləndirməli.

  5. Xaricə ixrac olunan malları artırmalı və onların keyfiyyət göstəriciləri dünya bazarının tələblərini ödəməli­dir.

  6. İstifadə olunan materiala qənaət etməli.

  7. Əhalinin sağlamlığını qorumalı və işçilərin əməyinin təhlükəsizliyini tə'min etməli.




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə