Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə4/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
-Ma n istehsal texnologiyas [1]

Hazırlıq-tamamlama vaxtı işçinin özünün və iş yerinin müəyyən bir texnoloji əməliyyatın aparılması üçün hazırlanmasına və iş növbəsi qurtardıqdan sonra yığışdırılmasına sərf olunan vaxta deyilir.
İş yerinə qulluq vaxtı - ədəd vaxtının bir hissəsi olub texnoloji qulluq vasitələrinin və iş yerinin işçi vəziyyətdə saxlanılmasına sərf olunan vaxta deyilir.
Şəxsi təlabat vaxtı - ədəd vaxtının bir hissəsi olub yorucu işlərin görülməsində əlavə dincəlməyə sərf olunan vaxta deyilir. Avtomatlaşdırılmış istehsalda ədəd vaxtı aşağıdanı vaxtlar cəmi Kimi tə’yin edilir:

burada təd - əsas texnoloji vaxt; tK - kömənçi vaxt; ttəşk.q - təşkilatın qulluq vaxtı; ttexn.q - texnini qulluq vaxtı; tf - iş zamanı fasilə vaxtıdır.
Əsas texnoloji vaxt - istehsal olunan məhsulun mexanini e’malına və ya yığma prosesinə sərf olunan vaxtları və sonranı nəzarət vaxtlarını nəzərdə tutur.
E’mal dəzgahda aparılırsa əsas texnoloji vaxt aşa­ğıdanı düsturla hesablanır:

Burada L - hesabi e’mal uzunluğu, mm (hesabi uzunluq, e’mal uzunluğu ilə kəsici alətin əlavə getdiyi giriş və çıxışın cəmindən alınır); i - hesablanan keçiddə gedişlərin sayı; Sdəq - alətin bir dəqiqədəki verişidir, mm.
E’malın hesabı uzunluğu aləti əl ilə yaxınlışdırdıqda aşağıdakı kimi tə’yin olunur:

Burada emal olunan pəstahın yerləşdirilməsmə, bağlanmasına və açılmasına, dəzgahın idarə olunmasına, ölçməyə və i.a. hərəkətlərə sərf olunan vaxt daxildir. Əsas vaxtla köməkçi vaxtın cəminə operativ vaxt deyilir.

Operativ vaxt texniki vaxt normasının əsas hissəsini təşkil edir.
Təşkilati qulluq vaxtı - operativ vaxtın dəzgah e’malında (0,6÷7,1%), çilingər yığma əməliyyatlarında isə (2÷8%) qədər götürülür və işçi yerin işə hazırlanmasını iş növbəsinin sonunda iş yerinin yığışdırılmasına, iş vaxtı dəzgaha edilən qulluğa sərf olunan və digər bu xüsusda görülən işlərə sərf olunan vaxtların cəminə deyilir.


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə