Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə1/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   63
-Ma n istehsal texnologiyas [1]


Mühazirə
Mövzu 1. Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər.

Sənayenin əsasını təşkil edən maşın və avadanlıqla­rın yüksək keyfiyyətdə hazırlanması, onların uzunömürlü olmasını təmin etmək üçün maşınqayırma elminin inkar edilməz böyük rolu var. Belə ki, maşınqayırmada avto- matlaşdırmanın, robotlaşmış texnoloji xətlərin və çevik istehsal sahələrinin yaradılması müasir tələblərə cavab verən keyfiyyət göstəricisi olan maşın və avadanlıqların hazırlanmasına nail olunmuşdur. Bununla belə əmək məh­suldarlığı nəzərə çarpacaq səviyyədə artmış və istehsal proseslərində tətbiq olunan ağır əməyi aradan qaldırmaq mümkün olmuşdur.


Maşın və avadanlıqların istehsal texnologiyası elminin inkişafında sovet alimlərinin böyük rolu olmuşdur. Maşınqayırma texnologiyasına aid birinci əsaslı əsəri («Maşınqayırma texnologiyası kursu») 1932-ci ildə Prof. A.P.Sokolovski nəşr etdirmişdir. Bununla eyni zamanda maşınqayırma texnologiyasının əsasın yaratmaq­da prof. A.İ.Kaşirin, prof. B.S.Balakşin və b. iştirak etmiş və bir sıra kapital əsərlər yaratmışlar. Beləlikiə maşın­qayırma texnologiyası ümumi nəzəri əsaslarla yaranaraq sonra inkişaf etmiş və sahə texnologiyalarına ayrılmış, yə­ni dəzgarhqayırma texnologiyası, Avtomobil və Traktor inşaatı texnologiyası, Neft və Kimya maşınqayırma texno­logiyası, Cihazqayırma texnologiyası, Elektrik maşınları istehsalı texnologiyası və sair maşinların istehsal texnolo­giyası yaranmışdır.
«Cihazqayırma tehnologiyası»da əvvəllər ümumiləş­miş halda olmuşdur. Bu sahədə birinci ümumi xarakterli əsəri prof. A.B.Yaxin yazmışdır. Sonralar texnikanın bö­yük sürətli inkişafı, xüsusən sənaye proseslərinin mexanikiəşdirmə və avtomatlaşdırma işləri ilə əlaqədar olaraq, cihazların miqdarı və növləri misilsiz sürətlə artığı üçün qısa bir müddət ərzində cihazqayırma tehnologiyasının xüsusi sahələri yaranmış və bu sahələrə aid bir sıra əsərlər İ.M.Tkalin, A.N.Qavrilov, İ.Q.Eydes, A.L.Çestnov tərəfin­dən çan edilmişdir.
Neft və Qaz mədənləri avadanlıqlarının, cihazları­nın və Neft-Kimya aparatlarının hazırlanma texnologiyası prosesləri üçün ilk dəfə olaraq monoqrafiya və dərslikiər prof. Ə.C.Mustafayev tərəfindən yazılmışdır. Azərbaycan dilində yazılmış bu dərslikiər mexanika fakultələrində oxuyan tələbələr, aspiratntlar və maşınqayırma zavodların­da çalışan mühəndis tehnoloqlar tərəfindən geniş istifadə edilmişdir.

“Texnologiya” (İki yunan sözündən yaradılmışdır techne - incəsənət, ustalıq, bacarıq və lodes - söz, öyrənmə, elm) hazır məhsulu əldə etmək üçün xammalın, materialın, yarım fabrikatın müvafiq istehsal vasitələri e’malı üçün müxtəlif qayda və üsulları özündə cəmləyən, nizama düzən elmə deyilir.


Maşınqayırma texnologiyası - hər hansı bir maşın tə­ləb olunan keyfiyyət, istehsal proqramı ilə müəyyən olunmuş miqdarda, tələb olunan vaxt ərzində, ən az əşyalaşmış və canlı əmək sərf etməklə, yə’ni ən kiçik maya dəyərilə istehsalını tə’min edən elmə deyilir.
Maşınqayırma sənayesinin istehsal etdiyi məhsul müxtəlif maşınlardır.
Maşın - enerjinin növünü dəyişməK üçün məqsədə uyğun hərəKətləri yerinə yetirən və ya faydalı iş görən mexanizm və ya mexanizmlər cəmidir. Bütün müxtəlif maşınlar 2 növə bölünür: enerjinin növünü dəyişən maşın mühərriklər və işçi maşınlar (maşın - əmək vasitələri) bunların köməyilə əmək sərf edərək məhsul yaradılır - yə’ni məhsulun forması, qruluşu və ya mövqeyi dəyişdi­rilir. Maşınlar, avadanlıqlar, mexanizmlər, qurğular, on­lardan təşkil edilmiş aqreqatlar və ya hissələr maşınqa­yırma müəssisəsinin istehsal məhsullarıdır.
Məhsul - müəssisədə hazırlanan və istehsalın son mərhələsinin əşyası və ya əşyalar dəstinə deyilir.
Məhsulları tə’yinatına görə əsas və köməkçi istehsalın əşyası kimi 2 qrupa bölürlər. Əsas istehsalın məhsulu tədarük (satılmaq), köməkçi istehsalın məhsulu isə müəssisə daxili imkanlar üçün nəzərdə tutulur. Dövlət standartlarına görə məhsulun aşağıda göstərilən növləri vardır.
Hissə (detal) - bir materialdan və heç bir yığma əmə­liyyatın tətbiq etmədən hazırlanan məhsula deyilir (mə­sələn, bir çeşiddən hazırlanmış val, tökülmüş gövdə və i.a).

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə